Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

 
29
•  ətraf mühitə informasiya prinsipi - «hər kəsin  ətraf 
mühitin  əsl vəziyyəti haqqında məlumat toplamaq, əldə 
etmək və almaq hüququ vardır.» (Azərbaycan Respubli-
kasının Konstitusiyası, maddə 39, 2-ci bənd). Bu prinsip 
hər bir vətəndaşın konstitusiya hüququnda öz əksini 
taparaq «Ətraf mühitə dair informasiya almaq haqqında 
Azərbaycan Respublikasının Qanunu» - ilə (Bakı  şəhəri, 
12 mart, 2002-ci il) tənzimlənir; 
 
•  qərarların qəbul olunmasında vətəndaşların iştirakı prin-
sipi – Azərbaycan Respublikasının vətəndaşları ekoloji 
nəticələri sosial-iqtisadi əhəmiyyət kəsb edən qərarların 
hazırlanması və qəbul olunmasında iştirak edirlər.  
 
U
Təbii sərvətlərdən istifadəni həyata keçirən subyektlərin 
vəzifə borcları: 
•  ekoloji istifadə sahəsindəki prinsiplərdən irəli gələn 
müddəalar əsasında qərar qəbul etmək;  
 
•  təbii sərvətlərdən istifadə obyektlərini yerləşdirərkən ətraf 
mühitə təsirin mümkünlüyünü nəzərə almaq; 
 
•  təsərrüfat obyektlərinin və komplekslərinin inşası  və 
istismarı zamanı təbiəti mühafizə tədbirləri işləyib həyata 
keçirmək; 
 
•  təmizləyici qurğuların tullantıları  zərərləşdirən və 
utilirasiya edən avadanlıqların səmərli fəaliyyətini təmin 
edən texnoloji rejimə riayət etmək; 
 
•  ətraf mühitə  təsirin səviyyəsinə  nəzarət etmək üçün 
texnoloji prosesləri və avadanlıqları ölçü cihazları ilə 
təchiz etmək; 
 


 
30
•  əlverişli mühit yaratmağın vacibliyini əldə rəhbər tutaraq, 
ərazinin kompleks inkişafına nail olmaq. 
U
Təbii sərvətlərdən istifadə zamanı yolverilməzdir 
(qadağandır): 
•  ətraf mühitə təsirin ekoloji nəticələri qeyri-müəyyən olan 
və ya nəzərə alınması mümkün olmayan bütün təsərrüfat 
fəaliyyəti sahələri; 
 
•  Azərbaycan Respublikasının ekoloji qanunvericiliyinə 
zidd olan fəaliyyət sahələrinin yaradılması  və onlara 
investisiya qoyulması; 
 
•  təbii ekosistemlərin və  təbiətdə mövjud olan müvazinəti 
(tarazlığı) pozan və sıradan çıxaran və Yer kürəsinin ozon 
təbəqəsinə  mənfi təsir göstərən bitki və heyvanat 
aləminin genofondunu məhv edən, insan sağlamlığı  və 
ətraf mühit üçün digər arzuolunmayan nəticələrə  səbəb 
olan təsərrüfat fəaliyyəti ilə bağlı layihələrin işlənilməsi 
və həyata keçirilməsi; 
 
•  nüvə və elektromaqnit şüalanması mənbəyi olan obyekt-
lərin əhali sıx məskunlaşan və xüsusi qorunan ərazilərdə 
yerləşdirilməsi; 
 
•  xüsusi qorunan, rekreasiya, sanitariya-gigiyenik, tarixi-
mədəni və s. təbiəti mühafizə obyektlərinin təyinatına 
zidd olub, onlara ziyan gətirə bilən bütün təsərrüfat 
fəaliyyətləri; 
 
•  tərkibində  zərərli maddə  və birləşmələrin miqdarı 
normativdə  nəzərdə tutulmuş  həddi keçən tullantıların 
ətraf mühitə (atmosferə, litosferə və hidrosferə) atılması; 
 
•  sənaye, kommunal-məişət və  kənd təsərrüfatı kompleks-
lərinin çirkab sularının, eləcə  də  sənaye, nəqliyyat və 


 
31
məişət və s. tullantılarının təmizlənmədən və zərərsizləş-
dirilmədən su hövzələrinə və atmosferə atılması; 
•  yerləşdirmək, zərərsizləşdirmək və basdırmaq üçün 
sənaye tullantılarının, o cümlədən radioaktiv tullantıların 
Azərbaycan Respublikasının ərazisinə gətirilməsi. 
 
1.3. Ekoloji planlaşdırma və davamlı inkişaf 
konsepsiyası 
 
Ekoloji planlaşdırma təbiət-cəmiyyət münasibətlərində 
insanın biosferə  nəzarətsiz təsirini  əvəz edən mərhələ kimi 
çıxış edir. Başlıca məqsədi təbii ehtiyatların potensial imkanları 
nəzərə alınmaqla, ekoloji tarazlığı pozmayan həcminin və on-
lardan birgə istifadə  həyata keçirildikdə sahələrarası balansın 
tərtib olunmasıdır.  
Təbii sərvətlərin istifadə yollarını təyin etməklə hər hansı 
bir  ərazi və ya regionda bu və ya digər fəaliyyət sahələrinin 
inkişafına zəmin yaradan və ya məhdudiyyət qoyan amilləri 
nəzərə almaqla sosial-iqtisadi rifahın yüksəlməsinə  və ictimai 
məhsuldar qüvvələrin inkişafına xidmət edir. Səmərəli 
istifadənin təşkili ilə yanaşı, təbii ehtiyatların tükənməsinin 
qarşısının alınması  və  ətraf mühitin çirklənməsinin aradan 
qaldırılması başlıca vəzifə kimi qarşıda durur.  
Ekoloji məqsədlər iqtisadi maraqlarla müqayisədə 
prioritet təşkil etməklə ekoloji planlaşdırma nəzərdə tutur: 
•  тəbii sərvətləri tükəndirmədən istifadənin təşkilini. Bu 
prinsipə  əsasən tükənən (bərpa olunmayan) sərvətlərdən 
istifadə bü günkü və  gələcək nəsillərin maraqları  nəzər 
alınmaqla həyata keçirilməlidir. Bərpa olunan ehtiyatlar-
dan istifadənin həcmi bərpa nəticəsində müşahidə olunan 
artımı keçməməlidir. Bioloji ehtiyatlardan istifadənin 
planlaşdırılması onların təbii artımını  nəzərə alır. Məsə-
lən, meşə ehtiyatlarından oduncaq tədarükü ilə bağlı 
istifadənin həcmi cari oduncaq artımının miqdarı ilə 


 
32
tənzimlənir. Oduncaq tədarükü cari illik oduncaq artımı-
nın miqdarı müqabilində aparıldıqda meşə ehtiyatları 
sabit qalır, tədarükün həcminin artımın miqdarından az 
olması meşə ehtiyatlarının artmasına və əksinə, tədarükün 
artıma görə çoxluq təşkil etməsi meşə ehtiyatlarının 
tükənməsinə səbəb olur; 
 
•  bir təbii ehtiyatın mənimsənilməsinin digərinin keyfiy-
yətinə və kəmiyyətinə xələl gətirməsinin yol verilməməz-
liyini, məsələn meşələrin qırılması nəticəsində torpaqların 
eroziyaya uğraması yol verilməzdir; 
 
•  təbii landşaftlara, o cümlədən onların ayrı-ayrı kompo-
nentləri olan təbii ehtiyatlara, antropogen təzyiqlər  ətraf 
mühitdə yaranmış dayanıqlıq həddini keçməməsini; 
 
•  təbii ehtiyatlardan istifadənin cəmiyyətin sosial-iqtisadi 
tələblərindən irəli gəlməsi ilə  bərabər, konkret regionun 
təbii xüsusiyyətlərində nəzərə alınmasını. 
Təbii ehtiyatlardan istifadənin planlaşdırılması onların 
dəqiq uçotunun aparılmasını və qiymətləndirilməsini tələb edir. 
Təbii ehtiyat potensialının modelləşdirilməsinə, proqnozlaş
BB
dı-
rılmasına əsaslanaraq, xalq təsərrüfatının digər planlaşdırılma-
ları ilə (təbii-ərazi kompleksinin planlaşdırılması, ərazi-ekoloji 
və sosial-iqtisadi planlaşdırma və s.) üzvi sintez təşkil edir.  
Ekoloji planlaşdırma sosial inkişafın bütün aspektlərini 
nəzərə almaqla cəmiyyət-təbiət münasibətlərinin ahəngdar 
inkişafına xidmət edir. Bu isə davamlı inkişaf konsepsiyasının 
prinsiplərindən irəli gəlir.  
Davamlı inkişaf konsepsiyasının başlıja prinsipi bugünkü 
inkişafın indiki və gələcək nəsillərin ziyanına olmadan həyata 
keçirilməsi olub. BMT-nin ətraf mühit və inkişafa dair 1992-ci 
ildə Rio-de-Janeyroda keçirilmiş konfransı bu konsepsiyanı 
planetin bütün ölkələri üçün XXI əsrdə  fəaliyyət planı kimi 
təsdiq etmişdir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə