Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   12   13   14   15   16   17   18   19   ...   71

 
58
Atmosfer çöküntülərinin  əsas hissəsi torpağa hoparaq 
yeraltı sulara çevrilir. Bu zaman su torpaq və süxurlar vasitəsil 
süzülür ki, buna infiltrasiya deyilir. İntiltrat sular təmasda 
olduğu mineral tərkibindən asılı olaraq kation və anionlar 
müxtəlif olur.  
Güclü və uzunmüddətli yağışlar nəticəsində sular infil-
trasiya oluna bilmir və torpaq sahəsinin tərkibində olan gübrə-
ləri, dərman preparatlarını yuyaraq suyu istifadə olunmaz  hala 
salır. Belə sularda permanqanat oksidləşməsi (PO), oksigenin 
biokimyəvi istifadəsi (OBİ), biogen çirkləndiricilər (nitrat və 
fosfor gübrələri) kimi göstəricilər meydana gəlir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 6. Yeraltı su təbəqəsinin quruluşu 
 
 
Yağışların arası  kəsildikdə  və uzunmüddətli quraqlıq olduqda 
torpağa hopmuş sular buxarlanır və həll olmuş duzlar çökərək 
kristallar əmələ gətirir və bitki örtüyünü məhv edir. 
Sular torpaq zonasından keçdikdə onun  tərkibində olan 
üzvi maddələrin qatılığı azalır. Bu prosesdə bakteriyaların 
iştirakı ilə üzvi-mineral komplekslərin (xüsusən dəmir və 
alüminiumun) əmələ gəlməsi baş verir . 
Kapilyar qalxma zonası 
Su güzgüsü 
 Yerin səthi 
Torpaq qatı 
İnfiltrasiya zonası 
Doyma zonası 
(freatik) 
Yeraltı sudaşıyıcı qatın 
layın quruluşu 
                          
İnfiltrasiya  


 
59
Əsas ionların miqdarı isə dağ süxurlarının həll olması 
nəticəsində çoxalır. 
Bir çox proseslər çayların başlanğıcının yaranmasına 
səbəb olur. Yağışlar ara verdikdə çayların  su səviyyəsi yeraltı 
sular vasitəsilə təmin edilir . 
Çaylarda suyun səviyyəsi qalxdıqda suyun bir hissəsi 
çayların məcarasından çıxaraq  ətrafa yayılır və belə sular 
allyuvial sular
 adlanır. Suyun səviyyəsi aşağı düşdükdə isə 
belə sular çaylara qayıdır. (Cədvəl 7). 
Düşən çöküntülər buxarlanmadan çox olduqda belə 
zonalar humid zona adlanır, buxarlanma çox olduqda isə arid 
zona
 adlanır. 
Bir çox çayların kimyəvi tərkibinə  sənaye və  məişət 
suları böyük təsir göstərir. 
Belə çirklənmələr çayların təbii balansını pozaraq, 
canlıların məhvinə və zəhərli maddələrin zərərsizləşməsi üçün 
oksigen sərfinin çoxalması səbəb olur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 7. Su keçirən suxurlarda qrunt sularının sistemi 
Boşalma  
sahəsi 
Çay 
Yeraltı axımın 
istiqaməti 
Bataqlıq 
 
Qidalanma 
sahəsi 
Infiltrasiya       
sahəsi 


 
60
 
Çaylar bir sıra səbəblərdən – hava şəraitlərindən
atmosfer sularının tərkibindən, yerin geoloji quruluşundan və 
suların keçdiyi süxurların tərkibindən asılı olaraq hidrosferin 
tərkib hissəsi kimi asan dəyişən kimyəvi tərkibə malikdirlər. 
Çayların kimyəvi tərkibinin formalaşmasını xarakterizə 
etmək üçün aşağıdakı düsturdan istifadə olunur: 
P
B
torpaq 
B
+ P
B
suxur 
B
+ P
B
atmos. 
B
+ P
B
zol 
B
+ P
B
üzvi 
B
= R
B
ion 
B
+ R
B
zol 
B
+ R
B
bitgi 
B
+ X 
 
P
B
torp
B
 –   torpaq məhlulları və torpağın quru duzları.  
P
B
suxur 
B
–   suxurlardan yaranan maddələr. 
P
B
atm
B
 –   atmosfer çöküntüləri. 
P
B
lol
B
–  
külək vasitəsilə əmələ gələn maddələr. 
P
B
üzvi 
B
–   üzvi  qalıqların minerallaşmasından  əmələ  gələn 
maddələr. 
 
Sağ tərəfdə isə həll olan maddələrin itkisi göstərilir. 
R
B
ion 
B
– çay suları vasitəsilə maddələrin ion halında yuyulması. 
R
B
lol
B
 – su səthində olan buxarların külək vasitəsilə aparılması. 
R
B
bitki
B
 – həll olan maddələrin bitkilər vasitəsilə mənimsənilməsi. 
X – müsbət olduqda çay hövzələrində  həll olan maddələr 
çoxalır-mənfi olduqda isə azalmanı göstərir. 
Bu tənliyin hər bir üzvünə iqlimin, relyefin, geoloji 
quruluşun və bitki örtüyünün böyük təsiri vardır. 
İqlim  çaylara daxil olan qələvili dağ suxurlarının tərkibi 
vasitəsilə dolayı yolla təsir göstərir. 
İonların axını isə aşağıdakı formul ilə hesablanır. 
R
B
ion 
B
= QC 
burada Q – su axını, C – ionların qatılığıdır. 
X-in təyin olunması hər bir su hövzəsi üçün çətin prosesdir. 
Ancaq müəyyən edilmişdir ki, artıq miqdarda rütubətli zona-
larda X-in qiyməti mənfi işarəlidir. Çünki, mütamadi olaraq su 
hövzəsində duzun qatılığı azalır. Əksinə, quru iqlimli zonalarda 
X-in qiyməti müsbətdir. 
Minerallaşma dərəcəsinə görə çay suları aşağıdakı kateqori-


 
61
yalara bölünür: 
−  az minerallaşmiş (200 mq/l - ə  qədər); 
−  orta minerallaşmiş (200 – 500 mq/l ); 
−  güclü minerallaşmiş (500 – 1000 mq/l ); 
−  yüksək minerallaşmış ( 1000 mq/l – dən çox). 
 
2.3.1. Təbii  şəraitdə  təbiət sularinin  kimyəvi  tərkibi 
Təbiətdə rast gəlinən maddələrin mürəkkəbliyi təbii suların 
tərkibində öz əksini tapır. Odur ki, təbii suların tərkibi 
mürəkkəb olub həll olan qazlardan, duzlardan və üzvi 
birləşmələrdən ibarətdir. 
Bir sıra  şərtlər daxilində  təbii sularda 5 cür tərkib 
müəyyənləşdirilir: 
1. Xloridli (Cl
P
-
P
), sulfatlı (SO
B

PB
2-
P
 ), hidrokarbonatlı (HCO
B
3
PB
-
P
) Na
P
+
P

K
P
+
P
, Mg
P
2+ 
P
, Ca
P
2+
P
  kationları  ən çox olan sular. 
2. Tərkibində həll olan qazlar(O
B
2,
B
CO
B
2,
B
 və s.) olan sular. 
3. Biogen elementlər – azot, fosfor olan sular. 
4. Mikroelementlər və digər kimyəvi elementlər olan sular. 
5. Üzvi birləşmılər olan sular. 
 Digər tərəfdən suyun keyfiyyəti onun codluğundan, 
qələviliyindən, oksidləşmə dərəcəsindən də asılıdır. 
 
Əsas ionların miqdarına görə çaylar 3 sinifə bölünür: 
hidrokarbonatlı, sulfatlı  və xloridli sular. Bir qayda olaraq  
hidrokarbonatlı sular üstünlük təşkil edir. 
 Suların istifadəsi onların kimyəvi tərkibinə görə 
müəyyən edilir (Şəkil 8).  
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə