Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

 
86
Ятраф  мцщитин  вязиййятинин  гиймятляндирилмяси  системли 
шякилдя  анализ  едилдикдя  бир  гайда  олараг,  ики  вя  даща  чох 
дяйишян (бир-бириля ялагя тяшкил едян груплар) истифадя олунur.  
Беля  бир  системли  йанашмайа  мисал  олараг  тябии  суйу  вя 
ону чиркляндирян цзви чиркляндириъи туллантылары эюстярмк олар.  
Цзви  чиркляндириъилярин  суда  даьылмасы  вя  ялавя  зящярли 
мящсулларын  алынмасы,  су  да  раст  эялинян  бактерийалар  тяряфин-
дян щяйата кечирилир ки, бу заман суда щялл олмуш оксиэен юз 
тясирини эюстярир.  
Туллантыларын  мигдарыны  вя  гатылыьыны  мцяййян  едяркян 
биокимйяви тяляб олунан оксиэен  юлчцсцндян  истифадя олунур.  


 
87
IV FƏSIL.  TORPAĞIN ÇIRKLƏNMƏSININ VƏ 
DEQRADASIYASININ ÜMUMI 
XARAKTERISTIKASI 
 
4.1. Torpağın çirklənməsi 
 
Torpağın çirklənməsi prosesi suyun və havanın çirklən-
məsindən tamamilə  fərqlənir. Belə ki, su və hava çirklənən 
zaman onların tərkibində müəyyən dərəcədə toksiki təsiri olan 
komponentlər daxil olur ki, həmin maddələri də müxtəlif 
üsulların köməyi ilə  kənarlaşdırdıqdan sonra həm su, həm də 
hava öz təbii halına qayıdır.  
Torpağın daha mürəkkəb və kompleks bir sistem olması 
çirklənmə zamanı onun tərkib hissələri arasında uzun bir vaxt 
intervalında formalaşan tarazlığın elə bir şəkildə pozulmasına 
səbəb olur ki, hətta çirklənmənin səbəbləri aradan qaldırıldıqdan 
sonra uzun müddət  ərzində  həmin tarazlığın bərpa etmək çətin 
olur. Çünki çirklənmə zamanı torpağın fiziki, fiziki-kimyəvi, 
bioloji və biokimyəvi xassələrinin funksiyası pozulduğuna görə 
onun  ən vacib xassəsi olan münbitliyinin pisləşməsi baş verir 
ki, onu da bərpa etmək üçün uzun illər lazımdır.  
Torpaqların mədəniləşdirilməsi və əkinçiliyin intensivləş-
dirilməsi məqsədilə elmi cəhətdən zəif  əsaslandırılmış  tədbir-
lər, otlaqların və meşələrin səmərəsiz yollarla istifadəsi, inten-
siv sənayeləşmə  və urbanizasiya torpaqların münbitliyinin 
azalmasına səbəb olmuşdur. 
Hal-hazırda dünyanın bir çox ölkələrində eroziya, sürüş-
mələr, şoranlaşma, qələviləşmə, turşlaşma, əkin qatının kipləş-
məsi, qida elementlərinin tarazlığının pozulması, kimyəvi və 
bioloji çirklənmə, müxtəlif tullantılarla çirklənmə, tikinti və yol 
altında istifadə və digər səbəblərdən milyon hektarlarla torpaq 
sahəsi öz keyfiyyətini itirmişdir. 
Torpağın çirklənməsini qiymətləndirən zaman kənd 
təsərrüfatı  məhsullarının məhsuldarlığı, onların keyfiyyəti və 


 
88
çəkilən xərclər nəzərə alınır. Ancaq həmin göstəricilərin analoji 
halda çirklənməmiş torpağa görə qiymətləndirilməsi daha düz-
gündür. Belə olan tərzdə çirklənməni törədən səbəbləri və onun 
nəticələrini aradan qaldırmaq üçün də çəkilən xərcləri müəyyən 
etməklə çirklənmə  nəticəsində ortaya çıxan məsarifləri tam 
müəyyən etmək olar.  
Ancaq belə bir faktı qeyd etmək lazımdır ki, torpaqların 
çirklənməsi son nəticədə insanların və canlıların xəstələnmə-
sinə  və yaxud ömürlərinin qısalmasına səbəb olur. Bu baxım-
dan torpağın çirklənməsini qiymətləndirməli olsaq heç bir 
iqtisadi göstərici ilə bu ziyanı ifadə etmək olmaz və son 
nəticədə  vəziyyətin belə davam etməsi üzvi aləmin məhv 
olmasına gətirib çıxara bilər. 
Çirklənmiş torpaqların identifikasiyası, səciyyələndiril-
məsi, təsnifatı və kartoqrafiyasını həyata keçirən zaman əsasən 
çirklənmənin təbiətinə, mənbəyinə, çirklənmə  dərəcəsinə  və 
onu əmələ gətirən səbəblərə diqqət yetirilməlidir (Cədvəl 4). 
Belə torpaqlar əsasən 4 sistematik dərəcədə - sinif, tip, 
dərəcə  və çirklənmə variantı  kimi təsnifləşdirilir. Çirklənmiş 
torpaqların  siniflərini müəyyən edən zaman onları  aşağıdakı 
kimi qiymətləndirirlər:   
1)  fiziki çirklənmə 
2)  kimyəvi çirklənmə 
3)  bioloji çirklənmə 
4)  radioaktiv çirklənmə 
Çirklənmiş torpaqların  tipini çirklənmənin təbiətinə  və 
mənbəyinə görə müəyyən edirlər və aşağıdakı tiplər məlumdur: 
1)  Torpaqların yerüstü qazmalar və  mədən işləri zamanı 
çirklənməsi. 
2)  Torpaqların onların səthini örtən tullantılar, axmaz suları, 
karyer və şaxtaların tullantı süxurları ilə çirklənməsi. 
3)  Torpaqların sənaye mənşəli qeyri-üzvi birləşmələrlə 
(minerallar, metallar, duzlar, turşular və s.) çirklənməsi. 


 
89
4)  Torpaqların hava və külək vasitəsilə  gətirilən maddələrlə 
(karbohidrogenlər, etilen, ammonyak, kükürd qazı, azot 
oksidləri, qurğuşunlu birləşmələr və s.) çirklənməsi. 
5)  Torpaqların radioaktiv maddələrlə çirklənməsi. 
6)  Torpaqların yeyinti sənaye sahələrinin üzvi mənşəli 
tullantıları ilə çirklənməsi. 
7)  Torpaqların kənd təsərrüfatında və meşəçilikdə bitki 
tullantıları ilə çirklənməsi. 
8)  Torpaqların heyvan ekskrimenti ilə ifrazat çirklənməsi. 
9)  Torpaqların fekaliya (nəcis) ilə çirklənməsi. 
10) Torpağın eroziya və sürüşmələr nəticəsində çirklənməsi. 
11) Torpağın şoranlaşma nəticəsində çirklənməsi. 
12) Torpağın turşlaşma yolu ilə çirklənməsi. 
13) Torpağın həddindən artıq rütubətlənmə hesabına çirklənməsi. 
14) Torpağın qida elementlərinin azlığı  və yaxud çoxluğu 
ucbatından çirklənməsi.   
 15)  Torpağın kipləşmə (sıxlaşma) və qaysaq ucbatından 
çirklənməsi.  
16) Torpağın eroziya çöküntüləri və  məhsulları vasitəsilə 
çirklənməsi. 
17) Torpağın pestisidlər vasitəsilə çirklənməsi. 
18) Torpağın patogenlər (infeksion, toksiki və allergik) vasi-
təsilə çirklənməsi. 
Torpaqların çirklənmə dərəcəsi 
Cədvəl 4 
 
İndeksi 
 
Çirklənmə dərəcəsinin 
qiymətləndirilməsi 
Praktiki baxımdan 
çirklənməyən ancaq həmin 
torpaqlarda məhsuldarlığın 
azalma göstəriciləri. % 
0 Praktiki 
çirklənməyib <5% 
1 Zəif çirklənib 6-10 
2 Mülayim 
çirklənmə 11-25 
3 Güclü 
çirklənmə 26-50 

Çox güclü çirklənmə 51-75 
5 Hədsiz çirklənmə >75% 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə