Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   23   24   25   26   27   28   29   30   ...   71

 
98
məhlulunda, torpaq havasında mikroorqanizmlərin və bitki 
köklərinin iştirakı ilə baş verir. 
Torpaq məhlulunda və torpağın bərk fazasında bu 
elementlər kifayət qədər olduqda bitkilər üçün qidalanma 
mənbəyinə çevrilir və onların fəaliyyətini tənzimləyir.  
Torpağın çirklənmə göstəriciləri kimyəvi birləşmələrin 
torpaqda miqrasiyasından asılıdır. Çirklənmə zamanı torpağın 
buferlilik qabiliyyəti torpaq məhlulunda kimyəvi elementlərin 
konsentrasiyasını bir səviyyədə saxlayır və konsentrasiyasının 
dəyişməsinə imkan vermir. Torpağın buferlilik qabiliyyəti 
çirkləndirici maddələrə 
təsir göstərməklə torpağın 
özünütənzimləməsinə şərait yaradır.  
Bəzi çirkləndirici maddələr (S, B, As, Ni, Se) torpaqda 
anion formasında olur və üzvi maddələrlə reaksiyalar 
nəticəsində kompleks birləşmələr  əmələ  gətirərək torpaqda 
toplanır. Kompleks birləşmələr qələvi mühitə davamlıdır. 
Torpağı çirkləndirən pestisidlər isə üzvi maddələr tərəfindən 
aktiv udulur. Məsələn, torpaqla udulan pikloramın 75%-i üzvi 
maddələrin tərkibinə keçir. Herbisidin udulması ion mübadiləsi 
prosesində kation formasında baş verir.  
Torpağın üzvi maddələri landşafda çirkləndirici element-
lərin miqrasiyasına böyük təsir göstərir və onların hərəkətini 
genişləndirir. Kompleks birləşmələr yaradan reaksiyalar 
nəticəsində torpaqda üzvi maddələr çoxluq təşkil edir. Metallar 
torpaq məhlulunun tərkibində qalaraq çətin həll olan çökün-
tülər yaradır. Məsələn, Cu, Zn, Ni, CO, Cr torpaqda hidroksid 
çöküntüsü yaradır, ancaq kompleks duzlar olduğu üçün qələvi 
mühitdə çöküntü vermir. 10 saylı  cədvəl də göstərilir ki, üzvi 
maddələr hansı nisbətdə olduqda, metallar çöküntü verir. 
Fulvo turşusu formasında olan çirkləndirici metallar 
torpaqda miqrasiyaya malikdirlər. 
 
 
 


 
99
Humin və fulvo turşularının çöküntülərinin tərkibində təsiri 
Cədvəl 10 
Çöküntü pH 
Üzvi 
maddə:
metal 
Məhlulda 
metalın 
konsentrasiyası, 
üzvi maddə 
olmadan 
m
P
2
P
/sm
P
3

Məhlulda 
metalın 
konsentrasiyası, 
üzvi maddə 
olanda 
m
P
2
P
/sm
P
3

Metalın 
çöküntüdə 
payı, 
%üzvi 
maddə 
olanda 
Cu-HT 5 3:1 
100 
100 

Cu-HT 7 2:1 
150 
25 
75 
Cu-FT 7 0.66:1 
150 

99 
Mn-HT 2  0.66:1 
150 
117 
22 
Mn-FT 7 0.66:1 
150 

98 
 
Cu-HT-
mis humin turşusunun tərkibində 
CU-FT
- mis fulvo turşusunun tərkibində 
Mn-HT- 
manqan humin turşusunun tərkibində  
Mn-FT- 
manqan fulvo turşusunun tərkibində 
Qeyd: HT-
humin turşusu 
FT- 
fulvo turşusu 
Çirkləndirici maddələrin intensiv miqrasiya prosesi onların 
torpaq tərəfindən adsorbsiya ilə əlaqədardır. Məsələn, müxtəlif 
torpaqlarda pestisidlərin adsorbsiyası 30-90% təşkil edə bilər. 
(tətbiq olunmuş miqdar hesabı ilə)  
 
Adsorbsiya əmsalı və pestisidlərin torpaqda miqrasiya 
dərinliyi 
Cədvəl 11 
Pestisidlər Adsorbsiya 
əmsalı 
Maksimum dərinliyə 
keçməsi, sm 
DDT 0.7 
5-10 
HXSH 0.6 10 
Fozalon  
0.38 
20 
Ftorofos 0.35  30 
Metafos 0.30  40 
Sevin 0.20 
55 
Karbofos 0.10  70 


 
100
Pestisidlərin torpaq tərəfindən adsorbsiyası torpağın 
fiziki-kimyəvi tərkibindən asılıdır. Buna əsaslanaraq pestisid-
lərin torpaq tərəfindən adsorbsiyası haqqında təsnifat yaradıl-
mışdır (Cədvəl 11, 12). 
 
Pesdisidlərin torpaq tərəfindən adsorbsiya 
 dərəcəsinin təsnifatı 
Cədvəl 12 
Torpağın xüsusiyyətləri 
Sinif Bal 
Humus % 
pH 
Udulmuş 
əsasların cəmi 
Hissəciklər 
<0.01 mm% 
1 6  >8 
5.0-
6.0 
>60 45-40 
2 4  6-8 
6.0-
6.7 
40-60 40-30 
3 3  4-6 
6.5-
7.0 
20-40 30-20 
4 2  2-4 
7.0-
7.5 
10-20 20-15 
5 1  1-2 >7.5  <10 
15-10 
 
 
Bu təsnifat pestisidlərin miqrasiyasını proqnozlaşdırma 
prosesində istifadə oluna bilər. 
 Kimyəvi maddələrin biosferdə konsentrasiyası insan-
ların fəaliyyətinin nəticəsidir. Çirkləndirici maddələrin havada, 
suda, torpaqda nisbəti və fiziki-kimyəvi bağlılıqları konsen-
trasiya dərəcəsindən, bioloji udma intensivliyindən, miqrasiya-
sından, daxili və xarici faktorlardan asılıdır. 
Daxili faktorlar - kimyəvi elementlərin xüsusiyyətləri 
ilə səciyyələnir. Xarici faktor isə mühitdə kimyəvi elementlərin 
vəziyyəti, çirklənmə  şəraiti və s. ilə müəyyənləşdirilir. D.İ. 
Mendeleyevin cədvəlinə  əsaslanaraq, bu qənaətə  gəlmək olur 
ki, elementlərin parçalanması, torpaq qatında yığılması  və 
planetdə gedən geokimyəvi proseslər bu elementlərin enerji 
xüsusiyyətlərindən asılıdır. Ayrı-ayrı elementlərə xas olan 
spesifiklik ion potensialının dəyişməsi nəticəsində əmələ gəlir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə