Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

 
94
Kimyəvi elementlərin konsentrasiya əmsalları 
Cədvəl 8 
Elementlər 
Məişət tullantılarının 
yandırılması 
Enerji ultrafiltrlərində 
yığılan toz 
Zn 68 
350 
Sn 720 
1200 
Pb 100 
600 
Sb 180 
192 
Ag 300 
1500 
Cd 172 
1843 
 
Ətraf mühitin çirklənməsində energetikanın payı olduqca 
çoxdur, çünki enerjinin istehsalı üçün kömür və mazutdan 
istifadə olunur. 
Kömür külünün tərkibində litosferlə müqayisədə bor 16 
dəfə, molibden, arsen 6 dəfə, qurğuşun, volfram, barium, sink, 
mis 1.5-2 dəfə çoxdur. Mazutu istilik enerji stansiyalarında 
istifadə etdikdə vanadium və nikellə çirklənmə ehtimalı çoxa-
lır. Alınan məlumatların analızı göstərir ki, kimyəvi element-
lərin konsentrasiyası enerji tullantılarından azdır, ancaq təbiətə 
vurduğu ziyana görə birincilər sırasındadır (cədvəl 9). 
 
Kömür külündə kimyəvi elementlərin konsentrasiya əmsalı 
Cədvəl 9 
Elementlər 
Əmsal 
B 16 
Mn 0.9 
Ni 0.7 
Zn 1.7 
Ge 3 
As 5.5 
Zr 1.6 
Mo 6 
Sn 1.6 
Sb 10 
W 1.5 
Pb 2.2 


 
95
Nəqliyyat - ətraf mühiti qurğuşun, sink, kobalt və benzo-
pirenlə çirkləndirmə  mənbəyidir. Nəqliyyatdan çıxan işlənmiş 
qazlar yer üzərinə ildə 260 min ton qurğuşun ixrac edir. 
Torpağı çirkləndirən mənbələrdən biri də  kənd təsərrü-
fatında istifadə olunan  aqrokimyəvi maddələrdir. 
Mineral gübrələr, zəhərli maddələr, boy stimulyatorları 
hər il planlı və məqsədyönlü şəkildə tətbiq edilir. Bu preparat-
ların istifadəsi ildən-ilə çoxalır. Normadan artıq tətbiq edil-
dikdə bitkilərə, heyvanlara, ətraf mühitə toksiki təsir edir. Məh-
sulda külli miqdarda zəhər qalığı toplanır ki, bu da insan 
sağlamlığına öz mənfi təsirini göstərir. 
Hal-hazırda dünyada 20-25 mln. ton fosfor gübrəsi isteh-
sal olunur və getdikcə istehsal artırılır. Fosfor gübrəsinin isteh-
salı zamanı onun tullantıları istehsal olunan gübrədən 3 dəfə 
çoxdur. 
Fosfat xammalı-apatit və fosforitlər qarışıq elementlərlə 
zəngindir. Fosforitlərə nisbətən apatitlərdə nadir elementlər 
mövcudluğu 3-8 dəfə litosferdə olduğundan çoxdur. Apatit-
lərdə stronsiumun, ftorun miqdarı 50 dəfə, fosforitlərdə isə 
florun, qurğuşunun, misin, uranın, stronsiumun miqdarı 30 dəfə 
litosferdə olduğundan çoxdur. 
Bitki mühafizəsində istifadə olunan kimyəvi preparatların 
tərkibi civə, arsen, qurğuşun, ftor, bor, mis, bismut  birləşmələ-
rindən ibarətdir. Bu elementlərin torpağı çirkləndirməsini 
aşağıdakı misalla göstərmək olar. Üzüm bağlarında mis tərkibli 
preparatlardan istifadə etdikdə mövsüm ərzində torpağa 6-8 
min ton mis çökür. 
 
4.3. Çirkləndirici maddələr (poltyutantlar) 
 
Yüksək miqdarı biosferdə  və onun tərkib hissələrində 
neqativ toksikoloji şərait yaradan kimyəvi maddələrə  poltyu-
tantlar deyilir. Bu maddələi aqreqat halına görə bərk, maye  
qazabənzər maddələrə bölmək olar. Canlı orqanizmlərə  təsiri 


 
96
nəticəsində çirkləndirici maddələr  mutagen  təsir (nəsil vermə 
sistemində pozğunluqlar  əmələ  gətirirlər) göstərir. Bu təsir 
həmdə kanserogen xarakterli (bəd xassəli şişin əmələ gəlməsi) 
ola bilər. 
Antropogen yaradıcılıq nəticəsində meydana gələrək ətraf 
mühitə yayılan, yəni daxil olan tullantılar texnogenezin 
ayrılmaz hissəsidir (texnogenez dedikdə insanın yaradıcılığı ilə 
bağlı olan geokimyəvi və geofiziki proseslərin məcmuyu başa 
düşülür). Fiziki halına görə bu tullantıları  qazlı-tozlu, maye, 
bərk, qazlı-buxarlı  kimi 4 qrupa bölürlər. Müxtəlif sənaye 
sahələrinin tullantıları  həm tərkibinə, həm də miqdarına görə 
fərqlənirlər. Bunu aşağıdakı təsnifatdan görmək olar: 
I. Ümumi toz tullantısı- 100% 
−  tikinti materialları sənayesi             35% 
−  istilik elektrik stansiyaları               30% 
−  avtonəqliyyat                                   16% 
−  qara metallurgiya                             12% 
−  kimya sənayesi                                4.6% 
−  əlvan metallurgiya                              2% 
−  neft emalı sənayesi                           0.5% 
 
II. Ümumi kükürd qazı tullantısı- 100% 
−  istilik elektrik stansiyası                   50% 
−  avtonəqliyyat                                    20%    
−  əlvan metallurgiya                            18% 
−  qara metallurgiya                               7% 
−  neft emalı sənayesi                             2%        
−  kimya sənayesi                                   1% 
−  tikinti materialları sənayesi                0.4% 
 
III
Ümumu azot oksidləri tullantısı -100%  
−   istilik elektrik stansiyası 72% 
−  avtonəqliyyat 17% 


 
97
−  qara metallurgiya 
  6% 
−  tikinti materialları sənyesi    2% 
−  kimya sənayesi 1.7% 
−  neft emalı sənayesi     0.6% 
Tullantıları xarakterinə görə  kütləvi  və  qeyri-kütləvi 
olmaqla 2 yerə bölürlər. Kütləvi tullantılar  ətraf mühitin 
sanitar-gigiyenik göstəricilərini kəskin dəyişdiyinə görə onları 
xüsusi nəzarətdə saxlamaq lazımdır. Qəza zamanı qeyri-kütləvi 
tullantılar kütləviyə çevrilə bilər. 
Tullantıları onlara nəzarət etmək imkanı baxımından iki 
qrupa bölürlər: 
1)  Təşkil olunmuş  və yaxud razılaşdırılmış tullantılar
atmosferə, su hövzələrinə  və torpağa xüsusi qurğuların (boru-
lar, kompressorlar, təmizləyici vasitələr, yanma peçləri və s) 
köməkliyi ilə daxil olur. Bu tullantılar müxtəlif dərəcədə 
zəhərli olduğu adətən  ərazi üçün onların yol verilən hədd 
(YVH) müəyyən olunur.  
 2)  Təşkil olunmamış tullantılar  - elə tullantılardır ki, onları 
zərərsizləşdirmək və yaxud neytrallaşdırmaq qeyri-mümkün 
olur. Məsələn, aparat və qurğularda nasazlıq ucbatından mey-
dana gələn və yaxud kanalizasiya sistemlərində axan məhlul-
ların səthindən və xüsusi tullantılardan buxarlanan maddə 
miqdarı bu tullantılara aiddir. Bu tullantıların törənməsi isteh-
salat səbəbləri ilə  əlaqədardır. Zəhərli tullantıların inventari-
zasiyası zamanı onların mənbəyi, tullandığı yer, hava və 
tərkibi, həmçinin yerüstü qatlarda yayılmasının maksimum 
konsentrasiya həddi müəyyən olunmalıdır.  
   
 
4.4. Çirkləndirici maddələrin torpaqda 
akkumulyasiyası və miqrasiyası 
 
Maddələrin torpaqda hərəkətini təyin  etmək üçün əsas 
göstəricilərdən biri onların torpaq məhlulunda mövcudluğudur. 
Kimyəvi proseslər  əsasən torpağın bərk fazasında, torpaq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə