Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

 
105
-  qrunt sularının səviyyəsinin qalxması və torpaqların su 
altında qalması 
-  sahillərin abraziyası və deltaların duzlaşması 
-  dənizətrafı deltaların yuyulması və məhv olması 
-  torpaqların və suların sodalı (qələvi) duzlaşması 
nəticəsində çirklənmə 
5)
 
Çirklənmə və torpağın təkrar donması;  
6)
 
Soyuma və torpağın təkrar donması; 
-  quraqlıq və torpaq ərazilərinin səhralaşması 
-  “buzlaşan ” ərazilərdə torpaq qatının dağılaraq yox 
olması 
7)
 
Torpağın hərbi  əməliyyatlar və atom radiasiyası 
nəticəsində dağıdılması 
-  adi müharibələr 
-  nüvə müharibələri və atom radiasiyası 
-  AES-də fəlakət və radioaktiv maddələrin yayılması 
 
4.5.1. Ekosistemin və torpağın bioenergetik rejimlərinin 
dəyişilməsi ilə bağlı olan deqradasiya prosesləri 
1. Torpağın devegetasiyası
 
Torpaq örtüyü meşə, kolluq və ot bitkilərinin itirildiyi 
hallarda torpaqlar tədricən “ölüləşir”, onların bioməhsuldarlığı 
itir və ekoloji funksiyası pozulur. Bu proses həmçinin ərazinin 
iqliminin, qaz balansının (O
B
2
B
, N, CO
B
2
B
) və biosferdə su 
rejiminin pozulmasına da səbəb olur.  
Bu prosesin qarşısını almaq üçün aşağıdakı  təsbirlərin 
həyata keçirilməsi labüddür: 
•  Otlaq və örüş yerlərində mal-qaranın hərəkətinin 
nizamlanması, ot toxumlarının səpininin gübrələn-
məsinin təşkili; 
 
•  Tarlaçılıqda tarla-ot növbəli əkin sisteminin təşkili, üzvi 
gübrələrin verilməsi, aqrotexniki tədbirlərin düzgün 
təşkili; 


 
106
•  Meşə  təsərrüfatçılığında meşələrin nizamsız qırılma-
sının qarşısının alınması və meşələrin bərpası; 
 
•  Dağlıq ərazilərdə və yamaclarda terraslaşdırma yolu ilə 
meyvə ağaclarının əkilməsi. 
 
2.Torpağın dehumifikasiyası 
Münbitliyin əsas daşıyıcısı olan humusun itkisi ilə bağlıdır. 
Elmə  məlum olan faktlara görə Yerin quru hissəsində son 
10 min il ərzində torpaq çürüntüsünün tərkibində 30x10
P
6
P
 ton 
karbon itkisi baş vermişdir. Son 10 ildə isə bu itki 700x10
P

P
ton 
təşkil edir. Çürüntü qatının qalınlığının 1 sm azalması qara 
torpaqların hər hektarında dənli bitkilərin məhsuldarlığının 100 
kq azalmasına səbəb olur. 
Bu prosesin qarşısını almaq üçün mal-qaranın nizamla 
otarılması, fitomeliorasiyanın tətbiqi, növbəli  əkin sisteminin 
(ot-tarla) təşkili, üzvi gübrələrin tətbiqi, eroziya və 
deflyasiyanın qarşısının alınması kimi tədbirlərin həyata 
keçirilməsi labüddür. 
3.Torpağın yorulması və “əldən düşməsi” 
Hər hansı bir kənd təsərrüfatı bitkisinin eyni torpaqda uzun 
müddət  əkilməsi nəticəsində baş verən prosesdir. Bu zaman 
torpaqda külli miqdarda bitki kökləri ilə ifraz olunan maddələr 
(metabolitlər, toksinlər və s.) toplanır, mikroorqanizmlərin və 
zərərvericilərin eyni tipli qrupları üstünlük təşkil edir. Torpağa 
mineral gübrələrin verililməsi və bitkilərin pestisidlərlə 
dərmanlanmasına baxmayaraq, bu şəraitdə  məhsuldarlıq aşağı 
düşür. Belə bitkilər kimi pambıq, çuğundur, kartof, qarğıdalı və 
buğdanı misal göstərmək olar. Bu prosesin qarşısını almaq 
üçün növbəli əkin sisteminin tətbiqi və bu məqsədlə yonca və 
digər ot bitkilərindən istifadə olunması zəruridir. 
 
 
 


 
107
4.5.2. Torpaq qatlarının və profilinin patoloji vəziyyəti ilə 
əlaqədar olan deqradasiya prosesləri 
1. Torpağın ekosistemdən təcrid olunması
 
Yaşayış məntəqələrinin, yolların, limanların, anbarların, boru 
xətlərinin karyerlərin, su hövzələrinin, kanalların və s. inşası ilə 
əlaqədar bütün dünyada 2 mlrd. ha torpaq sahəsi biosferin 
müxtəlif ekosistemlərindən tədric olunmuşdur. Hər il biosfer 20 
mln. ha münbit torpaq sahəsini itirir. Belə ərazilərdə çürüntü qatı 
məhv edilir, torpaq faunasının və mikroorqanizmlərin fəaliyyəti 
tamamilə azalır və beləliklə  də biosferdən bioenergetik və 
biokimyəvi potensialın böyük bir hissəsi tədric olunur. 
2. Torpağın eroziyası və deflyasiyası 
Maili və dağlıq  ərazilərdə yamaclar boyu olan su axınları 
torpağın üst qatını yuyur (su eroziyası). Bu yolla hər il 1 ha 
sahədən 1-2 t torpaq yuyulub aparılır. Yamaclarda və maili 
ərazilərdə  şumun üstdən aşağı aparılması  nəticəsində adi 
hallarda hər il 1 ha sahədən 10-15 ton, leysan yağışları 
dövründə isə 75 ton torpaq yuyulub aparılır. Bu proses 3-5 il 
ərzində torpağın çürüntü qatının tamamilə dağılmasına səbəb 
olur. Nəticədə  ərazi bozqırlaşır, CO
B
2
B
-nin və azotun balansı 
pozulur. Yer kürəsində  kənd təsərrüfatına yararlı torpaqların 
70-80%-i müxtəlif dərəcədə eroziyaya məruz qalmışdır. 
Quraq  ərazilərdə torpağın çürüntü qatının sovurulub, 
üfürülüb aparılması (deflyasiya) daha geniş təzahür edir.  
Eroziya və deflyasiya proseslərinin qarşısını almaq üçün 
aşağıdakı tədbirlərin görülməsi zəruridir: 
-  mailliyi 3-5
P
0
P
 olan ərazilərin torpaqlarını əkin dövriyyə-
sindən çıxarmaq və bu ərazilərdən örüş  məqsədilə 
istifadə etmək; 
 
-  tarlaların kənarında qoruyucu meşə zolaqlarının 
salınması; 
 
-  maili ərazilərin terras üsulu ilə əkilməsi və şumlanması; 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə