Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   33   34   35   36   37   38   39   40   ...   71

 
131
vegetasiya dövründə parçalananlar da var. Demək olar ki
onlara bütün spesifik akarisidlər aiddir: tedion, keltan, milbeks, 
neoron, pliktran və başqaları, eləcə  də insektisidlərin çoxu: 
aktelik, bromofos, volaton, qardona, diler, karbofos, sayfos və 
başqa preparatlar praktiki olaraq istiqanlı heyvanlar üçün 
təhlükəsizdir. 
Hal-hazırda pestisidlərin  əsas istifadə üsulları  əkinləri 
məhlullarla çiləmə, suspenziyalar və emulsiyalar olub. 
Duzların  əvəzinə  həll olan tozlar və emulsiya konsentratları 
gəldi. Çiləmə zamanı preparatın yayılması  kəskin azalır, hava 
az çirklənir, çiləmə üsulu ilə hazırda 90%-dən artıq işləmələr 
aparılır. Eyni zamanda avisiyanın köməyindən tamamilə 
istifadə edilmir və lokal halda yerüstü aparatura ilə işləmələrə 
keçmişlər, bu da maksimum preparatın istifadəsini azaldır. 
Çiləmə texnikası  təkmilləşdirilib, məhlulun istifadə norması 
azaldılıb, iri həcmli çiləmələrdən az həcmli və ultra çiləmələrə 
keçirilib. 
 
Ətraf mühitin obyektlərində pestisidlərin ümumi 
reqlament prinsipləri. 
 
Ətraf mühit obyektlərində bütün tətbiqinə icazə verilmiş 
pestisidlər üçün mümkün konsentrasiya həddi (MKH) müəy-
yənləşdirilir. Lakin bir mühüm məsələ vardır ki, insan 
sağlamlığına pestisidlərin mənfi təsirinə qarşı profilaktikasında, 
ümumi tədbirlər sistemində, qida məhsullarında- pestisidlərin 
mümkün qalıqlarının miqdarını (MQM) müəyyən etmək 
lazımdır. Pestisidlərin toksiki xüsusiyyətlərini və miqdarını 
müəyyən edərək orqanizmdə patoloji effekt əmələ  gətirən 
(sonrakı təsiri də nəzərə alaraq) məhdud hədd və təsir etməyən 
dozaları əsas tutulur. Preparatların toksiki olmasını qiymətlən-
dirəndə  tək  αD50 səviyyəsindən başqa onların hətta dözümlü 
olması, orqanizmə düşməsinin müxtəlif  şəraiti olan fiziki-
kimyəvi xüsusiyyətləri (islanması, səth üzərində saxlanılması, 


 
132
ölçüləri, hissələrin formaları, təsiredici buxarların möhkəmliyi 
və s.) nəzərə alınmalıdır.  
Bitkilərdə pestisidlərin qalıqlarının miqdarı  işləmələrin 
vaxtından və  şəraitindən, preparatın istifadəsinin sayından, 
bitkinin növündən, onların böyümə intensivliyindən, meteoro-
loji şəraitdən (istilik, havanın nəmliyi, insolasiyası və s.), eləcə 
də məhsulların aqronoleptik dəyişmə imkanlarından asılıdır. 
Hər gün insan orqanizminə daxil olan və onun sağlamlı-
ğına ziyan vurmayan qida məhsullarında pestisidlərin yol 
verilən konsentrasiyası normativ kimi qəbul edilir. 
Hər bir pestisid üçün MQM normaları ayrıca təyin edilir. 
Bəzi pestisidlər (aldrin, heptaxlor) heç olmamalı, bir neçə 
pestisidlərin süddə,  ətdə, yağda, yumurtada olmasına yol 
verilməməlidir (bayteks, qamma-izomer, heksaxlortsiklohek-
san, heksaxlor, DDT və s.). 
Çirkləndiricilərə  nəzarət. 
Ölkəmizdə pestisidlərin və 
onların qalıqlarının müxtəlif mühitlərdə (kənd təsərrüfatı 
məhsullarında, torpaqda, suda, havada) istifadəsinə  nəzarət 
edilir. Beləki, aqrokimyəvi maddələrlə ətraf mühitin çirklənmə 
səviyyəsi, nitratların torpaqda və bitki məhsullarının tərkibində 
miqdarı (xüsusilə  də intensiv gübrələnən bitkilərdə-tərəvəz, 
bağ və yem bitkilərində və eləcədə onlar becərilən torpaqlarda) 
təyin olunmalıdır. Nəzarəti aqrokimyəvi laboratoriyalarda, 
kimyalaşma stansiyalarında xüsusi cihazlarla və laboratoriya 
avadanlıqları ilə təchiz edilmiş aqroşöbələrdə aparırlar. 
Ekoloji və bioloji təmiz, keyfiyyətli qida məhsulları 
istehsalçıları assossiyasiyası yaradılıb. Belə vacib olan işin 
inisiatorları Moskva-altı aqrar müəssisələri (“Kaşirski” APK və 
başqaları) və ölkənin aparıcı elmi-tədqiqat mərkəzləridir. 
Lakin bu o demək deyil ki, kənd təsərrüfatı məhsullarının 
keyfiyyətinə nəzarət hər yerdə lazım olan səviyyədədir. Geniş 
şaxələnmiş  nəzarət toksikoloji laboratoriyalar şəbəkəsi 
qidaların istifadə edilməsinə yararlı olması haqqında yekun 
nəticə vermək üçün hələ yeni yaradılır və  təəssüflər olsun ki


 
133
hələ də bizim süfrəmizə meyvə tərəvəzlərlə, süd və ətlə zərərli 
maddələr gəlir. 
Zərərli maddələrin tərkibinə  və miqdarına edilən etibarlı 
nəzarət keyfiyyətsiz məhsulun istehsalını iqtisadi cəhətdən 
səmərəsiz edəcəkdir. 
 
5.2. Torpağın ağır metallarla çirklənməsi 
 
 Çirklənmə miqyasına və  və bioloji obyektlərə  təsirinə 
görə çirkləndirici maddələr arasında ağır metallar xüsusi yer 
tutur. Ağır metalların orqanizmdə böyük rolu vardır, lakin 
biosferdə, atmosferdə intensiv yayılması  və torpaqda yüksək 
konsentrasiyası onların biota üçün toksikliyinə çevrilir.  
 1990-cı ilin əvvəlində  Şimali Amarikada və Avropada 
müxtəlif sənaye fəaliyyəti nəticəsində bir ildə  atmosferə daxil 
olan ağır metalların cəmi aşağıdakı kimi olmuşdur: qurğuşun – 
370 min t (o cümlədən etilləşdirilmiş bezinin hesabına 280 min 
t), arsen – 31,2 min t (əlvan və qara metallurgiya, şüşə, sement 
istehsalı), kadmium – 7,6 min t (əlvan metallurgiya – 6,2 min t) 
və s. əlvan metallurgiya müəssisələrində 1 ton məhsul  əldə 
etmək üçün ətraf mühitə 40...60 kq qurğuşun, 3kq – a qədər 
arsen, 280 qr – a yaxın civə, 13 q – a qədər kadmium ayrılır 
(atılır). 
 
Sıxlığı (kipliyi) 5 q/sm
P
3
P
 – dən artıq və ya atom kütləsi 
50 vahid olan kimyəvi elementlər ağır metallara aiddir. 
Təhlükəliliyinə görə onlar üç sinfə ayrılır: 
I sinif – xüsusilə toksik          II sinif – toksik 
    III sinif–zəif toksik 
Kadmium (Cd)   
      Bor (B) 
 
 
Barium (Ba) 
Arsen (As)  
 
      Kobalt (Co)   
 
Vanadium (V) 
Civə (Hg) 
 
      Mis (Cu) 
 
 
Volfram (W) 
Qurğuşun (Pb)   
      Nikel (Ni) 
 
 
Manqan (Mn) 
Selen (Se) 
 
     Antimon (Sb)   
 
Stronsium(Sr)  
Sink (Zn) 
 
     Xrom (Cr) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə