Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   71

 
134
  Ətraf mühitə daxil olan ağır metalların təxminən 90%-i 
torpaqda toplanır. Ən toksik metallardan biri olan qurğuşun bir 
sıra beynəlxalq təşkilatların, o cümlədən Ümumdünya Səhiyyə 
Təşkilatının (ÜST), BMT-nin, toksik maddələr və  xəstəliklər 
üzrə Amerika Agentliyinin və digər ölkələrin anoloji dövlət 
təşkilatlarının prioritet cirkləndirici maddələrin siyahısına daxil 
edilmişdir. Qurğuşun ətraf mühitə etilləşdirilmiş benzinlə işlə-
yən avtomobillərin tullantıları ilə, metallurgiya müəssisələri, 
poliqrafiya müəssisələri, maşınqayırma istehsalı, akumuliyator 
istehsalı  və digər qurğuşun tərkibli məhsullar istehsal edən 
müəssisələrin tullantıları ilə daxil olur.  
 
 Qurğuşunun yol verilən konsentrasiyası (YVK) atmos-
fer havasında 0.3 mkq/m
P
3
P
, su mənbələri suyunda   30 mkq/m
P
3
P

(ÜST-nın tövsiyəsinə  əsasən 10 mkq/l) müəyyən edilmişdir. 
Torpaqda qurğuşunun YVK – sı təxmini aşağıdakı kimi təşkil 
edir: qumlu və qumluca torpaqlarda – 32, turş (gillicə və gilli) 
torpaqlarda – 65 və neytral turşuluğa yaxın torpaqlarda 130 
mq/kq. 
 Torpağın tərkibində qurğuşunun miqdarı əlvan metallar 
istehsal edən  şəhərlərdə 1000-2000 mq/kq-a çata bilər. 
Torpağın qurğuşanla yüksək səviyyədə çirklənməsi, xüsusilə 
qurğuşun  əridilməsi və qurğuşun tərkibli akumulyatorlar 
istehsal edən müəssisələr yerləşən şəhərlərdə müşahidə olunur. 
 Torpağı yüksək səviyyədə qurğuşunla çirklənən 
şəhərlərdə sahə  kənd təsərrüfatı  məhsulları üçün istifadə 
olunduqda təbii ki, qurğuşun qida məhsulunun tərkibinə keçir.  
Məsələn, Uralın Karabaş adlı kişik  şəhərində (Çelyabinsk 
vilayəti) misəridən zavod 1910-cu ildən etibarən işləyir, 
qabaqlar qurğuşun tullantıları ildə 2 min tona çatırdı. Hazırda 
torpağın çirklənmə  səviyyəsi son dərəcə yüksək olub, 1500-
2000 mq/kq – a çatır. Belə torpaqlarda becərilən tərəvəzin 
tərkibində qurğuşunun miqdarı 1.5-2.5 mq/kq təşkil edir (YVK 
isə 0.5 mq/kq - dır). 


 
135
  Ən toksik metallardan biri də civədir. O, ətraf mühitdə 
çox geniş yayılmışdır, trofik zəncirdə bioakkumulyasiya və 
hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə 
hərəkətini sadə şəkildə aşağıdakı  kimi göstərmək olar: su – dib 
çöküntüləri – biota (bentos, fito - zooplankton), balıqla 
qidalanan balıqlar və quşlar. Civə  ətraf mühitə civə  tərkibli 
filizlərin çıxarılması  və  əridilməsi, sulfid filizlərindən  əridib 
əlvan metalların alınması, filizdən qızıl  əldə edildiyi, 
sellülozanın ağardılması, xlor, kaustik soda, vinilxlorid, 
elektrik avadınlıqlarının (lampa, müxtəlif cərəyan mənbələri), 
ölçü və  nəzarət cihazlarının (termometr, monometr), 
civətərkibli tibb preparatlarının, sementin istehsalı, civətərkibli 
pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması 
zamanı daxil olur. 
Atmosfer havasında civənin YVK 0.3 mkq/m
P
3
P
, içməli 
suda 0.5 mkq/l, torpaqda isə 2.1 mq/kq təşkil edir. 
 Civənin torpaqda toplanması üzvi karbon və kükürdün 
miqdar səviyyəsinə görə  təyin edilir. Civənin torpaqla ana 
süxurdan irsən keçmiş təbii halda miqdarı 0.02-dən 0.3 mq/kq 
arasında tərəddüd edir, orta hesabla 0.06 mq/kq təşkil edib 
torpaq tipindən asılıdır. Şəhər torpaqlarında civənin miqdarının 
çox olması, müxtəlif tullantıların hədsiz çox olması ilə 
əlaqədardır. 
Kadmiumun  ətraf mühitdə yayılması lokal xarakter 
daşıyır. O, ətraf mühitə metallurgiya istehsalının tullantıları, 
qalvanik istehsalının çirkab suları (kadmiumlamadan sonra), 
kadmium tərkibli stabilzatorlar, piqmentlər, boyalar istifadə 
olunan istehsal sahələrindən və fosfat gübrələrindən istifadə 
edilməsi vasitəsilə daxil olur. Bundan başqa, kadmium iri 
şəhərlərin havasında təkərlərin sürtülməsi, bəzi plastik 
məmulatların, boyaların və yapışdırcı materialların eroziyası 
nəticəsində toplanır.    
Kadmiumla çirklənmiş sahələrdə becərilən kənd 
təsərrüfatı məhsullarında onun izafi miqdarda  olma ehtimalını 


 
136
nəzərə almaq lazımdır. Məsələn, kadmiumun yol verilən 
səviyyəni keçməsi Belova şəhərində sinkəridən zavodun 
yaxınlığında becərilən tərəvəzlərdə qeydə alınmışdır. 
Kirovoqrad, Qornyak, Kamensk – Uralsk, Çelyabinsk, 
Vladiqafqaz  şəhərlərinin və  mədənlərin yaxınlığında yerləşən 
yaşayış  məntəqələrinin  ərazi torpaqlarında kadmiumun ən 
yüksək orta miqdarı aşkar edilmişdir.  
Şərti olaraq esensial mikroelement sayılan arsen təbii 
halda metilləşmiş birləşmələr halında mövcuddur. Arsen ətraf 
mühitə atıntılar, çirkab suları  və metallurqiya istehsalı tullan-
tıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və azot gübrə-
ləri zavodlarından, həmçinin arsentərkibli kömürün yandırıl-
masından, insektofunqisidlərin istehsalı  və istifadəsi zamanı 
atılır. Müəyyən  şəraitdə o, dib çöküntülərindən maye fazaya 
miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir. 
Nikelin torpaqda ən yüksək miqdarı (orta-350 mq/kq, 
maksimum 1000 mq/kq – a qədər)  əridici istehsalı yerləşən 
Rey şəhərində qeydə alınmışdır.  
Təbiətdə  ağır metalların  əksəriyyəti yalnız çox az 
konsentrasiyada bitkilər və bakteriyalar üçün əlverişlidir. 
Dəmir, mis, sink, selen, manqan, molibden və  bəzi digər 
elementlər mikrodozalarda canlı orqanizmlər üçün zəruridir. 
Onlar yalnız böyük, izafi dozalarda təhlükəlidir. Qurğuşun, 
kadmium, arsen, civə və onun birləşmələri istənilən konsentra-
siyada  əksər ali bitkilər və bir çox digər bitkilər üçün 
zəhərlidir. Lakin son tədqiqatlar göstərir ki, hətta civə kimi 
toksik element mikroorqanizmlərdə leykositlərin aktivliyini və 
maddələr mübadiləsin, həmçinin canlı orqanizmlərin dezintok-
sikasiyasını stimullaşdırır.  
Çirkləndirici maddələrdən ən təhlükəli sayılan ağır metal-
lar - qurğşun, civə, kadmium, arsen, sink, nikel və başqaları 
sayılır. 
Qida məhsullarının qəbulu zamanı insanın xəstələnmə 
riski müşahidə edilməyən ağır metalların yol verilən miqdarı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə