Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   36   37   38   39   40   41   42   43   ...   71

 
140
təsir göstərərək, asteoporozun inkişafına səbəb ola bilər, 
bundan çox vaxt 50 yaşdan yuxarı qadınlar əziyyət çəkir. 
Civə tiol zəhəri sırasına aid olub, sulfohidrat qrupu zülal  
birləşmələrini təcrid edərək, orqanizmin zülal mübadiləsini və 
fermentasiya prosesini pozur. Ətraf mühitdən qeyri-üzvi civənin 
daxil olma yolu inhalyasiya hesab olunur. Atmosfer havasından 
insan orta hesabla sutka ərzində  təxminən 1 mkq civə udur. 
Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanır və qana 
daxil olaraq tez oksidləşir. Orqanizmə daxil olan civənin hamısı 
praktiki olaraq tez ionlaşır.  İçməli su və qida məhsulları ilə 
orqanizmə daxil olan civənin üzvi birləşmələri daha təhlükəli 
hesab olunur. Sutkada qəbul edilən su ilə orqanizmə 0.4 mkq-dan 
az civə daxil olur.  Istehsalatda civə ilə təmasda olmayan civənin 
əsas mənbəyi qida, başlıca olaraq balıq və balıq məhsulları sayılır. 
Yüksək çirklənməyə  məruz qalmış rayonlarda bu məhsullarda 
civənin sutkalıq qəbulu 300 mkq-a çata bilər, bu isə metil civə ilə 
zəhərlənməyə  səbəb olur. Orqanizmə buxar halında daxil olan 
civə tez cift (plasent) vasitəsilə keçir. Civənin üzvi birləşmələri 
qeyri-üzvi birləşmələrə nisbətən orqanizmdə uzun müddət 
dəyişməz halda qalır və hamatoensefalikvə cift maneəsindən gec 
keçir. Südverən anaların südündə civə birləşmələri toplana bilir, 
odur ki, balaca uşaqların qanında civə  aşkar edilir. Qeyri-üzvi 
civənin yarımayrılması dövrü təxminən 80 sutka çəkir, daxil olan 
metilcivəninki isə 600 sutkadan artıq uzanır.  
1956-cı ildə  əvvəl uşaqlar (mərkəzi sinir sisteminin), 
sonra isə böyüklər (hərəkət uyğunluqlarının pozulması, eşitmə 
qabiliyyətinin pisləşməsi, həssaslığın itirilməsi) diaqnozundan 
keçirilmişir. Görüş dairəsinin qısalması,  əzələ riqidonstu, 
yüksək emosiyanın oyanması  aşkar edilmişdir. Zərərçəkmiş 
adamların hamısı Minamata körfəzində tutulmuş balıq və 
molyuskalarla qidalanmışdır. Hərəkət koordinasiyasının pozul-
ması pişik və quşlarda da müşahidə olunmuşdur. Onlarla insan 
ölmüş, bir çoxları sinir sistemində ağır zədələr almışdır. 1955-
1959-cu illərdə Minamatada doğulan hər üç uşaqdan birində 


 
141
mərkəzi sinir sisteminin pozulması; fiziki və  əqli inkişafın 
kənara çıxması müşahidə olunmuşdur. Bu faciələrin nəticələri 
neçə- neçə illər davam etmişdir, 12 mindən artıq adam körfəzə, 
200-dən 600 tona qədər civəni körfəzə atan kimya 
müəssisələrinə öz idddialarını bildirmişlər.  
Insanların metil civə ilə  zəhərlənməsi civə  tərkibli 
funksidlərlə  dərmanlanmış taxıldan bişirlmiş çörəklə qidalan-
ması ilə əlaqədar baş vermişdir.  
Ağır metallardan biri olan kadmium da canlılar üçün çox 
təhlükəlidir. Orqanizmə daxil olan əlavə kadmium mənbəyi 
siqaret çəkilməsi sayılır. Bir siqaretin tərkibində 1-2 mkq 
kadmium olur və onun 10 %- ə  qədəri tənəffüs orqanlarına 
daxil olur. Gün ərzində 30 ədəd siqaret çəkən adamın orqaniz-
mində 40 il ərzində 13-52 mkq kadmium toplanır ki,  bu qida 
ilə orqanizmə daxil olan miqdardan artıqdır. Orqanizmdə 
kadmium saxlanmasına insanın yaşı da təsir göstərir. Uşaq və 
yeniyetmələrdə onun sorulma dərəcəsi böyüklərdə olduğundan 
5 dəfə yüksəkdir. Kadmium ağciyər və  mədə-bağırsaq 
traktından adsorbsiya olunaraq bir neçə dəqiqədən sonra qanda 
müəyyən edilir, lakin onun səviyyəsi ilk sutkalar tez azalır. O, 
kanserogen (2 A qrupu), qonadotrop, embriotrop, mutagen və 
nefrotoksiki təsirə malikdir. Hətta aşağı  səviyyə çirklənmədə 
kadmiumun  əhali üçün əlverişsiz təsirinin real təhlükə 
yaratması bu metalın yüksək bioloji komulyasiyası (toplan-
ması) ilə  əlaqədardır. Işçi zonasından yüksək konsentrasiyalı 
kadmiuimla qısa kontaktda olduqda yüngül fibroza, ağciyər və 
qaraciyərin funksiyasının daxamlı pozulmasına səbəb olur.  
Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, 
sperma, boruvarı sümüklər qismən dalaq hesab olunur. 
Kadmium  əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan 
ümumi miqdarının 30%-ni təşkil edir. Kadmiumla xroniki 
zəhərlənmənin  ən ağır forması  İtay-İtay xəstəliyi sayılır. Bu 
xəstəlik ilk dəfə Yaponiyada aşkar olunmuşdur. Uzun illərdən 
bəri  əhali mədəndən kadmium düşən çayın suyu ilə suvarılan 


 
142
tarlada becərilən düyü ilə qidalanmışdır. Burada becərilən 
düyünün tərkibində kadmiumun miqdarı 1 mkq/q-a çataraq, 
orqanizmdə 300 mkq-ı keçir. Vitaminin və kalsiumun çatış-
mazlığı, həmçinin hamiləlik dövründə  zəifləməsi ilə  əlaqədar 
yaşı 46-nı keçmiş qadınlarda bu xəstəliyin  əmələ  gəlməsinə 
patogen faktor səbəb olmuşdur.  İtay-İtay xəstəliyi skeletin 
deformasiyası ilə boyun qısalması, beldə ayaq əzələlərində 
ağrılar, xəstələrdə “ördək yerişi” ilə xarakterizə olunur.  
Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə 
məşğul olan fəhlələrdə  xərçəng xəstəliyinin  əmələ  gəlməsinə 
səbəb olunur.  
Arsen də orqanizm üçün təhlükəli metaldır. Arsen 
birləşmələrinin toksikliyi, onun orqaizmdən ayrılması sürəti 
orqan və toxumalarda toplanma dərəcəsindən asılıdır. İşçilərdə 
xroniki arsen intoksasiyası aşağıdakı simptomlarının kombina-
siyası ilə səciyyələnir: əsəb, mədə-bağırsaq, kardiovaskulyar və 
respirator pozuntuları, hemolit kənarlaşma, dəri zədələnməsi, 
qaraciyər və böyrəklərin funksional pozulması.  
Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna 
aiddir. Arsenin 10-100 mkq/m
P

P
  dərəcəsində xroniki təsiri (1 
ildən artıq) ağciyərdə  xərcəng xəstəliyinin baş vermə tezliyini 
artırır. Bu halda metallurgiya zavodları və arsentərkibli pestisid-
lər istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. 
Siqaret çəkmə arsenin kansorogen effektini dərinləşdirir. 
Nikel də orqanizimdə  zəruri elementlərdən biridir. Bitki-
lərdə nikelin miqdarı (yaş halda çəkisinə görə hesablandıqda) 
5·10
P
-5
P
%, heyvandarlıqda 1.0·10
P
-6
P
%-dir. Heyvanların qaraciyə-
rində, dərisində  və endokrin vəzilərində olur. Müəyyən edil-
mişdir ki, o, arginaza fermentlərini aktivləşdirir və oksidləş-
dirmə proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq 
olduqda insanda müxtəlif xəstəliklərə səbəb olur. 
Nikelə xroniki intoksikasiya burun – udlaq və və ağciyər 
peşə  xəstəliklərinin baş verməsinə  səbəb olur, bədxassəli yeni 
törəmələrin  əmələ  gəlməsinə risk yaranır, dərinin allergiya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə