Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   29   30   31   32   33   34   35   36   ...   71

 
118
toksiki təsirini 2-6 həftə  ərzində saxlaya bilərlər. Fosfor üzvi 
pestisidlər yüksək bioloji aktivliyə malikdirlər – insan və 
heyvan orqanizmlərinə  də  zəhərləyici təsir göstərirlər. 
Onlardan çoxu yüksək texniki maddələrə aiddir. Onların 
zəhərləyici mexanizmi həyat üçün vacib olan fermentlərə təsir 
etməkdən ibarətdir. 
Fosforüzvi pestisidlər xlorüzvi pestisidlərindən fərqli 
olaraq  ətraf mühitdə nisbətən az toplanırlar. Suyun, günəşin 
təsiri altında təxmini ay ərzində onlar parçalanır və zəif toksiki 
birləşmələrə çevrilirlər. Belə ki, metilmerkaptofos bitkilərin 
yarpaqlarında 30 gün qalır, antio-10 gün, fosfamit 7-10 gün 
qalırlar. Ona görə  də fosforüzvi preparatlar qida məhsullarını 
daha az miqdarda çirkləndirir. Lakin bəzi preparatlar (məsələn, 
tiofos) yüksək zəhərlidir və  kəskin zəhərlənmələrə  gətirib 
çıxara bilər. PSO (CHT) onların tətbiqinə qadağa qoyub. 
Karbamin turşularının birləşmələri (sevin, siram, sineb və 
s.)  əhəmiyyətli funqisidli aktivliyə malikdirlər, xüsusilə  də 
giləmeyvəli, tərəvəz, taxıllar və taxıl-paxlalı, texniki bitkilərin 
becərilməsində  zərərvericilərə, xəstəlik törədənlərə  və alaq 
otlarına qarşı mübarizədə istifadə edilir. Onlar orta və  zəif 
toksiki kumulyasiyaya malikdirlər,  ətraf mühitdə nisbətən tez 
parçalanırlar, lakin onların bəziləri becərilən kənd təsərrüfatı 
bitkilərin üzərində uzun müddət qala bilirlər. Karbamin 
turşularının birləşmələri sənayedə istehsalına və tətbiqinə görə 
ikinci yeri tutur. Fosfororqanik preparatlardan sonra, bizim 
ölkədə  təkcə sevinin, pirimozanın və furadinin istifadəsinə 
icazə verilmir. Karbamin turşularının birləşmələri çox vaxt 
kontakt və bağırsaq zəhərləri kimi təsir göstərirlər. Onlardan 
bəziləri istiqanlı heyvanlara və insana da toksiki təsir edir və 
heç də toksiki olmaqlarına görə fosforüzvi birləşmələrindən 
geri qalmır. Onlar embriotoksiki və mutagen təsir göstərirlər. 
Xlorüzvi birləşmələrdən  DDT, TXST, polixlorpinen, 
aldrin, efir sulfonat və digərləri kənd təsərrüfatında uzun müd-
dətdir ki, tətbiq edilir. Onlardan taxılların, taxıl-paxlalalıların, 


 
119
texniki bitkilərin, üzümlüklərin, baxça və çöl bitkilərinin 
zərərvericilərinə qarşı mübarizədə istifadə olunur. Həmçinin 
meşə  təsərrüfatında, baytarlıqda və  hətta tibbdə  də istifadə 
olunur. Onların fərqli olan xüsusiyyətləri  ətraf mühit amillə-
rinin təsirinə qarşı davamlı olmaqlarıdır (temperatura, günəş 
radiasiyasına, nəmliyə  və s.). Məsələn, DDT 15 saat ərzində 
115-120
P
  0
P
S isidilərək parçalanmır, hətta kulinariya işləri 
aparılarkən o tab gətirir. Bu preparat yüksək toplama qabiliy-
yətinə malikdir, tədricən ətraf mühitdə toplanır (suda, torpaqda, 
qida məhsullarında və s.). O, torpağa tətbiq edilən müddətdən 
12 il keçdikdən sonra tapılır. 
Xlorüzvi maddələr qrupuna xas olan xüsusiyyətlərindən 
biri də heyvanların piy qatında toplanmasıdır. Bu qrup prepa-
ratlarının çoxu orta toksiki birləşmələrə aiddir. Onlardan 
bəziləri (aldrin, dildrin) kəskin təsirli və çox təhlükəli uçucu 
maddələrdir. 
Hal-hazırda bu birləşmələri təhlükəsiz maddələrlə  əvəz 
etmək tədbirləri görülür. Belə güclü təsirə malik olan preparat-
ların - aldrinin, kakaldrinin, dildrinin kənd təsərrüfatında 
istifadəsi qadağan edilib. 1970-ci ildən isə DDT tətbiqi 
qadağan edilib və bu qrup preparatların bəzilərinin istifadəsi 
məhdudlaşdırılıb. 
Son zamanlar bu qrupdan olan kimyəvi birləşmələr alınıb 
ki, tərkibinə görə DDT – yə yaxındır, yüksək insektisidlik 
aktivliyinə malikdir, ətraf mühitdə asanlıqla parçalanır və 
məhsullara təsir etmir.  
Xlorüzvi insektisidlərdən bizim ölkədə polixlor-kamfen, 
heksaxloran, qamma-izomer, dixlor bu gün də geniş  tətbiq 
edilir. 
Fungisidlər. 
Fungisidlərin çoxunun tərkibində kükürd, 
mis, civə olan qeyri-üzvi maddələrdir. Kükürd yəqin ki, ilk 
efektiv fungisid olub və indiyə  qədər də geniş  tətbiq olunur
xüsusilə  də unlu şeh xəstəliyi ilə mübarizədə geniş  tətbiq 
olunur. Qeyd edilmişdir ki, o kənd təsərrüfatında bitkilərin 


 
120
göbələk xəstəliklərinə qarşı istifadə olunur. Hal-hazırda  ən 
geniş yayılmışı sintetik üzvi fungisidlərdir, məsələn ditiokarbo-
matlardir. 
Streptomisin tipli antibiotiklər də göbələklərə qarşı, 
lakin daha çox bakteriyalara qarşı mübarizədə istifadə olunur. 
Sistemli təsiri olan fungisid bitki daxilində  hərəkət edərək, 
antibiotik kimi, göbələk xəstəliklərini sağaldır və onların 
yenidən  əmələ  gəlməsinə mane olur. Fungisidlər kif xəstəlik-
lərinə qarşı mübarizədə geniş istifadə olunur. Çörək bişirərkən 
bu məqsədlə ona natrium propionat qatılır. Fungisidlərin 
istehsal həcmi, çeşidi digər pestisidlərə və herbisidlərə nisbətən 
olduqca azdır. 
Piretrimlər.
 Pestisidlərin aktivliyini yüksəldərək, 
onların təsiredici qatılığını insana təhlükəsiz olan miqdara 
çatdırmaq olar. Belə ki, pestisidlərin I nəsli  əsasən də arsen 
birləşmələri su mühitini həddindən artıq çirkləndirir, II nəslin 
pestisidləri isə nisbətən az təhlükəlidirlər. Onlar yüksək seçici 
və uzun müddətli təsir edirlər (bir neçə saatdan aylarla). Çoxu 
da mikroorqanizmlərin, günəş işığının, suyun və havanın təsiri 
altında tamamilə təhlükəsiz olan sadə maddələrə parçalanır. Bu 
preparatlar piretrimlər fəsiləsinə aiddir və onların sintetik 
analoqları piretroidlərdir, sahələrə 5-20 q/kq dozasında verilir, 
bu da 100-1000 dəfə ənənəvi pestisidlərdən azdır.  
Herbisidlər – 
alaq otları ilə mübarizə vasitəsidir.  İcra 
etdiyi funksiyalarına görə herbisidləri bir neçə qrupa bölmək 
olar: birinci qrup herbisidlər torpağı sterilləşdirmək üçün tətbiq 
edilir, sahədə olan bütün bitkilərin inkişafını dayandırır. Bu 
qrupa natrium xlor aiddir. İkinci qrup herbisidlər, alaq 
bitkilərini seçib məhv edir, lazım olanlara toxunmur. Məsələn, 
2,4-dixlorfenoksisirkə turşusu (2,4-D) taxıllara zədə vurmadan 
ikiləpəli olan alaqları  və lazımsız ağac-kol bitkilərini məhv 
edir. Üçüncü qrupa elə maddələr daxildir ki, bitkilərin hamısı 
məhv olur, lakin torpağı sterilləşdirir və sonralar belə 
torpaqlarda bitkilər əmələ gələ bilir. Belə təsirə, məsələn, neft 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə