Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

 
108
-  növbəli  əkinçilik sisteminə ot bitkilərinin daxil 
edilməsi; 
 
-  üzvi gübrələrin tətbiqi; 
 
-  torpağı çevirmədən şumlanması; 
 
-  yarğan əmələ gəlməsinin qarşısının alınması. 
 
3. Strukturasız qabığın və qatların əmələ gəlməsi
 
Bu prosesin səbəbləri aşağıdakılardır: 
1)  Torpağın fiziki yetişmə  həddindən artıq rütubətlə  təmin 
olunduğu hallarda ağır texnika ilə becərilməsi. Bu zaman 
struktur pozulur və  sıxlıq 1.2-1.3 həddindən 1.5-1.8 q/sm 
həddinə qədər artır. 
2)  Suvarılan qaratorpaqların zəif qələvi xassəli sularla suva-
rılması. Belə  şəraitdə becərmə zamanı  ağır maşınların 
təsiri ilə pis su keçirən təbəqələr əmələ gəlir. Həmin qatlar 
çevrilir, nəticədə bitkilər məhv olur. 
3)  Qədim  əkin sahələrində kipləşmiş  əkinaltı qatın  əmələ 
gəlməsi 20-40 sm qədər dərinlikdə  sıxlaşmış qat əmələ 
gəlir və bitkilər üçün əlverişsiz şərait yaranır. Bu proseslə-
rin qarşısını almaq üçün əkin sahələrində yüngül texnika-
nın tətbiqi, maşınların sahədə gediş sayının azaldılması, 
torpağın dövrü olaraq dərin yumşaldılması, ot bitkilərinin 
əkilməsi və üzvi gübrələrin tətbiqi kimi tədbirlərin həyata 
keçirilməsi zəruridir. 
 
4.5.3. Torpağın su və kimyəvi rejimləri pozulması nəticəsində 
deqradasiyası 
1. Torpaqların səhralaşması və quraqlıq 
Yerdə baş verən buzlaşmalardan sonra müəyyən ərazilər-
də səhralaşma baş vermişdir. Bu proses həmçinin insanın plan-
sız təsərrüfat fəaliyyəti nəticəsində davam etməklə  bərabər 
qurunun 15%-ə  qədər sahəsini  əhatə edir. Hər il antropogen 
təsirlər nəticəsində 50 min km
P
2
P
  ərazi səhralaşır. Meşələrin, 


 
109
kolluqların qırılması, mal-qaranın nizamsız otarılması və digər 
səbəblər çim qatının dağılmasına, strukturanın pozulmasına, 
səthdə qabıq qatının əmələ gəlməsinə səbəb olur.   
Bu prosesin qarşısını almaq üçün qumların bərkidilməsi, 
qoruyucu meşə zolaqlarının salınması, fitomeliorativ tədbir-
lərin tətbiqi, növbəli  əkin sisteminin və s. tədbirlərinin həyata 
keçirilməsi labüddür.  
2. Sel axınları və sürüşmələr  
Dağ  və dağlıq  ərazilərdə bitki örtüyünün məhv edilməsi 
bu proseslərə  səbəb olur. Bitkisiz dağ yamacları çox intensiv 
yuyulur və kök süxürları səthə çıxır.  
 Bu proseslərin qarşısını almaq üçün ərazidə meşələrin 
salınması, dambaların və bəndlərin inşa edilməsi zəruridir. 
3.Torpağın təkrar şorlaşması 
 Torpağın minerallaşmış  və içməli sularla qeyri-düzgün 
suvarılması  nəticəsində meydana gəlir.  Bu  proses  həm də 
onunla əlaqədardır ki, çəkilmiş suvarma kanalları ekoloji tələb-
lərə cavab vermir və su normaları düzgün müəyyənləşdirilmir. 
Nəticədə suvarma suyunun 50-60 %-i aşağı qatlara süzülür və 
minerallaşmamış qrunt sularının səviyyəsinin qalxmasına 
səbəb olur. Adətən qrunt sularının yerin səthindən 3-1.5 m 
dərinlikdə yerləşdiyi  şəraitdə  təkrar  şorlaşma baş verir. Bu 
prosesin qarşısını almaq üçün kanallardan suyun filtrasiyasının 
qarşısını almaq, damcı suvarmasını  tətbiq etmək və  dərin 
drenaj qurğularının (2.5-3 m) inşa etmək lazımdır. 
4.Torpağın təbii və təkrar turşulaşması 
Bir çox kənd təsərrüfatı bitkiləri üçün mühitin reaksi-
yasının optimal qiyməti 5.5-8.0 arasında dəyişir. Mühitdə tur-
şuluq artdıqca torpağın münbitliyi və bioməhsuldarlıq aşağı 
düşür. 
Son illərdə yüksək inkişaf etmiş  sənayesi olan ölkələrdə 
atmosfer çöküntülərində, göl sularında və  səthi axar sularda 
atmosferdən daxil olmalar hesabına (sənaye, nəqliyyat və başqa 
mənşəli) güclü turşulaşma müşahidə olunur. Torpağın turşu-


 
110
laşması  nəticəsində torpaqda bitkilərə, heyvanlara və insana 
toksiki təsir göstərən kimyəvi fəal maddələrin miqdarı artır. 
Torpağın  əkin qatında turşuluğun artmasında balanslaşdiril-
mamış fizioloji turş gübrələrin də böyük rolu var.  
Təkrar turşulaşma nəticəsində bitki örtüyünün, xüsusilə 
meşələrin vəziyyəti kəskin pisləşir və onlar məhv olurlar.  
Bu prosesin qarşısını almaq üçün tullantısız texnolo-
giyanın tətbiqi və bu yolla atmosferə daxil olan azot və kükürd 
oksidlərinin miqdarını azaltmaq lazımdır. 
5.Torpağın hədsiz qurudulması 
Bu proses düzgün həyata keçirilməyən qurutmanın 
nəticəsində meydana gəlir.  
Qurutmadan qabaq ərazidə torpağın rütubətlənməsini 
əmələ gətirən qrunt sularının optimal yatım şəraitinin yaratmaq 
lazımdır. Nəzərə almaq lazımdır ki, müxtəlif qranulometrik 
tərkibə malik olan torpaqlarda torpaqaltı suların optimal 
yerləşmə dərinliyi müxtəlif olur (qumlu və qumsal torpaqlarda 
70-80 sm;gilləcələrdə 100-180 sm).  
Torpaq sahələri qurudulan zaman dren və kanalların 
ərazinin mezorelyefinə uyğun olaraq yerləşdirilməsinə diqqət 
yetirmək lazımdır. Bu zaman quruducu sistemləri inşa etmək 
üçün relyefin və torpağın 1:1000 və 1:3000 miqyaslı 
kartoqramları tərtib edilməlidir. 
 
4.5.4. Torpağın su hövzələrində su axını  nəticəsində  zəbt 
olunması yolu ilə deqradasiyası 
Su elekrtrik stansiyalarının inşası ilə  əlaqədar su hövzə-
lərinin yaradılması bütün ekoloji kompleksin, o cümlədən 
torpaq-ekoloji  şəraitin dəyişilməsinə  səbəb olur. Bunun əsas 
səbəbləri ərazinin müəyyən hissəsinin su altında qalması, qrunt 
sularının səviyyəsinin qalxması, eroziya, abraziya, anaero-
boizis, buxarlanma və digər amillərlə əlaqədardır. Bu amillərin 
təsir dairəsi su hövzəsinin ölçüləri, suyun kimyəvi tərkibi, onun 
qalxma hündürlüyü, iqlimin dəyişmə dərəcəsi ilə bağlıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə