Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   71

 
101
Kimyəvi elementlərin ion potensialından asılılığı  şəkil 9-də 
göstərilmişdir. 
 
 
 
Şəkil 9.  Kimyəvi elementlərin ion potensialının asılılığı 
 
 
V.M. Qoldşmit və A.E. Fersman kimyəvi elementlərin təsni-
fatını onların ion potensialının həcmindən və elementlərin 
tərkibindəki asılılıqdan ibarət olduğunu göstərirdilər.  Bu təsni-
fat bir-birindən çox da fəqlənməyən bir neçə qrupa bölünür: 
1.  İon potensialı  aşağı olan elementlər (0.5 -1). Bu 
elementlərin duzları suda həll olurlar, reaksiyaları 
neytral, yaxud qələvidir. Oksidləşmə hidratları  qələ-
vilərlə çöküntü vermir və miqrasiyası kation formasında 
olur.  
2.  (K
P
+1
P
, Na
P
+1
P
, Rb
P
+1
P
, Cs
P
+1
P
, Au
P
+1
P
,Ag
P
+1
P
, Cu
P
+1
P
, Ba
P
+2
P
, Pb
P
+2
P

Cr
P
+2
P
,Ca
P
+2
P
, Cd
P
+2
P
); 
3.  İon potensialı orta olan elementlər (2-4). Ana məhlulda 
kation formasında olur, su məhlulunda qələvi 
reaksiyaya malikdir, sulfatlar və karbonatlarla hidroliz 


 
102
nəticəsində çöküntü verirlər, kolloid və kompleks 
birləşmələr formasında miqrasiya edirlər (Mn
P
+2
P
, Zn
P
+2
P

Fe
P
+2
P
, Co
P
+2
P
, Mg
P
+2
P
, Ni
P
+2
P
,); 
4.  İon potensialı yüksək olan elementlər (4-7). Atmosferdə 
oksidlər yaratdıqları üçün torpağın reaksiyasının 
dəyişməsinə  həssasdırlar. Torpağın pH göstəricisindən 
asılı olaraq öz tərkibini dəyişirlər, su məhlulunda ciddi 
hidrolizə məruz qalırlar, qələvilərlə çöküntü yaratmırlar 
və yüksək temperaturda tam əriyirlər. Kompleks 
birləşmələr formasında miqrasiya edirlər.(Mn
P
+3
P
, Fe
P
+3
P

Cd
P
+3
P
, Sn
P
+4
P
, Br
P
+2
P
); 
5.  Ion potensialı çox yüksək olan (>7). Anion və azad 
molekul formasında miqrasiya edir, bir çox kationlarda 
çöküntü verilər. Məsələn, Ag təbii halda Fe, Cu, Pb, B, 
Ca, Mg-la çoküntü verir. Qələvi mühitdə mübadilə 
prosesi artır. (B
P
+3
P
, V
P
+3
P
, Cr
P
+3
P
, Ag
P
+3
P
, Mo
P
+4
P
). 
Digər mühitlərlə müqayisədə torpağın çirklənməsi daha 
tez nəzərə çarpır. Kənd təsərrüfütında torpağın çirklənməsi 
aqrokimyəvi maddələrin tətbiqi nəticəsində baş verir. Torpağa 
zəhərli maddələrin aqrotexniki qaydalara zidd şəkildə  tətbiqi 
atmosferin çirklənməsinə  səbəb olur atmosfer yağıntılarında 
pestisidlərin konsentrasiyasını geniş diapazonda dəyişməsi 10 
saylı şəkildə
 
göstərilmişdir.  
Torpaqda toplanmış  ağır metallar isə mühitin 
reaksiyasından asılı olaraq hidrolizə  məruz qalırlar.  
Fe(CO
B
3
B
) + H
B
2
B
O→Fe(OH)
B
3
B
 + CO
B
2
B
      (1) 
Al
B
2
B
O
B
3
B
 + H
B
2
B
O→Al(OH)
B
3
B
 + H
B
2
B
O          (2) 
ZnCl
B
2
B
 + H
B
2
B
O →Zn(OH)
B
2
B
 + H
P
+
P
 Cl
P
-        
P
(3) 
Güclü texnogen çirklənmə olan zonalarda tozlu tullantı-
larla torpağa daxil olan ağır metalların hidrolizi nəticəsində 
torpağın turşulaşması baş verə    bilər. Torpağa floridlər daxil 
olduqda isə onun qələviləşməsi baş verir. 
Hidroliz reaksiyaları həm də torpaq məhlulunda kimyəvi 
elementlərin hissəciklərinin tərkibinə də təsir göstərir. 


 
103
 
 
 
Şəkil 10.  DDT-nin suda (1) və atmosfer yağıntılarında 
(2) konsentrasiyası 
 
Məsələn, Al pH =4 olduğu  şəraitdə torpaq məhlulunda A
P
-3
P
 
formasında,  pH=4.5-6.5 intervalında dəyişərsə Al(OH)
B

PB

P
 
formasında, pH=8 olduqda isə Al(OH)
B
4
PB
-
P
 formasında olur. 
Hidrolizə  həmçinin hidrolitik turş  və hidrolitik qələvi 
duzlar da məruz qala bilər: 
H
B
4
B
C – H
B
2
B
O= H
B
4
B
OH – H
P
-

H
B
4
B
O
B
3
B
 – H
B
2
B
O= H
B
4
B
OH – H
P

Bitki qalıqlarının turş hidrolizi onların kimyəvi parça-
lanmasının ilk mərhələsidir ki, bu zaman monosaxaridlər və 
aminoturşular  əmələ  gəlir. Təbii  şəraitdə hidrolizə yağıntının 
miqdarı  və  ərazinin drenaj xüsusiyyətləri də  təsir göstərir. 
Yaxşı drenaj şəraitində hidroliz məhsullarının daşınması baş 
verir ki, bu da hidrolizin intensivliyinə təsir göstərir. 
 


 
104
4.5. Torpağın deqradasiyası 
 
Deqradasiya  sözünün mənası (latın dilində deqradatio) 
azalma,geriləmə, pisləşmə, keyfiyyətin aşağı düşməsi kimi 
başa düşülür. Torpağın deqradasiyası dedikdə isə müəyyən 
vaxt intervalı  ərzində onun keyfiyyətinin tədricən azalması 
başa düşülür ki, bu da torpağın strukturunu pozan, neqativ 
kimyəvi xassələri formalaşdıran və münbitliyin itməsinə səbəb 
olan proseslər nəticəsində meydana gəlir.  
Torpağın deqradasiyası  həm təbii fəlakətlər (zəlzələlər, 
torpaq  əmələ  gəlməsinin istiqamətinin dəyişilməsi, vulkan və 
tufanlar və s.), həm də insanın nizamlanmayan təsərrüfat 
fəaliyyətinin nəticəsində baş verə bilər. 
Kovda (1989) torpaq örtüyünün və ekosistemin 
tarazlığının pozulmasını törədən səbəblərə görə torpaq 
deqradasiyasını əmələ gətirən hadisələri yeddi qrupa bölür. 
1)
 
Ekosistemin və torpağın bioenergetik rejimlərinin 
pozulması; 
-  torpağın devegetasiyası 
-  torpağın dehumifikasiyası 
-  torpağın yorulması və “əldən düşməsi” 
2)
 
Torpaq qatlarının və torpaq profilinin patoloji 
vəziyyəti; 
-  torpağın ekosistemlərdən təcrid olunması 
-  torpağın deflyasiyası və eroziyası 
-  strukturasız qabığın və kipləşmiş qatların əmələ gəlməsi 
3)
 
torpağın və torpaq ərazilərinin səhralaşması; 
-  sel axınları və sürüşmələr 
-  torpağın təkrar şoranlaşması 
-  torpağın təbii və təkrar turşulaşması 
-  torpaqların hədsiz qurudulması 
4)
 
torpağın su hövzələri vasitəsilə  zəbt olunması, 
dağıdılması və şoranlaşması; 
-  çay hövzəsi terraslarının zəbt olunması 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə