Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

 
66
Yüksək antropogen yük olan zonalarda nümüunə məntə-
qələrinin yaradılması  məqsədə uyğundur. Belə halda, bir neçə 
məntəqə yaradılır: onlardan biri çirklənmə zonasından 1000 m 
yuxarıda, ikincisi isə 500 m aralıda, sonuncu isə çirkli suların 
axıdıldığı yerdə. 
Göllərdə və su anbarlarında da eyni üsulla su nümunələri 
götürülür. 
Bir qayada olaraq su nümunələri üst hissədə üfüqi 
istiqamətdə götürülür. Qalan nümunə götürülən sahə bir neçə 
üfüqi istiqamətdən 5-10 m dərinlikdə olmalıdır. 10 m dərin 
yerlərdə isə nümunə aralıq sahələrdən götürülməlidir. 
Nümunələrin götürülməsinin bir neçə  əsas prinsipi 
mövcuddur:  
-  Analiz üçün götürülən su nümunəsi seçimin şərtlərini  əks 
etdirməlidir. (temperatur, metetoloji şərtlər) və götürülmə 
yeri (mərkəzi hissə, sahil zonası və s) 
 
-  Nümunə saxlandıqda və daşındıqda elə etmək lazımdır ki, 
onun tərkibi və xassəsi dəyişirilməsin; 
 
-  Nümunənin həcmi kifayət qədər olmalıdır ki, analiz üçün 
yetərli olsun; 
 
-  Nümunə qabları 
əvvəlcədə götürüləcək su ilə 
yaxalanmalıdır; 
Müşahidənin məqsədindən asılı olaraq nümunələr gündə-
lik və ekosistemin monitorinqi üçün mövsümi olaraq götürülür. 
Axar sularda (çay və bulaqlar) nümunələr suyun sürətli 
axan hissəsindən götürülür. Kompleks məlumatlar aldıqda isə 
həm sürətli axan hissədən, həm də durğunluq yerlərindən 
nümunələr götürülməlidir. 
Bu  zaman hər iki nümunə  bərabər qarışdırılır. Durğun 
sularda isə nümunələr müxtəlif dərinliklərdən götürülür. 
Quyu suları yay vaxtı quraqlıq havada götürülür. Əgər 
quyu uzun müddət istifadə edilmirsə onun suyu çıxarılaraq 


 
67
yenidən su toplanması gözlənilir. Əgər nümunə krandan götü-
rülürsə, krana şlank keçirilir və digər nümunə üçün qabın dibi-
nə qoyulur. Qab dolub daşana və temperatur stabilləşənə qədər 
su axıdılır. 
Su borularına daxil olan sularda zəhərli maddələr 
yoxlandıqda, nümunəni kranı açan kimi götürmək lazımdır. 
Hazırda nümunə qabları kimi 1.5-2.0 litrlik plastik 
qablardan istifadə edilir. Bu qablar sintetik yuyucu maddələr 
istifadə edilmədən, əvvəlcə distillə suyu ilə yaxalanmalıdır. 
Su nümunələri kimyəvi və bakterioliji tədqiqat üçün 
laboratoriyaya verilərkən xüsusi etiket göstərilməlidir. Etiketlər 
nümunənin üzərinə möhkəm yapışdırılmalıdır.  
Etiket aşağıdakı məlumatları əks etdirməlidir: 
-  Nümunəni verən təşkilatın adı; 
 
-  Nümunənin hərflə  və nömrə ilə göstərilən  şifri bir qayda 
olaraq hərfli  şifrlə  tədqiqatçının adı  və soyadını  və ya 
təşkilatın qısa adını  əks etdirməlidir, nömrəli  şifr isə 
nümunə götürülən yerin nömrəsini göstərməlidir; 
 
-  Suyun nümunə tipi: səth suları (çay, göl, gölməçə), yeraltı 
sular (hansı dərinlikdə), quyu suyu, su xətti, axar su və s.; 
-  Nümunənin götürüldüyü yer; 
 
-  Nümunənin mövsümü şərtləri; 
 
-  Nümunə götürülərkən iqlim şəraiti (havanın və suyun 
temperaturu, atmosfer çöküntülərindən sonra keçən vaxt); 
 
-  İmkan daxilində, yerindəcə suyun pH, oksigenin qatılığı, 
bulanlılıq və iy təyin edilməlidir. 
 
-  Nümunənin götürülmə tarixi, əməkdaşın soyadı; 
 
Etiketin bir nüsxəsi laboratoriya jurnalında saxlanmalıdır. 


 
68
Nümunə götürülərkən gün ərzində bir sıra analizlər 
aparılmalıdır(pH, suyun rəngi, iyi, həll olan oksigenin miqdarı, 
asılqanların miqdarı, ümumi minerallıq, permanqanatla 
oksidləşmə, elektrik keçiriciliyi və s.) 
Suyun rəngi vizual və ya spektroqrafik təyin edilir. 
Nümunənin iyi (xlorluluq, torpaq iyi, fenol, neft məhsulları, 
hidrogen sulfid, peyin, çürümüş saman və s.) müəyyən edilir. 
Nümunənin iyinin sərhəd həddi aşağıdakı düsturla 
hesablanır: 
N=(A+B)/A 
A - anzliz olunan nümunənin həcmi (ml);  
B-iyin yox olması üçün əlavə edilən suyun miqdarı (ml)  
 
2.4.
 
Atmosfer havasının çirklənməsinin 
monitorinqi 
 
Ətraf mühitin əsas obyektlərindən biri də atmosfer 
havasıdır. Biosferin davamlılığı onun təmizliyindən asılıdır. 
Havanın çirklənməsi bitkilərə, heyvanlara, insanlara, müxtəlif 
materiallara və avadanlıqların quruluşuna mənfi təsir göstərir. 
Nəfəs aldığımız atmosfer havasının tərkibi müxtəlif 
qazların fiziki qarışığından ibarətdir. Havanın tərkibinə atmos-
feri təşkil edən daimi hissələr və  dəyişən miqdarda təbii və 
antropogen mənşəli müxtəlif qatışıqlar daxildir. Təbii  şəraitdə 
atmosfer havasının tərkibində  həmişə miqdarı tez-tez dəyişən 
su buxarı  iştirak edir. Atmosfer havasının  əsas rol oynayan 
tərkib hissələrindən  biri oksigendir. O, bir sıra anaerob mikro-
orqanizmlər müstəsnalıq təşkil etmək şərtilə bütün canlı orqa-
nizmlərin nəfəs almaları üçün zəruridir. Atmosfer havasının 
çox hissəsini təşkil edən azot Yer səthində  həyatın  əmələ 
gəlməsi ilə  sıx surətdə bağlıdır. O, bir sıra azot tərkibli üzvi 
birləşmələrin və zülalların tərkibinə daxildir. Azot təsirsiz 
qazlardan biri olub, oksigeni durulaşdırmaq rolunu oynayır. 
Çünki təmiz oksigendə  həyat mümkün deyildir. Digər təsirsiz 


 
69
qazlar (arqon, neon, helium, kripton, ksenon) insan orqaniz-
minə təsir xarakterinə görə azotla eynidir. 
Karbon qazı üzvi maddələrin karbon mənbəyidir. O 
tənəffüs prosesində, qıcqırma, çürümə, üzvi maddələrin oksi-
genləşməsi, onların parçalanması, yanacaq məhsullarının yan-
ması zamanı atmosferə daxil olur. Digər sabit qazlardan biri 
ozondur. O, fotokimyəvi reaksiyaların aralıq məhsuludur, ona 
görə  də müasir şəhərlərin atmosferin çirklənmə göstəricisi 
hesab edilir. Bununla yanaşı ozon atmosferin üst qatlarına 
ekran  əmələ  gətirərək Yeri ultrabənövşəyi  şüaların məhvedici 
təsirindən qoruyur.  
Qeyd olunan qazlardan başqa havanın tərkibində asılı 
vəziyyətdə olan maye və  bərk maddələrin aerozol hissəcikləri 
də vardır. Atmosfer havasının tərkib hissəsinə müxtəlif qazlar, 
buxarlar, təbii proseslər nəticəsində (maddələrin az bir hissəsi) 
əmələ gələn maddələrinin asılı vəziyyətdə olan hissəcikləri və 
həmçinin atmosferdə müxtəlif birləşmələrin qarşılıqlı  təsir 
reaksiyaları daxildir. Lakin bu komponentlərin bəzilərinin təbii 
yolla atmosferə daxil olması, masştabına görə antropogenlər-
dən yüksəkdir. Buna baxmayaraq antropogenlər  əhalisi çox 
olan rayonlarda atmosfer havasının çirklənməsində böyük rol 
oynayırlar. 
Daha geniş yayılmış  və  təhlükəliliyinə görə 8 növ 
çirkləndiricilər aşkar edilmişdir:  
1-  Hissəcikləri atmosferdə asılı olan maddələr. Onlar hissəcik-
lərin səthində adsorbsiya olunan və onlarla həll oluna bilən 
digər çirkləndiriciləri daşıya bilərlər; 
2-  Karbohidrogenlər və digər uçucu üzvi birləşmələr; 
3-  Dəm qazı (CO); 
4-  Azot oksidləri (NO
B
x
B
); 
5-  Kükürd oksidləri, əsasən dioksid (SO
B
2
B
); 
6-  Qurğuşun və digər ağır metallar; 
7-  Ozon və digər fotokimyəvi oksidləşdiricilər; 
8-  Turşular, əsasən sulfat və nitrat turşusu; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə