Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   71

62 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil l 8.  Anion və kationların üstünlüyünə görə təbii suların təsnifatı
Təbii sular 
Hidrokarbonatlı (C) 
Sulfatlı (S) 
Xloridli (Cl) 
Ca 
Mg 
Na 
Ca 
Mg 
Na 
Ca 
Mg 
Na 

III 
I

III 
I

III 
I
IV 
III 
II
IV
III 
I

III 
I
IV
III 
I
IV 
III 
I

III 
I
Q r u p l a r
T i p l ə r


63 
 
Göstərilən sxem təbii suların təsnifatını göstərir. Bu 
təsnifata əsasən üstünlük təşkil edən dörd tip təbii su müəyyən 
edilmişdir. 
I. tip - bu sular ion mübadilə prosesində və süxurların qələvi-
ləşməsi nəticəsində əmələ gələn zəif minerallaşmış halda olur. 
II. tip - sular qarışıq mənşəli olub, suların çöküntü süxurları və 
aşınma məhsulları ilə təmasda olması  nəticəsində  əmələ  gəlir. 
Buraya  əsasən çay, göl və az minerallaşmış yeraltı sular aid 
edilir. 
III. tip - sularin kimyəvi tərkibi metomorfizm prosesi nəticə-
sində formalaşır. Buraya okean, dəniz, minerallaşmış göl suları 
və güclü minerallaşmış yeraltı sular daxildir. 
IV. tip - turş sulardır ki, HCO
B
3
B
-ün çatışmaması zamanı forma-
laşır. Buraya, bataqlıq, vulkan və şaxta suları aid edilir.   
Beləliklə, 27 növ təbii su təsnifləşdirilir. (C) işarəli sular 
hidrokarbonatlı, (S) işarəli sulfatlı (Cl) işarəli xlorlu suları 
göstərir. 
 
2.3.2.
 
 Yer  qabığında səth sularının çirklənmə monitorinqi 
və onun prinsipləri 
Çayların, göllərin, su hövzələrinin çirklənmə prosesi, 
əhalinin su ilə  təmin olunması problemi ilə  sıx  əlaqəlidir. 
Məlumdur ki, Azərbaycanın bir sıra rayonlarında  əhalinin su 
ilə təmin olunması normadan xeyli aşağıdır. Içməli suyun aşağı 
keyfiyyətdə olması isə təhlükəli hesab olunur.  
Bununla  əlaqədar olaraq çirklənmə  dərəcəsinə  nəzarət 
xidməti mühitin monitorinqi sisteminin əsasını təşkil edir.  
Quruda olan suların çirklənmə  dərəcəsinə  nəzarətin  əsas 
məqsədi suyun keyfiyyəti haqqında məlumat toplamaqla, onun 
təsərrüfat  əhəmiyyəti olub-olmamasını  təyin etmək və eyni 
zamanda suyun qorunması və onun qənaətlə istifadə olunması 
üçün qərarlar qəbul etməkdir. 
Quruda olan suların monitorinqi aşağıdakı məsələləri həll 
edir: 


 
64
-  Su çirkləndiricilərin dinamikasının müşahidəsi yolu ilə 
onun keyfiyyətinin fiziki, kimyəvi və hidrobioloji göstəri-
cilərinə nəzarət; 
 
-  Su çirkləndiricilərinin dinamikasının öyrənilməsi, səbəb-
lərin vaxtında aşkar edilməsi yolu ilə proqnozlaşdırma; 
 
-  Su hövzələrinin öz-özünü təmizləmə  nəticəsində dib 
hissədə toplanmış çirkləndirici maddələrin öyrənilməsi; 
Quruda olan suların çirklənmə  səviyyəsinə  nəzarət aşağıdakı 
təşkilatlar tərəfindən həyata keçirilir: 
-  Suların fiziki-kimyəvi və hidrobioloji göstəricilərin, təbii 
tərkibli çirkləndiricilərin müşahidə məntəqələri; 
 
-  Yuxarıda göstərilən müşahidələrdən başqa xüsusi təyin 
olunmuş ekspedisiyalar. 
Müşahidə  məntəqələri dedikdə müşahidəni təşkil etmək üçün 
xüsusi yer nəzədə tutulur. 
Müşahidə məntəqələrinin əsas obyektləri aşağıdakılardır: 
-  Böyük yaşayış məntəqələrində su obyektlərinə (çay, göl və 
su anbarları) axar və yağış suları töküldüyü yer
 
-  İri sənaye müəssisələrinin (zavod, fabrik, neft sənayesi, 
filiz yataqları) tullantı sularının töküldüyü yer; 
 
-  İstilik elektrik stansiyalarının, atom elektrik stansiyalarının 
isti sularının töküldüyü yer; 
 
-  Suvarma sahələrinin və drenaj sularının töküldüyü yer; 
 
-  Balıqçılıq təsərrüfatı üçün ayrılmış su sahələri; 
 
-  Qiymətli balıq növlərinin qışlaması üçün və balıq-vətəqə 
sularının axıdıldığı yer; 
 
 
-  İri çayların qovuşduğu yerlər; 


 
65
-  Əsas çaylara tökülən qolların çay yatağına töküldüyü 
yerlər; 
Suların keyfiyyəti haqqında müfəssəl məlumatlar almaq 
üçün, çirklənmə  dərəcəsinin nəzarət və  ətraf mühitin mühafi-
zəsi tədbirlərinin effektiv qiymətləndirilməsi məqsədilə bütün 
müşühidə məntəqələri aşağıdakı 4 sinifə bölünür: 
Birinci sinifə  daxil olan məntəqələr elə su obyektlərində 
yaradılırki, çirklənmiş axar sularda qatılığın ölçüsü kritik həddə 
olur və ya hər hansı inqrediyentə görə suyun keyfiyyət 
göstəricisini təyin etmək lazım gəlir. 
Ikinsi sinif məntəqələr elə yerlərdə qurulur ki, su hövzə-
ləri iri sənaye şəhərlərində, fəhlə qəsəbələrində kütləvi istirahət 
zonalarında yerləşir və əhali içməli su ilə təmin olunur. 
Üçüncü sinif   məntəqələr antropogen təsirlərin zəif 
olduğu, sənaye obyeklərinin olmadığı kiçik şəhərlərdə, əhalinin 
istirahət zonalarında, kənd təsərrüfatı obyeklərinin axar 
sularının töküldüyü yerlərdə yaradılır. 
Dördüncü sinif  məntəqələr hidrokimyəvi müşahidələr 
üçün yaradılır və ümumi proqram əsasında işləyir. 
Tədqiq olunan su obyeklərinin kimyəvi tərkibi haqqında 
düzgün məlumat almaq üçün su nümunələrinin götürülmə 
yerinin seçilməsi əhəmiyyət kəsb edir. 
Axar su obyeklərinin (çaylar) ən az çirklənmə ehtimalı 
olan yerlərdə nümunə götürmək üçün xüsusi yer seçilir və o, 
fon yeri 
adlanır.  
Fon yeri 
dedikdə elə yer seçilməlidir ki, tədqiq olunan 
obyekt təbii qatılıqla xarakterizə olunur və təsir dərəcəsi canlı 
orqanizmlər üçün təhlükə törətmir. 
Adətən belə yerlər çayların yaşayış məntəqələrinə çatma-
mış hissəsində yaradılır. Eyni zamanda çaylara tökülən qolların 
qurtaracağında da məntəqələr olmalıdır. Çayların nəqliyyat 
yolları ilə kəsişdiyi yerlərdə də nümunə götürmək üçün məntə-
qələr yaratmaq lazımdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə