Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   71

 
48
5.  Havanın çirklənməsi nəticəsində xüsusi texnoloji əməliy-
yatların aparılmasının qeyri-mümkünlüyü; 
Ətraf mühitin çirklənməsi insanların sağlamlığı üçün 
təhlükə mənbəyidir. Belə hallar insanların doğulmasına, hətta 
onların yaşaması üçün real təhlükə yaradır. Zəhərli mad-
dələrin xroniki təsiri həmin maddələrin kəsafətliliyindən 
asılıdır. Bu madələr insan orqanizmində az miqdarda olduqda 
belə  xəstələrin artmasına səbəb olur. Yüksək konsentrasiyalı 
maddələr isə insanlara spesifik təsir göstərir. Belə hallarda 
ayrı-ayrı xəstəliklər insanların xəstələnməsində özünü büruzə 
verir. Laboratoriya müşahidələri, heyvanlar üzərində qoyul-
muş eksperimentlər, xəstəliyin törənmə  mənbəyinin analizi, 
statistika məlumatları onu göstərir ki, çirkləndirici maddələr 
sinir sisteminə, qan xəstəliklərinə, daxili orqanlara ciddi təsir 
göstərir. Spesifik təsirlərdən biri insanların və heyvanların 
reproduktiv (doğum) funksiyasını  zəiflətməklə, konserogen 
prosesləri yaradır.  
 
2.1.
 
Təbii mühit obyektlərinin tədqiqinin 
geokimyəvi əsasları 
 
Təbii mühit obyektlərinin çirkləndirici maddələrin yol 
verilən həddini (YVH)-i, yəni qatılığı onların həmin mühitdəki 
təbii miqdarının yüksək olan və bunu ifadə etmək üçün 
U
geokimyəvi fon
U
 termini istifadə olunur. Kimyəvi elementlərin 
təbii mühitdəki miqdarının geokimyəvi fona görə  fərqi 
U
geokimyəvi anomaliya
U
 adlanır. 
Təbii obyeklərin xarakterindən asılı olaraq geokimyəvi 
anomaliyanın 
U
litokimyəvi, hidrokimyəvi, atmokimyəvi və 
biokimyəvi
U
 kimi növlərini fərqləndirirlər. 
Əgər tədqiq olunan kimyəvi elementin miqdarı geokim-
yəvi fondan yüksək olarsa bu 
U
müsbət geokimyəvi anomaliya
U
 
adlanır.  Əgər bu və yaxud bir neçə kimyəvi elementin 


 
49
geokimyəvi fona görə defisiti olarsa bu 
U
mənfi geokimyəvi 
anomaliya
U
 adlanır. 
Geokimyəvi anomaliyaları  mənşəyinə görə 
U
təbii
U
  və 
U
antropogen
U
 olmaqla iki qrupa ayırırlar. Sonuncu insanın təsər-
rüfat fəaliyyəti ilə  əlaqədardır. Qeyd olunan bu anlayışlardan 
təbii mühit obyektinin durumunun normadan necə  fərqlənmə-
sini təyin etmək üçün istifadə olunur. 
Litosferdə (Yer qabığında) onu təşkil edən dağ süxurla-
rının və mineralların hipergenez (aşınma) nəticəsdində parça-
lanması yolu ilə kimyəvi elementlərin ətraf mühitə daxil olması 
və miqrasiyası (yerdəyişmə) aşağıdakı sxem üzrə baş verir: 
-  minerallarin atmosfer və  səthi axar sular ilə qarşiliqli 
təsiri; 
-  həll olan komponentlərin suda həll olmasi və daşinmasi; 
-  həmin komponentlərin hidrosferə daxil olmasi; 
-  həmin komponentlərin su ilə daşinması  və su hövzə-
lərində çökməsi; 
-  nəhayət yenə daşınma və okeana daxil olması; 
A.Fersman kimyəvi elementlərin atomlarının yer qabı-
ğında səpələnməsi və toplanmasını 
U
geokimyəvi miqrasiya
U
 
adlandırmışdır. Geokimyəvi miqrasiyanın qanunauyğunluqları 
təbii mühit obyektlərinin kimyəvi tərkibinin xüsusiyyətlərini 
təyin edir.  
Miqrasiyanın 
U
daxili
U
 (kimyəvi elementlərinin fiziki v ə 
kimyəvi xassələri ilə  səciyyələnən) və 
U
xarici
U
 (miqrasiya 
mühitinin termodinamik və kimyəvi  şəraiti ilə  səciyyələnən 
amilləri fərqləndirirlər. 
Kimyəvi elemntlərin kimyəvi xassələri Yer qabığının 
səthində elementlərin miqrasiyasında aparıcı rol oynayır. Bu 
əsasən onunla əlaqədardır ki, miqrasiya çox da yüksək olmayan 
temperatura və  təzyiq  şəraitində nisbi qatılığı  olan  su  məhlu-
lunda baş verir. Bu baxımdan suda həll olmayan və mübadilə 
reaksiyalarına meyilli elementlər miqrasiyaya daha tez məruz 
qalırlar. Az həll olma xüsusiyyətinə malik olan maddələrin 


 
50
əmələ gətirdiyi çöküntü isə müəyyən geoloji vaxt intervalında 
suyun törətdiyi fəal miqrasiyanın  əsas mənbələrindən birinə 
çevrilir. Litosferdə süxur əmələgətirən elementlərin həll olan 
birləşmələrini  əsasən iki qrupa bölmək olar. Birinci qrupa 
qələvilik xassəsi yaxşı ifadə olunan elementlər (əsaslar qrupu) 
aiddir ki, onların da əsas nümayəndələrinə natrium, kalium və 
maqneziumu misal göstərmək olar. Geokimyəvi proseslərdə bu 
elementlər səthi axar suların təsiri ilə  həll olmaya çox asan 
məruz qalaraq su məhluluna miqrasiya edərək ionlar şəklində 
çövcud olur. Bu elementlər qurunun təbii sularının kation 
tərkibini təşkil edən  əsas komponentlərdir.  İkinci qrupa isə 
amfoter və  zəif turş xassəli elementlər daxildilər ki, onlar da 
mineralların kristallik quruluşunda kovalent əlaqələrlə  cəlb 
olunduğundan hipergen geokimyəvi proseslərdə  tərkibdən 
təcrid olunmağa və miqrasiyaya qarşı davamlıdırlar. Bu 
elementlərin  əmələ  gətirdiyi birləşmələr su məhlulunda zəif 
dissosiasiya etməklə kompleks ionlar və yaxud radikallar 
şəklində mövcud olurlar.  
Dissosiasiyaya  əsasən birinci qrup elementlərin 
birləşmələri məruz qalır: 
 
N
B
a
B
SO
B
4
B
= 2N
B
a
PB

P
+ [SO
B
4
B
]
P
-2 
                     
bərk faza           məhlul 
 
Kompleks ionların xarakterik nümayəndələrindən CO
B
3
PB
-2
P

SO
B
4
PB
-2
P
, PO
B
4
PB
-3
P
, SiO
B
3
PB
-2
P
  və HCO
B
3
B
-ü göstərmək olar. 
Hidrokarbonat ionu sulara su və atmosferin tərkibində 
olan CO
B
2
B
-nın törəməsi kimi daxil olur. Onun digər mənbəyi 
karbonatlı süxurlardır. 
Xlor ionun mənbəyi kök süxurlarının aşınması 
nəticəsində  səthi sulara daxil olan xlorlu birləşmələrdir. Arid 
iqlimə  məxsus  ərazinin torpaqlarında onun miqdarı yüksək 
olur. Okean və  dənizlər isə atmosferə daxil olan xlorun əsas 
mənbəyidir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə