Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   71

 
37
 
Nəticədə ekzogen geoloji proseslər güclənmiş, geokom-
plekslərin biopotensialı zəifləmiş və bu səbəbdən də səhralan-
ma prosesi sürətlənmişdir. 
 Respublikamızın  ərazisi geomorfoloji baxımından 
U
düzənlik 
U
(dəniz səviyyəsindən aşağı  və yüksəkliyi 200 m-ə 
qədər olan ərazi), 
U
dağətəyi
U
 (200 m-dən 500 m-ə  qədər 
yüksəkliyi olan), 
U
dağlıq
U
 (500 m-dən 2000 m-ə qədər yüksəkliyi 
olan) və 
U
yüksək dağlıq
U
 (yüksəkliyi 2000 m-dən çox olan ərazi) 
zonalara bölünür. Düzənliyin ümumi sahəsi 3690 min ha 
olmaqla ərazinin 42.7% -ni təşkil edir. Dağətəyi zonanın ərazisi 
2099.9 min ha olub ərazinin 24.3%-ni, dağlıq və yüksək dağlıq 
ərazinin sahəsi isə 2851.8 min ha olub ərazinin 32.5%-ni təşkil 
edir.  Ərazinin 46.8%-nin mailliyi 1°-dən aşağı olmaqla bura 
Kür-Araz düzənliyinin əsas hissəsi daxildir. Ərazimizin 14.6%-
nin mailliyi 1-3°, 9.3%-nin mailliyi isə 3-5°təşkil edir. Yüksək 
dağlıq hissə əsasən çox dik yamaclara malik olmaqla, ərazinin 
4.3%-nin mailliyi  20°-dən çoxdur. Elə bu səbəbdən sıldırımlı 
dağ yamaclarında egzogen geoloji proseslər, o cümlədən Yerin 
üst qatının və torpağın deqradasiyası çox intensiv baş verir.  
Azərbaycanın coğrafi yerləşməsi və çox mürəkkəb relyef 
şəraiti atmosfer prosesləri ilə qarşılıqlı  əlaqədə  ərazidə öz 
xüsusiyyətləri ilə fərqlənən müxtəlif relyef tiplərinin formalaş-
masına səbəb olmuşdur. Düzənlik  ərazilərdə yay bürkülü və 
quraq olmaqla qış soyuq və rütubətli keçir, amma bu proses 
vaxtaşırı yazın soyuq və isti hava axınları ilə müşayət olunur. 
Dağlarda çox pilləli yüksəklik sistemləri daima qar zolaqları ilə 
örtülü olmaqla intensiv işıqlanan və kölgəli dağ yamaclarının 
iqlim göstəriciləri bir-birindən kəskin fərqlənir. 
İlin  ən yüksək temperaturu Kür-Araz düzənliyində  və 
Lənkəran zonasında müşahidə olunmaqla əsasən 14°-dən 
yüksək olur. Dağlıq zonada isə temperatur  4-6° -dən aşağıdır.  
Atmosfer çöküntülərinin miqdarı müxtəlif rayonlarda 
müxtəlifdir. Abşeronda ildə  ən az (160 mm), Lənkaran 
düzənliyində isə lap çox(1600mm) yağıntı düşür.  


 
38
Kür-Araz ovalığının böyük bir hissəsi, Naxçıvanın Araz 
sahili düzənliyi, Talışın dağlıq zonası  və Abşeronun  şimal 
hissəsində illik yağıntıların miqdarı 200-300 mm arasında 
tərəddüd edir. Buna müvafiq olaraq rütubətlənmə əmsalı Kür-
Araz ovalığında 0.1-0.5; Kiçik Qafqazda 0.1-0.2; Böyük Qaf-
qazın Cənub yamaclarında  (Acınohur-Ağsu rayonu) 0.15-0.25; 
Böyük Qafqazın  şimal-şərq hissəsində (Quba-Xaçmaz zonası) 
0.15-0.25; Qarabağ dağ silsiləsində 0.15-0.25; təşkil edir.  
Son 100-150 illik iqlim göstəricilərinin təhlili göstərir ki, 
axırıncı 30-40 ildə soyuq iqlim zonalarında istiləşmə baş ver-
məklə illik orta temperatur 0.8-1.0° yüksəlmiş  və yağıntıların 
miqdarı 10-20 mm azalmışdır. Bunun nəticəsi olaraq quraqlıq 
güclənmiş, torpaqların deqradasiyası isə sürətlənmişdir.  
Mikroiqlim dəyişiklikləri ərazidə səhralaşmanın inkşafına 
şərait yaradır. Eyni zamanda meşələrin nizamsız qırılması, 
kolluqların məhv edilməsi və Yerin səth örtüyünün dəyiş-
məsinə  səbəb olan digər amillər  ərazinin radiasiya balansının, 
istilik rejiminin, nisbi rütubətliyinin dəyişirilməsinə  təsir 
edərək deflyasiya və eroziya prosesləri güclənmiş  və torpaq-
qrunt kompleksinin  deqradasiyası sürətlənmişdir. 
Azərbaycanda 30-40 ildə küləklərin də xarakteri xeyli 
mürəkkəbləşmiş  və  dəyişmişdir. Xüsusilə, Abşeron, Qobustan 
və cənubi-şərqi Şirvanda küləklərin tezliyi artmaqla onlar çox 
vaxt qasırğa xarakteri daşıyır. Bu zaman onların sürəti saniyədə 
14-20 m, bəzən isə daha çox olur. 
Bütün qeyd olunanlardan nəticə  çıxararaq belə  qənaətə 
gəlmək olar ki, Azərbaycanda torpaq deqradasiyası prosesi 
təbiətin özünün bir acınacaqlı ”töhfəsidir”. Insanın təsərrüfat 
fəaliyyəti isə nəinki bu prosesin qarşısını alır, əksinə onu daha 
da gücləndirir. 
Azərbaycanda torpağın deqradasiyasını yaradan səbəblər-
dən biri də ölkənin su ehtiyyatlarının məhdudluğudur. Cənubi 
Qafqazın ümumi su ehtiyyatlarının (310 mld. m
P
3
P
) yalnız 10%-i 
Azərbaycanın payına düşür.  Ərazimizdən axan çay sularının 


 
39
yalnız 30 %-i ölkə daxili mənbələrdən formalaşır (5.4 mld. m
P
3
P
). 
Adam başına düşən suyun həcminə görə ölkəmiz öz qonşuları 
arasında axırıncı yerdədir. Belə ki, Rusiyada ildə  hər nəfərə 
düşən su ehtiyyatı 18.2 min m
P
3
P
, Gürcüstanda 11.3 min m
P
3
P
 
Ermənistanda 3.2 min m
P
3
P
, Azərbaycanda isə 1.5 min m
P
3
P
 -dir. 
Ölkənin illik su defisiti 3.7 m
P
3
P
 təşkil edir. 
Azərbaycanda torpaq deqradasiyasını gücləndirən amil-
lərdən biri də mövcud meşələrin amansızcasına qırılmasıdır. 
Təkcə islahatlar dövründə (1994-2010) özbaşınalıq ucbatından 
300 min ha meşəlik məhv edilmişdir. Bu da ölkədə eroziya 
prosesinin sürətlənməsinə böyük təkan vermişdir. Bu gün 
eroziyaya məruz qalmış ərazinin sahəsi 3685 min ha və yaxud 
bütün ərazinin 42.5%-i qədərdir. Bundan 13-15% şiddətli, 11-
12% orta, 15-16% isə  zəif eroziyaya məruz qalan sahələrin 
payına düşür. Ölkənin rayonları üzrə eroziyanin yayılması 6 
saylı cədvəldə verilmişdir. 
Eroziya prosesi ölkəmizin iqtisadiyyatına böyük ziyan 
vurur. 1990- cu ilin qiymətlərinə görə bu ziyanın həcmi 350 
mlrd. manat təşkil etmişdir.  
Son 30-40 ildə ölkə ərazisində  sürüşmə və sellərin həcmi 
də xeyli artmışdır. Son 15-20 ildə sürüşmə baş verən sahələrin 
həcmi 3.5-4.0 min m
P
2
P
, sellərin zəbt etdiyi ərazi isə 1.5-1.6 min 
m
P
2  
P
təşkil edir. 
Bütün yuxarıda qeyd olunanlar belə bir nəticəyə gəlməyə 
əsas verir ki, yaranmış  vəziyyətdən çıxış yolu dövlətin bu 
məsələlərə ciddi münasibətindən asılıdır. Baş verən neqativ 
proseslərin qarşısını almaq üçün ölkə miqyaslı Milli Proqram 
işlənilməli və bu proqramda ölkədə  səhralaşmanın və torpaq 
deqradasiyasının dayandırılması üçün aşağıda qeyd olunan pro-
blemlərin həlli üçün tədbirlər həyata keçirilməlidir. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə