Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   71

 
54
Ətraf mühitin vəziyyətini qiymətləndirən zaman müxtəlif 
həddlərdən (göstəricilərdən) istifadə olunur. Belə göstəricilər-
dən biri mühiti çirkləndirən maddələrin miqdarının (konsentra-
siyasının) kəmiyyət həddidir. Bu göstərici 
U
Yol Verilən Hədd
U
-
YVH (ПДК) adlanır. 
YVH ekoloji normativ olaraq landşaftın hər hansı bir 
komponentində çirkləndirici maddənin maksimum qatılığını 
(konsentrasiyası) göstərir. Bu miqdarda mövcud olan hər hansı 
çirkləndirici maddə gündəlik təsir  şəraitində  və uzunmüddətli 
zaman kəsiyində insan orqanizminə  və yaxud digər reseptora 
neqativ təsir göstərmir.  
Çirklənmiş obyektdən asılı olaraq YVH-i fərqləndirmək 
qəbul olunub: 
1. 
U
Hava çirkləndiricisinin YVH
U
 - atmosferdə olan çirkləndirici 
maddənin elə maksimum miqdarıdır ki, dövrü olaraq və 
yaxud insanın bütün həyatı boyu onun səhhətinə  və  həyat 
şəraitinə mənfi təsir göstərmir. 
2.  Su mühitinin YVH - suda olan çirkləndirici maddənin elə 
maksimum miqdarıdır ki, insan sağlamlığına mənfi təsir 
etmədən sudan istifadənin gigiyenik şəraitini pisləşdirmir. 
3.  Torpaqda YVH - torpaqda olan çirkləndiricilərin elə 
maksimum və kütləvi miqdarıdır ki, ətraf mühitə  və insan 
sağlamlığına nə dolayı, nədəki birbaşa təsir göstərmir.  
Ətraf mühitin durumunu qiymətləndirmək üçün istifadə 
olunan ekoloji normativlərdən biri də  zərərliyin limit 
göstəricisidir (ZLG). Bu göstərici təbii obyektlərdə mövcud 
olan çirkləndirici maddənin  ən az və  zərərsiz qatılığını ifadə 
edir. Məsələn, çirklənmiş suyun ZLG suda olan toksiki 
maddənin insana mənfi təsirini ifadə edirsə, bu mühit sanitar 
toksikoloji,  əgər suyun keyfiyyət göstəricilərinə (rənginə, 
dadına,  şəffaflığına və s.) mənfi təsir göstərirsə orqanoleptik
suyun özünütəmizləmə qabiliyyətinə  mənfi təsir göstərirsə 
ümumi sanitar mühit adlanır. 
Torpaqda ZLG onu çirkləndirən maddələrin torpaqdan 


 
55
atmosferə miqrasiya ehtimalını ifadə edir. Qeyd olunan göstəri-
cilərdən başqa digər normativlər də mövcuddur. Məsələn, çir-
kab sularında olan zərərli maddələrin və onların həcminin təbii 
su hövzələrinə daxil olan miqdarını ifadə etmək üçün Yol 
Verilən Tullantı (YVT) normativindən istifadə olunur. 
2.3.Təbiətdə baş verən hidroloji proseslərin mahiy-
yəti və hidrokimyəvi monitorinqin prinsipləri 
 
 
A.E.Fersmana görə su landşaftın “qanı” rolunu oynayır 
və kimyəvi elementlərin həll olması, həll olan birləşmələrinin 
hidrosferə keçməsi zamanı əsas faza prosesində iştirak edir. 
Geokimyəvi və ekoloji nöqteyi-nəzərincə planetimizin 
qitələri üzrə  su  rejimi  müxtəlifdir. Onun əmələ  gəlməsi və 
qarşılıqlı dövranı 4-cü sxemdə göstərildiyi kimi hidroloji tsikl 
adlanır. 
Əmələgəlmə mexanizmindən asılı olaraq yer qabığının 
quru hissəsində  aşağıdakıları ayırmaq olar: atmosferin təbii 
suları – onlar yağış, qar və dolu şəklində yerə yağır;  səth 
suları - çay, göl, qar və buzlaqların  ərimiş suları,  bataqlıq 
suları; torpaq suları - hiqroskopik sular, su buxarları, qar 
örtük suları və qrunt suları. Bunlar hipergenez zonalarında for-
malaşır. Bu halda hipergenez dedikdə yerin üst təbəqəsində 
atmosferin, hidrosferin və canlı  təbiətin təsiri ilə mineralların 
və dağ süxurların fiziki-kimyəvi  dəyişmələri nəzərdə tutulur. 
Həmçinin dərinlik suları da ayrılır: təzyiqli, təzyiqsiz, 
artezian suları, yeraltı mineral su mənbələri, duzlaşmış yeraltı 
sular, müxtəlif tərkibli buruq suları, isti su mənbələri və s.  
Yeraltı sular şirin, duzlu, az və ya çox dərəcədə mineral-
laşmış və bəzən də qiymətli elementlərlə Li,Y,Br zənginləşmiş 
ola bilir. 
Kimyəvi tərkibinə görə  təbii sular xloridli, hidrokar-
bonatlı və sulfatlı olaraq qruplara ayrılırlar. Onların tərkibində 
əsasən Na
P
+
P
,  K
P
+
P
, Ca
P
2+
P
, Mg
P
2+
P
 kationları, Cl
P

P
, SO
B
4
PB
2–
P


3
HCO  


 
56
anionları olur. Təbii suların tərkib və xassələrinə eləcə də digər 
elementlər də müəyyən təsir göstərir (Br, Y, P, Sr və s.) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4. Hidroloji tsiklin modeli 
 
 
İstifadə məqsədindən asılı olaraq təbii sular aşağıdakı siniflərə ayrılır: 
Qrunt suları – daimi və müvəqqəti olaraq yerin üst qatında, 
məhlul halında (çaylar, su anbarları, bataqlıq suları və s.) və ya bərk 
halda (buzlaqlar və qar örtükləri) olur. 
Yeraltı sular – yer qabığında dağ süxurlarında, maye, bərk və 
buxar halında ola bilir. 
Hidroloji xüsusiyyətlərinə görə sular müxtəlif ola bilər: sərbəst 
halda (qravitasiya və qrunt suları), birləşmiş halda (hiqrosqopik, 
kristallaşma) şirin sular (duzların miqdarı < 1q/l), az duzlaşmış sular 
(<1-10q/l) duzlu sular (<10-35q/l), şor sular (<35q/l). 
Atmosfer  
Çaylar və göllər 
Yeraltı sular 
Okean səthinin 
Okean 
Çöküntü suxurların 
məsamə suları
Qar və buz 


 
57
Yerdən çıxan qaynar sular və qeyzerlər ilk baxışdan 
başqa cür təsiri bağışlayır. Həqiqətdə isə onlar meteor sular 
olub qaynar sularla əlaqədə olaraq isinirlər. Bütün su növləri 
bir-birilə qarşılıqlı təsirdə olaraq hidroloji dövran əmələ gətirir. 
Təbii suların tərkiblərinin təbii şəraitdə formalaşmasında 
üst qatda gedən proseslər əsas təsirə malik olub, meteor çökün-
tülər, əsasən yağış şəklində fəaliyyət göstərirlər. Meteor suların 
bir hissəsi torpaqda və bitkilərin üzərində qalaraq buxarlanır. 
Meteor və ya yağış sularının əsas hissəsi isə üst qatda yaranan 
proseslərdə iştirak edir (şəkil 5) . 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5. Yer səthinə yaxın hidroloji proseslərin sxemi 
 
 
Yağış sularının bir hissəsi bitkilərin köklərinə hoparaq 
yarpaqlara qədər hərəkət edir və buxarlanır. Bu proses transpi-
rasiya adlanır.Yer səthindən və yarpaqlardan buxarlanan sular 
cəm halda evatranspirasiya adlanır.  
Yerüstü 
Yerüstü su axını
Kök sistemi ilə 
udulma 
Yağıntı 
Transpirasiya 
Buxarlanma 
Zətif sızlan qat
Yeraltı su axını


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə