Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   71

 
70
Atmosfer çirkləndiriciləri və havanın təbii qatışıqları bir 
sıra mürəkkəb qarşılıqlı  təsirə, yuyulmaya və s. məruz qalır. 
Hava oksidləşdirici mühit olub, onu çirkləndirən maddələrin 
kimyəvi və fotokimyəvi çevrilmələrinin  əsas səbəbi havanın 
üzvi maddələrlə çirklənməsi (əsasən neft və karbohidrogen ilə) 
yüksək temperaturlu yanma prosesi zamanı azot oksidlərinin 
əmələ gəlməsidir. 
Çirklənmə  dərəcəsi zamandan və  məsafədən asılı olaraq 
kəskin dəyişir. Bu dəyişikliklər havanı çirkləndirən maddələrin 
daxil olma mənbəyinin xüsusiyyətlərindən, meteoroloji və 
topoqrafik faktorlarının təsiri ilə  əlaqədardır: küləyin sürəti, 
temperatur, təzyiq, havanın nəmliyi, ərazinin relyefi, çirklənmə 
mənbəyindən olan məsafə. 
Atmosfer havasının vəziyyətinə nəzarət aşağıdakılardan 
ibarətdir:
 çirklənmə  mənbəyinin öyrənilməsi; çirkləndirici 
maddələrin fotokimyəvi və kimyəvi çevrilmələrin tədqiqi; daha 
çox toksik maddələrin aşkar edilməsi; hava axını ilə 
çirkləndiricilərin öyrənilməsi; 
Çirkləndiricilərdən nümunələrin götürülməsi və onların 
analiz:
 Digər amillərin tədqiqi ilə müqayisədə havanin tədqiqi 
zamanı nümunələrin götürülməsi daha çətin və  məsuliyyətli 
prosesdir. Çirklənməyə nəzarətin etibarlılığı nümunənin götür-
ülmə üsulundan çox asılıdır. Bu nümunənin götürülmə prose-
sində bəzi çirkləndirici maddələrlə  qatılaşması ilə əlaqədardır. 
Havanın güman edilən çirklənməsindən asılı olaraq nümunənin 
götürülməsi qatılaşmanı nəzərə almaqla və yaxud onsuz yerinə 
yetirilə bilər. Axırıncı halda nümunələr şüşə şprisə, qaz pipet-
kalarına, polietilen torbalarına yığılır. Bu halda xətalar nümunə 
götürən quruluşun kipliyinin pozulması, onun daxili səthindən 
maddələrin mikroqatışıqlarının sorbsiyası nəticəsində baş verir. 
Xətalar tətbiq olunan havadan nümunə götürən tutumun çox 
asılı yuyulması, həmçinin nümunənin saxlanılma  şəraitinin və 
buraxıla bilən müddətinin təyin olunması ilə kənar edilir. 


 
71
Havanın mikroqatışıqlarla qatılaşmasında iştirak edən fak-
torlar onun digər mühitlərin qatılaşması nəticəsində xətaları törədə 
bilən faktorlardan daha çoxdur. Havanın analizində havada 
mikroqatışıqların 96 %-dən az olmayaraq qatılaşmasına imkan 
verən səmərəli üsullar tətbiq edilir. Havada nümunə götürmənin 
əsas üsulları aspirasiyalı üsullardır ki, burada havanın qovulması 
(sorbsiya) havauducu qurğu (uducu qab, qatılaşmış borucuq, süz-
gəc) vasitəsilə müəyyən sürətlə yerinə yetirilir.  
Atmosfer çirkləndiricilərinin tədqiqində birdəfəlik maksi-
mal və orta gündəlik qatılıq təyin edilir. 
Zərərli qatışıqların qatılıqlarını  təyin olunması üsulunda 
ümumi xəta +25%, qatılıq 0.8 BOH şərti daxilində maksimal 
birdəfəlik qatılıq təyin edildikdə 20-30dəqiqə müddətində hava 
nümunəsinin götürülməsi, orta gündəlik qatılıq təyin edildikdə 
isə sutka ərzində nümunələrin götürülməsi təmin olunmalıdır. 
Atmosferin çirklənməsinə nəzarət stasionar, marşrut və 
hərəkət edən məntəqələrdə yerinə yetirilir.  
Aşağıda atmosfer havasının monitorinqinə aid nümunələr 
verilir. 
Toz aerozol hesab edilir. Aerozollar maddələrin (bərk və 
maye) asılı  vəziyyətdə olan hissəcikləridir. Onlar havanın üst 
qatında troposferdə  və atmosferdə geniş yayılmışdır. Onların 
yaşama müddəti müxtəlifdir: bir neçə saatdan uzun illərə kimi. 
Troposferdə hissəciklərin yerləşməsinin 3 növü vardır. Hissə-
ciklər atmosferə hazır  şəkildə daxil olur, lakin onların  əsas 
hissəsi su buxarı daxil olmaqla qazvari, maye və  bərk maddə-
lərin arasında gedən kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. 
Aerozolların  ən çox hissəsi təbii proseslər nəticəsində  əmələ 
gəlir ki, onların  əksər hissəsi antropogen mənşəlidir. Hər il 
insanın fəaliyyəti nəticəsində hava hovuzuna düşən hissəcik-
lərinin miqdarı ildə 1 milyard tona yaxındır. Hissəciklərin 
kimyəvi tərkibi müxtəlif olub, silisium dioksiddən - qumdan, 
toksiki metaldan, pestisidlərdən, karbohidrogenlərdən və s. 
ibarətdir.  


 
72
Antropogen çirkləndirici aerozolların stratosferdə maksi-
mal miqdarı sulfatların payına düşür. Stratosferdə troposferə 
nisbətən aerozollar daha az müxtəlifliyə malikdir. Stratosferin 
əsas bərk komponenti ammonium sulfatdır. Antropogen aero-
zolların  əsas mənbəyi yanma prosesidir. Energetika və 
nəqliyyat aerozolların 2/3 hissəsini təşkil edir. 
Aerozolların digər mənbəyi – metallurgiya, kimya 
sənayesi və tikinti materialların istehsalıdır.  
Aerozolların Yer kürəsinin havasını  dəyişmə qabiliyyə-
tinə malikdir. Onlar ağciyər toxumalarına çökərək insanlarda 
ən ağır xəstəlik hesab edilən pnevmokonuoz əmələ  gətirir. 
Aerozol hissəciklər özlərində radioaktivlik, viruslar, mikroblar, 
göbələklər daşıyıcıları olub, turş yağışlar  əmələ  gətirərək, 
nəinki canlılar üçün, eyni zamanda maşın, mexanizm, cihazlar 
və saf materialların keyfiyyəti üçün təhlükə yaradır. Bundan 
əlavə tozlar tullantılarla birlikdə  dəyərli materialları daşıyaraq 
məhvedici partlayışlara səbəb ola bilər. Havanın tozlanmasını 
miqdarı xarakteristikası  təyin etmək üçün hal-hazırda  əsasən 
çəki analizi (qravimetriya ) üsulundan istifadə edilir.  
Bundan  əlavə hesablama metodu da mövcuddur. Çəki 
göstəriciləri vahid hava atmosferi həcmindəki tozların kütləsini 
təyin edir. Bu tozlanmanı təyinin dolayı üsullarıda vardır. Dolayı 
yollara, müxtəlif fiziki hadisələrin (şüalanmanın intensivliyi, 
elektrik sahəsi, optiki sıxlıq və s.) köməyi ilə tozlanma kütləsinin 
havadan tozları ayırmaqla və ayırmadan təyin edilməsi aiddir.  
Ən geniş yayılmış üsul tozların çəki qatılığını təyin etmək 
üçün istifadə edilən qravimetrik üsuldur. Analitik süzgəcdən 
havanın müəyyən həcmi qovulur. Süzgəcin kütləsinin artması 
hesabına fraksiyalara ayırmadan bütün tozların kütləsi 
hesablanılır. FPP parçasından hazırlanan süzgəclər daha yaxşı 
hesab edilir. Bu metoddan 0.04-10 mq/m
P
3
P
 sanitar-mühafizə 
diapozonu zonasıda və  əhalini yerləşdiyi sahələrdə havadakı 
tozların birdəfəlik və orta gündəlik qatlığını təyin etmək üçün 
istifadə edilir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə