Microsoft Word kitabA5 Amin son doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/71
tarix13.12.2017
ölçüsü2,8 Kb.
#15187
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   71

 
16
Onları fəth etməkdən ötrü, insan onların arasında təbiətin başqa 
cisimlərini yerləşdirir.». 
Ekosistemə yad olan maddə, enerji və birləşmələrin ətraf 
mühitə (atmosferə, litosferə  və hidrosferə) gətirilməsi, yerləş-
dirilməsi və atılması  nəticəsində mühit amillərinin fiziki 
parametrlərinin, kimyəvi xassələrinin və daxili qanunauy-
ğunluqlarının pozulması çirklənmə adlanır. 
Biosferin çirklənməsi insan cəmiyyəti yaranan gündən 
mövcuddur.  Ətraf mühitə antropogen təsirin zəruriliyi irəli 
gəlir:  
•  cəmiyyətin ətraf mühitdən təcrid olunmuş avtonom şəkildə 
yaşamasının qeyri-mümkünlüyündən; 
 
•  tullantıların və  əlavə  təsirin aradan qaldırılmamasının 
qanunauyğun xarakter daşımasından. Bu qanuna əsasən 
təsərrüfat fəaliyyətinin bütün sahələri tullantıların 
yaranması  və aradan qaldırılması, prinsip etibarilə, qeyri-
mümkün olan əlavə təsirlərlə nəticələnir. Həmin tullantılar 
və əlavə təsirlər ya bir formadan digərinə keçirilə bilər, ya 
da hər hansı bir məkanda yerləşdirilə bilər.  
Antropogen təsirin yaranması tarixi xarakter  daşısa da, 
sənaye dövrünə  qədər (XVIII əsr)  ətraf mühitin çirklənməsi 
lokal yayılaraq geniş  əraziləri  əhatə etmirdi. Əhalinin sayının 
az, təbii sərvətlərin isə bol olduğu dövrlərdə antropogen təsirin 
nəticələri də o qədər nəzərə çarpmırdı:   
 
•  yeni yaranan ibtidai insan təbiətdə «həll olaraq» biosferə 
adi bioloji növ kimi təsir göstərirdi; 
 
•  bioloji növ kimi formalaşmış insan (Homo sapiens) 
intensiv şəkildə ovçuluqla və bitki toplamaqla məşğul olsa 
da, ekosistemlərdə köklü dəyişikliklər yaratmırdı; 
 


 
17
•  əkinçilik və heyvandarlığın yaranması ilə bağlı biosferə 
təsir intensivləşmişdir. Geniş ərazilərdə mal-qaranın otarıl-
ması, meşələrin qırılaraq yandırılması, çəmənliklərin 
şumlanması  nəticəsində  əkin sahələrinin genişləndirilməsi 
təbii ekosistemlərin sıradan çıxması və biosferdə tarazlığın 
pozulması ilə nəticələnmişdir; 
 
•  antropogen təsirin sənaye dövrü son 300 ili əhatə etməklə 
kulminasiya həddinə XX əsrdə çatmışdır. Bu mərhələdə 
biosferdə bütün ekoloji  komponentlər güclü antropogen 
təsirə  məruz qalaraq qlobal ekoloji təzadlar yaranmışdır. 
XVII  əsrə  qədər biosferdə ekoloji tarazlıq qlobal şəkildə 
pozulmamış qalır,  ətraf mühitin çirklənməsi isə lokal 
xarakter daşıyırdı. Lakin XVII əsrdən başlayaraq sənayenin 
surətli inkişafı  və onun törəməsi olan güclü urbanizasiya 
biosferin sabitliyini pozan başlıca amilə çevrilmişdir. 
İqtisadiyyatın bütün sahələrinin, o cümlədən kənd təsərrü-
fatı istehsalının da sənayeləşdirilməsi və iri şəhərlərin 
yaranması biosferə antropogen təsiri artırmaqla XX əsrin 
ortalarından başlayaraq ekoloji bəlalar yaratmışdır. 
 
Biosferə antropogen təsirin nəticələri aşağıdakı formalarda 
özünü büruzə verir: 
-  litosferin sturukturunun dəyişdirilməsi, xam torpaqların, çöl 
və  çəmənliklərin  əkilməsi, meşə örtüyü məhv edilərək 
geniş sahələrin meşəsizləşdirilməsi, səhralaşma və bozqır-
laşma, meliorasiya və irriqasiya işlərinin aparılması, süni su 
hövzələrinin və dəryaçaların yaradılması və s. nəticəsində;  
 
-  biosferi təşkil edən komponentlərin əlaqələrinin və maddə-
lər mübadiləsinin balansının pozulması, faydalı qazıntıların 
çıxarılması, sənaye və  məişət tullantılarının litosferdə 
toplanması, çirkləndirici maddə və birləşmələrin atmosferə 
və hidrosferə atılması, quraqlaşma və s. nəticəsində; 


 
18
 
-  Yer kürəsinin ayrı-ayrı regionlarında və planetdə bütövlük-
də enerji, o cümlədən istilik, balansının pozulması: atmos-
ferdə karbon qazının (CO
B
2
B
) qatılığının artması  nəticəsində 
«parnik» (istixana) effektinin yaranması, iqlimin istiləş-
məsi, ozon təbəqəsinin deqradasiyaya uğraması üzündən 
dəliklərin açılması və s. nəticəsində; 
 
-  biotanın (bitki və heyvanlar aləminin məjmusu) dəyişdiril-
məsi: bir çox bitki və heyvan növlərinin məhv edilərək 
itirilməsi, yeni heyvan cinslərinin və bitki sortlarının 
yaradılması, bioloji müxtəlifliyin sıradan çıxması,  ətraf 
mühitdə (torpaq, su, hava) arzuolunmayan biogenlərin və 
hansısa  ərazidə yeni orqanizmilərin peyda olması, kənd 
təsərrüfatı bitkilərinin və mal-qaranın infeksion və parazitar 
xəstəlik törədicilərinin və ziyanvericilərinin yayılması, 
mikrobioloji çirklənmə və s.  
 
 
Hal-hazırda 200-ə  qədər təbii sərvətdan istifadə olunur. 
Müasir texnologiyanın təkmilləşməməsi mineral xammalın tam 
emalı  və istifadəsini təmin etmir. Onun əksər hissəsi tullantı 
şəklində təbiətə qaytarılır. Bəzi mənbələrə görə, istehsal olunan 
məhsul istifadə olunan xammalın yalnız 1-2%-ni təşkil edir, 
yerdə qalanı isə tullantıya gedir. Bu fakt ətraf mühitin çirklən-
məsini təsdiqləməklə yanaşı, təbii sərvətdən qeyri-rasional isti-
fadəyə münasibətin olmasını, qənaətedici yanaşmanın yaran-
mamasını göstərir.  
Elmi-texniki tərəqqinin inkişaf səviyyəsi bu gün 10 mln. 
yaxın maddə sintez etməyə imkan verir. Ümumdünya Səhiyyə 
Təşkilatının məlumatlarına  əsasən hazılrda 500 minə yaxın 
kimyəvi birləşmə praktiki tətbiqini tapır. Onlardan 40 minə 
yaxın birləşmə insan üçün zərərli, 12 mini isə toksik hesab 
olunur.  


 
19
Biosferin antropogen çirklənməsinə  əsasən sənaye, 
energetika və  nəqliyyat vasitələri (birlikdə 76%) səbəb olur. 
Onların iştirakı təşkil edir: 
•  sənaye - 38%; 
•  energetika - 22%; 
•  nəqliyyat vasitələri - 16%; 
•  kənd təsərrüfatı - 14%; 
•  məişət tullantıları - 7%; 
•  digər mənbələr - 3%. 
Biosferə antropogen təsirin nəticələri və miqyası (1 ildə): 
•  Yerin təkindən 300 mlrd. ton mineral sərvət çıxarılır; 
•  o cümlədən, 100 mlrd ton dəmir filizi; 
•  tikinti və dağ-mədən işləri zamanı 4 min km
P
3
P
 qrunt və 
süxur daşınır; 
•  800 mln. ton metal (müxtəlif) əridilir; 
•  50-70 min km
P
2
P
 torpaq səhralaşma,  şoranlaşma, tikinti 
və s. nəticəsində itirilir;  
•  18 mln. hektar meşə sahəsi məhv edilir;  
•  Minə yaxın bitki və heyvan növü itirilir;  
•  Dünya okeanına  10 mln. ton neft məhsulları düşərək 
onu çirkləndirir;  
•  7 mlrd. ton şərti yanacaq yandırılır;  
•  4 mln. ton pestisid istifadə olunur;  
•  30 mlrd. ton sənaye və məişət tullantıları bərk, maye və 
qaz halında atmosferə, hidrosferə  və litosferə atılaraq 
biosferi çirkləndirir.  
Böyük  şəhərlərin böyük də ekoloji problemləri 
mövcuddur.  İri  şəhərlərin yaranmasına sənayenin inkişafı, 
urbanizasiya və demoqrafik partlayış başlıca səbəb olmuşdur.  
Demoqrafik partlayış planetimizdə  əhalinin sayının 
sürətli artımı deməkdir. Başlanğıcı XVIII-XIX əsrlərdə müşa-
hidə olunmaqla XX əsrdə əsl sıçrayışa – demoqrafik partlayışa 
çevrilmişdir. Buna başlıca səbəblərdən biri əhalinin təbii artım 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə