Microsoft Word kitab+son doc



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə32/34
tarix07.12.2017
ölçüsü0,88 Mb.
#14330
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   34

 

127


xilqətin  əqli-küll olduğunu söyləyir ki, bu da Məhəmməd (s.) 

peyğəmbərin nuru kimi təsəvvür edilir. 

Hüseyn Hərəvinin sualları  və ona verilən cavablar 

müəyyən sistem və  məntiqə  əsaslanır.  5-ci və 6-cı sualların 

mahiyyətində  də bu bağlılıq özünü göstərir.  Vəhdətin sirrinə 

kim bələd oldu və arif kimdir? Əgər «məruf» (bilinən) və 

«arif» (bilən) pak zat, yəni Allahdırsa onda bu bir ovuc 

torpağın başındakı sevda nədir? 

Vəhdətin sirrini bilənə arif deyilir. Arif isə Haqqın varlı-

ğından başqa varlıq tanımayan, öz varlığını unudan, ilahi elm 

və bilik kəsb edən, ali mərifət sahibi,  tam mənəvi-əxlaqi 

kamilliyə və batini paklığa malik, Haqqın müşahidə mərtəbəsi-

nə çatan irşad sahibidir. Arif vəhdətə mane olan hər  şeydən 

uzaqlaşmalı, həm zahiri, həm də batini cəhətdən təmiz olmalı, 

qəlbini hər cür şərdən və  şəkk-şübhədən ari etməli, pis 

xüsusiyyətlərdən və  nəfsin rəzalətlərindən uzaqlaşmalı, nə-

hayət, qəlb sirrini başqalarından gizlətməlidir. Bu hallarda  

arifin qəlb evinə Tanrı lütfü ilə nur dolar, bəndə Haqqın 

müşahidə  mərtəbəsinə yetişər,  fənaya  uğrayar,  fənafillaha 

çatıb Haqq ilə qovuşar. Bu zaman ariflə  məruf tamamilə bir 

olar. 


«Bir ovuc torpağın başındakı sevdanın nə olduğunu aydın-

laşdırarkən M.Şəbüstəri insanın nə üçün və necə yaradıldığını, 

ələst aləmində Allahla insan (insanın ruhu) arasındakı ilk əhd-

peymanı («Mən sizin Rəbbiniz deyiləmmi?» – «Bəli, Rəbbimiz-



sən.» - «Əraf» surəsi, ayə 172), bunun hikmət və səbəbini xatır-

ladır. Sənətkarın fikrincə, Allah kəlamı olan Quran ona görə 

nazil oldu ki, bəşər övladının «ruzi-ələst»dəki ilk əhdini yadına 

salsın və ona hidayət yolunu göstərsin.  Şair insana müraciətlə 

onu da xatırladır ki, ilahi yazısının nüsxəsi, yəni ilahi hikmət, 

əmanət və xislətin daşıyıcısı  sənsən.  İstədiyini, başqa sözlə

Haqqı özündə axtar. 

Həllac Mənsurun irəli sürdüyü «ənəlhəq»  şüarının məna-

sını izah edərkən filosof şair göstərir ki, «ənəlhəq» mütləq 

 

128



şəkildə sirləri açmaqdır. Sən də  Həllac kimi varlıq pambığını 

atsan, yəni cismani varlığını unutsan «ənəlhəq» deyərsən. Bu 

zaman müəllif Quranın  «Hicr» surəsinin 21-ci ayəsinə isnad 

edir. İlahi həqiqəti dərk edib «ənəlhəq» sirrinə vaqif olan üçün 



«süluk» (yolçuluq), «seyr» (yol) və  «salik»in (yolçu) eyni 

şeylər olduğunu söyləyir. Hülul, ittihad və s. kimi təfriqələr də 

həqiqəti anlamamaqdan törəyir. «Hal  əhli» (arif, ilahi elm və 

hikmətdən xəbərdar olan kəs) üçün «mən», «sən», «biz», «o» 

bir şeydir. Bunları fərqli hesab etmək «qal əhlinə» (zahirpərəst, 

varlığa surətlə qiymət verən) məxsusdur. 

Niyə məxluqa vasil olan (qovuşan) deyirlər? Onun yol al-

ması, mənzilə çatması necə hasil olur? Mümkünün vacibə 

qovuşması  nədir?  Yaxınlıq-uzaqlıq,  çoxluq-azlıq  nə 

deməkdir? 

İrfani təsəvvürə görə varlıq  Vacib   Mümkün olmaqla 

iki yerə ayrılır. Vacib ilahi varlığın özüdür ki, əzəli və 

ehtiyacsızdır. Xəlq etmək qüdrəti də yalnız ona məxsusdur. 

Mümkün isə xaliqin yaratdığı imkan aləmidir. Yaradılmış bu 

xilqət aləminin özü də  mənəvi   maddi olmaqla iki yerə 

ayrılır. Məna aləmi cismlərin surəti, rəngi, forması, ölçüsü, 

maddi cövhər və  ərəzi olmayan, zaman və  məkandan xaric 

qeyb və ya mələkut (ruhlar) aləmidr. Maddi aləm isə varlıqların 

cismə, ölçüyə, rəngə, cövhər və  ərəzə malik olduqları hissi 

aləmdir. Zaman və  məkan da bu aləmə xasdır.  Əslində isə 

Allahın varlığı qarşısında hər iki aləm (məna və surət) yox 

kimidir. Yəni xəyala bənzəyir. Həqiqi yox, məcazi varlıqdır. 

Sayı sonsuz sayda olan bu çoxlu varlıqlar hər tərəfə yayılmış 

Tanrı zatının zərrələrindən başqa bir şey deyil. Onlar Haqqın 

vəchindən hasilə  gəlib müxtəlif mərhələ  və  mərtəbələrdən 

keçərək maddi aləmdə zühur edir. Bu aləmin özündə  də onlar 

çeşidli surət və görkəmdə təzahür edir, şəkildən şəklə, haldan-

hala düşür, bir formadan başqa formaya keçir. Çoxlu sayda baş 

verən  şəkli dəyişmələrdə o, eyni nöqtədən çıxıb sonda həmin 

başlanğıc nöqtəyə qayıdır. Yəni bütün dəyişikliklərin və 



 

129


dialektik çevirmələrin inkişafı çevrəni xatırladır və dövridir. 

Çünki varlıqla ilahinin həqiqi substansiyasından başqa heç bir 

gerçək varlıq yoxdur. Öz əslindən ayrılan hər  şey ona da 

qayıtmalıdır. Başqa sözlə,  «ədəd çoxdur, ancaq sayılası bir 



şey yoxdur». M.Şəbüstəri bir təmsil kimi suyun dövri 

hərəkətini misal çəkir. Su Günəşin hərarəti ilə buxar olub 

havaya qalxır, buluda çevrilib yağış kimi yenidən yerə qayıdır. 

Torpaq, hava və odla birləşib bitkini əmələ  gətirir. Ondan 

müxtəlif qidalar hasil olur ki, bu qidalar heyvanın, daha sonra 

insanın cismani yaşam tərzini mümkün edir. Bu qidalarla 

müəyyən müddət ömür edən insan, nəhayət, qocalıb ölür. 

Həmin su əvvəlki vəziyyətinə, bədəndəki ruh isə gəldiyi ruhlar 

aləminə qayıdır. Deməli, çeşidli sayda şəkli dəyişmələrə məruz 

qalan su yenidən başlanğıc nöqtəyə dönür. 

Beləliklə, bütün xilqət yoxluq, xəyal aləmində müvəqqəti 

mövcud olub Vacibə qayıtmalı  və qovuşmalı olduğu 

səbəbindən məxluqa, yəni yaradılmış maddi varlıqlara vasil 

deyilir. Onun yol alıb mənzilə çatması da bu cür mürəkkəb, 

müşkül, lakin qanunauyğun proseslərdən keçir. Mümkün 

yenidən Vacibə qovuşur. 

Eyni zamanda varlıq (Haqq) özünü yoxluq aləmində 

göstərdiyi üçün ondan yaxınlıq-uzaqlıq, azlıq-çoxluq halları 

yaranır. Yaxınlıq Haqqı dərk etmək, qəlbə ilahi nurun düşməsi, 

uzaqlıq isə bunlardan məhrumluq, Vacibdən idraki cəhətdən 

uzaq düşməkdir. «Özündən tamamilə qurtulsan Allahla zəngin 

olarsan»

«Gülşəni-raz»da söz, elm və onun hikməti, faydası barədə 

də özünəməxsus izahat vardır.  O, nə  dənizdr ki, sahili elm

yaxud sözdür? Onun dibindən necə gövhər hasil olur? 

«Gülşəni-raz» müəllifinin qənaətinə görə varlıq elə bir 

dənizə bənzəyir ki, söz onun sahili, hərf sədəfi, ürəkdəki bilik 

isə incisidir. Onun, yəni elm dənizinin hər dalğası Allah-

taalanın buyruqları  və  nəbilərin kəlamından minlərlə  dəyərli 

gövhər çıxarar. Dürrünün sədəfi səs və hərflərə bənzəyən elmin 

 

130


varlığı da bütöv olan o dənizdən gəlir. Mənalar ondan ayrılıb 

maddi aləmə endikdə onların surətə bürünməsinə ehtiyac 

yaranır. Həm də o dənizdən minlərcə elm dalğası qopsa da, 

yenə heç nəyi əskilməz. 

İlahi  əmanətlərinin daşıyıcısı  və  ən  şərəfli məxluq olan 

insanın da bədəni sanki sahil, varlığı isə  dəniz kimidir. Onun 

buxarı ilahi elmidir. Ağıl bu dənizin dalğasıdır. Ürək isə elmin 

qabı timsalındadır. Həmin elmin və biliyin sədəfini səs və hərf-

lər təşkil edir. 

M.Şəbüstəri də  təsəvvüf düşüncəsində olduğu kimi elmi 



Qal elmi və Hal elmi – deyə iki yerə ayırır. Qal elminə «elmi 

zahir»  də deyilir ki, bu sözə söykənir, yalnız zahiri aləmi 

öyrənmək gücünə malikdir, ilahi həqiqəti onunla anlamaq 

mümkünsüzdür. Tanrı həqiqətini yalnız batini görüm, bəsirət və 

qəlb nuruna söykənən  Hal-elmi («elmi-batini») ilə qavramaq 

olar. Arif və  mərifət sahibi olmaqdan ötrü ancaq bu elm 

yetərlidir. Dünyaya meyl edən bilik elm deyil, onun surəti var, 

mənası yoxdur. İrfani biliklər mələk əxlaqından yranır. Belə bir 

əxlaqa malik olanlar ədalət, hikmət, iffət və şücaət kimi gözəl 

xasiyyətlərin daşıyıcısına çevrilər. 

«Güşəni-raz»dakı 11-ci sual Küll və Cüz'ün münasibəti ilə 

əlaqədardır:  Külldən daha çox olan o cüz' nədir? O süz'ə 

hansı yolla getmək olar? 

Əsərdə deyilən məsələyə münasibət belədir: Varlıq etiba-

rilə külldən çox olan süz' həqiqətdə mövcud olan küllün 

özüdür. Hansı ki, hər  şeyin  əksinədir. Mövcud olanların 

çoxluğu zahiri xarakter daşıyır.  Əslində onların hamısı birdir. 

Küllün varlığını  aşkar edən isə  həmin çoxluqdur. Vəhdətdə 

gizlənən küllün varlığı çoxluqdan – süz'dən görünüb aşkar 

oldu. 


Cüz', yəni bütün şəhadət aləmindəki varlıqlar isə daimi 

hərəkətdə, dialektik inkişafda, dinamik şəkli dəyişmə prosesin-

dədir. Heç bir şey iki an içində qala bilməz. Məsələn,  ən ali 

məxluq olan insan cismən öldüyü anda yenidən dirilir. Əslində 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə