Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə118/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   114   115   116   117   118   119   120   121   ...   128

324 
 
Daşkəsən filiz rayonunda bir neçə dəmir filizi cisminin və bütünlüklə filiz 
saxlayan üst yura yaşlı tuf horizontunun deşifrələnməsi və ya Alabaşlı hematit 
yatağında yer səthinə  çıxan filiz cisminin, hətta gəlmə çöküntüləri ilə örtülü 
hissəsinin aerofoto-şəkillərdə izlənməsi buna misal ola bilər. Dəmirli 
kvarsitlərin və ya hematitli tufların çıxışları yer səthində əksər hallarda qırmı-
zımtıl, paslı-qırmızı və ya qəhvəyi-qonur rənglərlə seçilir. Hətta örtülü sahələr-
də elüvial-delüvial çöküntülərin qırmızı-qonur ləkəli rəngi dəmir filizinin olma-
sına dəlalət edir. Dəmir pasının qonur rəngi az qalınlıqlı torpaq qatından keçir 
və görünür. Bir sıra hallarda aerofoto-şəkillərdə manqan və hematit yataqları 
əla  əks olunur. Məsələn, Molla Cəlilli, Daşsalahlı, Novo-İvanovka, Xəlfəli və 
başqa yataq və  təzahürləri göstərmək olar. Dəmir filizi minerallarının 
özünəməxsus rəngləri və filiz qırıntılarının aşınması  nəticəsində tünd-qəhvəyi 
ləkələr ayrı-ayrı manqan və hematit laylarını – linzalarını aerofotoşəkillərdə 
izləməyə imkan verir.   
Aerokosmik şəkillərin deşifrələnməsi geoloji planalma aparılan ərazilərdə 
geoloqa – filiz saxlayan lay dəstələrini istinad horizontları kimi uzanması 
boyunca izləməyə imkan verir.  
Kvars və peqmatit damarları aerokosmik şəkillərdə adətən relyefin xətti 
uzanmış müsbət formaları və açıq fotoçalarlarla xarakterizə olunur.  
Damar tipli törəmələrlə  əlaqədar olan faydalı qazıntıların axtarışında 
aerofotoşəkillərin diqqətlə əsaslı surətdə öyrənilməsi yaxşı nəticələr verə bilər. 
Damar törəmələrinin deşifrələnməsinin effektivliyinə aerokosmik şəkillərin 
keyfiyətinin və miqyasının böyük əhəmiyyəti vardır. İri 1:5000 miqyaslı aero-
fotoşəkillərdə qalın kvars və peqmatit damarları yaxşı görünür və inamla ayır-
maq mümkündür. 1:10000 və 1:15000 miqyaslı şəkillərdə qalınlığı 1÷2 m olan 
daykalar yaxşı ayrılır. 
Beləliklə, 1:15000 miqyasında geoloji planalma işləri aparılarkən yuxarı-
da göstərilən aerokosmik şəkillər faydalı qazıntıların axtarışı məqsədi ilə deşif-
rələmək üçün tam yararlı sayıla bilər.  
Məlumdur ki, endogen yataqlar əksər hallarda iri qırılma, doğranma, 
brekçiyalaşma zonaları ilə bağlı olur. Belə zonalar Hg, Au, Cu, polimetal, 
kolçedan mənşəli köklü yataqların axtarışı və yerləşməsində böyük rol oynayır. 
 
14.1.4. Ekzogen tip  yataqların axtarışında aerokosmik üsulların tətbiqi 
 
 Ekzogen yataqların axtarışında aerokosmik materiallardan istifadə, endogen 
tipli yataqların axtarışında oldugu kimi, deşifrələnmə faydalı qazıntıların 
lokallaşması  və  ətraf süxualrın struktur quruluşu haqqında  əlavə informasiya 
almağa imkan verir. Məlum olduğu kimi, ekzogen yataqlar ətraf süxurlarla 
singenetikdir, aerokosmik şəkillərin deşifrələnməsi zamanı yataqların yerləşdiyi 
sahələrin strukturu haqqında alınan əlavə məlumatın praktiki əhəmiyyəti vardır.  


325 
 
Faydalı qazıntı çıxışlarının miqyası ilə müqayisə  edilə biləcək səviyyədə 
iri ölçüləri olduqda, deşifrələnmə zamanı bu obyektləri birbaşa izləmək 
mümkün olur. Aerokosmik şəkillərin miqyası kiçik olduqda filiz cismini 
birbaşa ayırmaq mümkün olmur, lakin deşifrələnmə bütöv strukturları, filiz 
daşıyan lay dəstələrini və qatlarını izləməyə imkan verir.  
Açıq və örtülü strukturların deşifrələnmə metodikası müxtəlifdir. Açıq 
strukturlar adətən aerokosmik şəkillərdə özünəməxsus zolaqlı fotonaxışla 
seçilir. Daha davamlı laylar kuestli tirələr və struktur pillələr  əmələ  gətirir. 
Bundan əlavə, müxtəlif rəngli laylar və lay dəstələri ağ-qara aerofotoşəkillərdə 
fotoçalar, rəngli şəkillərdə isə müxtəlif çalarlı rənglərlə seçilir.
 
Bu cür struktur-
larda əksər hallarda denudasiya-tektonik pillələr və ya çay-dərə sisteminin düz 
xəttli hissələrinə uyğun gələn qırılma pozulmaları çox aydın deşifrə olunur. 
Daha yaxşı deşifrə olunan istinad horizontları  və ayrı-ayrı “lay üçbucaqları” 
süxurların yatım elementlərini ölçməyə  və digər pa-rametrlərini təyin etməyə 
imkan verir.  
Yerin səthinə  çıxmayan və kifayət qədər qalın, daha cavan çöküntülərlə 
örtülmüş neftli-qazlı strukturları aerokosmik şəkillərdə görmək və ayırmaq 
çətinlik törədir. Lakin əksər hallarda onları köməkçi – dolayı əlamətlərinə görə 
ayırmaq və öyrənmək olar. Burada əsasən geomorfoloji deşifrələmə əlamətləri 
böyük rol oynayır. 
Yaxşı açılışlar olan şəraitdə aerofotoüsulların tətbiqi nəinki geoloji struk-
turların yerlərini və ümumi konturlarını müəyənləşdirməyə, həm də  ərazinin 
müfəssəl struktur-tektonik xəritəsini tərtib etməyə  və  bəzi hallarda kəşfiyyat 
qazma işləri aparmaq üçün sahələr ayırmağa imkan verir. 
Bu məsələləri həll etmək üçün aerofotoşəkillərin stereoskop altında 
mükəmməl deşifrələnməsi və yatım elementlərinin alət üsulu  ilə ölçülməsi və 
istinad horizontlarının dəqiq bənd edilməsi işləri aparılır.  
Müasir elüvial çöküntülərlə  əlaqədar olan faydalı qazıntı yataqlarının 
axtarışında aerokosmik şəkillərin deşifrələnməsi yaxşı  nəticələr verə bilər. 
Məsələn, onlara xas olan relyef formalarına görə  qədim denudasiya qalıqları 
aerofotoşəkillərdə yaxşı ayrılır (aşınma qalığının qorunub saxlanıldığı  yerdə). 
Dördüncü dövr çöküntüləri ilə bağlı olan faydalı qazıntı yataqlarının 
axtarışında aerofotoşəkillərdən geniş istifadə olunur (məsələn, öz-özünə sərbəst 
çökən duzların yataqları, çaqıl-çınqıl, qum, gil, göl mergelləri və s.). 
Kür-Araz ovalığında öz-özünə çökən duzlar (şoranlar) aero-fotoşəkillərdə 
ağ ləkələr şəklində aydın seçilir və onları çox böyük dəqiqliklə aerofotoşəkillərə 
və xəritəyə köçürtmək mümkündür.  
Deşifrələnmənin köməyilə çöl işlərinə  qədər ilkin kameral mərhələdə 
çaqıl-çınqıl kütləsi yığılmış sahələri ayırmaq və müəyyən ölçü işləri aparmaqla 
onların həcmini hesablamaq mümkündür. Relyefin çökək formalarına və tünd-
boz fotoçalarlarına görə aerokosmik şəkillərdə bataqlıq sahələrini ayırmaq 
mümkündür ki, onlarla əksər hallarda torf yataqları  əlaqədar olur. Neft-qaz 


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə