Microsoft Word Kosmik geologiyan?n ?saslar?



Yüklə 3,8 Kb.
Pdf görüntüsü
səhifə120/128
tarix11.10.2017
ölçüsü3,8 Kb.
#4248
1   ...   116   117   118   119   120   121   122   123   ...   128

329 
 
Bundan  əlavə, diaqonal pozulmaların filizə  nəzarətetmə rolunu təyin 
etdikdən sonra görürük ki, nəinki ikiqat, hətta üçqat (eninə, uzununa və 
diaqonal) kəsişmələr də olur ki, onların da əhəmiyyəti çox böyükdür. 
Göstərilən istiqamətlərin kəsişməsində  məşhur civə yataqları  və  tə-
zahürləri yerləşmişdir. Qeyd edilən struktur xüsusiyyətləri proqnoz amilləri 
hesab edərək, onlardan regional metallogenik tədqiqatlarda istifadə etmək olur. 
Eninə strukturların mühüm metallogenik əhəmiyyətə malik olmasını 
hesab edən əksər tədqiqatçılar onların dərinlik xarakterli olduğunu göstərmişlər. 
Məsələn, Krasnopolyano qovşağı  şəklində aydın  əks olunan Moxoroviçiç 
səthinin izogipsi (40-45 km dərinlik kəsimində)  şimal-şərq istiqamətli Stavro-
pol-Sal eninə lineamentlər sisteminin, geoloji məlumatlara istinadən 10-20 km 
dərinliyə kimi nüfuz edən meridional istiqamətli diaqonal Şərqi-Qara Dəniz 
zonasının və yer qabığının dərinlik kəsimlərində çox da aydın əks olunmayan, 
lakin geoloji planalmanın köməyi ilə səthə yaxın strukturda mürəkkəb uzununa 
üstəgəlmələr və qırılıb-qalxmalar sistemləri ilə dəqiq qeyd olunan subendairəsi 
istiqamətli Taman-Abşeron zonası uzununa pozulmalar zonasının kəsişməsin-
dən yaranmışdır. 
Beləliklə, görürük ki, müxtəlif istiqamətli və müxtəlif dərinlikli (müxtəlif 
mərtəbəli) lineamentlərin kəsişməsi planda mürəkkəb kəsişmə düyünü, şaquli 
kəsimdə isə göstərilən rayonların zəngin civə yataqlarının əmələ gəlməsinə sə-
bəb olan, dərinlik (mantiyaya qədər) məhlulları süzülən zəifləmiş zona yaradır. 
Analoji struktur vəziyyətlə, başqa sözlə, üç nəhəng: en dairəsi, şimal-şərq və 
şimal-qərb istiqamətli lineament zonalarının kəsişməsində yerləşmiş lineament 
qovşağında Kopetdağın Arçman-Noxur civə təzahürü, həmçinin Xandarkən civəli-
sürmə yatağı (cənubi Tyan-Şan), Qaur-dağ rayonunun kükürdlü sənaye yığımları, 
Yakutiyanın kimberlit yataqları və s. xarakterizə olunur (şəkil 128).
 
 
 


330 
 
Şəkil  128. Lineament  zonaları  və  onların  kəsişmə  qovşaqlarının  Yakutiya 
kimberlit əyalətinin  kimberlit  sahələri ilə  əlaqəsi.  L.M.Natapova  və  b.  görə. 
Yeni  sahələrin  axtarışı  üçün perspektiv  sahələr  ştrixlənmişdir. 
Filiz yataqlarının lineamentlər və onların sistemlərinin kəsişmə düyünlə-
rində yaranan yüksək parçalanma və yer qabığının məsaməlilik rayonlarında 
yerləşməsi, axtarış  məqsədilə  KŞ-dən istifadənin bütövlükdə filiz nəzarətedici 
strukturların müəyyən edilməsindəki, xüsusi hallarda isə filizlokallaşdıran  
məntəqələrin hüdudlandırılmasındakı perspektivliyini nümayiş etdirir. 
Araşdırılan material göstərir ki, bütün səviyyəli- və istiqamətli lineament-
lər həm metallogeniyada müəyyən rol oynayır, həm də onu nəzarətləndirir. 
Onlar V.İ.Smirnovun təyinatına görə metallogenik lineamentlərdir. 
 
14.1.6. Filiz nəzarətedici halqavarı  strukturların tədqiqi 
 
Halqavarı strukturlar - müasir metallogenik tədqiqatların  əsas obyektlə-
rindən biridir. Distansion zondlama üsullarının tətbiqindən əvvəl, keçmiş sovet 
geoloqları  tərəfindən müəyyən edilmişdir ki, Yerin müasir səthində  aşkar 
olunmuş çoxsaylı halqavarı strukturlar tektonik fəal kontinental vilayətlərdə 
geniş yayılmış tağ-qayma və ocaq strukturlarına uyğun gəlir. 
Yerin müxtəlif qitələrinin halqavarı strukturlarının təhlili,  onların filiz 
təmərküzləşdirici rolu haqqında kifayət qədər əminliklə fikir yürütməyə imkan 
verir. Bir sıra əlvan, nəcib və nadir metal yataqları bu strukturların əmələ gəl-
məsi ilə genetik əlaqədardır. Yerin dairəvi  əmələgəlmələrinin mineralogenetik 
xüsusiyyətlərinin ümumi və ilkin qiymətləndirilməsi və perspektiv sahələrin 
aşkar edilməsi üçün struktur-genetik təhlil tövsiyə olunur. Ayrılmış halqavarı 
strukturların, demək olar ki, bütün tipləri müəyyən mineragenetik xüsusiy-
yətlərə malikdir. Lakin bu və ya digər struktur tipin mineragenik “sima”sının 
təyin edilməsi heç də  həmişə birmənalı baş vermir. Bu onunla əlaqədardır ki, 
bir çox hallarda halqavarı strukturlar, bir-birini qarşılıqlı olaraq mürəkkəbləş-
dirir. Başqa sözlə, onlar bütün geoloji tarix ərzində inkişaf edir, bir strukturun 
yerində  həmin- və ya digər genezisli daha cavan strukturlar əmələ  gəlir. 
Halqavarı strukturların özünəməxsus interferensiyası baş verir. Məsələn, böyük 
diametrli və müəyyən minerageniya ilə  səciyyələnən  ən qədim strukturları 
təmsil edən nuk-learlar nisbətən kiçik diametrli və onlara məxsus minerageniya 
ilə seçilən daha cavan dairəvi  əmələgəlmələrlə mürəkkəbləşir. Analoji növ 
interferensiya – müxtəlif genezisli halqavarı strukturların sıxlaşması və ya üst-
üstə qalanması – təbiətdə kifayət qədər yayılmış hadisədir və o, dəqiq minera-
genik təhlilin aparılmasını çətinləşdirir. Lakin halqavarı sirukturların müəyyən 
genetik tipləri ilə onlar üçün səciyyəvi olan faydalı qazıntılar arasında bəzi 
əlaqələr tapmaq olar. Faydalı komponentlərin yüksək minerallaşmasının belə 
əlverişli paylanma şəraitləri aşağıdakı hallarda yarana bilər: 


331 
 
 1)halqavarı strukturların xarici və yaxud periferiya sərhədlərində, 
xüsusilə,  əgər sonuncular dairəvi qırılmalarla  əhatə olunmuş  və ya müxtəlif 
ölçülü plutonlardan ibarətdirsə; 
 2) halqavarı strukturların sərhəddindən kənarda (lakin onlara yaxın), əgər 
onlar qırışıqlıq qurşaqları ilə haşiyələnirsə;  
3)halqavarı strukturların (müxtəlif səciyyəli və ölçülü) qırılma-larla (və 
ya lineamentlərlə) kəsişmə zonalarında və birləşmə sahə-lərində; 
4)müxtəlif ölçülü-  və genezisli halqavarı strukturların interfe-rensiya (və 
yaxud sıxlaşma) zonalarında; 
5)KŞ-lərdə halqavarı strukturlar kimi əks olunan plutonların apikal 
hissələrində. 
Bütün sadalanan hallarda, müəyyənedici amil - yer qabığının, onun parça-
lanması ilə  şərtlənən keçiricilik intensivliyi hesab olunur. Dariəvi struktura 
nisbətən keçiricilik zonasının vəziyyətindən asılı olaraq, faydalı komponentlərin 
lokallaşması strukturun kənarlarında olduğu kimi, həm də onun mərkəz 
hissəsində baş verə bilər. 
Distansion tədqiqat üsulları filizləşmənin yerləşməsində mühüm əhəmiy-
yətə malik yeni tipli strukturların aşkar edilməsinə imkan vermişdir. Müxtəlif 
miqyaslı halqavarı strukturların metalogenik xüsusiyyətlərinin öyrənilməsi üçün 
müxtəlif dərəcəli icmala malik KŞ lazımdır,buna görə  işin başlanğıcında 
fotomaterialların xüsusi seçilmə  əməliyyatı aparılmalıdır. KŞ-n miqyası elə 
seçilir ki, öyrənilən halqavarı struktur və onun yerləşdiyi rayon tam görünmüş 
olsun. Bu zaman kosmik şəklin həlletmə qabiliyyəti öyrənilən ən kiçik geoloji 
obyektə cavab verməli olduğu üçün, kiçik- və orta- miqyaslı  KŞ-n tətbiqi 
məqsədəuyğundur. Adətən halqavarı strukturlar bütün miqyaslı  KŞ-lərdə  əks 
olunur. Natamam (cüzi) generalizasiyada 20-30 km diametrli halqavarı struk-
turların hüdüdlarında daha kiçik strukturlar – kalderalar, dairəvi və oval sərhəd-
lər, ekstruziv günbəzlər, polimetalların, mis, sürmə və s. axtarışı üçün perspek-
tiv olan qırılmalar ayrılır. 
İş təcrübəsi göstərmişdir ki, bir KŞ-də çoxlu sayda müxtəlif ölçülü dairəvi 
əmələgəlmələrin ayrılması çox zaman regional strukturların aşkarını 
çətinləşdirir. Ona görə  KŞ-lərin deşifrələnməsini ayrılan strukturların ölçü və 
tiplərinin məntiqi məhdudiyyətləri çərçivəsində  tədqiqatın məqsədinə uyğun 
aparmaq lazımdır. Məsələn, əgər məqsəd həm regional, həm də lokal struktur-
ların öyrənilməsindən ibarətdirsə, onda ardıcıl deşifrələnmə aparılması lazım 
gəlir. Bundan başqa, eyni miqyaslı, lakin müxtəlif fəsilli KŞ-lərin deşifrələn-
məsindən əlavə məlumatlar almaq olar. 
Halqavarı strukturların deşifrələnməsində KŞ-lərdə ilk növbədə endogen 
mənşəli strukturları ayırmaq tövsiyyə olunur. 
Bu məqsədlə,  əksər hallarda daxili xətti və qövsvarı pozulmalarla 
mürəkkəbləşmiş izlənilmiş strukturların konsentrik planını sanki bərpa edə 
biləcək deşifrələmə sxemi tərtib edilir və onların struktur-geomorfoloji rayon-


Yüklə 3,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə