Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə75/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   83

 
179 
 

Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 

“Axı biz neyləmişdik?” 
Deyən o haqq səsini. 
 
* * * 
Çadırlar quruldu kənddə, şəhərdə, 
Bəlkə, məlhəm idi matəm bu dərdə? 
Döndü yas evinə bütün məmləkət, 
Kasıb ocaqda da qazan asıldı. 
Yası, matəmilə çarəsiz millət 
Elə bil qatildən intiqam aldı. 
Gücsüzün aldığı intiqama bax! 
Zorun qarşısında susduq hamımız. 
Qırx gün yas saxlamaq: işə çıxmamaq 
Oldu üsyanımız, intiqamımız... 
Canlı da, cansız da ağlayır bu gün, 
Matəm içindədir ölkə büsbütün. 
Qızıl qərənfillə qara bayraqlar 
Xalqın kədərinə birgə qan ağlar. 
 
 
ŞƏHİDLƏR 
 
Qatil gülləsinə qurban gedirkən 
Gözünü sabaha dikdi şəhidlər. 
Üçrəngli bayrağı öz qanlarıyla 
Vətən torpağına çəkdi şəhidlər. 
Zalım öyünməsın zülümləriylə, 
Min bir böhtanıyla, min bir şəriylə. 
Həqiqət uğrunda ölümləriylə 
Ölümü kamına çəkdi şəhidlər. 
O şənbə gecəsi, o qətl günü 
Mümkünə döndərdik çox namümkünü. 
Xalqın qəlbindəki qorxu mülkünü 
O gecə dağıdıb sökdü şəhidlər. 
Tarixi yaşadıb diləyimizdə, 
Bir yumruğa döndük o gecə biz də. 
Yıxıb köləliyi ürəyimizdə 
Cəsarət mülkünü tikdi şəhidlər... 
Donan vicdanları qeyrətləndirər, 
Axı el qeyrəti çəkdi şəhidlər. 
Dözdü hər zillətə, dözdü hər şeyə 
“Dünyada mənim də haqqım var”, – deyə. 
Kütləni xalq edən müqaviləyə 
Qanıyla qolunu çəkdi şəhidlər. 
İnsan insan olur öz hünəriylə, 
Millət millət olur xeyri, şəriylə. 
Torpağın bağrına cəsədləriylə 
Azadlıq tumunu əkdi şəhidlər. 
 
  LAYİHƏ


 
180 
 
 
 
• 
MƏZMUN 
ÜZRƏ İŞ
 
TAPŞIRIQLARI FƏRDİ OLARAQ YERİNƏ YETİRİN 
1. Mənasını aydınlaşdırdığınız sözlərlə bağlı işi davam etdirin. 
Tanış olmayan sözlər
Mənası
Öz sözümüzdür 
Alınma sözdür 
2. Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. Onları daha maraqlı 
hesab etməyinizə səbəb nədir?  
Əsərdən seçilmiş 
məcazlar 
Məcazların növü
Onları maraqlı hesab 
etməyimin səbəbi 
 
3.  Əsərdə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli 
gündəlikdə yazın. 
Əsərdə diqqətimi cəlb edənlər
Bunun səbəbi 
 
4. Suallara cavab hazırlayın: 
a) Şəhidlərin matəm mərasimi əsərdə necə təsvir olunub? Bu, bildik-
lərinizə nə əlavə etdi? 
• MƏZMUN 
ÜZRƏ İŞ
 
b) Xalq öz igid övladlarının qəhrəmanlığına münasibətini necə ifadə 
edir? 
c) Oxuduğunuz hissə hansı mənəvi dəyərlər barədə danışmağa imkan 
verir?  
5. Kiçik qruplarda qənaətlərinizi bölüşün, fikirlərinizi dəqiqləşdirib 
ümumiləşdirin. 
6. Təqdimatlar əsasında fikir mübadiləsi və müzakirə aparın.  
 
1. “Şəhidlər – Vətənin azadlığı  uğrunda canından keçmiş  qəhrəman-
lardır” mövzusunda  şifahi təqdimata hazırlaşın. 
2. “Şəhidlər” hissəsindən seçdiyiniz parçanın ifadəli oxusuna hazırlaşın. 
Şərti işarələrdən istifadə edin.
 
• II dərs 
• II dərs 
• EVDƏ İŞ 
Xalq şəhid övladlarını unutmur!
  LAYİHƏ


 
181 
 

Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsi 

 
• 
TƏHLİL  
ÜZRƏ İŞ
 
AŞAĞIDAKI QAYDALARA ƏMƏL ETMƏKLƏ PARTA YOLDAŞINIZLA MƏTNİN 
ÜZƏRİNDƏ İŞLƏYİN 
1. İlk mətnkənarı sualın cavabını biriniz ucadan oxuyun. Bu parça ilə 
bağlı bir neçə açar sözü, yaxud termini ikilikdə müəyyənləşdirib 
yazın. Oxunu dinləyən həmin açar sözlərdən, yaxud terminlərdən 
istifadə ilə bir neçə sual hazırlayır. 
2.
 Mətni oxuyan onu bir daha nəzərdən keçirib suallara cavab verir. 
İkinci şagird – dinləyən cavabla razılaşarsa, onu qeyd edir. 
3.
 Növbəti mətnkənarı sualın cavabı oxunarkən rollarınızı  dəyişin. 
Mətn oxunandan sonra onunla bağlı açar söz, yaxud terminləri hər 
ikiniz müəyyənləşdirin. Mətni hansınız oxumamışsınızsa, həmin söz
yaxud terminlərdən istifadə ilə suallar hazırlayıb cavablandırmağı 
yoldaşınıza təklif edin. Cavabları təsdiq edirsinizsə, onları qeyd edin. 
4.
 
Mətn bu qayda ilə sona kimi oxunduqdan sonra hazırlanmış suallar 
və onların cavabları ilə bağlı bütün siniflə fikir mübadiləsi və 
müzakirə aparın.
 
 
Xalq  şairi Bəxtiyar Vahabzadənin 1990-cı 
ilin qanlı yanvar hadisələrinə həsr etdiyi  “Şə-
hidlər” poeması Azərbaycan milli azadlıq ədə-
biyyatının kamil nümunəsidir. Poemada 20 
yanvar  şəhidlərinin azadlıq mücadiləsi günlərində göstərdiyi misilsiz qəhrə-
manlıq tərənnüm edilmiş, əlləri günahsız insanların qanına bulaşmış qatillərə 
ümumxalq nifrəti öz əksini tapmışdır.  
Mənbələrin araşdırılması  əsərin mövzusu barədə  əsaslandırılmış fikir 
deməyə imkan yaradır. 
Poemada milli azadlıq mübarizlərinin qəh-
rəmanlarının ümumiləşdirilmiş parlaq bədii 
obrazı yaradılmışdır.  Şəhidlərin qəhrəmanlı-
ğından, günahsız yerə qətlə yetirilməsindən  danışılan əsərdə  nikbin ruh, gələ-
cəyə inam var. Şair inanır ki, şəhidlərin qanı yerdə qalmayacaq, xalqın igid öv-
ladları mübarizəni davam etdirəcək, üçrəngli bayrağı enməyə qoymayacaqdır.  
Əsərdə  vətən uğrunda həlak olmuş Azərbaycan şəhidlərindən ana torpağın bağ-
rına azadlıq toxumu səpən milli qəhrəmanlar kimi söz açılmışdır. Şair əmindir 
ki, Vətənimizin azadlığı və müstəqilliyini yeni nəsillər ləyaqətlə qoruyacaqdır. 
Poemanın bədii xüsusiyyətləri şairin kamil 
bir sənətkar olduğunu bir daha təsdiqləyir. 
Şəhidlərin qəhrəmanlığının tərənnümü ilə 
faciəli hadisələrin doğurduğu mühakimələr 
üzvi vəhdət təşkil edir. Bu bədii  əksetdirmə üsulu əsərin məzmunundan doğan 
təəssüratı daha da gücləndirir.  Ədib epitet, bənzətmə, təzad, təkrir, metafor 
kimi bədii təsvir və ifadə vasitələrindən istifadə edərək fikrin daha təsirli ifa-
dəsinə nail olmuşdur.  
Mənbələrin araşdırılması bu barədə əhatəli fikir söyləməyə imkan verir. 
• III dərs 
Poema hansı mövzuda yazılmış-
dır? Şairin bu mövzuya müraciət 
etməsinin səbəbini nə ilə izah 
edərsiniz?
 
Poemada şəhidlərin bədii obrazı 
necə yaradılmışdır? 
Poema  bədii sənətkarlıq  baxımın-
dan hansı xüsusiyyətləri  ilə diqqə-
ti cəlb edir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə