182
“Şəhidlər” poeması şairin
keçən əsrin son-
larında xalqımızın həyatında baş vermiş ta-
rixi hadisələr – azadlıq uğrunda canını qur-
ban vermiş şəhidlər, müstəqillik uğrunda mübarizə ilə bağlı düşüncələrinin
bədii ifadəsidir. Poemada azadlıq uğrunda mübarizə aparan bir xalqın şəhid
verməsi, vətənin igid oğul və qızlarının şəhidlik zirvəsinə yüksəlməsi qürur-
verici tarixi hadisə kimi dəyərləndirilir. Şairin qənaətinə görə, azadlıq, müs-
təqillik istəyən xalq öz mübarizəsində qurban verməyə də hazır olmalıdır. Çünki
“azadlıq
verilmir, vətənin igid, mərd övladlarının qanı bahasına alınır”.
Əsərin zəngin ideyasını mənbələri araşdırmaqla əhatəli şərh etmək
mümkündür.
ARAŞDIRMANI
DAVAM
ETDİRİN
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın.
Məlumatın əldə edildiyi mənbə
Məlumatın məzmunu və aid
olduğu mətnkənarı sual
2. Şifahi təqdimata hazırlaşın.
3. Mövzulardan birini seçib yığcam məqalə yazın:
a) B.Vahabzadənin yaradıcılığında ana dili mövzusu.
b) B.Vahabzadənin əsərlərində xalqımızın azadlıq mübarizəsinin bə-
dii əksi.
1. B.Vahabzadə. Əsərləri. 2 cilddə. I cild, Bakı: Öndər, 2004, səh. 5-7.
2. XI sinif şagirdləri üçün elektron vəsait. http://edebiyyat.ucoz.com.
3. B.Vahabzadə. Seçilmiş əsərləri. Bakı: Çaşıoğlu, 2005, səh. 5-9.
• EVDƏ İŞ
•
MƏNBƏLƏR
Poemanın başlıca ideyası nədir?
LAYİHƏ
183
•
Dünya ədəbiyyatından seçmə
•
ÇİNGİZ AYTMATOVUN HƏYATI,
YARADICILIQ YOLU
•
ARAŞDIRMAYA
HAZIRLAŞIN
1. Ç.Aytmatovun yaradıcılığı haqqında nə bilirsiniz? Bu barədə bil-
diklərinizi xatırlayın, yığcam müzakirə aparın.
2. BİBÖ cədvəlinin ilk iki sütununda müvafiq qeydlər edin.
Bilirik
Bilmək istəyirik
Öyrəndik
Kiçik qruplar yaradaraq aşağıdakı tapşırıqları yerinə yetirin.
1. Mətnkənarı suallarla bağlı cavabları oxuyun, məzmununu ümu-
miləşdirib bir neçə cümlə ilə yazın.
Mətnkənarı suallar
Onların ümumiləşdirilmiş cavabı
2. Digər qruplara vermək üçün mətnin məzmunu ilə bağlı bir neçə
sual müəyyənləşdirin.
Müəyyənləşdirilmiş suallar
Onların cavabı
Çingiz Aytmatov qürurlu şəxsiyyət və azad sənət-
kar idi. Ulu əcdadı Manasın Talas vadisində Şəkər
aulunda doğulan, sonralar
repressiyaya məruz qal-
mış valideynlərin övladı kimi çətin ömür yaşayan
Çingiz Aytmatov zootexnik kimi təhsil aldı, amma
fitri istedadı və parlaq şəxsiyyəti sayəsində Yer
üzünün hər tərəfində çap olunan, oxunan, sevilən
dünya şöhrətli yazıçı oldu.
Anar
Çingiz Aytmatov
(1928–2008 )
DÜNYA ƏDƏBİYYATINDAN
SEÇMƏ
LAYİHƏ
184
3. Aşağıdakı fikirlərlə tanış olun. Müzakirədə onlara münasibət bil-
dirin.
– Çingiz Aytmatov “Manas” dastanından doğulan əsərləri ilə yeni tipli
Manas fəlsəfəsi və müasir ədəbiyyat təfəkkürü yaradan böyük mütə-
fəkkirdir. İnsanlığa xidmət edən ölməz əsərləri ilə birlikdə Çingiz
Aytmatov dünyanın ən uca zirvələrindən biri olan Tyan-Şan dağların-
da bədii sözün qüdrətinə ucaldılan möhtəşəm abidədir.
(İsa Həbibbəyli)
– Çingiz Aytmatovun yaradıcılığı təsdiq edir ki, qədim türk eposundan
gəlmədən, qədim və orta əsrlər türk ədəbiyyatını mənimsəmədən
müasir türk ədəbiyyatının (və deməli, dünya ədəbiyyatının) əsərini
yaratmaq mümkün deyil.
(Nizami Cəfərov)
4. Təqdimatlar etməklə gəldiyiniz nəticələrlə bağlı fikir mübadiləsi və
müzakirə aparın. BİBÖ cədvəlinin sonuncu sütununda müvafiq
qeydlər edin.
Çingiz Aytmatov Qırğızıstanın Talas vila-
yətinin Şəkər kəndində anadan olmuşdur. Döv-
lət xadimi olan atası repressiyaya
məruz qa-
laraq 1938-ci ildə güllələnmişdir. Ç.Aytmatov 8-ci sinfi bitirdikdən son-
ra Cambul şəhər zootexnikumunda oxumuşdur. Sonralar Bişkek Kənd Təsərrü-
fatı İnstitutunda ali təhsil alan Çingizin 1952-ci ildə ilk hekayələri çap
olunmuşdur. Ali təhsil aldıqdan sonra o, üç il ixtisası üzrə işləmiş, atası bəraət
aldıqdan sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda ali ədəbiyyat
kursunda oxuya bilmişdir.
Ç.Aytmatov həcmindən, janrından asılı ol-
mayaraq bütün əsərlərində ciddi
həyati prob-
lemlərin bədii həllini verməyə qabil olan qüd-
rətli sənətkardır. Onun
povest adlandırılan
əsərləri əhatə etdikləri problemlərə, maraqlı, keşməkeşli insan talelərini əks
etdirmələrinə görə ciddi roman təəssüratı yarada bilir. “Cəmilə”, “Köşək gözü”,
“Qırmızı yaylıqlı qovağım mənim”, “Əlvida, Gülsarı”, “Ana tarla”, “İlk
müəllim” və s. povestlərinin daşıdığı böyük ideya-mənəvi yük cild-cild roman-
larla müqayisədə ağır gələr.
Ç.Aytmatov povest və romanlarındakı (“Gün var əsrə bərabər”, “Qiyamət”,
“Kassandra damğası”, “Əbədi gəlin”, “Ağ gəmi”, “Dəniz kənarıyla
qaçan ala-
baş”) “kiçik” insanı dünya ədəbiyyatı miqyasında əsas obraza çevirə bilmişdir.
Onun əsərlərində sadə qırğız insanının həyat qayğılarından tutmuş dünyanı
narahat edən qlobal əhəmiyyət daşıyan problemlərə qədər dərin, ciddi və məsu-
liyyətli mətləblər bədii əksini tapmışdır. Çingiz Aytmatov qloballaşma pro-
sesinin təsiri ilə milli dəyərlərin itirilməsi fonunda qırğız xalqının timsalında
keçmişindən süzülüb gələn mənəvi keyfiyyətlərin, zəngin mədəni irsin böyük
enerjisini uğurla əks etdirməyə, güclü müqavimətini göstərməyə müvəffəq
olmuşdur.
Yazıçının
həyat yolu üçün səciy-
yəvi olan cəhətlər hansılardır?
Yazıçının nəsr əsərlərində diqqəti
daha çox hansı problemlər çəkir?
Bu problemlərin yaranmasının
səbəbini o nədə görürdü?
LAYİHƏ