Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   37   38   39   40   41   42   43   44   ...   70

_______________ Milli Kitabxana _______________ 
165 
 
Vəhşidən doğulmuş yırtıcı pələng 
Öz təbiətini eyləmişdi tərk. 
Çöl heyvanlarından iki-üç qatar 
Onun ətrafında tutmuşdu qərar. 
Vəhşilər içində tək oturmuşdu. 
Elə bil, qoşunlu bir şah durmuşdu. 
Qorxaraq ordakı yırtıcılardan, 
Onun yaxınına gəlməzdi insan. 
Izinsiz gəlsəydi ora bir nəfər, 
Didib parçalardı onu vəhşilər. 
Izinlə gəlsəydi yanına hər kəs, 
Vəhşi heyvanlardan çıxmazdı bir səs, 
Istər qohum olsun, istərsə tanış 
Yaxına gəlməzdi izin almamış. 
Gedirdi vəhşilər yanınca hər an, 
Sanki sürüsüylə gedirdi çoban. 
Vəhşilər mülkündə tutmuşdu qərar, 
Vəhşiylə dost olan, vəhşi də olar. 
Yanına ahular çox toplanardı, 
Qəribə, çox şıltaq bir ahu vardı: 
Oynağan və zirək bir ahuydu bu, 
Sağrısı çox hamvar, ucaydı boynu. 
O çox xoş gələrdi bizim Məcnuna, 
Ayrıca bir qayğı bəslərdi ona. 
Yanına çəkərək o yoldaşını, 
Tutub sığallardı onun başını. 
Hər gün o gözləri öpməyi vardı, 
O gözlər Leylini xatırladardı. 
Camaat qalmışdı bu işə heyran, 
Onun vəhşilərlə dost olmağından. 
Kimin ki, sövdası, eşqi solmazdı, 
Məcnunu görməmiş sakit olmazdı. 
Hər gün bir diyardan gələn yolçular 
Onun ətrafında tutardı qərar. 
Tutduğu orucu sındırsın, deyə, 
Yeməklər gələrdi ona hədiyyə. 


_______________ Milli Kitabxana _______________ 
166 
 
Xeyməgah quraraq şir dərisindən
İgidlər qəlbini üzərdi bilsən. 
Yemi vəhşilərə paylardı bütün, 
Özüsə bir tikə yeyərdi hər gün. 
Vəhşi heyvanlara o, il uzunu 
O qədər verdi ki, öz ruzusunu, 
Ruzi verən bilib onu hər heyvan, 
Səcdəyə durardı gördüyü zaman. 
Ondan ayrılmazdı bir dəm vəhşilər, 
Gəlib yem alardı hər axşam, səhər. 
Bir eli aldadar verilən ehsan
Ehsana qul olar hər azad insan. 
 
HEKAYƏ 
 
Qədimdə belə bir rəvayət varmış 
Ki, Mərv ölkəsində bir şah yaşarmış. 
Bir neçə köpəyi zəncirləyərək, 
Bəndlərdə saxlardı onları div tək. 
Itlərdə əъdaha qüvvəti vardı, 
Dəvənin boynunu qopararlardı. 
Acıqlanan zaman şah bir nəfərə, 
Atarmış yazığı quduz itlərə. 
Şahın qəzəbinə düşsəydi hər kəs, 
Köpəklər dağıdıb yeyərdi dinməz. 
Şahın yaxın olan adamlarından 
Ağıllı, kamallı bir nəfər cavan 
Qorxdu ki, dostları qıran bu cəllad 
Günlərin birində olsun ona yad, 
Onun ahusunu öz vərdişiylə 
Sınaqdan keçirsin köpək dişiylə. 
İtlərdən qorxaraq, min həyəcanla 
O gedib dostlaşdı it saxlayanla. 
İtlərin yanına gəlcək hər kərə, 
Bir qoyun atardı vəhşi itlərə. 
Bu yolda bəsləndi, saxlandı itlər, 
O gəncdə qalmadı qorxudan əsər. 


_______________ Milli Kitabxana _______________ 
167 
 
O açıq əllini görən hər köpək 
Ona qul olmuşdu, boyun bükərək. 
Bir gün, acıqlandı şah o cavana, 
Üzünü, gözünü turşutdu ona. 
Cəllada əmr etdi haman zülümkar: 
"Bu gənci bu saat itlərə apar!" 
O itməcazlılar itlik etdilər, 
İt pay qapan kimi alıb getdilər. 
Gəncin əl-qolunu bağlayıb haman, 
İtlərə atdılar onu kənardan. 
O dəmirpəncəli, o pələng itlər 
Əvvəlcə cavana hücum etdilər. 
Ancaq, tanıyınca baxıb durdular, 
Quyruq bulayaraq boyun burdular. 
Hamsı yerə yatdı üzləri üstə, 
Yatdılar baş qoyub dizləri üstə. 
Gəncə dayə kimi oldular, bilsən. 
Bir gün gəlib keçdi bunun üstündən, 
Üzünü göstərdi ağ səhər yenə, 
Boyandı üfüqlər qızıl rənginə. 
Şah peşiman oldu öz tutduğundan, 
Yaxın nədimlərə söylədi bu an 
"Dünən o günahsız ahucuğu mən 
Səhv edib itlərə verdim əlimdən. 
Bir baxın, görün ki, o quduz itlər 
Gəncin vücudundan qoydumu əsər?" 
Itləri saxlayan gəldi çaparaq, 
Dedi ki: "Ey şahım, sən sirrə bir bax, 
Bu gənc - insan deyil, mələkdir, mələk. 
Onu sayəsində saxlayır fələk. 
Qalx, gəl, bir ondakı işığa bax sən, 
Tanrı sənətini bəlkə görəsən. 
Itlərin ağzında sağ oturmuşdur. 
Onların ağzına möhür vurmuşdur. 
O əъdahaüzlü canavar itlər 
Onun tükünə də verməmiş zərər". 
Şah əmr eylədi ki: "Dayanmaq olmaz, 


_______________ Milli Kitabxana _______________ 
168 
 
O əldən getmişi tez edin xilas". 
İtlərin yanından, yol məmurları 
Gənci gətirdilər saraya sarı. 
Şah heyran qaldı ki, o igid cavan 
Necə can qorumuş o quduzlardan. 
Ağlaya-ağlaya göz yaşı tökdü, 
Ondan üzr istəyib, diz üstə çökdü. 
Dedi ki: "Aç, söylə sən, ey qəhrəman, 
Necə can qurtardın o quduzlardan". 
Gənc dedi: "Əvvəlcə çəkinib səndən, 
Tikələr atmışdım o itlərə mən. 
Etdiyim yaxşılıq getmədi hədər, 
Itlər öz ağzını möhürlədilər. 
Lakin qulluq etdim düz on il sənə, 
Axırda bu cürə haq verdin mənə. 
Sən məni itlərə atdınsa əgər, 
Yaxşı ki, dost yeyən deyilmiş itlər. 
Dostluğu səndə yox, itdə gördüm mən, 
It bilən hörməti ayaqladın sən. 
It sənə dost olar, bir sümük atsan, 
Namərd qədir bilməz, olsan da qurban". 
Şah heyran qaldı ki, bu nə hekmətdir, 
Bildi ki, səadət - insaniyyətdir. 
Qəflət yuxusundan ayıldı birdən, 
Əl çəkdi itlikdən, itpərəstlikdən. 
Bunu söyləməkdən bir məqsədim var: 
Səxavət qələdir, o, can qoruyar. 
Məcnun bəslədikcə o heyvanları, 
Çəkdi dövrəsinə bir can hasarı. 
Hasar ətrafında gəzən hər heyvan 
Məcnunun işinə yarardı hər an. 
Bir yerdə dursa da, qalxsa da əgər, 
Yanından getməzdi dostu vəhşilər. 
Məcnuna bənzəsən insanlıqda sən. 
Dünyada nə qüssə, nə dərd çəkərsən. 
Xəlifə də yesə süfrəndə nemət. 
Yeməyi səndənsə, qulundur, əlbət. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə