Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   46   47   48   49   50   51   52   53   ...   70

_______________ Milli Kitabxana _______________ 
201 
 
Soruşdu qocadan o dustaq nigar: 
"Fələyin işindən nə xəbərin var? 
O vəhşət çölündə vəhşiyə həmdəm 
Kimin xəyaliylə yaşayır bu dəm?" 
Qoca söylədi ki: "Ayüzlüm, inan, 
Sənsiz quyudadır Yusif hər zaman. 
O tufanlı dəniz qoparmış haray, 
Uca zirvəsini itirmiş o ay. 
Car çəkir hicrana düşəndən bəri
Səhralar qoynunda keçir günləri. 
Hər iki addımda: "Leyli can" deyir, 
Hər yerdə: "Leyli gəl, gəl aman" deyir. 
Ürəyi hicranla sitəmlə dolu, 
Bir Leyli yoludur Məcnunun yolu..." 
Leyli dinlədikcə bu sədaqəti, 
Nalədən nal oldu sərv qaməti. 
Qoşa nərgizləri ağladı birdən, 
Əqiqlə sulandı o ağ yasəmən. 
Leyli söylədi ki: "Günahkar mənəm, 
Bil, mənim qəmimdir o çəkdiyi qəm. 
Mən də bu qüssədən deyiləm kənar, 
Ancaq, dərd çəkməkdə bir fərqimiz var: 
Məcnun dağ başında ah çəkir bu dəm, 
Mən quyu dibində nalə çəkirəm". 
Sonra, qulağından bir neçə gövhər 
Alaraq, qocaya verdi o dilbər. 
Dedi: "Bunları al, qayıt təzədən 
Onunla yenə də həmnəfəs ol sən. 
Onu uzaq yoldan yanıma gətir, 
Doyunca seyr edim o aşiqi bir. 
Sən onu götürüb gəldiyin zaman 
Filan nişanəli yerdə saxlarsan. 
Sonra da gəl mənə xəbər ver bunu
Gizlincə seyr edəm, bəlkə, Məcnunu. 
Görüm nə soyu var, nə rəngi vardır? 
Görüm ki, nə qədər o vəfadardır? 
Bəlkə də, söz qoşub dediklərindən 


_______________ Milli Kitabxana _______________ 
202 
 
İki-üç beytinə qulaq asam mən. 
Bəlkə, düyünümü aça nəfəsi, 
Bəlkə, şəfa verə dərdimə səsi". 
Qoca, dürrləri götürüb həmən, 
Ayrıldı saf qalmış haman dürrdən. 
Bir dəst paltar alıb yoluna vardı, 
O çılpaq qalmışa libas apardı. 
Əsdi külək kimi o dağdan-dağa
Baxdı abadlığa, xarabalığa. 
Yenə də tapmadı aşiqdən əsər, 
Ondan iki-üç gün tutmadı xəbər. 
Sonra, dağ dibində taparaq onu, 
Torpağa yıxılmış gördü Məcnunu. 
Onun dövrəsində vəhşi heyvanlar, 
Dayanıb olmuşdu bir xəzinədar. 
Qocanı gördükdə Məcnun uzaqdan, 
Südə uşaq kimi meyl etdi bu an. 
Sonra, acıqlandı yırtıcılara, 
Baş uzatmasınlar ona bir daha. 
Yanından gedincə o yırtıcılar, 
Təşəkkür elədi ona ixtiyar. 
Əvvəl öz başını torpağa vurdu, 
Sonra üzr istəyib, belə buyurdu: 
"Səninlə olmuşdur eşq mülkü qaim, 
Nə qədər eşq var, sən də ol daim. 
Günəş çeşməsindən Xızır kimi iç, 
Isgəndər kimi də üfüqləri keç. 
O Leyli - o dünya gözəli dilbər 
Sənin dostluğunda candan da keçər. 
Bil, salam göndərir sənə o nigar
Adını duayla anıb xatırlar. 
Çoxdandır görməmiş sənin üzünü, 
Bir də eşitməmiş şirin sözünü. 
Səndən nigarandır gülüzlü sənəm, 
Görüşmək istəyir səninlə bir dəm. 
Sən də sevgilinlə görüşsən bir an, 
Hicran qəfəsindən azad olarsan. 


_______________ Milli Kitabxana _______________ 
203 
 
Bir-iki nəşəli qəzəl deyərsən
O sövda bazarı qızar yenidən. 
Meşə tək dolaşıq bir xurmalıq var, 
Ordaki xoş rəngli gözəl ağaclar 
Göyün zirvəsinə qalxıb baş vurur, 
Onların altında göy çəmən durur, 
Baharın o yerə dönüb gələcək
Işiyin açarı ordadır, gerçək". 
Sonra da paltarı o qoca əllər 
And verib geydirdi ona bir təhər. 
Razılıq kəməri bağlayıb həmən. 
Məcnun xilas oldu müxalifətdən. 
Qocanın izilə tərpəndi artıq, 
Dirilik suyunu tapmışdı yazıq. 
Fəratdan qaçarmı susuz bir ürək? 
Davaya çıxarmı ətirlə külək? 
Vəhşi heyvanlar da cərgələnərək, 
Düşdü arxasınca şah ordusu tək. 
Iqbal itaətdə, bəxt də fərmanda, 
Görüşmək yerinə gəldi o anda. 
Bir xurma altında o tutdu qərar, 
Dayandı vəhşilər azacıq kənar. 
Qoca da Leyliyə gətirdi xəbər
Gördüyü işləri dedi müxtəsər. 
Çadırda əyləşmiş o gözəl pəri 
Açdı mələk kimi uçuş şəhpəri. 
Məcnundan on addım durub aralı, 
Yeriyə bilmədi o dağ maralı. 
Qocaya dedi ki, "Ey nəcib insan, 
Getməyə qalmadı qüvvətim, inan. 
Mən ki, yandırmışam ürəyimdə şam, 
Yenə yaxınlaşsam, tamam yanaram. 
Mənim ərim vardır, yatsa da bu dəm, 
Allahın gözündən uzaq deyiləm. 
Doğrudur, sevmirəm onu ürəkdən, 
Lakin haramzadə deyiləm ki, mən. 
Yenə yaxınlaşsam, bu ölüm olar, 


_______________ Milli Kitabxana _______________ 
204 
 
Sövda məzhəbində günah sayılar. 
Ayıblı sözlərin yazılmasından 
Yaxşıdır, bir dəftər ağ qalsa, inan. 
Idrakla üz-üzə gələrsəm əgər
Məni qızartmasın tutduğum işlər. 
Kamal bir aşiqdir, ilqarı tamdır, 
Bundan çox istəmək ona haramdır. 
Qoy şerlə desin o şirindillim, 
Şerlə oxşasın məni sevgilim. 
O şəkərdillidən rica ediniz: 
Bir qəzəl söyləsin, qulaq asaq biz". 
Qoca bu baharın yanından qalxdı, 
O biri baharın halına baxdı. 
Gördü ki, sərilmiş o yenə yerə
Huş başdan dağılıb, uçmuş göylərə. 
Ürəkdən ah çəkib "Heyf olsun" dedi, 
Ona göz yaşından su da çilədi. 
Məcnun huşa gəlib ayılan zaman 
Bir az xoşlanaraq sordu qocadan: 
"Söylə, bir ey qoca, nə bahardır bu? 
Saçdı üstümüzə ənbər qoqusu. 
Bu qoqu novbahar qoqusu deyil, 
Canan saçlarının qoqusudur, bil. 
Qəlbə layla çalır bu qoqu, inan, 
Bu gözəl qoquya canım da qurban!" 
Qoca bir imtahan açmaq istədi: 
"Kənardan boylanmaq günahdır, - dedi. - 
Söylə, çağırılmamış gələrmi o yar? 
Gəlib qucağına girərmi nigar? 
Cananı görməmiş bu haldasan sən, 
Nə hala düşərsən üzünü görsən?" 
Məcnun cavab verdi: "Mehriban qoca, 
Gəl bu hadisəni düşünmə bunca. 
Şərabın ətrindən sərxoşam bu dəm, 
Şərabı əlimdə tuta bilmərəm". 
Sonrasa bir şirin, bir xoş nəfəslə 
Bir neçə beyt dedi qəmli bir səslə. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə