Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   48   49   50   51   52   53   54   55   ...   70

_______________ Milli Kitabxana _______________ 
209 
 
Ayağından tutub çəkən də olmaz. 
Burda olmasa da bir dostun sənin
Arxanca sallanıb gəlməz düşmənin. 
Nə var can qorxusu olan o yerdə? 
O yaman üzlərə sən baxma bir də. 
Burdadır abadlıq, şadlıq hasarı. 
Sən də gəl bu yerdə bir şadlan barı. 
Nə qədər ki, sağam, yaxın gəl, ey yar, 
Hər vaxtın işi var, işin vaxtı var. 
Çeşməni gün kimi göstərmə, aman, 
Sərab tək aldatma məni uzaqdan. 
Hüsnündən su içmək istərkən ürək, 
Oldum parça-parça sənin xalın tək. 
Xızırın çeşməsi səndədir, dilbər, 
O həyat suyundan mənə də göndər. 
Təsəlli vermədən arpa boyda sən, 
Mənə xalvar-xalvar qan içdirirsən. 
Sənsiz qəm yesəm də, ey nazlı sənəm, 
Səninlə şərab da içə bilərəm. 
Yəqin, yadındadır, bir məsəl də var: 
Dovşan yügürdüyü qədər də yatar. 
Nə olar, sevgilim, şərab gətirsən. 
Yenə mi qanlı su içməliyəm mən? 
Şərab məclisində nuş olur cana, 
Halaldır behiştdə şərab insana. 
Saqi, dəryanı da əlindən içsəm 
Ondan bir udum da qoymaram bu dəm. 
Içsəm sağlığına, getmərəm huşdan, 
O zəhər olsa da, nuş olar, inan. 
Qoy sərxoşun olsun aşiqin indi, 
Sən də qədəh qaldır sərxoşlar kimi. 
Şərabı içməzlər xumar olmadan, 
Səhər şərabı da içilməz pünhan. 
Bağ tacı axtaran o sultan belə, 
Gəzir xəzinəni şəbçiraq ilə. 
Qaranlıq gecədə xəzinə gəzən 
Əziyyət çəksə də, oğrudur, bilsək. 


_______________ Milli Kitabxana _______________ 
210 
 
Çıraqsız bir evi soruşsan: nədir? 
O bir bağ da olsa həbsxanədir. 
Sənin qəm nərdində uduzdu könlüm 
Bir əl də atıram, qurbanın olum. 
Xoşdur, sərxoş olub, ey nazlı dilbər, 
Qıvrım saçlarını öpsəydim əgər 
Ya sərxoş halımda tutub telindən 
Yavaşca məclisə gətirəydim mən 
Bir nalə çəkəydim hər addım başı, 
Bir təpik vuraydı mənə hər naşı 
Yarəb, o dünyanı yaxan gözəllə 
Mənə belə bir gün sən qismət eylə!" 
Məcnun bu sözləri deyərək əlan, 
Çöllərə üz qoydu ürəyində qan 
Pərişan ürəyi qəmlərlə dolu 
Qayıtdı çadıra o sərv boylu 
 
 
BAĞDADLI SƏLAMIN MƏCNUNUN  
QÖRÜŞÜNƏ GETMƏSİ 
 
Deyir söz ustası, onu dinlə sən: 
Bağdad şəhərinin əhalisindən 
Vardı səxavətli, gözəl bir insan, 
Camal sahibiydi o aşiq oğlan. 
Bəlalər seylinə düşüb dünyada, 
Eşqin silləsini dadmışdı o da. 
Başından aşsa da məhəbbət dərdi, 
Hər dərdə qatlaşıb qəmə dözərdi. 
Dünya söyləyirdi adına Səlam, 
Bəxt isə vermişdi o gəncə səlam. 
O, eşq aləmində mərd dayanardı, 
Şer oxumağa çox eşqi vardı. 
Qeysin inci saçan o şerləri 
Aləmə yayılıb düşəndən bəri 
"Dərd əhli" deyirdi ona insanlar
Onun pak təbinə heyran olanlar. 


_______________ Milli Kitabxana _______________ 
211 
 
Dərdlilər eşitcək onun səsini, 
Sürərdi yanına öz dəvəsini. 
Ad qoydu Məcnunun eşqi dünyada, 
Şəhərlər dolaşıb çatdı Bağdada. 
Onun hər şerini gözəllər belə, 
Deyirdi səs-səsə aşiqlər ilə. 
Səlam düşündü ki, Bağdaddan getsin, 
O qəmgin aşiqi ziyarət etsin. 
Dəvəni yükləyib yola düzəldi, 
Çaparaq bir ucsuz səhraya gəldi. 
Qovdu dəvəsini bir neçə ağac, 
Axtardı aşiqi o yamac-yamac. 
Səlam yol uzunu soraq alaraq, 
Məcnunu bir yerdə tapdı çıl-çılpaq. 
Yenə dörd yanında vəhşi durmuşdu
Boyunbağı kimi halqa vurmuşdu, 
Şövq ilə inləyən o zəifbədən 
Əsirlik duyurdu haman həlqədən. 
Məcnun hiss etdi ki, o gözəl cavan 
Yanına gəlmişdir uzaq bir yoldan, 
Verdi vəhşilərə belə bir qərar: 
Bütün qılıncları qına qoysunlar. 
Səlam da aşiqi gördüyü zaman 
Ona səlam verdi ürəkdən, candan. 
Xoş gəldi səlamı onun Məcnuna, 
Ürəkdən yaxınlıq göstərdi ona. 
Onu cavabıyla xoşhal eylədi, 
Hardan gəldiyini sual eylədi. 
Gənc dedi: "Səninçin dolaşıram mən, 
Çölə düşməyimin səbəbi sənsən. 
Bağdad şəhərindən bura gəlmişəm, 
Ta görüb üzünü şadlanım bir dəm. 
Bağdadda rahətcə yaşardım, düzü, 
Heç vaxt görməmişdim mən səfər üzü. 
Gözəl sözlərinə çox həvəsim var
Onunçün qürbəti etdim ixtiyar. 
Dünya işıq alır camalından, ah, 


_______________ Milli Kitabxana _______________ 
212 
 
Səni görməyimə yol verdi allah. 
Bu qalan ömrümü, ey qərib həmdəm, 
Səndən başqasıyla sürməyəcəyəm. 
Ayaq torpağını öpə-öpə mən 
Boyun qaçırmaram heç bir əmrindən. 
Sənsiz çıxmayacaq mənim nəfəsim, 
Yanından gələcək daima səsim. 
Yazdığın hər şeri oxuyub müdam, 
Əzbərdən öyrənib yadda saxlaram. 
Gözəl sözlərini dedikcə əzbər, 
Könlümün qəmləri dağılıb gedər. 
Mən də çəkinmərəm heç bir bəladən, 
Məni öz könlünlə tanış eylə sən, 
Oxu sözlərindən, dinləyim hərdən
Hesab et məni də bu vəhşilərdən. 
Mən kimi bir gəncin qul olmağından 
Sənə heç bir zərər toxunmaz, inan. 
Sövda qəfəsində dustaq bir quşam, 
Eşqin ağrısını mən də duymuşam". 
Gülüb hilal kimi onun üzünə, 
Məcnun cavab verdi onun sözünə: 
"Ey nazla, nemətlə bəslənmiş insan, 
Bu yol qorxuludur, qayıt bu yoldan. 
Kişi olsan belə, tayım deyilsən, 
Yüzdə bir qəmimi yeməmisən sən. 
Yalnız vəhşilərdir könlümə həmdəm, 
Mən öz qeydimə də qalan deyiləm. 
Bəsdir bu səhrada düşdüyüm dara, 
Yaramın üstündən gəl vurma yara. 
Bil ki, bambaşqadır bizim dərdimiz, 
Uyuşa bilmərik səninlə hərgiz. 
Sənə söhbətimin nə faydası var? 
Mənim söhbətimdən divlər də qaçar. 
Hər gün bir mənzildə yatıb qalıram, 
Hər gecə bir yerdə mən yurd salıram. 
Mən artıq vəhşiyəm, sən isə insan
Xoşdur öz cinsini gəzib tapasan. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə