Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

_______________ Milli Kitabxana _______________ 
241 
 
Səndən əsər çatdı mənə, ey dilbər, 
İnan ki, ondandır məndəki əsər. 
Bir qızıl quş kimi ucaldıqca mən, 
Bir nişan görmədim dağ kəkliyindən. 
Sındı qızıl quşun qanadı bu gün, 
Uçdu dağ kəkliyi, uçdu onunçün. 
Bizim milçəyimiz gəlməmiş cana
Tovusun gəlmədi sənin meydana. 
Şahın ov köpəyi edəndə şikar 
Ahu balası da şaha ox vurar. 
Visal umudunla güldüyüm vaxtla 
Mənə dad verərdi o xoş intizar. 
Elə ki, sevgilim əlimə keçdi, 
Işim bənliyimdən uzağa köçdü... 
Sənə könül verən aşiqə, canan, 
Əldən düşdüyü vaxt əl uzadırsan. 
Can sənə peşkəşdir, nə qədər sağam. 
Sənə ömrüm boyu baş qoşacağam
Baş sənsiz olarsa, ayrılsın təndən, 
Can sənsiz olarsa, çıxsın bədəndən. 
Hər gün ayağına baş qoyam gərək, 
Məndən can verməkdir, səndən istəmək. 
Nə qədər ki, sağam, sənsən nigarım, 
Sənsən öləndə də pərəstişkarım. 
Canın ki canımdan cida deyildir, 
Sənsiz yaşamağım rəva deyildir. 
Məni odlarına yandırsan da sən, 
Balıq tək suyundan ayrılmaram mən. 
Səninlə gözlərim dünyaya baxar, 
Kim görən gözünü kor istər, ey yar. 
Bu yolu mən sənsiz gedərəmmi ah? 
Səndən ayrılmaram, nəuzibillah! 
Aşiq məzhəbində ayrılıq nədir? 
Mən sözü, sən sözü - bir əfsanədir. 
Iki parça olan bir zirehik biz
Bir can parçasıyıq, bil ki, ikimiz. 
Mən yoxam, dünyada sənsən var olan, 


_______________ Milli Kitabxana _______________ 
242 
 
Bu xəyali surət özünsən, inan! 
Madam ki, mən sənəm, ikilik nədir? 
Birliyi qırmağa nə bəhanədir? 
Heykəl ikidirsə, binövrə birdir
"Lam əlifla" ki, ayrı deyildir
113

Orda ki, mən varam, sən nigar da var, 
Orda ki, sən varsan, bu qubar da var. 
Yox, yox, yanılıram can birdir, canan, 
Ikilik qovğası çıxmış ortadan. 
Necə birləşirsə bir bəm ilə zil, 
Birləşən canımız ayrılan deyil. 
Zillə bəm olmasa, çəng çalan bir kəs 
O çəngdən sədalar çıxara bilməz. 
Bir xəzinədəndir ürəyimiz bax, 
Arada ikicə sifət var ancaq. 
Xoş olar bir hərəm seçsək ikimiz, 
Xoşdur bir addımda qərar tutsaq biz
Cüt ağız qılıncın qını bir olar, 
Badam cüt məğzli, bir qabığı var. 
Yumurta sarısı cüt olsa, belə, 
Sərmayəsi birdir, bir hesab elə. 
Iki həmcins hərf düşsə bir yerə, 
Onlar bir yazılar səhifələrə. 
Nişanımız birdir, cinsimiz də bir, 
Yuvamız ikidir, gəl də birləşdir. 
Gəl iki hərf yaz bir adda, ey yar, 
Iki damla tutsun bir camda qərar. 
Incəsən, ikiyə vurma biri sən, 
Gəl təki-təkə vur, əgər hərifsən". 
Məcnunun göz yaşı tufanlar açdı, 
Min belə dürrlər, incilər saçdı. 
Leyli can yandırıb ülfətlə, nazla, 
Məcnunu oxşadı minbir niyazla. 
Hoqqanı doldurdu o ixtilatla, 
Dodaqlarındakı abi-həyatla... 
Xətər saçılırdı qara saçından, 
Ağzı da zərifdi ətir qabından. 


_______________ Milli Kitabxana _______________ 
243 
 
Qızın ay üzündə o incə dodaq 
Şəkər paylayırdı ətir saçaraq. 
Məcnunun başına xalvarla şəkər, 
Batmanla ənbərlər saçdı o dilbər. 
Xəyali Misirdən min bac istədi, 
Hümməti həbəşdən xərac istədi. 
Kim ki, bu dünyada sükuta dalar
Öz ətri gül kimi ağzında qalar. 
Onun söz yaradan bir ağzı vardı, 
Bunun da çənəsi sözlə oynardı. 
Mənim düşüncəmə, zənnimə görə, 
O ağız layıqdı belə sözlərə. 
Dünyadan bir qismət alır hər bəşər, 
Biri ciyər yeyir, o biri şəkər. 
Sövdalı adamlar uyuşmaz ayla, 
Şəkər saziş etməz çoxlu səfrayla. 
Qızıl gül ətrindən doysa bir nəfər, 
Ona haram olur başqa ətirlər. 
Məcnun seyr etdikcə gözəl yarını, 
Cırmağa başladı öz paltarını. 
Hissizlik şərabı çox təsir etdi, 
Ayaqdan düşərək, əldən də getdi. 
Könlünü üzrlə eləsə də pak, 
Taqətsizlik onu etmişdi həlak. 
Gördü ki, sümüyə dayanmış bıçaq. 
Aldığı zərbədən həlak olacaq. 
Qılıncı başından, başını teştdən 
Götürüb çöllərə yollandı birdən. 
Onun kəsilmişdi səbri, qərarı, 
Sızlardı yanında çöl heyvanları. 
O öz aynasını verərək yara, 
Başqa bir ayinlə, çıxmış yollara. 
Yarının zülfünü qucaqlayaraq, 
O öz varlığından düşmüşdü uzaq. 
Özünü öz yarı sayaraq, bəzən, 
Özünə müştəri olurdu səhvən, 
O öz varlığını unutmuşdu, bax, 


_______________ Milli Kitabxana _______________ 
244 
 
Varlığı, mənliyi Leyliydi ancaq. 
O, gülər baharı görəndən bəri 
Birə min olmuşdu eşqin qəmləri. 
Xəyal aləmində xoşbaxtlığından 
Bir visal dastanı deyildi hər an. 
Gah dost vəfasından söhbəti vardı, 
Gah da bir qabıqdan məğz çıxarardı. 
Zeyd o beytləri dinləyib hər an, 
Asıb sırğa kimi qulaqlarından, 
Ona pak ruh ilə deyirdi əhsən, 
Deyirdi: "Insanlıq elmində təksən! 
Müqəddəs bir eşqi vermədin bada, 
Sənə səcdə qılmaq borcdur dünyada. 
Əgər məhəbbətdə olmasa ismət, 
O şəhvət hissidir, deyil məhəbbət! 
Saf eşqin nurlu bir güzgüsü vardır. 
Eşqin hesabından şəhvət kənardır. 
Qərəzli bir sövda yaşamaz, inan! 
Eşq ilə qərəzi bir tutmaz insan. 
Düz gəlməz eşq ilə qərəz, müxtəsər, 
Qərəz olan yerdən eşq qalxıb gedər. 
Düzü, səndən başqa aşiqlər tamam 
Qərəzə sitayiş edirlər müdam. 
Saf eşq səninkidir, başqası nədir? 
Onlar eşq adına bir bəhanədir", 
Bir eşq doğruluqda tutarsa qərar, 
Dostun yaxşılığı birə on olar. 
Sevgi bu kəmala çatarsa bir an, 
Yaxşı ad qazanar özünə insan. 
Nizami, nə gözəl bir dövlətin var
Hər zaman, hər yerdə o rəvac tapar. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə