Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   57   58   59   60   61   62   63   64   ...   70

_______________ Milli Kitabxana _______________ 
245 
 
PAYIZIN YETİŞMƏSİ VƏ LEYLİNİN ÖLMƏSİ 
 
Qaydadır yarpaqlar tökülən zaman 
Qanlı sular axar o yarpaqlardan. 
Hər bir budağın ki, içində qan var, 
Axır, deşiklərdən süzüb damcılar. 
Suyun şüşəsi də soyuyub donar, 
Bağların üzünə sarılıq qonar. 
Ölüm zərbəsilə qabarar budaq, 
Torpağa pay olar hər qızıl yarpaq. 
Nərgiz öz köçünü dəvəyə çatar, 
Şümşad taxtdan düşüb, tacını atar. 
Yasəmən siması saralar yenə. 
Gül də qan məktubu alar əlinə. 
Zöhhak ilanı tək hey qıvrılaraq, 
Çəmənin başına sarılar torpaq. 
Qaydadır acı bir külək əsəndə, 
Tökülər yarpaq da, solar çəmən də. 
Dəniz tufanına düşən adamlar 
Qorxudan saxlamaz əynində paltar. 
Solar yaşıl otlar, bənzəyər yenə 
Sarılıq tozundan xeyri gülünə. 
Tülkü əldən düşüb yolda dolaşar, 
Tülkü tükü kimi qana bulaşar, 
Ciyəri naziklər bağda naxoşlar, 
Meyvə gözəlləri nazlanmaq xoşlar. 
Bağa bağban olan hindli bir nəfər 
Zənci balasının başını kəsər. 
O kəsik başları götürüb bağban 
Budaqlar üstündə asar eyvandan. 
O gözəl çənəli almaya bax bir
Nardan soruşar ki: "Kefin necədir?" 
Parça-parça olan ciyərindən nar 
Yaralı qəlbinə qan damızdırar. 
Püstənin ağzı da yırtılan zaman 
İnnab dodaq büzər ona uzaqdan. 


_______________ Milli Kitabxana _______________ 
246 
 
Narınc üzünün də girdəliyi var, 
Turuncdakı ətri çəkib aparar. 
Muğan şərabının küpündən dehqan 
İçib, sərxoş olar, düşər ayaqdan. 
Payız bu tufanı qurduğu anda 
Qəlbən yaralandı bir gülüstanda... 
Ucalıq taxtından Leyli düşərək, 
Bir dərd quyusuna endi o mələk. 
Sızladı bağının baharı tel-tel, 
Onun çırağına sillə vurdu yel. 
Başına bağlarkən qızıl çalmalar, 
Başqa bir çalmaya düşdü o nigar... 
Zərli ipək geyən o nazik bədən 
Qamış teli kimi incəldi birdən. 
Bədirlənmiş ayı döndü hilala, 
Sərv qaməti də döndü xəyala. 
Könlünün sövdası başına keçdi, 
Başının ağrısı könlünə köçdü. 
Təmuzun istisi şehi apardı, 
Lalə yarpağını yellər qopardı. 
Yardan ayrılalı yanıb sönmüşdü, 
Sərvi də incəlib çöpə dönmüşdü. 
Qabaqlar da vardı bu dərd, bu möhnət, 
Birə yüz olmuşdu indi məhəbbət. 
Leyli aşiqini görüncə darda, 
Gördü öz könlünü min intizarda. 
Elə ki, ayrılıq zamanı çatdı, 
O köhnə sövdası birə on artdı. 
Iş gəlib o yerə çatdı ki, birdən 
Düşüb xəstələndi o nazik bədən. 
Qara qızdırmaya düşdü o canan, 
Dodaqlar qaysıdı bu qızdırmadan. 
O sərvin balınca həvəsi düşdü
Onun qırqovulu sərvdən düşdü. 
Sünbüldən torpağa danə düşən tək, 
İpək örpəyini üzə çəkərək, 
Anaya sirrini açdı balası, 


_______________ Milli Kitabxana _______________ 
247 
 
Dedi ki: "Başımın çoxdur bəlası. 
Ana! Mən ahuya əlacın varmı? 
Südlə zəhər içdim, dərman olarmı? 
Köçüm yığışmışdır... neyləyim bu dəm? 
Məni bərk tutma ki, köç üstündəyəm. 
Mən ki, qan yeyirəm, nə mehribanlıq! 
Mən ki, can üstəyəm, nə zindəganlıq! 
Gizlində nə qanlar uddum, anacan! 
Indi ürək dərdim aşır ağzımdan. 
Canım dodağımdan çıxırsa bu dəm 
Nə olar sirrimi açıb söyləsəm? 
Sirrin pərdəsini götürdüyümdən, 
Mən gedəsi oldum, salamat qal sən! 
Qucaqla boynumu, ey mehribanım! 
Amandır, boynuna düşməsin qanım! 
Bədəndən ayrılıb çıxanda bu can, 
Yarın hicranından öldüyüm zaman 
Xoşdur niyazından nilimi çəksən! 
Sürməmi dostumun-tozundan çək sən! 
Başım göz yaşıyla islansın gərək! 
Ciyər şamamamdan gəl ətrimi çək. 
Bağla hunutumu o sarı güldən, 
Ahından səpgilən kafurumu sən! 
Şəhidəm, qan rəngli olsun kəfənim, 
Qoy, belə bəzənsin bayramım mənim. 
Məni gəlin kimi bəzəyib, yarat, 
Pərdəmi saxlayan bu torpağa at! 
Eşqindən didərgin düşən o bədbəxt 
Ölüb getməyimi eşitdiyi vaxt 
Sənə başsağlığı yetirmək üçün 
Bizim bu çadıra gələcək bir gün. 
Qəbrimin üstündə əyləşərək tək 
O, ay axtaracaq, torpaq görəcək. 
Qəbrimin üstündə əl bağlayaraq
Göz yaşı tökəcək o yanan çıraq. 
Ən əziz, ən gözəl bir dostdur mənə, 
Bir yadigar qalır o məndən sənə. 


_______________ Milli Kitabxana _______________ 
248 
 
Sən allah, çıxmasın sözüm yadından, 
Ona alçaq gözlə baxmayın bir an. 
İtirdiyin könlü onda tap, ana! 
Bildiyim nağılı söylərsən ona, 
Mən onu tutmuşam canımdan əziz, 
Onu məndən sonra əzizləyin siz. 
De ki: - Bu can çıxan köhnə saraydan 
Leyli zəncirini qırdığı zaman 
Eşqinlə torpağa gömdü canını, 
Uçurdu ömrünün xanımanını. 
O, eşqin yolunda mərdana getdi, 
Aşiqlik yolunda can qurban etdi. 
Sorsa: - Nə cür etdi həyata vida?. 
De: - Sənin eşqinlə o getdi bada. 
Nə qədər dünyada nəfəsi vardı, 
Sənin qəmlərini canda saxlardı. 
Sənin dərdinlə də o məhv olaraq, 
O dərdi azuqə apardı ancaq. 
De, - Torpaq olsa da bu gün niqabı, 
Yalnız səni çalır onun rübabı. 
O intizar çəkən adamlar kimi
Sənin yolundadır gözüylə qəlbi. 
Istəyir arxadan çatasan ona, 
Odur ki, göz tikib sənin yoluna. 
Tez gəl, intizardan Leylini qurtar! 
Gəl, onun qoynunda tutgilən qərar! 
Ana, bu sözləri ona yetir sən: 
"Ey mənə can verən, məni öldürən! 
Dünyada heç kəsdən gözləmə kömək 
Bir allahdan başqa hamıdan əl çək. 
Özün kimisinə göz tikdiyindən, 
Yolunu azaraq uzaq düşdün sən. 
Ağlın nə qədər ki, kamala doldu, 
Adın zamanənin Məcnunu oldu". 
Bu sözlə Leylinin doldu gözləri, 
Başqa bir aləmə köçdü o pəri. 
Öz gizli sirrini danışdığından, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə