Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   59   60   61   62   63   64   65   66   ...   70

_______________ Milli Kitabxana _______________ 
254 
 
Zeydə: "O məzarı nişan ver" dedi. 
Sonra yar qəbrində bitdi ot kimi. 
O, sərxoşlar kimi başı havalı, 
Özündə deyildi fikri, xəyalı. 
Özü qəm yolçusu, yoldaşı ah-vay, 
Rüsvaylar içində hamıdan rüsvay, 
Saçları pərişan, başı dumanlı. 
Yoldu saçlarını o qəm nişanlı. 
O beli qırılmış şikəstə-qamət 
Gecəsi bir məhşər günü qiyamət. 
Uzaqdan o qərib məzarı görcək, 
Düşdü torpaqlara nurdan kölgə tək. 
O yerdə qıvrılıb bir ilan kimi
Tikana sancılmış soğulcan kimi. 
Xəzinə üstündə yatmış ilan tək, 
O qərib türbəyə sarıldı bərk-bərk. 
Gözündən lalə tək göz yaşı getdi, 
Ondan ot üstündə lalələr bitdi. 
Şam kimi əridib ciyər qanını, 
Açdı alovlanmış qəm lisanını: 
"Neyləyim, bir çarə tapmayıram mən, 
Yanıb əriyirəm şam kimi dərddən. 
Mənim Deyləm taclı sevgilim vardı, 
Dünyada var-yoxum yalnız o yardı. 
Bu Deyləm ayinli qoca şahənşah 
Mizraqla yarımı apardı, eyvah! 
Əlimdə tər-təzə bir gülüm vardı, 
Onu da əcəlin yeli apardı. 
Azadca bir sərvim vardı çəməndə, 
Yıxıldı əcəlin yeli əsəndə. 
Ağacda çiçəyim açıldığı vaxt 
Saxlaya bilmədi o neməti baxt. 
Ah, onun eşqiylə bir kiçik dəstə 
Bənəfşə bitmişdi qəlbimin üstə. 
Onu da bir zalım qaparaq keçdi, 
Mən əkib becərdim, özgəsi biçdi. 
O reyhan üzlümün xəyaliylə mən 


_______________ Milli Kitabxana _______________ 
255 
 
Qaçardım dünyanın hər nemətindən. 
Bir oğru pusqudan ona əl atdı, 
Qırıb reyhanımı, yol üstə atdı. 
O qələ gözəlim belə bir yardı, 
Mənim də qulluğum belə qurtardı". 
Sonra yar qəbrinə qoyub başını, 
Ah deyib, axıtdı o, göz yaşını. 
"Sən, ey xəzan görmüş körpəcə gülüm! 
Dünyanı görməmiş ölən sevgilim! 
Ey xərabə qalan baği-gülüstan, 
Bar verib, barını yeməyən canan! 
Torpağın zülmünə dözürsənmi sən? 
Bu dərə dibində söylə necəsən? 
O qara xallardan varmı bir əsər? 
Söylə, nə haldadır o ahu gözlər? 
Necədir yaquta bənzər dodaqlar? 
Ətirli saçların necədir, ey yar? 
Nəqşini çəkirlər, de, hansı rəngdən. 
Şamın hansı dərdlə əriyir, de sən! 
Kimin gözlərinə gülürsən, canan? 
De, kimin başına ətir saçırsan? 
Sərvin hansı bağda tutmuşdur qərar? 
Məclisin olmuşdur hansı laləzar? 
Tikanlar içində necədir halın? 
Necə mağarada keçir əhvalın? 
Ilan məskənidir bu mağaralar
Sən aysan! De burda nə məqsədin var? 
Qəbriyin üstündə yanıram, canan
117

Sənsə mağaraya həmdəm olmusan. 
Sən bir xəzinəydin, uddu torpaqlar, 
Xəzinə olmasan, udmazdı, ey yar, 
Hansı mağarada xəzinə ki, var, 
Üstündə bir ilan qıvrılıb yatar. 
Mən də ilan kimi küsüb yuvamdan, 
Məzarın üstündə oldum pasiban. 
Qum kimi tapdandım bir zaman gerçək. 
İndi sakit oldum quyuda su tək. 


_______________ Milli Kitabxana _______________ 
256 
 
Qismətin ay kimi qəribliksə, bil, 
Ayın qəribliyi qəribə deyil. 
Sən gizli olsan da zahirdə məndən
Canın canımdadır, ayrılmaz səndən. 
Uzaq düşdünsə də gözümdən, inan, 
Könlümdən uzaqda deyilsən bir an. 
Ortadan qalxdısa nəqşin, surətin, 
Öz yerində qalmış qəmin, möhnətin. 
Səninçin könlümü yelə verdim mən, 
Xatirən çıxarmı heç xatirimdən! 
Qəmin yolumdadır, toz-torpaq atmış, 
İstəsən oyaq ol, istəsən yatmış. 
Gedir sənin rəxşin məndən iləri
118

Çünki mən çolağam, ey gözəl pəri. 
Behişt məclisinə qonaq düşübsən, 
Canını qurtardın bu xərabədən. 
Mən də çarə tapsam haman düyünə, 
Yanına gələrəm bir neçə günə. 
Qəbriyin başına dolandığımdan, 
Əhdə vəfadaram hələ də, canan! 
Nə zaman yanına düşsə bədənim, 
Kəfənin batmasın qapıma mənim. 
Yerin behişt olsun daima sənin.  
Qoy allah hərəmi olsun məskənin. 
Ruhiyin qəndili axıcılıqdan, 
Ətrafa şölələr salsın hər zaman". 
Deyib yığışdırdı əl-ayağını, 
Hərlənib sındırdı öz qolbağını. 
Başında bir dəstə heyvanlar yenə
Üz qoydu öz doğma vilayətinə, 
Sürüb dəvəsini yollar boyunca. 
Hicran şerləri dedi doyunca... 
Ayrılıq vəsfini alaraq dilə. 
Vəfadan qoymadı bir kəlmə belə. 
Boyadı qumları o göz yaşına, 


_______________ Milli Kitabxana _______________ 
257 
 
Çırpdı öz başını çölün daşına. 
Qığılcım saçmamış öz naləsindən, 
Qoymadı yol üstə qalsın bir tikən. 
Yollarda gördüyü bütün daşları 
Boyadı al qana o göz yaşları. 
Başından aşdıqca sövdalı dərdi, 
Cananın qəbrini arzu edərdi. 
Dağlardan sel kimi axıb gələrək, 
Leylinin qəbrinə döşənərdi tək. 
Başını məzara qoyub qalardı, 
Torpaqdan minlərcə öpüş alardı. 
Anıb o vəfalı can həmdəmini, 
Məzara söylərdi könül qəmini. 
O möhnət bağında tutduqca qərar, 
Yanından getməzdi vəhşi heyvanlar. 
Axan göz yaşları olduqca Zəmzəm, 
Vəhşilər çəkmişdi ona bir hərəm. 
Gözündən getməzdi onun heyvanlar, 
Adam buraxmazdı yanına onlar. 
Qorxaraq o vəhşi yırtıcılardan, 
O yoldan keçməzdi bir nəfər insan. 
Məcnun dost qəbrindən getməmiş hələ
Məzara gəlməzdi qarınca belə. 
Gündüzü bu sayaq olurdu gecə, 
Ömrünü həvəslə verirdi heçə. 
Neçə gün yaşadı vəhşilərlə tək, 
Bu həyat ölümdən pis idi gerçək. 
Gah canan qəbrinə səcdə edərdi, 
Gah ceyran ardınca çölə gedərdi. 
Qarışqa gözündə məskəni vardı 
Qəbirdən-qəbirə addımlayardı. 
Bu hicran qüvvədən saldı Məcnunu. 
Nəhayət oxudu köç məktubunu... 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə