Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   62   63   64   65   66   67   68   69   70

_______________ Milli Kitabxana _______________ 
263 
 
Təkəbbürlü gəzmə, bu işdən əl çək
Bil ki, sənin yemin deyil bu çörək. 
Torpaqdan məhəbbət kəsmək gəzirsən, 
Deyəcəyəm deyib, heç dinməyirsən, 
Sinə düyünləyən bu qıfıl ki, var, 
Qızılı xəznənin qarnında saxlar. 
Qıtlıqdan istərsən ölsün bu qarı 
Taki sənə qalsın ev qızılları. 
Gözə görünməmiş o bir hümadır, 
Gözə göründümü, bir əъdahadır. 
Düşəndə məhbəsə aqil bir adam 
Baxıb yol axtarar qaçmağa müdam. 
Dünya məhbəsində tutmusan qərar, 
Sən ki, yol bilənsən, durma, yol axtar! 
Bu işin dərmanı tapılar, şəksiz, 
Bu yükün cövrünü çəkməliyik biz. 
Gözündə işıq var, qəlbində qüvvət, 
Boş ki, yaratmamış səni təbiət. 
Özünü zənn etmə zəif bir çıraq, 
Bil ki, zinət alır səndən yeddi bağ
Fələyin üstündə vilayətin var, 
Himayən altında durur varlıqlar. 
Səcdə edənlərin Səlcuqisən sən
119

Bir də son vücudun mirası sənsən. 
Fələk kimi olan boyuna bir bax, 
Saxla qiymətini, vüqar qalacaq. 
Sarılma torpağa, o, tozdur, inan! 
Uyma təbiətə, od çıxır ondan, 
Sən öz mərtəbəndə otursan əgər, 
Bil, ucalar başın göylərə qədər. 
Dağ kimi, qaçırma başını seldən, 
Sillə yesən belə, üz döndərmə sən. 
O nalını salan daşı al ələ, 
Qaldır, öp: "Nə gözəl ləlsən" söylə. 
Səninlə qaynayan sirkəni su tək, 
Gözünü yumaraq içəsən gərək! 
Bu yol, bir vəfayla başa vurular


_______________ Milli Kitabxana _______________ 
264 
 
Ondan vəfa ilə qurtarmaq olar. 
Çox içən adamlar bədxumar olar, 
Yaxşı içənlər də xoşgüvar olar. 
Axar sular kimi sən də sakit ax, 
Axdığın yerlərdə xoşlansın torpaq. 
Bil ki, su nohurdan içilsə əgər, 
Sərin ola bilməz axar su qədər. 
Varlıq dünyasıdır torpağın, gerçək, 
Dünyaya pərəstiş etmə torpaq tək. 
Dünya gedərgidir, dalınca getmə! 
Qalmayacaq şeyə sitayiş etmə! 
 
 
* * * 
 
Məcnun ki, dünyadan heçliyə vardı, 
Dünya töhmətindən canı qurtardı. 
Gəlin beşiyinə qoydu özünü, 
O yuxuya gedib yumdu gözünü. 
Bu fani dünyada öldü möhnətdən, 
Köçüb o dünyaya, qurtardı dərddən. 
Torpaqlar onu da qoynuna aldı, 
Bir ay, bəlkə bir il o halda qaldı. 
Qəbrin dövrəsində bir böyük dəstə 
Vəhşi dayanmışdı gözü yol üstə. 
Şah kimi yatmışdı sarayında tək, 
Vəhşilər baxırdı keşik çəkərək 
O hasarlı səhni bürüyüb onlar, 
Yuva düzəltmişdi orda heyvanlar. 
Baxıb vəhşilərə, can qorxusundan 
O qəbrin yanına gəlməzdi insan. 
Uzaqdan baxanlar görərdilər ki, 
Vəhşilər qaynaşır arılar təki. 
Zənn edirdilər ki, o qərib xəstə 
Yenə də əyləşmiş o qəbrin üstə. 
Qılınc vuranlar da hər axşam, səhər 
Şahın sarayına keşik çəkirlər, 
Bilməyirdilər ki, şah qəbrə varmış, 
Tacla kəmərini külək aparmış. 
Məcnun - o canını eşqə xərc edən, 
Dürrünü torpağa basdırıb gedən 


_______________ Milli Kitabxana _______________ 
265 
 
Məhv oldu fələyin zəlzələsindən, 
Çürüyüb torpağa qarışdı bədən, 
Onun canındakı nişanələrdən 
Quruca bir sümük qalmışdı, bilsən! 
Vəhşi heyvanlar da gəlib bir kərə. 
Yaxın durmazdılar o sümüklərə. 
Nə qədər hərəmi güddü vəhşilər, 
Ayaq da basmadı ora bir nəfər, 
Ölünü insanlar anıb, yad edər, 
Yoxdur vəhşilərdə belə bir hünər. 
Bir il bu qaydayla keçdi, əlqərəz, 
Dağıldı vəhşilər istər-istəməz. 
Bəzisi iy alıb, üz qoydu dağa, 
Bəzisi də ölüb getdi torpağa. 
Xəznə tilsimini qapanda dövran, 
Xəznə qıfılı da çürüdü pasdan. 
Bu halı görüncə yol adamları, 
Qeyidsiz gəldilər hərəmə sarı, 
Gördülər ki, yatır orda bir insan, 
Sümüklər qalmışdır onun canından. 
Bir vəfa gözüylə seyr edib onu, 
Tezcə tanıdılar kim olduğunu. 
O zaman yayıldı bu səs hər yana, 
Yayıldı bu xəbər Ərəbistana. 
Toplaşdı qohumlar, qəlbi yananlar, 
Başına dərd gəlmiş qəmgin insanlar. 
Baxdıqca meyidə, nalə çəkdilər
Şivən qopardaraq, qan yaş tökdülər. 
Gövhərini saçmış o qalıb-bədən 
Bir ağ sədəf kimi düşmüşdü, bilsən! 
Qızılla sildilər sədəf tozunu, 
Yenə də sürtdülər ənbərlə onu. 
Onun mişk kimi saçları vardı, 
O öz nəfəsindən ətir saçardı. 
Bu məzar ağlatdı hər yaslı qəlbi, 
Axdı göz yaşları yağışlar kimi. 
Bu göz yaşlarıyla yuyub Məcnunu, 


_______________ Milli Kitabxana _______________ 
266 
 
Torpaqdan torpağa qoydular onu. 
Daxmanın yanını açıb, müxtəsər, 
Leylinin yanında dəfn eylədilər. 
Şahı apardılar bir meyxanəyə, 
Saqiyə verdilər, sərxoşdur, deyə. 
Qiyamətə qədər yatdılar rahət, 
Qalxdı yollarından dərdlə məlamət. 
Sağkən vermişdilər bir əhdə qərar; 
Ölüb bir beşikdə qoşa yatdılar... 
Zaman dolaşdıqca hər iki qəbrə 
Tikdilər ordaca bir daş məqbərə. 
Hüsnünə bağ-bostan həsəd aparan 
O türbə səcdəgah oldu çox zaman. 
Bütün xəstələrə şəfa verərdi, 
Cəfadan qurtarıb səfa verərdi. 
Istəyi yerinə çatmasa əgər, 
Geri qayıtmazdı ordan bir nəfər 
Ey allah! Aləmdən o iki insan 
Ismətlə, paklıqla uçduqlarından, 
Kəsmə sən onlardan öz ülfətini, 
Bağışla onlara öz rəhmətini! 
Bizim də növbəmiz yetişən zaman 
Sən özün bilərsən, böyük yaradan! 
 
 
ZEYDİN LEYLİ VƏ MƏCNUNU 
 YUXUDA GÖRMƏSİ 
 
Bütün ömrü boyu dərd əhli olan 
Zeydə rəhmət olsun, görüm hər zaman. 
O, nur çeşmələrin məqbərəsindən 
Bir an da uzağa getməzdi, bilsən! 
Leyliylə Məcnunun nə vaxtdan bəri 
Eşq üçün dediyi xoş qəzəlləri 
Bəsirət gözüylə hafizəsindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə