Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   62   63   64   65   66   67   68   69   70

_______________ Milli Kitabxana _______________ 
271 
 
Daha da çox olsa, zərərmi olar? 
Bir iş dövlətinə gətirsə cəlal
Sən həyata keçir o işi dərhal. 
Şahlıq zinətinə diqqətlə baş çək, 
Tük qədər bir ləkə qonmasın gərək. 
Sənin bayrağına layiq bir torpaq 
Idarən altında yaşayır ancaq. 
Səndən uzaq olan yerləri də sən 
Öz torpağın bilib, şad ol ürəkdən. 
Kim ki, sevir səni, boynunu burma
Hər bir günah üçün qılınc da vurma. 
Səndən üzr istəsə hiyləgər düşmən, 
Onu qov qapından, heç aldanma sən. 
Qüdrətli, təmkinli, həm də sayıq ol, 
Şərab içsən belə yenə ayıq ol! 
Qolların iş görən olsa da hər an, 
Yenə kömək istə böyük allahdan. 
Öz fikrin nə qədər ayıq olsa da, 
Xor baxma sən başqa fikrə dünyada. 
Heç iki ürəklə girişmə hərbə, 
Taki qəlp çıxmasın vurduğun zərbə. 
Gah yumşaq, gah da tünd olsa bir adam
Onun söhbətindən pəhriz tut müdam. 
Kimin ki, içində iki qapı var, 
O heç yaşamasa daha xoş olar. 
Irəliyə addım atdığın zaman 
Geri dönməyi də unutma bir an. 
Iş, doqquz addımla atılsa sən bil. 
On addım atmağın məsləhət deyil. 
Ədalət axtaran insanlara sən 
Doğru cavab göndər doğru dillərdən. 
Işində sadiq ol, sözündə möhkəm, 
Kim aman istəsə, olsun xatircəm. 
Hər kəsi sınaqdan keçirib düz bax, 
Sınaqsız olmasın o sənə küstax
121

Heç kəsin əhdinə bel bağlama gəl, 
Onun iç üzünə atmayınca əl. 


_______________ Milli Kitabxana _______________ 
272 
 
Kiçik görünməsin gözünə düşman, 
Böylə təmizlənir yollardan tikan. 
Incisən bir sirrin açılmağından, 
Danışma bilməsin onu bir insan. 
Vurduğun bir şeyi çıxart kökündən, 
Hörmət etdiyini gözdən salma sən. 
Gecəni, gündüzü çox vermə bada 
Yaxşı ad uğrunda çalış dünyada. 
Şərab halalsa da mindirmə başa, 
O haramzadədən uzaqda yaşa, 
Meyi qaydasınca nuş edə bilsən, 
Sən şərab içərsən, keflənər düşmən. 
Həddini aşırıb, çox içsən əgər, 
Sənə bütpərəstlik ləkəsi dəyər. 
O gün ki, xoşhalsan, xeyli dayan, dur, 
Pis gözlərə qarşı üzərlik yandır 
Təbin şad olduğu gecələr belə 
Özünə bir dua nəfəsi üflə. 
Kef vaxtı özünü nəşəli saxla, 
Qoy məclis qızışsın daha maraqla. 
Dünyada şir kimi sən göstər vüqar, 
Taki igidlikdən dəm vurmasınlar. 
Bir xərabə görsən, qurmağa tələs, 
Məsləhət belədir, əməyin itməz. 
Gətir bu dünyanı ağlın önünə, 
Tələsmə heç kəsin ölüm gününə. 
Diləyin baxma ki, uzaqda qalar, 
Öz bəxtin qapıdan içəri salar. 
Bu sözlər, bəlkə də, bir əfsanədir
Sənlə danışmağa bir bəhanədir. 
Yoxsa, ey dünyaya sahib hökmüdar, 
Səndə nəsihətə ehtiyacmı var? 
Nə qədər ki, sənsən, özünsən rəhbər, 
Əlindən daima yaxşılıq törər. 
Yaxşı kişilərin duasına bax, 
Sənə çərx altında o sədd olacaq. 
Nə qədər şadlıqdır, kefdir, həvəsdir, 


_______________ Milli Kitabxana _______________ 
273 
 
Sənə Nizaminin hümməti bəsdir. 
Ey allah, bu şahın gül camalından 
Zilləti, zəhməti gizli tut hər an! 
Qapını çalarsa, fəryadına yet, 
Hər yerə gedərsə, ona kömək et! 
Bütün sərkərdəsi zəfərə çatsın, 
Düşməni basılıb yaslara batsın! 
Onun əlindəki o şahanə cam 
Həyat şərbətiylə qoy dolsun müdam. 
Mənə də bir qətrə versin o camdan
Yazmışam adına bir belə dastan. 
Adıyla adlansın bu dastan hər dəm, 
Şahın dövlətinə olsun xoşqədəm. 
 
 


_______________ Milli Kitabxana _______________ 
274 
 
İZAHLAR 
 
1
 
 
     Sənin tərifindir "təbarəkallah"... 
Təbarəkallah - Nə gözəl! Nə yaxşı! Nə əcəb! Allah mübarək etsin! –deməkdir. 
2
 
 
     Yeddi qız, doqquz taxt qapında sənin 
     Olmuşdıır daima pərdə çəkənin. 
Yeddi qız - yeddi planetə, doqquz taxt isə doqquz fələye (göyə) işarədir. Yəni; 
yeddi planet və doqquz göy həmişə  sənin qapında qul kimi pərdə tutur. Qədim 
astrologiyada göylərin yeddi qat olması iddia olunurdu. Ərş  və kürsi deyilən iki 
məqamı da buna əlavə edib, doqquz göy, doqquz fələk yazmışdır. 
 
3
  
Axşamın qapqara, səhərin ala 
Atma göyləri yaratdın tovla. 
Yəni sən axşamın qara atına və  səhərin ala atına fələkləri tövlə yaratdın ki, bir-
birini əvəz edən gecə və gundüz dincəlmək uçün atlarını göylərdə bağlasınlar. 
 
4
 
 
Yeddi düyün vurdun göylərə, birdən 
Yetmişi açıldı bu qüdrətindən. 
Qədim Şərqdə insanlar talelərinin ulduzlara bağlı olduğuna inanır və öz səadətləri 
üçün planetlərin bürclər arasında hərəkətini izləyirdilər. Buna görə  də Nizami: 
göylərdə yaratdığın yeddi düyün - yeddi planet ilə yetmiş düyün açdın, - deyir. 
5
 
 
 
Bir dağ çapmadısa bu "kaf' ilə "nun", 
Göy adlı bir böyük Bisütun qurdun. 
"Kaf'" və "nun"un birləşməsmdən ərəbcə "kon" (ol!) gəlməsi əmələ gelir. Beytin 
mənası belədir: Sən (Allah) bir dəfə "ol!" deməklə dağ çapmadan fələk kimi bir 
Bisütun qurdun. Bisütun burada iki məna verir: 1. Göylərin sütunsuz dayanması. 2. 
Bisütun dağı. 
 
6
 Hənut - ətirli bir göyərtidir, meyitlərin üzərinə səpirlər ki, qoxumasın.  
7
  
 
Mənəm dsrgahında bir dilsiz ehranı,  
Sənin sorağında lobbeyk vuraram. 
Hacılar Kəbə ziyarətinə gedərkən qurban kəsməzdən  əvvəl soyunaraq, ehram 
adlanan ağ bürüncəyə bürünür vo qum üzərində qaçıb  "Ləbbeyk" (hazıram!) deyə 
qışqırırlar. 
8
  
Libasım ətrinlə süslənər müdam, 
Buyam ya dirəmnə, ya da ud olsam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə