Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   62   63   64   65   66   67   68   69   70

_______________ Milli Kitabxana _______________ 
278 
 
Şair birinci misrada bəhr  kəlməsini iki mənada işlətmişdir. Birinci mənada 
poemasının vəzni, ikinci mənada dəniz nəzərdə tutulur. 
Yəni poemanın vəzni bəhri-xəfif həm yüngül, həm də axıcıdır. Bəhrin (dənizin, 
əsərin) balığı olan sözlər isə diridir, canlıdır. 
46
 
 
 
S. F. D. ili idi, rəcəbin sonu. 
Ərəblərdəki say sistemində (əbcəd hesabı) uç nöqtəli S hərfi - 500, F hərfi - 80, D 
hərfi isə 4-ə  bərabərdir. Nizami "SDF" hərfləri ilə "Leyli və  Məcnun" poemasının 
yazıldığı tarixi göstərmişdir ki, bu da hicri 584-cü ilə, miladi 1188-ci ilə təsadüf edir. 
    
47
  
Bu 
Bəhram nəsəbli, ülkər üzlü sən... 
Burada Bəhram sözü həm Marsın farsca adıdır, həm də Sasani şahları sülaləsinin 
on dörduncü padşahı Bəhram Gura işarədir.  
      48
 
 
Bu yeddi örtüklü, altı barmaqlı,  
Bir gözlü, dörd əlli, doqquz ayaqlı. 
Bu beytdə kainatın təsviri verilir: yeddi örtük - yeddi fələk,  altı barmaq - altı 
tərəf: şərq, qərb, şimal, cənub, aşağı və yuxarı, bir goz – Günəş, dörd əl - dörd ünsür: 
od, su, torpaq və havadoqquz ayaq - doqquz goy mənasında verilmişdir. 
49
  
Onun 
qapısında mehtərdir Qeysər,  
Fəğfur o qapıda gəlib dilənor. 
Qeysər - qədim Rum padşalılarının,  Fəğfur isə  qədim Çin padşahlarının 
ləqəbidir. 
50
  
Uçarmış Arəşin oxu, deyirlər, 
Ad qəbiləsinin nizəsi qədər. 
Arəş - İranın məşhur mifik pəhləvanlarından biridir. Əfsanələrə görə, Arəşin 
atdığı ox qırx mənzil yol gedərmiş. 
Adilər - Ad qovmu - ərəb qəbilələrindəıı olub, öz başçılan ibn Hövs adı ilə 
adlanmışlar. 
51
 
Zubin - nizəyə oxşar bir silahdır. 
52
  
Altı hərfı olan adıyla, bilsən, 
Dünyanı bağlamış altı tərəfdən. 
Yəni Axsitanın  altı hərfdən ibarət olan adı dünyanın altı tərəfini nərdtaxtanın altı 
xanəsi kimi bağlamışdır. 
53
  
Mahmudun 
fılindən qüvvətli olar. 
Mahmudun (Sultan Mahmud) fili öz böyüklüyü və gücü ilə Şərq əfsanələrində 
məşhurdur. Yəni: sənin ehsanın milçəyi böyük qüvvət sahibi edər. 
54
  
Yarəb, mən ki Üveys adını aldım, 
Məhəmməd adına mən sadiq qaldım. 
Üveys sözünün bir mənası bəxşiş verən, ikinci mənası canavar (qurd) deməkdir. 
Beytin mənası: mən nə cür adlansam da Məhəmmədə sadiqəm. 


_______________ Milli Kitabxana _______________ 
279 
 
55  
Onun atasını görə bilməsən, 
Barı qardaşına hörmət saxla sən. 
Yəni:  əsərin atası, müsllifi olan Nizamini görməsən, onun (əsərin) qardaşına - 
Nizaminin oğlu Məhəmmədə hörmət et! 
56
 
 
Mən ki ayna kimi dəmir deyiləm. 
Qədim zamanlarda dəmirə seyqəl verməklə ayna düzəldərdilər. 
57
 
 
Çərşənbə cinlisi ağıllı olmaz. 
Çərşənbə cinlisi ağıllanmaz məsəli Şərqdə məşhurdıır. Dini əfsanələrdə çərşənbə 
cinlər günü adlandığından, o gün dəli olanların sağalması qeyri-mümkün hcsab 
olunur. 
58
  
Gözəl üzərliklə bəslənib gülər. 
Üzərlik çöl bitkilərindən biridir. Əfsanəyə görə, üzərlik insanı  bədnəzərdən 
saxlayır. Ona görə  də qadınlar öz uşaqlarını  həmişə üzərlik tüstüsunə verirlər ki, 
bədnəzər onlara təsir etməsin və həmişə gözəl qalsınlar. 
59
 
 
İlyasmi "olf'ini "lam"mdan kəssən, 
Yenə doxsan doqquz tamı görərsən. 
Yəni:  İlyas  adının "əlif' hərflərini alsan və onun "1" (1) hərfindən də bir "əlif' 
yəni, bir rəqəmi çıxsan, iyirmi doqquz rəqəmi almar. Xiİsusi say sistemi olan əbcəd  
hesabına görə "1" hərfi 30-dur, birini çıxanda 29 qalar, "y"  hərfi 10 və "s"  horfı 60-
dır. Cəmi 29+10+60=99. 
60
 
 
Əbməd ki rəhbəri oldu ərəbi, 
Gördü cəfasmı Əbüləhəbin. 
Əhməd - Məhəmməd peyğəmbər,  Əbüləhəb - onıın peyğəmbərliyini qəbul 
etməyən, onun ziddinə gedən ərəbdir. 
61
  
Dürrümü 
çəkmədim özgə suyuna... 
Yəni incimi başqasının suyunda yumadım, heç kesin pisliyini istəmədim. 
62
  
Söz 
mənim oduma nal atmışdır, nal! 
Oda nal salmaq bir adamın gəlməsini arzulamağın falıdır. Hər kəs öz müsafirinin 
tez qayıtmasını istəsəydi oda nal atardı. Söz mənim oduma nal atmış, yəni: şeir məni 
öz tərəfinə çağırr. 
63
  
Xurma 
yoldaşlıqla şirə yaradar. 
Yəni: tək xurma ağacı bar verməz, yalnız bir neçə ağac bir yerdə olarsa onlardan 
məhsul almaq olar. Nizaminin bu fikrini müasir elra təsdiq edir. Bir ağacın bar 
vermesi üçün ondakı dişi çiçəklərin başqa ağacdakı erkek çiçəklərin tozu ilə 
mayalanması mütləq lazımdır. Hom də burada məcazi məna vardır. 
64
  
Hörümçək torudur o, açıq-aşkar, 
Gah yara bağlayar, gah da qanadar. 
Hörümçək torunun qan axıtması məlumdur; milçəklər və başqa kiçik heyvanlar 
ona ilişib qalar və hörümçək onların qanını sorar, yenə hörümçək 
torunu qanı axan yaranın üstünə basmaqla yaranın qanını kəsər. Beləliklə, hörümçək  


_______________ Milli Kitabxana _______________ 
280 
 
toru həm qan axıdan, həm də qanı saxlayandır. 
65
 
 
Gül kimi xəzina payladı o da. 
Qızılgül solanda pərəkləri pul kimi səpələnər.  Şair Məcnunun atasının xəzinə 
paylamasını qızılgülün xəzan olmasına oxşadır. 
60
  
Düzüldü 
bənövşə, lalə başına... 
Yəni onun bənövşə rəngli teli lalə yanaqlarının ətrafına düzüldü. 
61
 
 
Sanki qara qarğa tutmuşdu çıraq. 
Leyliniıı qara saçları ilə əhatə olumnuş üzünə işarədir. 
62
                       Zülfü də "leyl" idi, adı da Leyli. 
"Leyl" ərəbcə gecə (qara) mənası verir. Yəni: zülfü gecə kimi qara, adı da Leyli 
idi. 
69
  
Doğardı Şərqin də Yusif üzlüsü. 
Yəni Şərqin Yusifı (gözəli) - Günəş doğardı. 
70
  
Tuluqlar 
yırtıldı, yıxıldı eşşək. 
Eşşək yıxıldı, tuluq yırtıldı məsəli məşhurdur. Yəni sirr açıldı, aləm bildi. 
71
  
Bağdad ellərinin qanunu - Məcnun. 
Yəni Məcnun Bağdad çalğıçılarının qanunu (çalğı alətidir) kimi daima 
səslənməkdə, sızıldamaqdadır. 
72
  
Yadlardan 
yetməsin deyə bədnəzər, 
Üzüm dövrəsinə nil da çəkərlər. 
Keçmişdə kiçik yaşlı  uşaqları  bədnəzərdan qorumaq üçün boyaqxana küpünün 
dövrəsinə dolandırar, üzlərinə nil (qara rəng) çəkərdilər. 
73
  
Küsufun 
gözündən günəş qorxaraq, 
Üzünə salmışdır qara bir duvaq. 
Xəzinə üstünü örtməsə əgər, 
Onu bu insanlar tez qarət edər.  
Küsuf- Güneşin tutulmasıdır. 
Yəni onun saçı və saqqalı uzanaraq, üzünün ətrafını tutmuş və Gün kimi camalını 
qara bir dairə içərisinə almışdı. 
74
  
Leyli 
çəng tutmuşdu bağrı başında, 
Məcnun rübab kimi əli qaşında. 
Yəni Leyli saçlarını çəng (çalğı alətidir) kimi bağrına basmışdı, Məcnun isə rübab 
(yenə çalğı alətidir) kimi ikiqat olub əlini alnına qoymuşdu. Burada hər iki çalğı 
alətinin quruluşu nəzərdə tutulur. 
75
 
 
Leyli giil saçırdı ağaclara, bax, 
Məcnun diirr səpirdi şabaş olaraq. 
Yəni Leyli ağacların arasından boylanır və onun üzü gül kimi ağacların budağını 
bazəyirdi, Məcnun isə inciyə oxşar goz yaşını şabaş edirdi. 
76
  
Divamə bir mənəm, gizli deyildir
Bos sənin boynunda nədir o zəncir? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə