Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   50   51   52   53   54   55   56   57   ...   70

_______________ Milli Kitabxana _______________ 
217 
 
Gizli mənalara o yol açardı, 
Qəlbində göylərin min sirri vardı. 
Qızıl sikkəsi tək hər sözü gözəl
Lələ bənzəyərdi dediyi qəzəl. 
Dəlinin ağlına bələddir hər kəs, 
Ondan bu incilər saçıla bilməz. 
Dünyanın qeydini tamam ataraq, 
Qeydsiz bir həyat sürürdü ancaq. 
Onda ölüm fikri aşıb daşırdı, 
Köç tədarükünə hazırlaşırdı. 
Deyirdi: "Can evim alışır dərddən, 
Ölüm qurtaracaq məni möhnətdən". 
Kim ki, düz gəlməsə dünyayla, inan, 
Çətin can qurtarar bu dar dünyadan. 
Dünyanı dörd əllə tutsa bir nəfər, 
Çətinliklə köçüb dünyadan gedər. 
Məcnun yol yoldaşı gəzmədən bir an, 
Açırdı zənciri öz varlığından. 
Taki can ovuna çıxsa yaradan, 
"Gətir" dediyi vaxt, desin: "Budur can". 
Ömür gəmisində can qorxusu var, 
Bu qorxu ucundan geyməzdi paltar. 
Xörəyi olmuşdu acı tikələr, 
Yeməzdi dünyada o heç bir bəhər. 
Dünyadan əl üzüb, düşmüşdü uzaq
Leyli bəhanəydi bu yolda ancaq. 
Nə vaxt ki, arzusu bir yol vurardı, 
Dünyadan qaçacaq yeri də vardı. 
Onun da qəlbində yaşardı dilək, 
Qında saxlayırdı onu qılınc tək. 
Visal gəzməyirdi bizim pərizad, 
Taki... eşqin evi yaşasın abad. 
Bir alim ustaddan soruşdum ki, mən: 
Aşiqin halını şərh et bizə sən. 
Onu ki, visalə çağırırdı yar, 
Möhlət verməyinin nə mənası var? 
Neçin muradına yetmədi o da? 


_______________ Milli Kitabxana _______________ 
218 
 
Ömründən otuz il o verdi bada? 
Dedi ki: - Yetsəydi murada bir an, 
Əbədi çıxardı nəşə canından. 
Uymadı bir anlıq kefə dünyada
Otuz il nəşəni vermədi bada. 
Bir qədəh alsaydım o şərabdan mən, 
Təmənnam qalmazdı iki aləmdən. 
 
 
ZEYDLƏ ZEYNƏBİN SEVGİSİ HAQQINDA 
 
Başqa bir aşiq də o zaman varmış, 
O da bu dərd ilə zəncir qırarmış. 
Dağ kimi durmuşdu ürəyində dərd, 
Yazığı dağlara salmışdı möhnət. 
Onu qurtarmışdı dəlilik, bilsən, 
Bu divdən törəmiş cinsi-bəşərdən. 
Təmiz bir gənc idi, vardı hünəri, 
Dürrə bənzəyirdi xoş qəzəlləri. 
Eşqin acısını dadıb dünyada, 
Başını qoymuşdu bu yolda o da. 
Öz adı Zeyd idi, sövda gəzərdi, 
Xisləti Əmr ilə Zeydə bənzərdi. 
Könül yuvasını zülmət sarmışdı, 
Onun var-yoxunu eşq aparmışdı. 
Əmisi qızına o vurulmuşdu, 
Qız da bu oğlana aşiq olmuşdu. 
Onların qəlbi də, fikri də birdi,  
Onlar bir-birini candan sevirdi. 
O gözəl camallı, o qəşəng nigar, 
O divanə üçün tutmazdı qərar. 
Oğlan da sevərdi öz cananını,  
Bir tükdən asılı qalmışdı canı. 
Qız ay camallıydı özü də xoşram, 
Təmiz xilqətliydi o nazik əndam. 
Şümşad nəfəsliydi, rəngi ərğəvan
Baldırı civə tək, qəddi xeyzəran. 


_______________ Milli Kitabxana _______________ 
219 
 
O bütdə hamının nəzəri vardı, 
Dünyaya qiyamət şuru salardı. 
Şən idi, şux idi, həm də füsunkar, 
Gözəllər gözəli, o nazlı nigar. 
Min səfra başını gicəlləndirən, 
Min sövda səfrası qırardı hərfdən 
Tük kimi incəydi beldən o dilbər, 
Ağzı xırdacaydı qarışqa qədər 
Şəki alması tək çənəsi vardı 
Məkkə qumundan da çox yandırardı. 
Öpüşü bal kimi, hüsnü bəxtəvər, 
Dadına çatmazdı nə qənd, nə şəkər. 
Dodağı nabatla şəkərdən şirin 
Nabat-meyvəsiydi öpüşlərinin. 
Hər kəs camalında bir su görərdi, 
O dirilik suyu, həyat verərdi. 
Uca bir sərv idi onun vüqarı, 
Gülabla şəkərdi bu sərvin barı. 
Camalı günəşlə bir asimanda, 
Ətri də ənbərlə bir karivanda. 
Hüsnünün şövqiylə əsirdi ruzgar, 
Zeynəb adlanırdı o gözəl nigar 
O nazənin qızın qəmiylə yanan 
Zeyid axtarırdı bu dərdə dərman. 
Neyləsin, hayandan bir çarə bilsin 
Ki, ləli qart daşdan qopara bilsin. 
Zeydin qohumluqda bir aybı vardı 
Ki, dünya malından kasıb yaşardı. 
Varlı əmisini yoxsul Zeyiddən 
Bircə dövlət idi yaxşı göstərən. 
Zeyd öz əmisindən dövlət görmədi
Ondan qız istədi, qız da vermədi. 
Hər işdən soyudub xəyala daldı, 
Əmisi yad oldu, o yazıq qaldı. 
Canan arzusuyla o axşam, səhər 
Natəvan gəzirdi qəlbində kədər. 
Ağlar nəğmələri bir dəfə gülməz, 


_______________ Milli Kitabxana _______________ 
220 
 
Deyirdi: "Mən günə düşməsin heç kəs" 
Əmi gizlədərdi qızını ondan, 
Pərdələr dalında saxlardı pünhan 
Zeydə öz qızını verməmək üçün 
Dövlətli bir kişi gəzirdi hər gün. 
Nəhayət, məqsədə yetişdim, deyə, 
Verdi öz qızını bir dövlətliyə. 
Yazıq Zeyd o gündən düşdü həsrətə 
Sövdası qərq oldu qəmə, möhnətə. 
Yeməkdən, yatmaqdan qaldı sərbəsər, 
Tutdu sövdasından yer üzü xəbər. 
O da Məcnun kimi çəkdi göz dağı, 
Zəncirə bağlandı əli, ayağı. 
Hünərsiz, vəfasız yoldaşlara bax. 
Ondan ayrıldılar uzaqlaşaraq. 
Bir özü, bir könlü qaldı dünyada 
O da ki, daima yanırdı oda. 
Qığılcım saçırdı ondaki ciyər, 
Leyli də tutmuşdu bu dərddən xəbər. 
Ara bir yanına çağırıb onu, 
Oxşar, əzizlərdi eşqin oğlunu. 
Ondan hal tutardı o gözəl nigar 
Dərdinə qoşulub ağlardı zar-zar. 
Zeydin vəfasını xoşladığından, 
Ona öz sirrini açdı o canan. 
Zeyd isə mehriban, gözəl Leylidən 
Xəbər aparırdı Məcnuna bəzən, 
Məcnun ki, canandan xəbər bilərdi. 
Onun qarşısında rəqsə gələrdi. 
Zeyd idi Məcnunun eşqinə həmdəm, 
Xəbər gətirərdi yarından hər dəm. 
Ona xoş xəbərlər dedikcə gündə
Məcnun qul olmuşdu onun önündə. 
Zeydi çox görmüşdü vəhşi heyvanlar, 
Vəhşilik hissindən qalmışdı onlar. 
Məcnun ayrılığa düşəndən bəri 
Ayüzlü Leyliyə dediyi şeri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə