Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   51   52   53   54   55   56   57   58   ...   70

_______________ Milli Kitabxana _______________ 
221 
 
Zeyd öz əlləriylə yazıb kağıza, 
Aparıb verərdi o gözəl qıza. 
Dostlar arasında o, yol salardı. 
Məktub apardıqca, məktub alardı. 
Bir axşam Məcnunun, novhə yerindən 
Dürrlər axdıqca şerlərindən, 
Zeyd ona üz tutub dedi töhmətlə: 
"Incilər səpirkən sən bu sənətlə, 
Nə üçün dəlilik yolu tutaraq, 
Ağlın şöləsindən gəzirsən uzaq. 
Sən söz ustasısan, ey böyük insan. 
Nə üçün bu yazıq günə qalmısan 
Zahirdə çox rüsva görünsən də sən, 
Sövdada Zeyiddən artıq deyilsən. 
Mən də ağlayaraq, qəmlər içirdim. 
Səndən də pərişan günlər keçirdim. 
Nəhayət, səbr edib yaşayaq dedim. 
Sonra su da içdim, çörək də yedim. 
Gəl vurğun könlünü unudub dincəl, 
Adına bir Məcnun deməsinlər gəl". 
Şəhvəti öldürüb bənliyi atan
Dünya görmüş Məcnun qızıb bu zaman, 
Zeydin töhmətindən alışıb yandı, 
Vurğun deməsinə çox acıqlandı. 
Zeydə söylədi ki: "Bu üz ilə sən 
Uzun danışansan çəkil gözümdən. 
Mənə bir sifariş gətirdin əgər, 
Söylə artıq-əskik danışma hədər 
Uzun danışanın pis olur səsi, 
Danışma Zeyd ilə Əmr əfsanəsi. 
Mənə dəli dedin, nə haqqın vardır? 
Dəli təkəbbürlü dolananlardır. 
Mən div bağlayanam, bir div deyiləm, 
Huri, mələk kimi azadam bu dəm. 
Div xisləti deyil, xoşdur xislətim, 
Dünya şahındandır bu təbiətim, 
Mənim xasiyyətim xoş olduğundan, 


_______________ Milli Kitabxana _______________ 
222 
 
Yanımda ram olur bu qədər heyvan. 
Günaha batsa da mənə baxanlar, 
Lətif xasiyyətli bir xilqətim var. 
Düzlük axtarmaqdır mənim adətim, 
Onunçün əyridir bu gün qamətim. 
Iki düz alətin nəğməsimi var? 
Bərbət əyri olar, mizrab düz olar. 
Əyri qayrılmasa tutulan kaman, 
Düz nişan gözləmə atılan oxdan. 
Üzərlik yerinə yanan naləmdən 
Əziyyət paltarı toxuyuram mən. 
Mən yaman gözləri yaxşı bilirəm, 
Onunçün gözümdən qorxuram bu dəm, 
Pisdir öz gözünə gələrsə insan, 
Uğrasın nəzərə bir başqasından. 
Dəli o şəxsdir ki, dünya varını 
Çox sevib, bərkidir ev hasarını. 
Mən özüm kamala yetəndən bəri 
Açdım boynumdaki ağır bəndləri. 
Rişəsi dörd olan bu ağacın mən 
Dörd mıxlı kökünü kəsirəm, bilsən. 
Qurtuluş qəbzidir məndə yadigar. 
Nə paltarlığım var, nə paltarım var. 
Sınıq bir gəmidir aparan məni, 
Varsın da olmasın onun yelkəni. 
Gəmim dəryalarda batmazdan qabaq 
Yükümü ataraq qalıram çılpaq. 
Mənim o dünyaya məhəbbətim var, 
Nə minnət çəkənəm, nə minnətim var. 
Çarmıxa çəkilmiş bir bədən yəqin
Köç vaxtı can versə çox olar çətin. 
Səndən can istəyən o yar gözəldir, 
Sənin can verməyin hökmi-əzəldir. 
Sevgi meydanında yalnız dayanmaq 
Canana can vermək şərtdəndir ancaq. 
Demə ki, bu torda dolaşdıqca mən, 
Bir dən arzusudur keçən qəlbimdən. 


_______________ Milli Kitabxana _______________ 
223 
 
Torun gözlərində inan ki, hər gün 
Əl-ayaq çalıram batmamaq üçün. 
Tikanlı dünyadan istərəm müdam, 
Murdar kimi deyil, mərd kimi çıxam. 
Dünya ikilaylı qapıya oxşar, 
Odur ki, tutmaram bir yerdə qərar. 
Bu layın birini açanda insan, 
O biri başına dəymiş hər zaman. 
Quyuda yerləşmiş aciz bədənin, 
Zəncirə möhtacdır həyatın sənin. 
Yol ayrıcındakı bu bədbəxt bəşər, 
Quyudan zəncirsiz çıxamı bilər! 
Gözəllər zülfüdür dediyim zəncir
O da ki, rəqibin əllərindədir. 
Quyudan qurtarmaq mümkün olsa da, 
Özgənin əliylə olacaq o da. 
Özünün qəmindən at sürən adam 
Özgənin qəmindən azaddır müdam. 
Insan öz bütünü sındırsa əgər, 
Başqa bütə necə pərəstiş edər? 
Dəvəmi bir bütə tərəf sürərsəm, 
Canım öz bütümdən qurtarar o dəm. 
Qırmızı şərabı içsə bir nəfər, 
Öz zəhmətlərindən çox yüngülləşər. 
Məqbuldur belə iş, mənfəətlidir, 
Qafillər gözündə çox dəhşətlidir. 
Şikayət etmirəm mən bu halımdan. 
Yoxdur bundan rahat başqa bir cahan, 
Bu fındıq şəklində səmayə bir bax. 
Başıma daş yağır göylərdən ancaq. 
Canın məğzi olan öz başını sən, 
Bir sümük zirehlə hifz edəməzsən
Iydətək qırmızı olsam belə mən, 
Çılpaq olduğum vaxt ağarar bədən. 
Badam ki, deyiləm mən çılpaq olam, 
Zənci tək qap-qara balalar doğam. 
Allahdan gəlmişdir mənə bu qismət, 


_______________ Milli Kitabxana _______________ 
224 
 
Xoşdur bu çəkdiyim bəlalı möhnət. 
Qoltuqda turş qora gəzdirib satan 
Meyvəçi bir misal çəkmiş bir zaman: 
Qardaş, əncir satan bir adam üçün 
Ənciri satmaqdır hər şeydən üstün. 
Hər kəs sənətindən yapışsa əgər, 
Dünyada nə əksə onu da biçər. 
Oxumu hədəfə düz tutmuşam mən, 
Kaman boşluğudur ziyan gətirən. 
Xəzinə bəndini açardım, ancaq 
Açar şüşədəndir bəlkə sınacaq. 
Hər qorxu içində bir umud da var, 
Umud zamanında qorxu da olar. 
Yox bu xərabatda mənə bir həmdəm
Bütün qohumlardan uzaq düşmüşəm. 
Qeybət eyləmərəm, hiylə bilmərəm, 
Qafil yaşamaram, dərdə gülmərəm. 
Əcəl pəncəsinə düşməmiş bədən, 
Köç səsi, "Köçməyə yığış" demədən 
Bu möhnət evindən qalxaraq bu dəm, 
Bu gordan o gora mən getmədəyəm. 
Başqa bir dəlilik görmürəm məndə
Dəlilik budursa, dəliyəm mən də". 
Kamal dəryasını bir az da açdı, 
O, polad diliylə gövhərlər saçdı. 
Bu cana yayılan xoş cavablardan 
Zeyd artıq utanıb, dinmədi bir an. 
Bildi o budağın qönçəsi təkdir, 
Ikinci bir qönçə verməyəcəkdir. 
Ədəb dərsi aldı haman vəfadan, 
Ağzını min mıxla mıxladı birdən. 
Sadiq yoldaş olub yenə Məcnuna, 
Xəbər gətirirdi Leylidən ona, 
Məcnun da nə desə, savabdır, deyə, 
Tamam çatdırardı gözəl Leyliyə. 
Ay ilə günəşin arasında tək, 
Qasidlik edərdi o da Zöhrə tək. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə