45
teatrın öz iddiası var. Bu iddia ilə teatr kütlədən
fərdləri qoparıb onları “özünküləşdirmək”, özünə sarı
çəkmək istəyir. Kütlə sənətin düşmənidir. Sənət və
kütlə tandemi nonsensdir. Ən əlverişli şəraitdə belə
üstün mövqe, latent təşəbbüs yenə seyrçilərin olaraq
qalır. Teatr tamaşasının müəllifi rejissordan,
aktyordan daha çox seyrçidir. Kütlə teatrda həmişə
sifarişçi pozisiyasından “danışır”. Təsadüfi deyil ki,
səhnə seyrçi salonundan daim “qorxur”, çəkinir,
ehtiyatlanır. Odur ki, fərdiyyətə kütlədən (çoxluqdan,
sürüdən) ayrılmaq hər bir vaxt həm çətindir, həm
təhlükəlidir. Bizim bilincaltımız da bunu bizdən yaxşı
bilir. Bu isə tamaşanın təsiri qarşısında ciddi
psixoloji sipərdir.
Kino sənəti, XX yüzil mədəniyyətinin törəməsi,
kütlələrə, düzgün olar desəm, çoxluğa ünvanlanır. Onun
hədəfi fərd deyil, kütlədir. Kino sənəti fərd
axtaranda bir istehsalat kimi məhv olur. Bir gün
ərzində bir tamaşanın bir teatrda yalnız bir dəfə
oynanılmaq imkanı var: nadir hallarda isə uzağı iki
kərə. Bir filmi isə bir gün ərzində müxtəlif
kinoteatrlarda müxtəlif seanslarda dəfələrlə yayım-
lamaq mümkündür. Özü də teatrdan fərqli olaraq
kinoteatrda filmə baxmaq heç bir xüsusi mərasim tələb
eləmir. Ora hər cür geyimdə getmək məqbul sayılır. Bu
da onu göstərir ki, kinoteatrda fərdiyyət yox, kütlə
vacib hesab edilir. Kino sənəti öz yaranışından belə
olub. Çarli Çaplinin filmləri ilk öncə kütlələri uğun-
durmaq üçün idi. Əgər bu filmlərdə Məna oyunbazlıqdan
və vələdüznalıqdan üstün olsaydı, seyrçi onun
filmlərinin heç bir səhnəsində gülməyəcəkdi. Çünki
insan düşünməyə başlayanda gülüş sakitcənə aradan
çıxır. Kino sənətində intellekt oyunbazlıqdan irəli
durduqca, adi seyrçi üçün “darıxdırıcı” filmlər əmələ
gəlir. Busa kinozalların boşalmasına gətirirb çıxarır.
Kütlə kino sənətində nağılın vizuallaşmasının, yəni
konkret obrazlar vasitəsilə
sərgilənməsinin
vurğunudur. Çoxluq primitiv nağılları xoşlayır. Məsələ
46
bu ki, nağıllarda hər şey son dərəcə aydındır.
Nağıllarda düşünmürlər, yalnız qəhrəmanlıq göstə-
rirlər. Bizləri qorxaq edən düşüncələrimizdir. Nə
qədər çox düşünürsənsə, bir o qədər də çox qorxaq
olursan. Ancaq kamil düşüncə sahibi qorxaqlıq fövqünə
yüksələ bilir. Düşüncə ilə qəhrəmanlıq da bir araya
sığmayan mənalardır. Təsadüfi deyil ki, əksərən məhz
düşüncəsizlik (ehtiyatsızlıq) igidin həm
qəhrəmanlığının, həm ölümünün səbəbidir. Kütlə özünü
nağıllarda təsəvvür etdiyindən qəhrəman soraqlamağa,
qəhrəman axtarmağa meylli olur və asancana öz nisbi
idealını qəhrəmana çevirir. Odur ki, Hollivud bir an
belə dayanmadan kütlə üçün kinonağıllar, və bəlkə də
susqun çoxluqdan ötrü efemer mikroxoşbəxtliklər
istehsal edir. Hərçənd kütlə üçün qəhrəman fenomeni
gerçək refleksiyadır. Susqun çoxluq isə bu qəhrəmanı
bir nağıl kimi, yalan kimi qavrayıb onunla əylənir,
xoşhallanır və zaman məsafəsini mütləq şəkildə
gözləməyi yadından çıxarmır. Bu kinonağılların
qəhrəmanlarını seyrçilər adətən öz sevimli kuklaları
kimi qəbul edirlər. Beləliklə, kino sənəti bir
kinoindustriya qismində kütlədən ötrü qəhrəman-kukla
istehsalından faydalanır. Kino sənəti özünə həmişə
fərd yox, kütlə axtarır, çoxluq axtarır, teatr
sənətisə əksinə.
Ol səbəbdən də mən elə düşünürəm ki, şou-biznes
kino-biznesin davamıdır, haradasa lap onun
yetirməsidir. Şou kino-biznesə daim lazım olan bir
nəsnədir. Hətta belə də demək mümkündür ki, şou-
biznesi kino dünyası öz məhsulunun satışı xatirinə
törədib, yaradıb. Teatr sənətisə heç vədə biznesə
çevrilmir. Bilmirəm, buna sevinmək gərəkir, yoxsa
təəssüflənmək? Bu da öz növbəsində o deməkdir ki,
teatr sənəti heç vədə kütlənin olmur. Kütlələrə isə
həmişə teatr yox, tamaşa lazımdır. Bu tamaşanı da
artıq uzun müddətdir ki, çoxluğa, kütlələrə siyasət
verir. Son 20-25 il hüdudlarında siyasət qədərincə
teatrallaşıb. Hər debat, hər diskussiya, siyasət-
47
çilərin seçkiqabağı dartışmaları kütlələri əyləndirə
biləcək qədər suggestiv tamaşadır. Seyrçi reaksiyasına
görə Amerika Birləşmiş Ştatlarında aparılan seçki
kompaniyaları futbol matçlarından bir elə
də
fərqlənmir. ABŞ prezidentlərinin inoqurasiya günü
onları mütləq şou-biznesin ulduzları dəstəkləyir, belə
deyək də, kütləni fərəhləndirir. Xeyli vaxtdır ki,
çoxluğun assosativ təfəkküründə seçkiqabağı
dartışmalar teleoyunlarla bir hücrədə yan-yanaşı
durur.
Şou günün siyasi, iqtisadi aktuallığına
kütlənin reaksiyasını kütləşdirmək vasitəsidir. Şou
kütlənin səsini ALMAQ üçün effektiv siyasi priyomdur.
Susqun çoxluq sosial girdabda şoularla qol-boyun olub
xumarlanır. Odur ki, getdikcə kütlə və teatr bir-
birindən daha çox aralanır. Orada ki teatr var, oraya
kütlə axını yoxdur. Ora ki kütlələr toplaşır, orada
teatra ehtiyac qalmır. Cəmiyyətdə bu gün teatra, teatr
tamaşasına münasibətdə
tələb minimaldır, yox
dərəcəsindədir. Təklifsə var, bəlkə də aşırı miqdarda
var. Əgər bu vəziyyətdə dövlət teatrları bağlamırsa,
onda bir çıxış yolu qalır: tələbin özünü istehsal
etmək. Əmtəə bazarında bu, artıq mövcud olan bir
haldır. Hər hansı bir məhsul satılmayanda onun
istehlakçısının istehsalına pullar xərclənir. Bu,
bazar qanunudur. Hərçənd Brodvey teatrlarının
təcrübəsi göstərir ki, seyrçinin “istehsalı” olduqca
müşkül bir məsələdir. Sonuncu fikirlərim həm teatr,
həm də kino sənətinə şamil edilir. Çünki çağdaş dövrdə
kino sənəti şou-biznesin yedəyindən boylanır.
Bu
məqalə böyük bir sosial-kulturoloji
araşdırmanın fraqmenti kimi qavranılmağa iddialıdır.
Ədəbiyyat:
1
Freyd Z. Psixoloqiya mass i analiz çeloveçeskoqo “Ya” //
İskusstvo kino. - 1990. - № 11. - S. 15.
2
Yenə orada.
Dostları ilə paylaş: |