Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə67/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   63   64   65   66   67   68   69   70   ...   123

 
202
enerjisi, psixofizioloji ovqatı, ruhi vəziyyəti 
təmin edir. Odur ki, ünsiyyət həmişə  fərdin  şəxsi 
həyatının hadisəsidir və eyni zamanda ictimai-sosial 
hadisədir. Toplum ünsiyyət “zəncir”ilə yaşayır, 
tarixiləşir. Bu “zəncir”də enerji qırıqlığı  əmələ 
gələndə  cəmiyyət problemlərlə üzləşir və topluma 
dağıdıcı  qığılcımlar səpələnir. Nədən ki, ünsiyyət 
insan həyatının  ən  əsas leytmotividir, insan ruhunun 
ən ali həzzidir. Ünsiyyətin “dad”ını ruh bilir. 
Deməli, belə çıxır ki, ünsiyyət məndən, səndən, ondan 
(bizim istəmdən) asılı olmayaraq bioenerjilərin, 
halələrin, ruhların cazibəsidir, iradə  dışındadır. 
Həcmi, ölçüsü, çəkisi yoxdur ünsiyyətin. Enerji 
vahidləri də bura yaramır. Elə isə ruhla, enerjiylə 
eyni bir cərgəni bölüşən ünsiyyət idarə edilə bilərmi? 
      Maraqlısı budur ki, cavab müsbətdir. Ünsiyyət 
nəinki idarə edilir, ünsiyyət yaradılır. Və bunu hətta 
Ortaçağ müsəlman mədəniyyətində yaxşı anlamışdılar. İş 
bu ki, ünsiyyətin gerçəkləşməsi, kontaktın baş 
verməsindən ötrü şərait heç də axırıncı rol oynamır. 
Elə buna görə  də müsəlman aləmində çox erkən başa 
düşüblər ki, ünsiyyətin tənzimlənməsi, idarə olunması 
vacibdir. Çünki nizamsız, xaotik, spontan proses 
qismində dünya efirinə  sıçrayan ünsiyyət toplum üçün 
zəlzələ, partlayıcı maddə kimi bir şeydir. Bu da ondan 
irəli gəlir ki, ünsiyyət müsbət və mənfi emosiya yükü 
olan enerji daşıyıcısıdır. Və bir də bundan əlavə... 
ünsiyyətin “axacağı” səmt, onun “hərəkət 
trayektoriyası” öncədən heç kəsə  bəlli deyil. 
Ünsiyyətdən ailələr qurulur, uşaqlar doğulur, 
toplumlar, dinlər yaranır, elm inkişaf stimulu alır, 
proyektlər cızılır, müharibələr və inqilablar baş 
verir, oyunlar düzənlənir, bayramlar, paradlar təşkil 
olunur. Hərçənd ünsiyyət mafiozi qruplara, cinayətkar 
dəstələrə, türmələrə  və  hətta dəlixanalara da aparıb 
çıxara bilir. Elə ona görə  də ünsiyyəti nəzarətdə 
saxlamaq mühüm bir iş. Amma soruşmaq olar: o şey ki, 
gözə görünmür, o şey ki ruha da bənzəyir, kabusa da, 


 
203
ona necə  nəzarət etmək mümkün? Müsəlman fikirləşib 
bunun çarəsini tapıb,  MƏCLİSİ “kəşf” edib və onu bir 
tənzimləyici statusunda meydana gətirib.  
     MƏCLİS.  İslam mədəniyyəti  şəbəkəsində  məclis heç 
bir forma tanımayan, düzü, forma içinə  sığmayan, 
formatlaşması mümkün olmayan ünsiyyətin  rəsmi qəlibi 
kimi çıxış edir. Hər bir qəlib (forma), öz növbəsində, 
çərçivədir, məhdudiyyətdir. Məclis ünsiyyətdən 
düzənlənir, yəni o, formasızın formasıdır, qəlibsizin 
qəlibidir. Məclis ünsiyyət üçün planlaşdırılır. 
Ünsiyyət, təmas isə  məclisi gerçəkləşdirir. Deməli, 
məclis formadır, ünsiyyət formasıdır. Lakin bununla 
yanaşı məclis həm də ünsiyyətin özüdür. Yəni ki məclis 
ünsiyyət olanda olur. Ünsiyyət başlamamışdan öncə 
məclis də yoxdur. Onda belə  çıxır ki, məclisin 
müəllifi ünsiyyətdir. Hərçənd müsəlman aləmində  hər 
məclisin bir sahibi var. Məclisi o, təxmin edir, o, 
proqramlaşdırır. Bir sözlə, məclisin təşkili və 
məsuliyyəti sahibin boynunadır. Di gəl ki, məclisi 
YARADAN, onu “yoxdan var edən”,  məclisi  məclis  edən 
ünsiyyətdir. Artıq bu məqam məclisə  sərbəst stixiya 
statusu verir və 
məclis sahibinin rolunu 
minimallaşdırır. Nədən ki, indən sonrasına məclisi 
ünsiyyət idarə edəcək və  məclis açıq enerji 
dövriyyəsinə çevriləcək, nəzarətdən çıxacaq, ehtimal 
nəzəriyyəsinə görə mövcud olacaq. Yəni məclis hər an 
öz-özünə qapana bilər, sönə bilər, qurtara bilər, yox 
ola bilər.  Maddi dünya ilə ruh dünyasının  şəffaf 
sərhəddində 
məclis zamanın müvəqqəti forması, 
müvəqqəti ünsiyyət forması, müvəqqəti ünsiyyət 
birgəliyi, ünsiyyət ittifaqı kimi mövcuddur. 
     Öz 
təbiətinə, səslənməsinə, arxitektonik 
quruluşuna və sosial-mədəni kontekstinə görə 
“məclisun” (cəm  şəklində “məcalisu”) sözü ərəbcədir, 
“yığıncaq”, “toplantı”, “iclas”, “qonaqlıq”, “əyləncə 
gecəsi”, “parlament” və digər bu qəbildən olan 
mənaları bildirməyə qabildir. İlk baxışda hər şey gün 
kimi aydındır. Sözün səlis, düzgün tərcüməsi var. Amma 


 
204
məsələ  təkcə bununla bitmir. İş bu ki, MƏCLİS 
müsəlman mədəniyyətinin fenomenidir. Hətta belə  də 
demək olar ki, islam mədəniyyəti məclis 
mədəniyyətidir. Müsəlman aləmində iki və ya daha artıq 
adamın az-çox təşkil edilmiş görüşü məclis adlandırıla 
bilər.  Əksərən müsəlman adicə  yığışıb birgə çayiçmə 
mərasiminə (vərdişinə?!) də  məclis deyir. Məclisdə 
müsəlman üçün mərasim siqləti var. Mərasim ideyası 
məclisdə  həmişə aktualdır. Məclis dini mərasimin, 
ritualın kübarcasına stilizə edilmiş variantıdır. 
Müsəlaman mərasimlərdə, məclislərdə, etiketlər və 
kanonlar dünyasında yaşamığı xoşlayır, bu “çərçivə”lər 
içrə bir rahatlıq duyur. Vay o gündən ki, müsəlmanın 
etiketdən xəbəri olmasın. Elə  həmin andaca müsəlman 
xoflanacaq, ətrafını potensial düşmən kimi qavrayacaq, 
özünü itirəcək, çaş-baş düşəcək, yazıqlaşacaq, əlacsız 
görünəcək. Bu mənada  məclis müsəlmandan ötrü ünsiyyət 
etiketidir.  Necə  rəftar edəcəyini bildiyindən o, 
məclisdə  hədsiz bir asudəlik tapır. Məclis müsəlmanın 
ideal həyat modelidir: məclis müsəlman üçün cənnətin 
müvəqqəti gerçəkləşən bir parçasıdır. Burada nizam, 
qayda öz nümunəvi halına yaxın bir vəziyyətdədir. 
Məclisin baş tutması üçün gərək dəvətli iştirakçılar 
ola, məclisin keçirildiyi məkan ola, məclisin mövzusu 
(toy, yas, qonaqlıq, musiqi, poeziya, dini-fəlsəfi) və 
ya özünəməxsus plan-prospekti ola. Məclisdə 
iştirakçıların (üzvlərin ya da qonaqların) yerbəyer 
əyləşməsi də vacib bir şərt. Hətta bu fakt o qədər 
vacib ki, söylənilə bilər: müsəlman aləmində  məclis 
əyləşmiş adamların məclisidir, onların ünsiyyət 
birgəliyidir. Təsadüfi deyil ki, “məclis” sözü ərəb 
dilində “oturmaq, əyləşmək” kimi anlaşılan “cələsə” 
məsdərindən düzəldilmədir. Müsəlman dünyasında ayaq 
üstə dayanmış adamların məclisi olmur. İslam 
mədəniyyəti kontekstində insanların ayağa qalxması 
məclisin sona yetdiyinə, ünsiyyətin tükəndiyinə bir 
işarədir. Məslisdə 
əyləşmək mütləqdir. Avropa 
mədəniyyətində isə bu, nəzərə alınmır. Hansı  tədbir 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə