190
düşünürəm ki,
məhəllə coğrafi administrativ bölgə
deyil, şəhərsalma termini deyil, ruhsal yaşayış
çevrəmidir, virtual sərhəddir, xüsusi statusdur.
Məhəllə şəhər içrə elə bir ünsiyyət zolağıdır ki,
orada mən varam və məni tanıyırlar.
Məhəllə, ilk
növbədə, mən, evim, həyətim, küçəm və ətrafımdakılar
deməkdir. Məhəllə yazılmamış xüsusi yaşam qanunları,
davranış etiketləri, əxlaq normaları deməkdir. Məhəllə
məkanın aurası deməkdir, məkanın ifadəli üzü,
xarakteri, temperamenti deməkdir. Bu aura, bu sifət,
bu imic qonşuların ünsiyyət intensivliyilə formalaşır.
Məhəllə mənim uşaqlığımın məkanıdır.
Məhəllə küçə,
şəhər mövzusunda xalqın uydurduğu əfsanədir, sərbəst
improvizədir, folklor məkanıdır. Məhəllə müsəlmanın
yaşadığı yerin nağılıdır, lətifə və hekayələridir.
Onlarsız məhəllə yaşamır. Əfsanə qurtaranda, məhəllə
də qurtarır. Məhəllə XIX-XX
yüzillərdə müsəlman
icmasının nağıl və lətifə variantıdır. Ona görə mən
düşünürəm ki, məhəllənin toposfera ilə mühüm heç bir
ilişkisi yoxdur. Məhəllə yaşantıların, təsəvvürün,
emosiyaların məkanıdır. Bu mənada mən hətta deyərdim
ki, məhəllə hər hansı bir coğrafi nöqtədən deyil,
uşaqların küçə oyunlarından başlayır.
Hər şeydən öncə məhəllə birgəlik duyğusudur,
haradasa sürünün modifikasiya edilmiş sivil
fraqmentidir, çoxsaylı evlərin iştirak etdiyi qeyri-
rəsmi
ittifaq ailəsidir, özünəməxsus mafiya
variantıdır. Bəlkə də elə buna görədir ki, müsəlman
yalnız öz məhəlləsində hüdudsuz rahatlıq tapır.
Məhəllədə heç kim ona “gözün üstə, qaşın var” deyə
bilməz. Əgər deyərsə, əlüstü cavabını alar. Çünki bu
ünsiyyət məkanında “hörmət və qayğı” prinsipi
dominantdır. Məhəllədə lotuluq eləmirlər, qız-
gəlinlərə sataşmırlar, onlara təmənna ilə baxmırlar,
söyüşləri bacardıqca azaltmağa çalışırlar.
Müsəlman
məhəlləni özünə arxa bilir. Məhəllə onun
toxunulmazlığının qeyri-rəsmi təminatçısıdır. Müsəlman
daima öz məhəlləsinə bağlıdır və onun aktuallaşdırdığı
191
yaşam prinsiplərinə sadiqdir. Lakin bununla yanaşı
məhəllə cəzalandırmağı da bacarır. Cəza da bu olur ki,
əxlaq, insaf, ədalət prinsiplərini pozmuş şəxsə (kişi
və ya qadın: fərq eləməz) məhəllədə artıq heç kim
salam vermir, onu heç kim dindirmir. Bu, məhəllədən
qovulmaq, təcrid edilmək, aşağılanmaq deməkdir. Yəni
məhəllə səndən üz döndərir, səni “sürü”dən qovur, səni
tənhalığa məhkum edir. “Cəza”nın məğzi ondadır ki, sən
məhəllədən, nə fiziki qatda, nə də ruhsal qatda,
ayrıla bilmirsən. Hara getsən,
məhəllə həmişə
səninlədir. Məhəllə sökülüb dağılanda belə bizim iç
dünyamızda, təsəvvürümüzdə, yuxularımızda qalır: ondan
qaçmaq, qurtulmaq mümkünsüzdür. Niyə müsəlman öz
məhəlləsinə bu qədər bağlı olur, ondan asılı olur?
Sualın birmənalı cavabı var: məhəllə müsəlman üçün
lokal icma variantıdır. Bunun da dərin sosio-psixoloji
kökləri mövcuddur. Dünyada müsəlmanı ən çox qorxudan,
eyməndirən təklikdir. Müsəlman tək qalmağı xoşlamır,
sevmir. Şəriət də təkliyi mömin üçün məqbul saymır.
“Təklik bircə Allaha yaraşıb” deməklə şəriət müsəlmanı
həmişə tək yaşamaqdan yayındırıb, el içində olmağı ona
xeyirli bilib. Şəriət tənha ömür sürməyi az qala günah
səviyyəsinə qaldırır. Elə bu sayaq tərbiyənin
nəticəsidir ki, müsəlman öz təkliyindən xoflanır,
vahimələnir. Müsəlman təkliyi birmənalı şəkildə
gücsüzlük, imkansızlıq, həyatın sonu,
ölüm kimi
qavrayır. İnsanın başqaları ilə ünsiyyəti kəsildimi,
bu o deməkdir ki, ölüm gəlir. Ünsiyyət şəbəkəsindən
çıxmış, ünsiyyət çənbərindən kənarlaşmış insanı ölüm
təkləyir. Bu mənada təklik ölümə müsavidir. Qəbir
evində sən həmişə təksən. Razılaşaq ki, ölümün
insanlar tərəfindən neqativ qavrayışını gücləndirən
məqam elə budur. Ona görə müsəlmana hər dəqiqə özünün
icma ilə birgəliyini duymaq vacibdir. Bu duyğunu, bu
əminliyi və arxayınlığı ona hər şeydən öncə ibadət,
yəni üzü qibləyə dayanıb namaz qılmaq verir. Mömin
gündə üç dəfə dünya müsəlman icması ilə, əgər belə
söyləmək mümkünsə, virtual kontakta çıxır.
Lakin bu
192
müsəlmana bəs eləmir. Nədən ki, islam icma dinidir,
icma ideyası üstündə köklənmiş münasibətlər
sistemidir. Bu baxımdan müsəlmanı müsəlman edən yalnız
onun şəhadəti deyil, həm də icmaya mənsubluğudur.
Şəhadət (əşhədü ənlə ilahə illəllah, əşhədü ənnə
Muhamməd ər-Rasulullah) artıq apriori bu icmaya
mənsubluğu, icma ilə birgəliyi özündə ehtiva edir.
İcmadan ayrı düşən müsəlman miskinləşir, karıxır. Odur
ki, müsəlman icmanı birbaşa öz məhəlləsinə gətirir.
MƏHƏLLƏ MÜSƏLMAN ŞƏHƏRİNDƏ İCMA İDEYASININ VARİSİDİR,
İCMAYA EYHAMDIR. Məhəllə icmanın həyət qapısından
başlayan nişanəsidir. Müsəlmanlara icmaya mənsubluq
duyğusu səhra ərəblərinin həyat tərziylə təlqin
edilib. Məsələ bu ki, səhrada icma ilə əlaqəsini
itirmiş ərəb artıq fəlakət qarşısındadır. Düzdür,
burada da islam onu tənha buraxmır: “Məni
səndən
soruşsalar, bəndələrim bilsinlər, yaxınam onlara. Dua
eləyənlər, duasıyla çağırsınlar məni, cavab verərəm”
(2:186). “Allah hər an öz bəndəsinin yanındadır”
ideyasını ortaya atmaqla islam ərəbi səhrada təklikdən
qurtarmağa çalışır. Hərçənd qərinələr ötüşdükcə
müsəlmanın icma ilə əlaqəsi zəifləyir, icma daha çox
simvolik məna kəsb edir, öz gerçək funksiyalarından
məhrum olur və tədricən idarəetmə mexanizmlərini
itirib ideyalaşır. Belə olduqda müsəlman icma ilə
bağlı duyğularını, yaşantılarını bilincaltı
səviyyəsində məhəlləyə proyeksiya edir, icmanı özünə
maksimal şəkildə yaxınlaşdırır, “dağ Muhammədə sarı
gəlmirsə, Muhamməd dağa sarı gedir”
zərb-məsəlini öz
təcrübəsində gerçəkləşdirir.
BU ZAMAN MƏHƏLLƏ İCMA
MODELİ OLUR VƏ MÜSƏLMAN ONUNLA HESABLAŞMAĞI ÖZÜNƏ
BORC BİLİR. Beləliklə,
məhəllə qeyri-rəsmi qanunlar,
etik-əxlaqi normalar, davranış qaydaları, adətlər,
etiketlər formalaşdıran sosial instituta çevrilir.
Məhəllə ünsiyyətin və münasibətlərin, rəftarların
tənzimlənməsi sistemidir. Müsəlman bir iş gördüyü
zaman onu “görəsən, məhəllədə nə deyərlər, qohum-qonşu
buna necə baxar” fikri daim məşğul edir. O öz ömrünü