Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə59/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   55   56   57   58   59   60   61   62   ...   123

 
178
həmişə açıq və həmişə qapalı şəhərdir: hamını qəbul 
edir, lakin təkcə öz köhnə sakinləriylə  məhrəm olur. 
Səbəbi də bu ki, müsəlman  şəhəri daimi icmadır. 
Müsəlman  şəhəri permanent olaraq qohumlar və tanışlar 
şəhəridir. Burada hər zaman bir karvansara ovqatı 
yaşanılır.  İslam dünyasında məkan konsepsiyası da 
müsəlmanın dünyaya məhz bir karvansara kimi yanaşması 
ilə  şərtlənir. Bu da sonucda ora gətirib çıxarır ki, 
müsəlman öz şəxsi evində belə özünü qonaq sayır və 
bilir ki, “köçmək”, “səfər etmək” labüddür. Onun evi
əslində, karvansara hücrəsinin çoxsaylı 
invariantlarından biridir, məscidin mikromodelidir: 
qapıları qibləyə açılır, pəncərələri - səmaya. Günbəz 
formalı tavanın pəncərələrindən içəri yalnız tanrı 
baxır: insansa başını göylərə sarı qaldıranda bir tək 
Allahını görür. Otaqlar bomboşdur, yerə ya xalça, ya 
palaz, ya da cecim döşənib: istənilən vaxt hamısını 
asancana yığışdırıb ortadan götürmək olar. Divarlarda 
taxçalardır, sandıq üstlərində yorğan-döşəklər. Yemək 
süfrəsi (dəstərxan) yerə  sərilir və  qısa müddətdən 
sonra yığışdırılır. Sanki kasalar da, armudu 
istəkanlar da, samovarlar da universal “köç” ideyasına 
(“dünya duracaq yer deyil, ey can səfər eylə!”)
3
 
xidmət edir. Müsəlman öz ömrünü bəşəri “köç”ə (həm 
fiziki ölüm, həm də Axirət nəzərdə tutulur) daimi 
hazırlıq  şəraitində yaşayır. Çünki Quran müsəlmana 
öyrədib ki, dünya içiboş köpük qismindədir, fanidir 
(“dünya evinin səltənəti beş gün imiş çün”)
4

karvansaradır və burada əbədi heç nə yoxdur; və 
buradan o dünyaya heç kəs özü ilə heç nə aparmayacaq 
(“dünya nola, ya axirət, kim qala mülkü malına”)
5

Müsəlmanın laqeydliyi, səbri, təmkini, biganəliyi, 
tənbəlliyi bu məna lokusundan təkan alır. Ol səbəbdən 
əsl mömin elə yaşayır ki, heç kimi və heç nəyi öz 
mülkiyyəti bilməsin, evini, həyətini,  şəhərini tutub 
oturmasın. Odur ki, məişətin, məkanın heç bir qüsuru 
müsəlmanı  bərkdən qıcıqlandırmır, onun psixoloji 
müvazinətini pozmur. Nədən ki, əsl həyat məscid 


 
179
həyətindən başlayır. Burada dünyanın faniliyi və 
əbədiliyi tarazlığa gəlir. Məscid qapılarından içəri 
girən müsəlman birbaşa Allahın himayəsinə düşür
Allahın sığınacağını tapır, potensial əbədi rahatlığı, 
cənnəti bulur. Müsəlmana məscid küncü kaşanədən daha 
xoşdur. Məscid Allaha doğru yoldur. Müsəlman yaşayır 
ki, ibadət eləsin; ibadət eləmir ki, yaşasın. Çünki, 
faktiki olaraq, istəmək, arzulamaq islam 
mədəniyyətində  rəsmiləşdirilməmiş yasaqdır. Elə buna 
görə  həqiqi mömin Allahından heç nə istəmir (qul nə 
arzulaya bilər ki: məgər hər dəfə tanrının yazdığı 
gerçəkləşmir?), yalnız yorulmadan Allahını anır, 
fasiləsiz dua eləyir. Təsadüfi deyil ki, namaz 
borcdur: insan xəlq edildiyinə görə ibadətlə Allahına 
təşəkkür edir. Namaz bəndə üçün yox, tanrı üçündür: 
bir növ, Allaha ödənilən əvəzdir. Bu kontekstdə məscid 
müsəlmandan ötrü məkan içrə sakral meditasiya 
çevrəsini müəyyənləşdirir. Məscid Allah qullarının 
azadlıq evidir. 
     Məhz bu məqamlara görədir ki, islam şəhərində 
məscidin yeri xüsusidir. Onu məkanın hər yerindən 
görmək olar:  yad adam məscidi nişan (oriyentir) 
“götürüb” tanımadığı müsəlman  şəhərinin gəzintisinə 
asudə  çıxa bilər və azmaz. Çünki bütün yollar axırda 
onu yenə məscid qapısına gətirəcək; yəni bütün yollar 
məscidə gedir; çünki  şəhərin hər bucağından məscid 
görünür; çünki minarə islam ölkələrində mayak kimi bir 
şeydir. Məscid hər hansı bir müsəlman şəhərində Məkkə 
əvəzidir, daha dəqiq desəm, Kəbə  əvəzidir, qibləni 
bildirəndir, sakral dünyanın simvoludur, fani ilə 
əbədi arasında ötürücüdür, körpüdür, keçiddir. 
Məscidin memarlığında bütün kosmos öz təcəssümünü 
tapır. Bu, düzənli bir harmoniyadır. Klassik məscid 
günbəzinin  ən uca nöqtəsi Allahı (Vahid xilqətlini) 
eyhamlaşdırır. Günbəzin çətiri Ruhun məkanıdır, 
oktaqonal (səkkizguşəli)  əsas mələklər mərtəbəsidir. 
Dördbucaqlı bina isə varlığı simvollaşdırır.
6
 Ortaçağ 
mədəniyyətində  məscid kompleksi məkan içrə universumu 


 
180
sərgiləyir, islam qavrayışında dünya modelini 
vizuallaşdırır.  MƏKAN  İÇRƏ  MƏSCİD KOMPLEKSİ  ZİKR 
İŞARƏSİDİR, “lə ilahə illə’lah” anımının plastik məkan 
obrazıdır.  Məscidin özü sanki “lam” hərfidir ki, 
“əlif” hərfinə  bənzəyən minarəni qoynuna alıb. Məndən 
öncə bu fikri, düzdür, bir qədər daha sadə  və yumşaq 
formada, tanınan islamşünas Seyid Hüseyn Nəsr söyləyib 
demişdi ki, “ibadət zamanı  səcdə etməmişdən öncə 
müsəlman tanrı qarşısında Allahın adının başladıığı 
“əlif” hərfi kimi dik dayanır”.
7
 Minarə də namaz vaxtı 
qiyama durmuş müsəlmanın məkan obrazıdır. Müsəlman 
məscidi Allahın evi bilir. Deməli, məscid islam 
ölkələrində bir nömrəli evdir və oranın qapıları 
hamının üzünə açıqdır. Məscid müsəlman icmasının 
toplaşdığı evdir. Əgər hamı bu evə toplaşırsa,  onda 
ev karvansara olur. Deməli, ALLAHIN EVİ KARVANSARADIR! 
Nədən ki, Ortaçağ islam dünyasında  MƏSCİD ÜNSİYYƏT 
TƏMZİMLƏYİCİSİDİR, MÜSƏLMAN  İCMASININ BİRGƏLİYİNİN 
TƏMİNATÇISIDIR. MƏSCİD  İCTİMAİ ÜNSİYYƏT BÖLGƏSİDİR. 
“Nə vaxtsa islam dünyasının ictimai həyatı, demək olar 
ki, bütövlükdə  məscidin həyətində  cəmləşmişdi”.
8
 Bu 
fikri məşhur islamşünas Oleq Qrabar söyləyib. Onda 
buradan belə 
çıxır ki, karvansara məscid 
invariantıdır; yəni karvansara məscid modelində 
yaradılıb. Amma, əslində, bu, səhv fikirdir. Məhz 
məscid karvansara tikili tipindən faydalanır. Çünki 
karvansara  Şərqdə islamdan öncə  də mövcud olub. Daha 
doğrusu,  məscid karvansaranın stilizə olunmuş ideal 
formasıdır.  İslam aləmində yaşayış  və insanlar 
arasındakı münasibətlər məsciddə nizamlanır.  Müsəlman 
dünyasında o yerə ki axın olub, ora “karvansara” 
deyilib.  Bu fakt isə bir daha onu aydınlaşdırır ki, 
məscidlə karvansaranın sərhədi şəffafdır. Ora da, bura 
da müsəlman üçün maksimal rahat şərait yaratmaq 
məqsədi güdür. Məsciddə (ibadət məqamı) mömin insan 
zaman içində 
“əbədiyyət” fasiləsinə 
çıxır. 
Karvansaraya daxil olan müsəlman isə öz gündəlik 
“urvatsız” həyatında taym-aut götürür. Beləliklə, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə