Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə61/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   57   58   59   60   61   62   63   64   ...   123

 
184
hüququdur, imtiyazıdır. Müsəlman ticarətsiz 
miskinləşir.  BAZAR ticarətin gerçəkləşdiyi azad 
ictimai məkandır. Bazar da məscid kimi hamınındır və 
konkret heç kimin deyil. Müsəlman aləmində  məscidlə 
bazarın intensiv əlaqəsi bir an da səngimir. Zaman 
etibarı ilə bazarda ticarət müədzinin camaatı ibadətə 
dəvət etdiyi azandan sonra təşkil olunur. Bazarın 
həyatı  məscidlə  tənzimlənir. Azan bazar üçün saat 
rolunu oynayır. Müsəlman  şəhərində müədzinin səsi 
eşidilən kimi bazar ticarəti, hər cür alver əlüstü 
dayanır, dükanların qapısı bağlanır, hamı ibadətə 
tələsir. Ola bilsin ki, kimsə  məscidə getməyib elə 
dükanındaca namaz qılsın. Fərq eləməz: namaz vaxtı 
ticarət aparılmayacaq. Bir sözlə, müsəlman bazarı 
ibadətdən ibadətə yaşayır. Müsəlmanın həyatında 
ruhsal, qutsal olanla faydalı, sərfəli isə  həmişə 
qapıbir qonşu olur. Artıq əsrlərdən bəri məlumdur ki, 
müsəlman bir ayağı ilə  məsciddədir, o iri ayağı ilə 
bazarda. Heç bir mədəniyyət məkan çərçivəsində öz 
məbədgahı ilə bazarını bu qədər bir-birinə 
yaxınlaşdırmır. 
     Bazar məscidin qanunları ilə yaşayır. Ticarətin 
əxlaq kodeksinin, ədəb prinsiplərinin, davranış 
etiketinin  əsasını  şəriət müəyyənləşdirir. Məscidin 
“gözü” daim bazarın üstündədir. Bazar məscidin 
himayəsinə, nüfuzuna sığınır. Ortaçağ islam 
mədəniyyəti kontekstində bazar təkcə alver yeri deyil
həm də misilsiz ünsiyyət məkanıdır. Müsəlman şəhərində 
bazar leqal və qeyri-leqal informasiya şəbəkəsidir. 
Hamının  şəxsi vərəqəsi bazarda təsdiqlənir, hamı 
bazarda tanınır. Nədən ki, bütün təzə  xəbərlər 
ləngimədən həmişə bazara “gəlir” və buradan da ildırım 
sürətilə  şəhərə yayılır. Ona görə  məscidin də marağı 
var ki, bazar onun böyründə, lap elə darvazasının 
ağzında yerləşsin. Çünki məscid yox, məhz bazar 
xəbərlərin intensiv və becid dəyişməsini təmin edir. 
Müsəlmanın həyatında bazara getmək, bazarlıq etmək 
həmişə mikro mərasimdir. Onun ömründə bazarın öz 


 
185
xüsusi çəkisi var. Bazar müsəlman üçün həm alış-
veriş yeridir, həm də haylı-küylü bir tamaşa 
meydanıdır, aktiv ünsiyyət zonasıdır. Müsəlmanlar bura 
başqalarını görməyə, özünü göstərməyə, təzə  xəbərləri 
öyrənməyə, alver tamaşasında iştirak etməyə, seyrçi, 
dinləyici olmağa gedirlər. Bazar əyləncədir, 
istirahətdir, ünsiyyətdir, şəhərdəki siyasi, ideoloji, 
dini, mənəvi-əxlaqi ovqat haqqında məlumatdır, 
müsəlman  şəhərinin ekspressiv tamaşasıdır. Orta 
yüzillərdə müsəlman tacirləri bazar meydanlarında 
satdıqları malı reklam etməkdən ötrü muzdla xüsusi 
münadilər tutardılar. Münadinin başlıca vəzifəsi uca 
səslə bazara çıxarılmış malı, onun sahibini öyüb 
tərifləmək, min cür oyun göstərə-göstərə diqqəti 
yanında durduğu satdıqlara cəlb eləməli idi. Orta 
əsrlərdə nağılçılar, məsxərəbazlar, kuklaçılar, 
kəndirbazlar da öz sənətlərini göstərmək üçün bazara 
axışardılar. Bazar müsəlman  şəhərində tipajlar, 
xarakterlər, etiketlər,  şakərlər, vərdişlər sərgisi 
idi, asudə ünsiyyət zonası idi, folklorun cilalandığı 
ictimai laboratoriya idi. Burada sərbəst davranmaq
saatlarla bir yerdə dayanıb çənə-boğaz döymək, açıq-
saçıq danışıb  əl-qol atmaq, söyüş söymək, qarğış 
eləmək, and içmək olardı; yəni o şeyləri eləmək olardı 
ki, onlar şəriətlə yasaqlanırdı. Bazarın meydan 
təbiəti buna imkan verirdi. Təsəvvür edilə bilər ki, 
müsəlman bazarı kontekstində Mixail Baxtinin “karnaval 
estetika”sının
10
 müddəaları  işləkdir. Lakin bu, belə 
deyil. Çünki məscid və  şəriət bazar meydanında 
karnaval dünyasının doğuşunu  əngəlləyirdi. Belə ki, 
islamın  əxlaq prinsipləri, toxunulmaz ruhsal, mənəvi 
dəyərləri bazarda karnaval kollapsının qarşısına sipər 
çəkirdi, sakral və urvatsız sayılanların məna 
tutumları ilə oynamağa, onların yerini dəyişməyə imkan 
vermirdi. Nədən ki, müsəlmanlar bazar münasibətləri 
şəbəkəsində  də  şəriətin cızdığı hüdudlardan kənara 
çıxmırdılar. Bazar məsciddən zühura gələn sözlə, 
imperativlə sahmanlanır. RƏHM və GÜNAHHALAL və HARAM 


 
186
müsəlmanın bazar düzəninin, bazar münasibətlərinin 
əlifbasıdır, açarıdır, sehrli kəlmələridir. Hərçənd 
ki, halal rəhmin, haram günahın təzahürü kimi götürülə 
bilər. Şəriət buyurur ki, müsəlmana halal və haramını 
gözləmək vacibdir. İslam bunu vəzifə kimi müsəlmana 
tapşırır. Tərəzidə bir kimsəni aldatmaq haram hesab 
edilir, Axirət günü cəzalandırılacaq  günah cərgəsinə 
yazılır. Bununla bağlı Quran birmənalı şəkildə bəyanat 
verir: “Vay halına ölçüdə-çəkidə aldadan kimsələrin! O 
kimsələrin ki, başqalarından bir şeyi alan zaman 
ölçüb, çəkib tam alarlar, özlərisə bir şeyi satan 
zaman ölçüdə-çəkidə aldadarlar” (83:1-3). Quran deyir 
ki, tərəzidə kimisə aldatmaq pis əməl kimi mələklər 
tərəfindən qeyd olunub Siccində, yəni cəhənnəmin  ən 
alt təbəqəsində saxlanılr. “Əl-Mutəffifin” (“Çəkidə və 
ölçüdə aldadanlar”) surəsindən aydın olur ki, çəkidə 
və ölçüdə aldadanların yeri birbaşa Cəhənnəmdir. Çünki 
onlar Cəhənnəmi yalan bilib aldadıblar, Cəhənnəmə 
inanmayıb aldadıblar; odur ki, “Cəhənnəmə varid 
olacaqlar” (83:16). “Ər-Rəhman” surəsində  də Quran 
bazar  əhlinə  xəbərdarlıq eləyir: “Həddinizi aşmayın, 
hər  şeydə gözləyin tərəzini-mizanı. Hər  şeyi insafla 
çəkin,  əskik çəkməkdən çəkinin, gözləyin tərəzini-
mizanı” (55:8-9)
11
. Görünür, bazarı tənzimləməkdən ötrü 
Orta əsrlər müsəlman dünyasında bu Quran imperativləri 
də kifayət eləmirdi. Ona görə  də  hər ehtimala qarşı 
bazarda halal və haramı qatıb-qarışdırmamaq, alver 
zamanı qayda-qanunlara dəqiq  əməl etmək üçün  xüsusi 
möhtəsiblər (məmur, darğa) fəaliyyət göstərirdi. 
Onların vəzifəsi tərəzilərin və ölçü qablarının dəqiq, 
xətasız işlədiyini yoxlamaqdan ibarət idi. Sonra 
möhtəsib bir növ bazar qazısına çevrilir və bazarda 
cərəyan edən bütün prosesləri öz nəzarətinə götürür. 
Bu ona dəlalət eləyir ki, Quranla şəriət bazar və 
meydanı heç vədə özbaşına buraxmır. Elə ona görə  də 
müsəlmanın bazarı karnaval atmosferinə maksimal 
şəkildə yaxınlaşsa da, özünü karnaval içrə unutmur, 
özünü karnaval dünyasında qərq eləmir. Səbəb aydındır: 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə