181
islam dünyasında MƏSCİD və KARVANSARA eyni bir
ideyanın müxtəlif təzahürləri olur və toplumda oxşar
funksiyaları yerinə yetirir.
MƏSCİD heyrətə gətirən, valehedici sadəlik
nümunəsidir. Bayır və iç tərəfdən məscidin hamar
şirələnmiş yalxı divarları yalnız xəttatlıq örnəkləri
və islimilərlə bəzədilir. Məscidin içində isə minbər,
xalça (və ya palaz, cecim), rəhlə, lampa və ya
şamdanlardan başqa heç nə olmur. Daşdan hörülmüş qalın
divarlar sanki “pərvazlanacaq” tağlarla bir-birinə
bitişdirildiyindən məscidin daxili atmosferi adamı
sıxmır, əzmir, əksinə, insana gümrah və təntənəli bir
ovqat bəxş edir. Nədən ki, MƏSCİD MERAC EVİDİR. NAMAZ
İSƏ MÜSƏLMANDAN ÖTRÜ MUHAMMƏD PEYĞƏMBƏRİN MERACININ
İMİTASİYASIDIR. Belə ki, məscidin astanasında materiya
qurtarır. Mömin başmaqlarını
çıxarıb məscidin
döşəməsinə ayaq basanda sanki müəyyən müddətə
maddiliklə vidalaşır. Məscid ruhun evidir, ruhun
təntənə məbədgahıdır. Məscid, əgər belə demək
mümkünsə, ruhların karvansarasıdır. Burada insanın
ruhu dincəlir. Müsəlman aləmində ruhlar üçün unikal
istirahət yeri məsciddir. Məscidin həyəti bir qayda
olaraq mikroparkdır. Orada həmişə sərin suyu olan
hovuz olur; həyətin perimetri boyunca ağaclar əkilir
və cənnətsayağı kölgəlik təmin edilir. Lakin bununla
belə... məscid həm də ticari proyektlərin müzakirə
evidir. Nəcm əd-Din Bammət yüz min dəfə haqlıdır,
yazanda ki, “istər açıq havada olsun, istərsə də
gümbəz altında məscid, ilk növbədə, icmanın toplaşması
mümkün olan azad məkandır”.
9
Məscidə hamı gəlir və
hamı da göz qarşısındadır: yəni lazım olan adamla arzu
edilən hər hansı bir iş və ya sövdələşmə üçün zəmin
hazırlamaq mümkündür. Məscid müsəlman ölkəsində qeyri-
rəsmi ticarət mərkəzidir. Bu “mərkəz”də hamıya Allahın
lütfündən, himayəsindən bərabər pay düşür. Çünki
məscid hamınındır və konkret heç kimin deyil. Məscid
Allahın karvansarasıdır. Odur ki, məscid CÜMƏDƏN
(camiədən), yəni insanların bir yerə cəm olmasından,
182
toplaşmasından, yığıncağından başlayır. Niyə məhz
cümə günündən? İslam dünyasında cümə gününün beş
qutsal səciyyəsi var: Muhamməd Rəsulullah cümə günündə
dünyaya gəlib. Ona peyğəmbərlik cümə günündə verilib.
Quran cümə günü nazil olub. Cümə günü müsəlmanlar
Məkkəni fəth ediblər. Axirət günü cüməyə düşəcək.
Müasir siyasi leksikonda danışsaq, Cümə günü
müsəlmanların həmrəylik günüdür və bu həmrəyliyi əyani
göstərmək üçün onlar həftədə bir dəfə mütləq məscidə
yığışmalıdırlar. Bu baxımdan məscid möminlərə, hər
şeydən öncə, birgəlik duyğusu aşılayır. Birgəlik,
həmrəylik ideyası islam aləmində ibadətin öz
təbiətindən doğur. Həmişə üzü qibləyə dayanmış mömin
islam icmasına mənsubluğunun şəhadətini verir.
Qiblə Kəbədir, icma mərkəzidir. Məscid qiblənin
güzgüsüdür. Mehrab məscid kontekstində qiblənin
simvoludur. Qiblə (Kəbə) məscidə mehrab vasitəsilə
gəlir. Deməli, hər bir müsəlman bölgəsində məscid
Kəbəni, qibləni əvəzləyir. Belə də söyləmək mümkündür
ki, məscidə ayaq basan müsəlman Kəbənin qiyabi
ziyarətçisinə çevrilir. Məscid müsəlman icmasına
bağlılığın təminatçısıdır, bu rabitənin, əlaqənin
vizual görküdür, rəmzidir, simvoludur, məkan içrə
konseptual təsdiqidir. Verbal qatda isə icmaya
mənsubluq məscidin içindəki SÖZ kimi açılır. Bu söz
şəhadət formuludur, zikr formuludur. Məscid söz
iqamətgahıdır, mömin şəhadətinin məkan obrazıdır..
Məsciddəki söz AZAN vasitəsilə bəyana gətirilir.
Məscid Quranın (Allahın, cənab Cəbrailin və Muhamməd
peyğəmbərin) SÖZÜ ilə müqəddəsləşir. Burada Söz
verilir və Söz alınır. Söz isə ruh kimidir,
virtualdır. Sözlə biz yox, ruhumuz danışar. Məscid
sözün səslənmə gözəlliyini və qutsallığını, ruhun
“dillənməsini”, ruhun sözə çevrilməsini təmin edən
məbəddir. İalam dünyasında bənzərsiz qiraətxana
məsciddir. Müsəlman aləmində qrammatika, oxu, tədris,
elm, bilik, mərifət məsciddən başlayır. Məscid
müsəlmanın olumunun və onun mövcudluq bölgəsinin,
183
mövcudluq arealının təşkilatçısıdır. Belə ki,
harada məscid varsa, ora Kəbədir, deməli, mərkəzdir.
İcmanın, toplumun həyatı və adi gündəlik fəaliyyəti
isə mərkəz ətrafında qurulur. Ona görə də bazar,
hamam, karvansara və mədrəsə həmişə məscidin yanında
olur.
***
BAZAR. Müsəlman şəhərində məscid həndəvərində bazarın
olması mütləq bir şey, yazılmamış qanun. Bazar
müsəlmanların maddi həyatının təminatçısıdır. Hər bir
müsəlman bölgəsində bazar məscidin bir
addımlığındadır, bəlkə də onun darvazasından başlayır.
Bu fikri, daha doğrusu, bu həqiqəti məndən öncə
çoxları söyləyib. İndi mən hamıya bəlli bir məsələni
təkrarlayıram və bundan ötrü kiməsə istinad eləməyi
lazım bilmirəm. Çünki nümunə elə bizim Bakının özüdür.
“Göy məscid” kimi tanınan “Əjdər bəy məscidi”ndən
“Təzə bazarı” bir-birindən gözəyarı yüzəlli, ya da
ikiyüz metrəlik bir məsafə ayırır. “Təzə pir”
məscidiylə el içində “Passaj” kimi nişan verilən
“Köhnə bazar”ın arası da təqribən bir o qədər olar.
Bakının “Bayır şəhər” bölgəsinin XIX yüzildən etibarən
tikilməyə başlanmasına baxmayaraq məkanın təşkilində
Məscid - Bazar qoşalığı bir memarlıq prinsipi kimi
üstün və məqsədəyönlü sayılmışdır. Əlbəttə, vaxtilə
Ortaçağ müsəlman şəhərlərinin yığcam məkan imkanları,
insanların kompakt məskunlaşma şərtləriylə ilişikli
məscidlə bazarın qonşuluğu daha yaxın olmuşdur.
Karvansara da bu qonşuluqda üçüncü “nöqtə”ni təşkil
etmişdir. Məscid - Bazar - Karvansara müsəlman
şəhərinin “bədən”ində əsas arteriyadır. Bu “arteriya”
möminlərin yaşadığı bölgəni “sönməyə”, dayanmağa
qoymur. Belə “qruplaşma”nın səbəbi aydındır. Çünki
islam və ticarət, din və alver həmişə bir-birinin
içindən “cücərib” boy atıb. Muhamməd peyğəmbərin adı
ilə bağlı olan Məkkə və Mədinə şəhərləri həmişə ərəb
dünyasının ticarət mərkəzləri kimi qavranılıb.
Müsəlman ticarətlə yaşayır. Ticarət müsəlmanın istisna
Dostları ilə paylaş: |