172
Ədəbiyyat:
1
Salqanik M. Qarmoniya islama: zametki
na polyax odnoy kniqi
// İL, № 5-6, 1992. - s. 302-305.
2
Rodionov M.A. Muruvva, asabiyya, din: k interpretasii
blijnevostoçnoqo etiketa // Etiket u narodov peredney Azii.
- M, 1988. - s.61.
3
Hinduizmdə qəbul olunmuş kastalardan ən aşağısı.
4
Mövləvi sufi qardaşlığının yaradıcısı Rumi nəzərdə
tutulur.
5
Səma islamdan öncəki musiqi kompozisiyalarını, əgər belə
demək mümkünsə,
təşkil elədi, “orkestrləşdirdi”, onları
müsəlman Şərqini qutsal “simfoniyasına” çevirdi.
6
Mehdi N.M. Çətin və dolaşıq durumların kulturolojisi. - B:
Qanun, 2001. - s. 50-52.
7
Mütrib və ya mütrüb: ərəbcə üç cür anlaşılır; 1) çalıb-
oynayan; 2) xanəndə; 3) şövq verən, fərəhləndirən,
şənləndirən.
8
Bax: Ətai Ə.C. Bonyade nomayeş dər İran. - Tehran:
1977.
9
Zöhrabov R. Muğam. - B.: 1991. - s.103-104.
2002-ci il
MÜSƏLMANLARIN MƏSCİD VƏ BAZARI
(üzü qibləyə)
Ön söz əvəzi bir sufi hədisi, əlbəttə ki, mənim
sərbəst təqdimatımda: “Bir gün Bəlxin padşahı İbrahim
ibn Әdhəmin əyləşdiyi otağa eybəcər, çirkin bir şəxs
daxil olur və heyrətindən şaşırmış saray adamları
arasından keçib düz taxt-tacın qarşısında dayanır.
İbrahim ibn Әdhəm təəccüb və marağını gizlətmədən bu
kimsədən soruşur:
173
-
Nə istəyirsən?
-
Məni elə indicə bu karvansaradan qovurdular -
deyə həmin şəxs cavab verir.
Bu sözə İbrahim ibn Әdhəmin acığı tutur,
qeyzlənir, hikkə ilə deyir:
-
Sən ağlını itirmisən, nədir? Nə hətərən-pətərən
danışırsan? Bura karvansara deyil, mənim
sarayımdır!
Həmin şəxs sakit-sakit, təmkinini pozmadan
İbrahim ibn Әdhəmdən xəbər alır:
-
De görüm, bu sarayda sənə qədər kim yaşayıb?
-
Mənim atam.
-
Bəs ondan qabaq?
-
Әlbəttə ki, mənim babam.
-
Bəs babandan öncə bu sarayda kim olurmuş?
-
Filankəs.
-
Bəs filankəsdən əvvəl?
-
Filankəsin atası.
-
Yaxşı, söylə görək, hardadı indi bu adamlar?
-
Hamısı ölüb çıxıb gedib, - deyir İbrahim ibn
Әdhəm, cavabında isə eşidir:
-
Onda bura karvansara deyilsə, bəs nədir? Biri
gəlir, biri gedir.
Bu sözlərdən İbrahim ibn Әdhəmin qəlbi nurlanır,
içində bir rahatlıq duyur. Söhbətini davam etdirmək
istəyəndə isə görür ki, qərib yolçu artıq qeyb olub.
Sən demə, bu adam bütün yer üzünün sahibi Xızr
peyğəmbər imiş”.
1
***
Mən bu sufi hədisini XIII yüzilin görklü filosofu
Fərid əd-Din Əttarın “Övliyaların təzkirəsi” adlı
risaləsinin ingiliscəyə olan tərcüməsindən götürmüşəm.
Lakin indi önəmlisi bu fakt deyil, sufi hədisinin
yaranmasına səbəb olan fikirdir.
DÜNYA KARVANSARADIR. Hələ sufilərdən
də əvvəl bu
fikir “gəzirdi” müsəlmanlar arasında və bu fikrin
174
modifikasiyaları islam mədəniyyəti hüdudlarında
boydan. Biri elə bizim azəri türklərində: deyərlər ki,
“dünya bir pəncərədir, hər gələn baxar, gedər”. Yəni
“karvansara” ideyası burada da aktual.
“Hər aşiqin öz dövranı var” deyiminin də mənası
bu ki, karvansarada yaşamaq vaxtı müxtəlif və fərqli.
Ərəbin səhrası da ərəbə görə bir
karvansara
timsalı:
“suyu içib doydunsa, quyu üstündə yubanma,
yerini başqasına ver”. Müsəlman aləmində statikaya
ürcah heç nə yox.
Müsəlman ilinin “gəzərgi” ayları
içində sən bir qonaqsan, müsafirsən!
Bu, islam fəlsəfi
fikrinin topluma, bəşərə
ünvanladığı əsas konseptual ismarıc, zaman və məkan
içrə varolmanın parametrlərini, yaşam tərzini
müəyyənləşdirən aparıcı tendensiya. Müsəlman dünyanı
karvansara bilir və onunla karvansara kimi davranır.
Karvansarada heç kəs əbədi qalmır.
Bura bir
fasilə, bir istirahət yeri, müvəqqəti tamaşaxana.
Müsəlmanın dünyayaya laqeydliyi və biganəliyi də
nümunəvi. “Nə işim var?” yaşam kodeksinin kökü elə
burada. Dünyadan ikiəlli yapışmaq nə demək? Məgər
hamımızı ölüm gözləmir?
Müsəlman üçün dünya karvansara
kimi açılır: mən yaşadım və oranı tərk etdim. İndi
karvansara başqalarına qalıb. Amma onların da
həmişəlik olmayacaq. Insan yaşamağa ezam edilir. Bu,
bir səfərdir. Əgər səfərdirsa, karvansara ehtiyacı
mütləq.
KARVANSARA HƏYAT TƏRZİDİR, MÖVCUDLUQ ÜSLUBUDUR,
SON DƏRƏCƏ PRİMİTİV, SADƏ VƏ RAHAT YAŞAM FORMASIDIR.
Bu karvansaranın sahibi tanrıdır, əbədiyyət
yalnız Ona məxsusdur və cəmi karvansara möminlərinin
ibadəti, duası bir tək Allaha ünvanlanıb. Karvansarada
tox yatmaq, dolanmaq üçün bazar lazımdır, ruhun
rahatlığına çatmaq üçün məscid. Elə isə görək,
karvansara içrə
BAZAR və
MƏSCİD nə demək?
***