163
əlamətsizləşib əbədiləşməyin mümkünsüzlüyündəndir.
Əhməd Qəzəlinin fikrincə dəfin sağanağına iç tərəfdən
bərkidilmiş beş balaca zınqırov elçilərin,
peyğəmbərlərin, dostların, imamların və xəlifələrin
vaqe olduqları məqamları bildirir (Şaman qavalında da
biz buna bənzər bölgüylə rastlaşırıq). Göründüyü kimi
artıq X-XI əsrlrdən etibarən musiqi alətləri sufiliyin
dini-mistik paradiqması hüdudlarında tamam yeni bir
aspektdə yozulur, mənalandırılır və bir çox ruhani
mətləblərin simvoluna çevrilir. Nədən ki, musiqi
kamillik yolunda sufinin müşayətçisidir. Bunu bir ayrı
cüqrə də demək caiz: sufinin Allaha doğru yolu
musiqidən, səmadan keçir. Mövləvi qardaşlığının
xanəgahında dərviş zikrlərinin gerçəkləşdiyi musiqi
otağı, olsun ki, elə bu səbəbdən, “səmaxana”
adlanırdı. Bir xeyli vaxt bundan əqdəm apardığım üzücü
araşdırmaların nəticəsində belə bir qəfil,
“küfrsayağı” qənaətə
gəldim ki, səma musiqi
dinləməkdən ötrü sufilərin mistik bəhanəsidir, mistik
don geydirilmiş oyunudur, intellektual hiyləsidir,
onların musiqini, rəqsi islam dünyasında leqllaşdırmaq
cəhdləridir. Fikrin alternativi də mövcud: səma üçün
bəhanə və ya ideya müstəvisi musiqidir. Heç nə konkret
aydınlaşmadı, eləmi? Həqiqətən, sufilər səmanın
izahını, elmi-fəlsəfi şərhini elə dolaşdırıb, elə
qatışdırıb, elə bir estetik nəzəriyyəyə döndəriblər
ki, heç cür bəlli olmur, nə nədir. Təsadüfi deyil ki,
Mövlanə kimi bir təsəvvüf mürşidi də səmanı SİRR,
müəmma kimi qələmə verir. Sirr isə SEHR astanası.
İSLAM MƏDƏNİYYƏTİ DƏ SƏSİN, SÖZÜN SEHRİNƏ, AHƏNGİNƏ
ÜRCAH. Ona görə də bu mədəniyyətin kod açarı, şifrə
sözü “əs-səma”: hərfi mənası “qulaq asmaq”, “müqəddəs
mətni dinləmək”. Deməli, səma birbaşa Quranla, sakral
Oxu ilə ilişikli. Sufilərin fəlsəfi gəzişmələrinin və
improvizələrinin bəraəti şəriətdir. Səma bir termin
kimi Quran ayələrinin, nətlərin avazlı oxunuşunu,
musiqi ritmləri, rəqslərlə müşayət edilən dərviş
zikrlərini bildirir. Bu anlayışın konkretliyidir.
164
Fəlsəfə müstəvisində isə SƏMA aşkar ilə müəmmanın,
varla yoxun (səsi eşidirsən, amma görmürsən; görmək
üçün işıq lazımdır: dinləməkdən ötrü isə heç bir maneə
oa bilməz), ölərilə
əbədinin, gerçəkliklə
virtuallığın, bəndə ilə tanrının stalkeridir,
mediatorudur, ötürücüsüdür; insandan Allaha qədər olan
yoldur, bir tək səslə keçilir. Mən tanrını eşidirəm,
tanrı da məni. Allah məni görür, mənsə onu yox.
Deməli, islam mədəniyyətdə ideal ünsiyyət danışmaq və
dinləməkdən hasil olan ünsiyyətdir: görmək bir elə də
vacib deyil. Qutsal bilgi sahibləri əbəs yerə
vurğulamırlar ki, kor adamın fəhmi artır. Qədim yunan
mifologiyasında tanrıların kor etdiyi insanlara
həməncə əla falçılıq istedadı (korluğun əvəzi kimi)
verilir. Bu mənada SƏMA sanki fasiləsiz sufi
çabalarının, onun tanrıya olan hüdudsuz sevgisinin,
sədaqətinin əvəzidir, sufinin meracıdır, tanrı vəslinə
yetişdirən imkandır, xoşbəxtlik məqamıdır, onun
Allahına qovuşub mütləq varlıqda, tanrının
mahiyyətində,
məğzində, yəni HAHUT aləmində qərq olmasıdır.
İslam dünyasının ənənəvi musiqisi və teatrı öz
mənbəyini səmadan
5
götürür. Nağılçının (müəzzin,
rövzəxan, mərsiyəxan, aşıq), kuklaçının teatrının
əsasında səs modulyasiyaları dayanır.
İslam
mədəniyyəti sanki radioteatr effektinə hesablanmış
mədəniyyətdir. Bu “radioteatr” isə Quran qiraətinə və
Azana köklənir. Müsəlman mədəniyyəti kontekstində
musiqinin təbiəti teatraldır, teatr formaları isə
musiqinin bətnindən doğur. Mənim qavrayışıma görə
səsin meracına “səma” deyilir. Bu, adi səs yox, insan
ruhinin səsidir. Səma ruhun teatral oyunudur. İslam
mədəniyyətinin mayası burda.
SӘMADAN MÜTRİBLİYӘ:
GENOTİP VӘ TEATR
165
Müsəlman mədəniyyətinin bir sıra təzahür
formalarının bədii-estetik qayəsini müəyyənləşdirən
əsas amil şiəlik. Musiqi sənətinin və milli teatrın
ənənəvi təzahür formalarının gəlişməsində onun rolu
böyük, təkzibedilməz. Şiəlik üzüntülü, iztirablı
islamdır, ağını, hönkürtünü, naləni, qeyzi, patetik
emosiyaları aktuallaşdırmış, qadın psixolojisinə
yaxınlaşmış islamdır. Şiəlik islamın qadın üzüdür.
Ortaçağ müsəlman mədəniyyətinin cövhəri şiəliklə
sufiliyin sintezi kimi zühura gəlir. Bu xüsusda belə
bir faktı gündəmə gətirməyi lazım bilirəm.
Fikir
verin,
Azərbaycan milli operasının
əvvəlinci personajı Məcnun öz ahu-fəğanı, əzabı,
zilləti, sadomazoxist davranış tərzi etibarı ilə
şiəliyin təmsilçisidir, yəni xalis şiədir. Mən heç
şübhə etmirəm ki, Məcnun haradasa islam tarixində
Kərbəla hadisələrinin qəhrəmanı imam Hüseynin
invariantıdır: pərvanə kimi özünü oda yaxıb yandırır,
bilə-bilə faciəyə girib yaşayır. Füzulinin “Leyli və
Məcnun” əsəri mərsiyələrdən ibarət rövzədir və bu
rövzənin qəhrəmanı Qeys şiələrin şəhid imamını
xatırladır. Qeys eşq dünyasının şəhididir. Bu Allah
sevgisinə ürcah adəm övladı, zəif, xəstə, nərmənazik,
isti səhranın imamxislət şairi MƏCNUN dahi Üzeyir
bəyin operasında... tenordur. Niyə də olmasın?
Gözəldir, ilgilidir, vəssalam. Muğam bas və bariton
səsləri qəbul eləmir. Ayrı bir variantda da ifadə
etmək olar bu fikri: bas və bariton səslərin muğamda
uğur qazanmaq ehtimalı çox az. Azərbayacanın bütün
aşıqları da tenor. Buna baxmayaraq zəngulə və avazının
Azərbaycan teatrında eşidildiyi gündən üzü bəri Məcnun
nəsil-nəsil azəri türkünü qocalı-cavanlı, kişili-
arvadlı, böyüklü-kiçikli cuşa gətirib dəsmal-dəsmal
ağladıb, permanent şəkildə onların ruhuna dad verib,
zövq verib. İndi yüzildən də artıq bir vaxt keçir
“Leyli və Məcnun” (1908) operasının bəstələndiyi
tarixdən. Məcnunsa azəri türklərinin hədsiz sevimli
qəhrəmanı kimi səhnədən düşmür. Bir xanəndə gedir,
Dostları ilə paylaş: |