151
SÜD olmasın.
Ağ buğda dənəsi bircə gün suda, ya da
ki nəm torpaqda qalır, südlə dolur. Təzə qoz ləpəsinin
paralayırsan, südü damır. Şingiləni qoparırsan,
barmaqların südə batır. Belə ki, hər bir bioloji
varlığın tarixçəsi süddən başlayır.
Mifoloji təfəkkür quş südünü göyərçinin boğazında
tapır ki, bu da dirilik suyu kimi can verməyə qadir
olan bir nəsnədir. Quş südü haradasa qədim yunan
tanrılarının ətirli yeməyi ambroziya (müşki-ənbər)
kimi bir şeydir. Bu, elə bir yeməkdir ki, mifologiyada
onunla tanrılara əbədi yaşarılıq (bəzənsə əbədi
cavanlıq) verilir. Müşki-ənbər ətirşah, ətirçiçəyi
(onların südü, nektarı) kimi də anlaşılır.
Bir az da uzaqlara gedək, üzümüzü tutaq Hind
mədəniyyətinə. Əski hindli tayfalarının təsəvvüründə
SÜD “bilginin mənimsənilməsi”nin obraz konkretliyidir.
Onların mötəbər risalələrindən sayılan
UPANİŞADLAR öz
müqəddəs mətnlərində
“NİTQ SÜDÜ”, “İDRAK İÇKİSİ”,
yaxud
“HƏQİQƏT SÜDÜ” ifadələrindən yararlanırlar ki,
bu da altıaylıq uşağın mərasim yeməyinin
simvollaşdırılmasından savayı ayrı bir şey deyil.
Ritual zamanı hindlilər körpəyə süddə bişirilmiş
düyünün lap duru həlimini verirdilər və elə güman
edirdilər ki, uşaq məhz onun köməyilə çillədən çıxıb
nitq, idrak qazanacaq, həyat həqiqətinə qovuşacaq.
Çoxlarının bu gün Azərbaycanın ədəbi üfüqlərində
“AĞ
YOL” kimi tanıtdıqları kosmik məkanın
bir fraqmenti,
əslində,
“SÜD YOLU” adlanır ki, onun da şəcərəsi
birbaşa bu südlə düyü həliminə bağlı.
Körpəyə çillə həliminin içizdirilməsi mərasimi
gerçəkliyin südlə ilişikli bütöv bir silsiləsini
(ERKƏK - DİŞİ - BALA: erkək “süd” buraxır, dişi
mayalanır, doğur, südü olur və balanı əmizdirir)
müəyyən müddətə qapadır: yəni süd dövriyyəsi
tamamlanır, real münasibətlər ayin kontekstində
simvollaşdırılır. Bundan o yanası artıq mifdir,
metafizikadır, nağıldır. Hindlilərin kosmoqonik
bilgilərinə görə tanrı Varunanın səltənəti,
- Səma ilə
152
dünya okeanı, - homogendir, yəni tamam eyni xislətə
malikdir: o da su, rütubət, nəmişlik törədir, bu da.
Bir çox Şərq ölkələrində elə xəyal edirlər ki, fəza
boşluğuna böyrü üstə düşmüş təzə Ay iri su hövzəsində
üzən gəmi və ya qayıqdır. Hindistanda Aya
“SOMA”
müqəddəs içkisi dolan bir
CAM kimi də baxırlar. Mifik
təfəkkürə əsasən Ay bədirləndikdən sonra tanrılar guya
bu nəhəng “cam”a yığılmış mistik şərbəti içirlər;
başqa bir varianta görə isə Soma içkisi Ayın
tərsinə
çevrilmiş hilalından yağış qismində yerə tökülür. Odur
ki, qədim hindlilər Aya digər bir ad da qoyublar:
SOMA. Mümkün ki, ərəblərin “səma” sözü elə bu kəlmədən
alınmadır. Səma sanki iri bir süd qabıdır, parlaq
gövhərlər, incilər küpüdür, sanki kündələnmiş buludlar
üzən nəhəng bir teştdir. Gərçi böylə olmasa, onda
“əbri-nisan” (incilər yağdıran yağış buludu, obrazlı
desək, yağış kündəsi) nəmənə, “süd yolu” nəmənə?!
Bir gün tələbələri Budddadan soruşurlar ki,
vaxt gələndə onu necə ansınlar, necə xatırlasınlar.
Budda dinmir, təmkinini pozmur,
epizodik bir laloyunu
səhnəsilə onların sualını cavablayır: əlində dilənmək
üçün tutduğu sədəqə
CAMINI aşırıb yerə qoyur. Bu,
eyhamdır, yaşanmış taleyin (axırıncı qurtuma qədər
içilmiş içki) obrazıdır, rəmzidir. Yəni hind
mədəniyyətində həyat, tale, karma maye (soma, sakral
nektar, süd) dolu camla işarələnir. Deməli, əgər dünya
camdırsa, onda ömür süddür, somadır, müqəddəs içkidir.
Ancaq bu məqamacan yazılanlar hələ nədir ki?
Ciddi heç nə: məsələnin üzü, bayırı, üst qatı. Əsl
elmi şücaətsə gizlini aşkarlamaqdır. Odur ki, mən
yavaşca istiqamətlənirəm qədim yunan mədəniyyətinə
sarı. Kim gərçi düşünürsə ki, əski yunanların eşq
tanrısı
AFRODİTA miflərdə söylənilən
kimi dəniz
köpüyündən zühur edib, görünür, bir qədər naşı
adamdır, fun- damental elmə nabələddir. Düzdür,
ilahənin adının yunanca açımı birbaşa
“AFROS”, yəni
“köpük” sözü ilə ilişiklidir. Di gəl ki, bu sevgi
tanrısının həqiqəti hindlilərin
ədəbiyyatından
153
boylanır. Sanskrit dilində
ABHRADATTA kəlməsi
AFRODİTANIN arxaik variantıdır, “bulud tərəfindən əta
edilmiş”, “buludun hədiyyəsi olan” canlını və ya
nəsnəni işarələmək üçün işlənir.
AF - RO - DİTA (ABHRA
- DATTA) buluddan doğulub, buluddan çıxıb, daha
köpükdən yox.
Çünki köpük boşdur, heçin qabığıdır,
aldanışın sərhəddidir, puçdur. Heçdən nə yaranır ki?
Hərçənd bulud və köpüyün təbiəti haradasa oxşardır:
onların hər ikisi
SU başlanğıcını vurğulayıb
SÜD
rəngində olur, südə bənzəyir.
Dənizin süd kimi ağ köpükləri dalğaların
pipiyində gəzən bulud topalarıdır.
Aydınlaşdırdıq ki,
BULUD ilahə Afroditanın
şəcərəsində ulu əcdaddır və onun qədim sanskrit
dilində
AB-HRA kimi səsləndirirlər. Buludsuz yağış
nə, dəniz nə, köpük nə? Farsların
“AB” sözü də
burdandır.
“AB” farsca,
“AP” isə sanskritcə
SU
deməkdir. Qədim hindlilərin dini mədəniyyətinin
ənənələri müqəddəs səma pərilərini
“AP-SAR”
adlandırır.
“AP” əgər sudursa,
“SARAS” hərəkət etmək
kimi mənalandırılır. Sakral aləmin gözəl mələkləri və
ya huriləri vedaların
verdiyi bilgiyə əsasən göydə,
səmada sərbəst çalıb oynadıqları kimi, kəhkəşan
çaylarında da asudə yaşayırlar. Onların yerə enməsi
nəinki mümkündür, bəlkə də adi haldır. Busa artıq
SƏMA
və
DÜNYA OKEANININ bütövlüyünün, vahidliyinin eyni bir
silsiliyə mənsubluğunun əlamətidir. Hansı bir mifdə,
dastanda səma pərisi iştirak edirsə, o, mütləq su
başlanğıcı ilə əlaqədar olur.
Yəhudilərin qutlu əfsanə mətnlərində bu birgəlik
peyğəmbər
AVRAAM/ABRAAM və onun arvadı
SARRA/SARA
dixotomiyasında öz əksini tapır. İzaha ehtiyac varmı
ki,
ABRAAMLA SARANIN adlarının
linqvistik şəcərəsi
“ABHRA” və “APSAR” kimi sanskrit sözlərinə söykənir?
Başlanğıcda yenə həmin
SU, yəni
AB/AP dayanıb.
BİR
olub ikiyə bölünmüş
APSAR/ABSAR kimi
AB - RAAM və
SAR
- A səma və dünya okeanını, göyü, yeri özlərində
ehtiva edirlər. Bu mənada
ABRAAM və
SARA suyun,