Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə46/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   42   43   44   45   46   47   48   49   ...   123

 
139
İnsanın uçmaq həsrəti.  Fransız rəssamı Mark 
Şaqalın tablolarını bir xəyalınızda canlandırın. Onun 
personajları da uçmaqda bir rahatlıq, bir asudəlik, bir 
azadlıq taparlar, bir həzz bularlar. Bu, eyni bir 
dövrə, zəmanəyə, mühitə oxşar psixosof reaksiya kimi 
çözülməyə  də qabil. Gerçəkliyə nifrət: oradan qaçmaq, 
uzaqlaşmaq, uçmaq, yaxud uçurumlarda yox olmaq! 
     Cavid 
virtuallığında “şəkillənən” insan 
obrazlarında, onların qafalarında, batinlərində kinli, 
qurnaz, çılğın dərəbəklərlə  zərif mələklər birgə 
yaşarlar. Ona görə də bu insanlar bir gün belə olarlar, 
o biri gün elə; gah mələyə dönərlər, gah şeytana: bir 
dəm Allahı çağırarlar,   başqa bir dəm  İblisi. Bu 
adamlardan ötrü İBADƏT  və  ÜSYAN  daim qoşa. Yəni 
eqzistensional problem tamam öz barizliyində:  “Olum 
xislətdən öncədir”. Robert Anton Uillson bu fikrin  
mümkün yozumları ilə “oynayaraq” insanın məğzini, onun 
“mən”ini düşüncənin, mənəviyyatın,  əxlagın, deməli, 
TƏRBİYƏNİN,  ələlxüsus da TƏLİMİN,  nəhayətdə isə 
TOPLUMUN, ətrarafımızın faktı, emblemi sayır: “...bizim 
anadangəlmə metafizik xislətimiz də yoxdur, “ego”muz 
da. Hərçənd fəlsəfələrin çoxusu bunu bizim adımıza 
çıxır. Hər  şeydən  əvvəl biz yaşayırıq və  məcburuq ki, 
nəyisə  nədənsə ayıraq, fərqləndirək, seçək. Bu 
eqzistensional seçimi başa düşmək, ya da ona təsir 
göstərmək niyyətində olan insanlar hər hansı bir 
xisləti bizə damğa kimi yapışdırmaq istəyirlər. Amma bu 
xislət sözdən və yarlıqdan savayı digər bir nəsnə ola 
bilməz”. 
     Cavid  personajlari  da  hər an seçim   qarşısında, 
egzistensional problemlə üzbəüz: Allah,yoxsa İblis; 
ibadət, yainki üsyan; zöhd yoxsa kef? Biri uçuş  vəd 
edir, o biri uçurum. Onların xislətini müəyyənləşdirən 
mühitdir, cəmiyyətdir, secdikləri yoldur. 
     “UÇURUM”  və  “UÇMAQ” sözləri arasındakı rabitənin 
mövcudluğunu xüsusi vurğulamağına heç dəyməz: onların 
hər ikisinin kökündə  “UÇ” imperativi dayanır; biri 
sökülmək, dağılmaq, digərisə göyə qalxıb pərvaz eləmək 


 
140
əmri kimi qavranılır. Uçmaq torpaqdan səmaya yük- 
səlməkdir, aşağıdan yuxarı doğru müsbət işarəli 
hərəkətdir, mahiyyətinə görə qutludur, urvat- lıdır, 
sakral mənası var. Uçurum isə yuxarıdan aşağıya 
aşmaqdır, kainatın dibinə yumbalanıb kosmosun ən 
qorxunc, qaranlıq nöqtəsində  əbədi olaraq izsiz-tozsuz 
itməkdir. “Talmud” dini kitabəsində  yəhudilər  İom-
Kippurim bayramının adətlərini təsvirləyərək yazırlar 
ki,  İsrəhil övladları bu məgamda iki keçini qurban 
gətirməlidirlər: keçilərdən biri tanrı Yahvedən ötrü 
kəsilməlidir; digərisə 
şərin, qara enerjinin 
təmsilçisi, nifrinlənmiş  mələk, odun, atəşin sahibi 
Azazel (İblisin ilkin variantı) üçün UÇURUMA 
atılmalıdır  İsrəhil övladlarının ilboyu işlətdikləri 
günahların rəmzi kimi. Bu mənada uçurum Yerin azon 
örtüyünün gara dəliyinə  bənzər bir məkan gismində 
obrazlaşdırıla bilər. Mənfi işarəli urvatsız hərəkəti 
özündə ehtiva edən UÇURUM aşağıya qayıdışsız “uçuş”dur, 
“uçub” yenidən yüksəlməyin mümkünsüzlüyünü 
eyhamlaşdıran yıxılmaqdır. Oradan geri dönmürlər. 
Uçmağın sıfır koordinatından sonra başlanır uçurum. 
Əbəs deyil ki, azəri türkcəsində “uç burdan!” kinayəli 
ifadəsi “uçmaq” felinin neqativ mənalarını  aşkarlayır: 
yəni “yox ol”, “gözdən it”. SIFIR koordinatını insanlar 
“torpaq” adlandırıblar: torpaqsa iki boşluğu bir-
birindən ayıran sərhəddir. Yuxarıda Allahdır, aşağıda 
İblis. Ol səbəbdən insan tanrı sorağında üzünü göylərə 
tutur, Allahı  səmanın  gizlinlərində axtarır;  İblislə 
bağlıysa təsəvvürünə həməncə uçurumu gətirir. 
     “HEÇDƏN GƏLƏRƏK HEÇLİYƏ OLMAQDAYIM AZİM”.  
     Hər iki “qütb” heçlikdir: yəni uçurumdur. İnsanın 
nəsibi “Allah” və  “İblis” nişanəli boşluqlar arasında 
bulunub özünü seçim azadlığında qerçəkləşdirməkdir. 
Uçurumsa ÜSYAN təhrikçisi.  ÜSYANLAR UÇURUMLARDAN 
PÜSKÜRƏR. İlk etirazın, ilk qiyamın müəllifidir İblis: 
yeri-yurdu, məskəni UÇURUM. Bu mələk üsyankar bir 
mələk: oddan yarandığına güvənib, öz od şəcərəsilə 
öyünüb insana səcdə etməkdən vaz keçər, Allah əmrindən 


 
141
cıxar, kinli bir qiyama qalxar. Və hətta insanların 
düşüncə müstəvisində özünə bəraət qazandırmağa çalışar: 
 
      
      “Zərdüştü düşün, fəlsəfəsi, fikri, dəhası 
             Həp atəşə tapdırmaq idi zümreyi-nası. 
             Yalnız bunu dərk etdi o əllameyi-məşhur, 
             Yalnız o böyük baş, bu böyük kəşflə məğrur”. 
 
     Müsəlman mədəniyyətində  OD  İblisin simvolu. Allah 
da deyir ki, mənim oddan, odun  fəsadlarından xəbərim 
yox: yəni onunla bacarmaram, ondan qorumağa zəmanət 
verə bilmərəm. Beləliklə, tanrı  zəifliyini və nisbi 
məğlubiyyətini boynuna alır və  cıxış yolunu alovun 
xislətini iblisanəlik ayağına yozmaqda görür. Bu, onun 
“bicliyidir”, intellektual fəndgirliyidir, 
bütpərəstliyə qarşı gizli qiyamı, mübarizəsidir: Allah 
sadə bir üsulla, odun xislətini ləkələməklə onu 
insanların gözündən “salır”. Halbuki veda ədəbiyyatında 
dünyanın, insanın odla təmizləndiyi, odla dirçəldiyi, 
əhya elədiyi söylənilir. Və ya, heç uzağa getmə,  
Zərdüştü düşün! Günəş enerjisi də alovdur, oddur, 
atəşdir; yandırıb-yaxır. Ancaq insan onu tanrıdan bilib 
“NUR” adlandırır. Niyə Allah alovu sevmir? Çünki 
aşağıdan yuxarıya “dil” çıxardır, 
şölələnib 
“kəkələnir”, qiyamçıya dönür, göylərə “meydan oxuyur”. 
Yəqin ki, kimsə nə vaxtsa “İblis” ideyasını məhz alova 
baxıb fikirləşib. Odda, alovda, atəşdə qiyamçını, bəlkə 
də İblisi, görüb tanımaqdan ötrü xüsusi bir istedad da 
gərəkməz. Cavid personajlarının hamisı bir üsyan 
təşnəsi. Xəyyamı görürsən, o da Cavid dünyasının 
parametrlərində üsyankar olar, “Üsyan! Üsyan!” deyərək 
titrər: 
 
               “Elmimdəki nöqsan ilə cəhlimdəki ürfan, 
                Hər an doğurur məndə bir üsyan. 
                Həp varlığa üsyan edərəm mən, 
                Üsyan... Ölü adət və təriqətlərə üsyan!  
              
Yalqızlı həqiqətlərə üsyan!” 
 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə