Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə47/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   43   44   45   46   47   48   49   50   ...   123

 
142
     Cavid  qəhrəmanlarının fikri-zikri sanki öz 
bədənlərindən, öz qafalarından, öz mühitlərindən qopub 
göylərə  sıçramaqdır. Bu insanların heç biri yaşadığı 
gerçəkliklə barışmaz: hərəsi özünəməxsus bir üslubda, 
bir tərzdə “ÜSYAN” deyib hayqirar. Əslində isə “üsyan” 
deyib hayqıran Cavidin özüdür, ruhudur, yaşam, olum 
tərzidir. Cavid fikir uçurumlarında gəzən üsyan 
dahisidir. Üsyan Cavid fikrinin üsyanıdır, onun 
düşüncələrinin  ən mühüm impulsudur. Bunu bilmək üçün 
“Azər” poemasına ötəri nəzər atmaq kifayət. Bu əsər 
cəmi dünya üsyanlarının  əlamətlər paradiqması. Onların 
məğzini, anatomiyasını Cavid beləcə konkretləşdirər: 
 
                “Üsyan!.. 
                 Üsyan deyə hər gözdən, ağızdan 
                 bir nifrət uçardı. 
                 Üsyan!.. 
                 Keçmişlərə, keçmişdəki adətlərə üsyan! 
                 Hər üzdə təhəkküm izi vardı. 
                 Üsyan!.. 
                 Həp əski hürufata da üsyan!.. 
                 Üsyan!... 
                 Həp köhnə xürufata da üsyan!..” 
 
 
     Bütün 
qiyamlara, 
inqilablara 
bir 
“uçurum”, 
“söküm”, “dağıdım” ideyası  pərçim. Üsyan bir tərəfdən 
Cavid əfəndiyə sonsuz bir həzz bağışlayır; digər yöndən 
isə onu qorxudur, vahiləndirir, qəribə bir coşqu içində 
saxlayır. Tanrı  və  İblis, inam və küfr, ibadət və 
üsyan, sevgi və nifrət, yaradım və uçurum Hüseyn 
Cavidin bir şəxsiyyət kimi düşüncə dramını şərtləndirən 
seçim  əzabı. Bu əzabın virtual gerçəkliyi onun 
şeirləri, pyesləri. Cavid öz fikirlərindən də
duyğularından da eymənir. Neyçün ki, qadağalar, 
yasaqlar fövqündə düşünür, varlığın, olumun mənasını, 
dəyərini, cövhərini dönə-dönə təftiş eləyir və konkret 
bir qərar verməyə  çəkinir. Gəldiyi ötəri nəticələrsə 
onu üzgünləşdirir, ruhunu ağradır, bu adamı anbaan 


 
143
axirət ideyasına doğru aparır, esxatoloji ovqat 
burulğanında batırmağa çalışır, içində bir UÇURUM oyub 
açır. Aydın məsələdir ki, belə bir qnoseoloji və ruhi 
vəziyyət Cavid əfəndini çaşdırır: o özünü, ruhi 
yaşantılarını, qavrayışında  əks olunmuş dünyanı tanıya 
bilmir və ya tanımaqdan imtina edir. Şayəd elə isə 
Cavid müəmmasını çözmək, Cavidi tanımaq mümkün olan 
şeymi, yahu? Əsla, mümkünsüz. Sadəcə, bu bizim özümüzü, 
“İNSAN” deyilən bir bəndəni, məxluqu, yəni xəlq 
edilmişi anlamaq cəhdimizdir. Nədən ki, Hüseyn Cavidin 
bədii məkanı virtual sınaq modelidir, dünyanın virtual 
uçurumudur. Bu modeldə Yaxın  Şərq poeziyasının 
təmtəraqlı ahəngi, musigili pafosu, müdrükanə sözü
müsəlman düşüncəsinin bərbəzəkli, 
şəbəkəvari 
labirintləri, Qərb 
əxlaqının qurnaz şakərləri, 
avropalının yaşam tərzinin ayətləri, köçəri türkün 
mərdanə sadəliyi, qaba çılğınlığı Orxon-Yenisey 
abidələrinin estetik hüsnünə köklənib uçurum tüstüləri 
kimi bir-birinə calanır. Pyeslərində Cavid əfəndi öz 
təlqinlərilə bir ŞAMAN SEANSI, bir DƏRVİŞ ZİKRİ qurur. 
Qulaq kəsilmək kifayətdir ki, sən də onlara qoşulub 
vird eləyəsən və ya uçurum rəqqasına dönəsən, uçuruma 
atılmaq qəhrəmanlığının, etirazın (uçuruma atılmaq, 
yəni intihar etmək üsyanın, qiyamın son həddi,  ən 
ekspressiv təzahürü kimi) zirvəsinə yüksəlmək qürurunun 
həzzini yaşayasan.  Əgər Cəfər Cabbarlı dramları öz 
dinamikası, iştirakçıların bir-birinə münasibəti, 
davranışı, rəftarı baxımından, reaksiya, mimika və 
jestlərin ritmi sarıdan, teatral gərginlik, 
emosionallıq yönündən qaynayan maqmaya bənzəyirsə, 
Cavid pyesləri düppədüz sakit dənizi xatırladır.  Əsl 
təlatüm, həyəcan suyun dibindədir: yuxarıda isə  təkcə 
amiranə  tərzdə “avar çəkən” sözlərdir. Hüseyn Cavid 
dramaturgiyasında səhnələr və konfliktlər ildırım 
kimidir: birdən çaxıb birdən də yox olar, ucurumlarda 
gözdən itər. Və biz “avar çəkən” sözlərin teatral 
poetik pıçıltısını  eşidərik. Həqiqətən, heyrətamiz bir 
məqamdır: fəlsəfədə Fridrix Nitşe haralara gedib 


 
144
çıxmışdısa, Hüseyn Cavid də öz bədii  əsərlərində 
həmin düşüncə hücrələrinə varır. Nədirsə, səbəblərini 
dəqiq bilmirəm, amma məndə belə bir duyğu var ki, Cavid 
qəhrəmanlarının yaşı Adəm və Həvva əhvalatı  qədərdir, 
Nitşenin Zərdüştü qədərdir. Halbuki onun 
personajlarının əksəriyyəti müəllifin müasirləridir. Bu 
adamların sırasında nə bir fəhlə, nə bir kəndli: Cavid 
maarifçiliyin eqzistensional fəlsəfəsini düzüb-qoşarkən 
ziyalıların,  əqidə sahiblərinin müxtəlif vəziyyətlərdə 
və situasiyonlarda necə  qərar qəbul edəcəklərini ön 
plana çəkir. Onu bir düşünər, bir ədib kimi 
maraqlandiran maariflənmiş azəri türkünün, bu qövmə 
mənsub mühərrir, rəssam, zabit, şair və filosofun 
eqzistensional problemləridir. Hərçənd bəşər övladının 
daimi ruhsal durumu bu. Düşüncə labirintlərinin hamısı 
“olum, ya ölüm” sualının konkretliyində 
modelləşdirilir. Odur ki, permanent olaraq dilemma 
qarşısında dayanmış Cavid qəhrəmanlarının xislətini 
yalnız onların seçdikləri yol müəyyənləşdirir. Lakin bu 
insanlar həmişə bir şübhə içində: fikirlərini TƏLƏSİK 
dəyişməyə hazır. Çünki ƏBƏDİ heç nə yox; hər  şey 
HƏLƏLİK. Cavidin batinində püskürən mənəvi-
intellektuaL, dini-kulturoloji üsyanın miqyası kosmik, 
enerjisi virtual. Di gəl ki, cəzası gerçək. Sibir 
uçurumu ona düşüncələrinə 
və 
şübhələrinə görə 
göndərilmiş bir CƏZA, bir AQİBƏT.  İblis yaxin, tanrı 
uzaq: aldanış  və  həqiqət bir-birinin içinə gömülmüş. 
Cavid  əfəndinin özü isə  İBADƏT  və  ÜSYAN arasındakı 
uçurumda çaşıb-qalmış bir filosof: bir addımlığında 
intihar kabusu sürünər. 
     Bununla belə məsələnin başqa bir tərəfi də mövcud. 
Hüseyn Cavid öz bədii dünyasının diktatoru. Gərçi 
Şekspir ƏSƏRLƏRİNDƏ yaratdığı obrazların köləsidirsə və 
bu qəhrəmanların buyurduğu, tələb etdiyi kimi 
davranırsa, hökmlərinə müntəzirdirsə, Cavid əfəndi öz 
personajlarının tanrısıdır, sultanıdır və onları ipli 
kuklalar kimi hərəkətə  gətirir: Ona görə ki, ideal 
sahmana, ideal harmoniya və ideal gözəlliyə can atır. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə