133
“İnsan uçurum üzərindən çəkilmiş burazdır.”
Fridrix Nitşe
“Uçurum: qaranlıq, çıxılmaz yolum,
Uçurum: uçurum həp sağım, solum.
Uçurum: duyduğum həgigət, xəyal,
Uçurum: uçurum yıldızlı amal.
Uçurum: çağlayanlar, kəhkəşanlar,
Uçurum: dənizlər,dağlar, ormanlar.
Uçurum: üfüqlər, əngin fəzalar.
Uçurum: uçurum çılğın dəhalar,
Uçurum: sürəkli, coşğun alqışlar,
Uçurum: uçurum süzgün baxışlar,
Uçurum: bu çirkin, bu alçaq həyat,
Uçurum: uçurum bütün
kainat...”
Hüseyn Cavid
Qəribədir, uzun müddətdir ki, Azərbaycan
mədəniyyətində kulturoloji mifin, filoloji əfsanənin
“Cavid əfəndi” kimi tanıtdırdığı bir yazar, onun
dramaturgiyası, bu dramaturgiyanın bədii məkanında
müəllifin məskunlaşdırdığı personajlar, qurduğu
ünsiyyət şəbəkəsi
məndən ötrü bir sirr, müəmma olaraq
qalır. Bu sirr də, bu müəmma da, valllah, “calibi-
heyrət”. Çünki Cavid mətnlərini oxuyan, ya da ki
dinləyən insan həməncə “ovsunlanır”: belə deyək də,
sözün mənasına, səslənməsinə, pafosuna,
cümlənin
təlqin enerjisinə “uyur”. Əgər mənim Azərbaycan
ədəbiyyatı tarixindən Cavid əfəndinin şəxsiyyətilə
ilişkili məlumatım olmasaydı, bəlkə də şübhələnərdim
ki, bu mətnləri hansısa bir dərviş yazıb, özü də
avazla oxunmaq üçün yazıb, sanki opera üçün yazıb. Son
dərəcə maraqlı bir rakurs. Hərçənd güman eləmirəm ki,
mənim bu məqaləm Cavid yaradıcılığının “qapıları”ndan
məxfilik örtüyünü, müəmmalar pərdəsini birdəfəlik
götürəcək. Buna heç iddiam da yoxdur.
134
Amma və lakin... Görəsən, Hüseyn Cavidin bədii
söz aləminin energetik
cövhərini nə kimi ideyalar,
duyğular müəyyələşdirir? Bu ideyaların, duyğuların,
yaşantıların kökü harada? Öncə məqalənin fikir
“xəritə”sini cızacaq bir neçə
TEZİS və ya
DÜŞÜNCƏLƏR
ÜÇÜN MANİFEST. Onlar mənə uçurumlardan adlamağa imkan
verəcək burazlara bənzərlər.
Tezis
nömrə 1.
Hüseyn Cavid Azərbaycan
maarifçiliyinin eqzistensional fəlsəfəsinin
müəllifidir. Onun əsərlərindən maarifçiliyin
intellektual üsyanı və faciəsi boylanir.
Tezis nömrə 2.
Ümumtürk mədəniyyətinin, və olsun
ki, bütün müsəlman Şərqinin Nitşesi Cavid əfəndidir.
Dramaturqun pyesləri Nitşe fəlsəfəsinin davranış,
rəftar, münasibət güzgüsündə aşkarlanan modelidir.
Maarifçiliyin axırıncı söykənəcəyi ÜSTİNSANDIR.
Üstinsan İblisdən Allaha doğru uçurumlu bir yoldur.
X1X yüzildə Bodenştedt Azərbaycanı Almaniyaya apardı,
XX əsrdə isə Almaniyanı Cavid Azərbaycana gətirdi və
Doğunun ədəbi üfüqlərində tarixən birinci “İBLİSNAMƏ”
müəllifi oldu, Faustun şərqli variantını yaratdı:
üstinsanı tanrı və mələk arasında çabalayan bir məxluq
kimi görükdürdü.
Tezis nömrə 3.
Uçurum yaşantıları Cavid
dramaturgiyasının əsasıdır. Esxatoloji ovqat onu heç
vədə rahat buraxmayıb: bəşər axirətinin uçurumu elə
bil ki, həmişə Rasizadə cənablarının bir addımlığında
olub. Və nəiki bir addımlığında... Bu insanın içində
əcayib bir uçurum mürgüləyib.
Tezis nömrə 4.
Hüseyn Cavidin bədii dünyasının
zaman və məkan ÇƏRÇİVƏLƏRİ uçurum HÜDUDSUZLUĞU
parametrlərində konkretləşdiyindən bu ifadə tamam bir
şərtilik. Nədən ki, onun personajları rəqs edə-edə
talelərini boşluq içrə yırğalanan UÇURUM burazlarına
tapşırmış faciə kəndirbazlarıdır.
Tezis nömrə 5.
Cavid yaradıcılığında Şərq və
Qərbin mədəni, mənəvi-əxlaqi dəyərləri türkün düşüncə
müstəvisində gəlişib, sintezə uğrayıb təhlilə çəkilir,
135
tədqiq edilir. Tədqiqat obyekti türk təfəkkürünün
XX
əsr gerçəkliyinə inteqrasiyasının törətdiyi
problemlərdir ki, onlar da Avropa uyqarlığının
astanasında türkün öz milli varlığını, qutsal ruhunu,
ziddiyyətlər dumanına bürüyür.
Tezis nömrə 6.
Mən Cavidin özünüifadə tərzində
Orta çağ sufi zikrlərinin modifikasiyasını görürəm.
Suggestiv təkrirlər, təlqinlər onun şeirlərini,
pyeslərini vird konstruksiyasının effektinə
yaxınlaşdırır.
Tezis nömrə 7.
Hüseyn Cavidin olumu da, ölümü də
və hətta yazıları da başdan-başa mistika içindədir.
Onun hər pyesinə öz şəxsi həyatının sürgün faciəsi
latent şəkildə gömdürülüb.
Allahın tezisi:
YARADIM.
İblisin tezisi:
UÇURUM.
İnsanın tezisi:
YA İBADƏT, YA ÜSYAN.
Bəzən mən bir kitabı bir məqaləyə sığışdırmaq
əzmində bulunuram. Odur ki, elə indi də sürətli bir
şahmat partiyası: əlbəttə, xiridarlar üçün, Cavidə XX1
yüzilin virtuallığından baxmaq üçün.
Mən Cavid əfəndiyə, onun yaradıcılığına pillə-
pillə yaxınlaşıram və hələ də bu yolu yarı eləməmişəm.
Nədən ki, hər pillədə Cavid yenidir, başqadır, təzədən
kəşf olunası dünyadır. Bu dünyanın bir üzündə
İBADƏTƏ
düzülmüş möminlər səf bağlayır, o biri üzündə isə
ÜSYANA qalxmış insanlar qaynaşır. Yəni Allah və İblis
“atəşlə suyun öpüşdüyü” məkan içrə əbədi çarpışmada...
Cavid pyeslərində
mən
qəribə bir sonsuzluq,
intəhasızlıqla qarşılaşıram və bu intəhasızlığı bir
simvol kimi qavrayıram, bir mistika əlaməti kimi
yozuram. Müəllifin faciələrinin arxitektonik quruluşunu
çözdükcə mən bu qənaətə gəlirəm ki, Cavid sürgün
edilməmişdən qat-qat öncə ruhən Sibir torpaqlarına
getmişdi, Sibir “uçurum”undan keçən burazın üzərilə
FİKİR “KƏNDİRBAZI” kimi gəzişmişdi.
SİBİR EYHAMDIR, BƏŞƏR TARİXİNİN ƏN MÜDHİŞ
UÇURUMUDUR.