154
buludun hərəkətini, başqa sözlə isə, əbədi həyat
silsiləsini bildirirlər. ABHRA “AVRAAM/ABRAAM/İBRAHİM”
sözləri arasındakı linqvistik doğmalıq aşkardır. Ona
görə mən tam əminliklə və inamla söyləyirəm ki,
“AVRAAM/ABRAAM/İBRAHİM” buludu eyhamlaşdırır,
rəmzləşdirir. Farsların “əbr”, yəni bulud sözünün kökü
də burdadır. SARA isə İBRAHİMİN, başqa sözlə, BULUDUN
həyatverici hərəkətinin obrazıdır. Deməli, yəhudi
müqəddəslərinin bu adları təsadüfi deyil. Bu xüsusda
digər bir variantı da nəzərdən keçirək. “SARA” kəlməsi
hindlilərin “RASA” (palma şirəsi, dini ekstaz, zövq,
çiçək, süd, şeh) sözünə son dərəcə yaxındır: hecalar
və hərflər eynidir, sadəcə, “s” və “r” samitlərinin
yerləri dəyişib. “RASA” anlamının mənalar çənbərində
SÜD, ŞEH, ŞİRƏ əsas məqamlarda mövqelənir. Bunun özü
də bir daha imkan verir ki, SARA dünya okeanının
simvolu kimi yozulsun, qavranılsın. Abraam buluddursa,
Sara dünya okeanıdır. Buludla dünya okeanı arasında
əlaqədən isə həyat yaranır.
Bütün bu mülahizələrdən sonra deyə bilərəm ki,
AFRODİTA hind mifologiyasının gözəl pərilərindən
biridir, apsardır. Niyəsi də bu ki, məhz PƏRİ (QADIN,
İLAHƏ) süd və suyun (şirə, şeh) mifoloji obrazı
qismində varlığın dirildici və
əlaqələndirici
həlqəsidir. Çünki gerçəklik müstəvisində hər şey
suya/südə ürcahdır. Bica deyil ki, yunan
mifologiyasında məhz AFRODİTA (transformasiya edilmiş
ABHRADATTA) sevgi tanrısıdır.
Mədəniyyətlərin qohumluq paradiqmasını cızmaqdan
ötrü belə təhlildən savayı ayrı bir şey lazımmı? Güman
eləmirəm. Elə isə intellektual mozaikanın üçüncü
fiquru.
GİL QAB
(tanrıya bənzəyən dulusçu)
“Dün kaşı kuzəmi daşlara çaldım,
155
Sərxoşdum, bilmədim, əlimdən saldım,
Kuzə dilə gəldi, dedi ki: mən də
Sən tək bir cavandım, bu günə qaldım”.
Məhsəti Gəncəvi
Kuzə, dolça, badya, küp, kasa, nimçə, masqura,
piyalə, parç: hələ bir bu qədərini də sadalamıram;
onların hamısı “QAB” adlanır. Material Allahın adi
gilidir, palçığıdır. Bu giL, palçıq KÜNDƏSİNİN tanrısı
isə DULUSÇUDUR. Fırlanğıc dəzgaha oturdulmuş gil kündə
onun barmaqları arasında hərlənib-hərlənib, gah
yumrulanıb, gah yastılanıb, gah “kökəlib”, gah
“arıqlayıb” müəyyən formaya düşür və sonradan odda
bişib qaba dönür. Ta binayi-qədimdən bizim günümüzü-
güzəranımızı qablarsız təsəvvür etmək çətin. Məişətin
ƏLİFBASI ocaqdır, bir də ki QAB. Mədəniyyət məhz
bunların energetik şəbəkəsində təşəkkül tapır. İnsan
kasadan, nimçədən yemək yeyir, kuzədən, dolçadan,
parçdan, piyalədən, fincandan su, çay, şərbət, şərab
içir, badyada, küpdə, dopuda dadlı-dadlı azuqələrini
qoruyub saxlayır. QAB İNSAN ÜÇÜN HƏYAT ENERJİSİNİN,
VARLIQ ENERJİSİNİN ÖLÇÜSÜDÜR. Ol səbəbdən mifoloji
təfəkkür qablara mistik “don geydirib” onları
müqəddəsləşdirir, BÜT kimi qavrayır. Bəşər tarixində
elə əski uyqarlıqlar olub ki, orada büt əvəzinə
qablara tapınıblar. Məhz buradaca tədqiqatçıdan ötrü
maraqlı müqayisə paraleli aşkarlanır. Bu müqayisə
paraleli fəlsəfəyə doğru istiqamətlənir: qablar kimi
bütlər də gildən (palçıqdan) düzəldilir. Beləliklə,
büt, insan, qab: onların hər üçü torpaq mənşəli,
torpaq şəcərəli. Dini folklora əsasən Allah Adəm və
Həvvanı palçıqdan xəlq eləyib. Qabları gildən düzəldən
adam isə dulusçudur. Bu müstəvidə dulusçu tanrıya
taydır, bərabərdir; insan isə gil qabın qohumudur.
İnsan üçün də, gil qab üçün də başlanğıc və sonuc
torpaqdır. Xəmir kündəsi də torpağı simvollaşdırır, öz
buğda “əcdad”ı ilə konkret bağlantı yaradır. Deməli,
KÜNDƏ mətbəx içrə həm də torpağın obrazıdır. Onda
156
əcəbmidir ki, kuzə qəfildən dil açıb insan kimi
danışır, insana müraciət eləyir? Və ya əcəbmidir ki,
buğda ta qədim zamanlardan gil qablarda saxlanılır?
Əsla. Çünki torpaq mənşəlidir, torpağa da qovuşması
labüddür, mütləqdir. Ancaq bunlar da ilgili, poetik-
fəlsəfi bir mündəricə. Halbuki məsələ göründüyündən
daha mürəkkəb.
Sibir elatlarından biri, - yakutlar, - deyirlər
ki, “misgər və şaman bir yuvadan çıxıblar”. Sonrasında
isə söyləyirlər ki, “şamanın arvadına hörmətlə
yanaşırlar, misgərin arvadına etiqad edirlər”.
Yakutlarda üçüncü bir məsəl də var: “Misgər, şaman və
dulusçu qan qardaşlarıdır. Misgər böyüyüdü, şaman
ortancılı, dulusçu kiçiyi.”
1
Bir sıra arxaik
mədəniyyətlərdə misgər də, şaman da “OD SAHİBİ” fəxri
adının daşıyıcılarıdır. Əgər dulusçu bu qardaşlardan
birisə, niyə bu tituldan ona da pay düşməsin? Özü də
odsuz dulusçuluq peşəsi yox kimi bir şey. Yəni gil qab
sobada bişməyincə, işin nəticəsi qaranlıq, sirr,
müəmma. Heç kəs bilə bilməz ki, alovla “görüş”, TƏMAS
gil qabı nə şəklə, nə halətə salacaq, onu nə tövr
dəyişdirəcək: məhv edəcək, sındıracaq, çatladacaq,
yaxud “yaşadacaq”. Bişmə müddəti dulusçunu kənar
müşahidəçiyə, bekar özgəsinə çevirir. Dulusçu prosesə
qarışmaq iqtidarını itirir: ona yalnız dua edib
gözləmək qalır. Bundan o yanası artıq alovun
yaradıcılığıdır. Belə ki, vədə tamam olanda gil qab
sobanın (yainki xəndəyin, təndirin) “bətn”indən
“doğulacaq”, OD ağzından zühur edib dünyaya gələcək.
Onun, yəni sobanın vəzifəsi torpağı (unu), suyu, odu
bir-birinə calaşdırıb bu başlanğıcların əlaqəsini
təmin etməkdir. Deməli, gil qabın “soykök”ündə
palçıqla (su palçığın ayrılmaz hissəsi kimi) yanaşı
alov da aktiv iştirakçıdır. Hətta bu fikri belə də
ifadə etmək mümkündür ki, gil qab haradasa oddan
törəyir.
MİF MÜSTƏVİSİNDƏ PALÇIQ GİL QABI İNSANLA, ALOV
İSƏ İBLİSLƏ “QOHUM-LAŞDIRIR”. Razılaşaq ki, qəribə bir
Dostları ilə paylaş: |