Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə56/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   52   53   54   55   56   57   58   59   ...   123

 
169
çurçunabaz və digərlərilə eyni bir sosial 
platformada qərarlaşmışdılar. 
İslam mədəniyyəti 
çərçivəsində  hər bir kef məclisinin,  şeir məclisinin 
bəzəyi mütrib idi, onun ifa etdiyi rəqs, musiqi idi. 
Ola da bilsin ki, m ü t r i b  Orta əsrlərin məclis 
estetikasında  q a d ı n ı  əvəzləyirdi. Çünki islamın 
əxlaq kodeksi kimisə 
əyləndirməyi kişiyə 
yaraşdırmırdı. Qadınlarsa aşırı yasaqlar üzündən 
kişilərin məclisində iştirak edə bilməzdilər. Odur ki, 
mədəniyyətdə bu boş hücrəni mütriblər tutmuşdular: 
kişi kimi kişi deyildilər, qadın kimi qadın; 
əyləndirməyi peşə etmişdilər özlərinə. Müsəlman 
Şərqinin musiqi sənəti də mütriblərin ixtiyarına 
verilmişdi. Uzun qərinələr boyu muğamı zil səslə məhz 
tenor mütriblər oxuyublar. Şərq məmləkətlərində 
istedadlı  oğlan uşaqlarını (kimsəsizləri,  əsirləri və 
ya düşmən övladlarını) axtalayırdılar ki, səsləri 
nazik olsun, zil olsun və qadın səsini xatırlatsın. 
Deməli, belə  çıxır ki, muğam sənəti birbaşa 
mütriblərin fəaliyyəti, səs özünəməxsusluğu və estetik 
təfəkkürü, zövqü, psixoloji problemləri, sosial 
ağrıları inasni qayğıları ilə  əlaqədar gəlişib, 
formalaşıb.  Azərbaycan muğamlarının  şikəstə ruhu, 
şikəstə qutu, bax, elə buradan gəlir,  əlbəttə ki, 
mənim bildiyimcə. “Yanıqlı  səs”, heç şübhəsiz, 
mütriblərdən qalma bir nişanədir. Onlar muğamı yarada-
yarada, oxuya-oxuya öz şəxsi dərdlərini, öz şəxsi 
faciələrini danışıblat, şikəstə ruhun, şikəstə bədənin 
naləsini gerçəkləşdiriblər. 
İslam mədəniyyətində 
faciəvilik,  şəhidlik psixolojisinin, şikəstə taleyin, 
şikəstə ruhun, şikəstə  bədənin yaşantısıdır muğaM.: 
şikəst mütrib bədəninin ruhu muğam vasitəsilə arınıb, 
durulaşıb və  mənəvi kompleksin yükündən qismən azad 
olub. Füzulinin “Leyli və Məcnun”u da şikəstə bədənin 
ağısıdır, naləsidir, bir sevgi şəhidliyinin 
təziyəsidir. Məncə yeridir, çözülən problemlə bağlı 
bir paralel aparsam. İran tədqiqatçısı  Əbülğasim 
Cənnəti  Ətai  ənənəvi fars teatrının köklərini,  şəbih 


 
170
tamaşalarının sosial-psixoloji şəcərəsini 
araşdırarkən belə bir tarixi fakta toxunmağı da yaddan 
çıxarmırdı. Bu faktla ilişikli onun belə bir gümanı 
vardı ki, İranda oynanılan  şəbih tamaşaları öz 
başlanğıcını Çaber adlı kişiliyini itirmiş birisinin 
imam Hüseyn təziyəsində küçənin ortasında fəryad 
qoparması, oxşayıb ağlaması və  
y a n ı q l ı  s 
ə s l ə  
mərsiyə oxumasından götürür.
8
  Qəribəsi budur ki
dərvişlərin səma rəqsləri  də mütrib rəqslərinin 
qonşuluğundadır, daha doğrusu, kollektiv dərviş 
zikrləri mütriblərin rəqslərinə  bənzəyir. Dərviş 
oxumaları da şiəlikdə faciəvilik, şəhidlik, şikəstəlik 
psixolojisinə köklənir. Beləliklə, dairə qapanır. 
Mədəniyyət “dərviş” və “mütrib” kimi qütbləri sürətlə 
bir-birinə yaxınlaşdırır.  İş bu ki, Şərqdə muğam 
sənətinin gəlişməsi bir çox hallarda məhz onların, - 
dərvişlərin və mütriblərin, - fəaliyyətindən asılı 
olub. Özü də muğam  Şərqin  şiə  məmləkətlərinin 
fenomenidir,  əsasən, Azərbaycana və  İrana mənsub 
möcüzəli bir təzahürdür. Muğam təziyələr kontekstində 
formalaşmış musiqi sənətidir,  şəhidliyin,  şikəstə 
ruhun naləsinin səs obrazlarında ifadəsidir. XVII 
əsrin musiqi nəzəriyyəçisi Dərviş  Əlinin muğamla 
ilişkili söylədikləri cərgəsində  mənim diqqətimi bir 
fikir cəlb elədi. O, yazır ki, Rast muğamı “Adəmin 
dövründən bizə gəlib çatmış və hər şeydən əlini üzmüş 
ən birinci insanın cənnət haqqında naləsini təşkil 
edir”.
9
 Yenə  həmin dalğa, həmin koordinat. Cənnətdən 
qovulmaq nədir? Cəzadır. Cəza nədir? Kastrasiyadır, 
axtalamadır, məhrumiyyətdir. Muğamsa cəzadan sonrakı 
nalədir, ahu-fəğandır. Beləliklə, mövzu möcüzəli bir 
şəkildə qapanır və 
cəza motivində fokuslaşıb 
nöqtələnir. Bu fikrin Dərviş  Əlidən gəlməsi də 
təsadüfi deyil. Çünki dərvişliyin özü hər bir 
təzahüründa latent axtalanmadır və sevgi 
metamorfozasıdır. 
   Müsəlman mədəniyyətinin musiqi və teatr genotipi, 
bu genotipin səciyyəsi dərvişlə mütribin yaradıcılıq 


 
171
parametrlərilə müəyyənləşdirilir. 
İnsan 
öyrəşdiyini, vərdiş elədiyini xoşlayır. Qulaq daim 
eşitdiyini dinləməyə aludə olur. Onda gözlənilməz heç 
nə yoxdur ki, Azərbaycan milli mədəniyyətində üstün 
mövqe tenor səslərə məxsusdur və  kişilərin nazik, zil 
səsi el içində daha yüksək dəyərləndirilib bəyənilir. 
     GENOTİPİN 
səciyyəsindən, xarakterik 
əlamətlərindən boylanır millətin musiqisi də, teatrı 
da. “Genos” mənbə, mənşə “tipos” isə forma, görk 
anlamlarına uyğun gəlir qədim yunan dilindən 
tərcümədə. Genotip bədənin  şəcərə konstitusiyasıdır, 
orqanizmin  əcdadlardan aldığı mövcudluq kodudur. Bu, 
hər bir insanın bədən quruluşunun, xarakterinin, 
davranış üslubunun, mikrosxemidir, mikroproqramıdır. 
“Millət və genotip” məsələsini gündəmə  gətirdikdə isə 
demək olar ki, genotip millətin olum “tumurcuğu”dur. 
Millətdə nə varsa, hamısı bu “tumurcuq”dan cücərir. 
      Mən bu məqalədə  “GENOTİP” sözünə müraciət 
etməklə vurğulamağa çalışıram ki, mədəniyyətin 
genotipi necə olubsa, necədirsə, mədəniyyətin çağdaş 
mənzərəsi də tam ona uyğundur. Vaxtilə  məhz sosial-
dini qadağalar, mənəvi-əxlaqi yasaqlar, şəriətə bağlı 
təpkilər Azərbaycan milli musiqisinin, musiqili 
teatrının, teatr mədəniyyətinin genotipini, bu 
genotipin strukturunu müəyyənləşdirib. Onun 
formalaşmasında  şiəliyin də  məxsusi payı var. Mən 
təsəvvüfə az-çox bələd olan adam kimi güman edirəm ki, 
dərvişlik haradasa şiəliyin sünni variantıdır, belə 
deyək də, sünniliyin içində yaşayan  şiəlikdir. Necə 
gəlib çıxmışam mən bu fikrə? Sufi qardaşlıqlarının 
böyük  əksəriyyəti sünni məzhəbində olsalar da, 
silsilələrini həmişə  şiələrin birinci imamı  Həzrət 
Əliyə bağlayırlar. Elə buradaca estetik problem özünün 
yeni təhlil müstəvisinə adlayır. Busa artıq islam 
mədəniyyəti üçün qlobal məsələdir: araşdırılmasına 
ehtiyac duyulur. Hələliksə  mənim çoxsaylı ideyalar 
üzərində düzənlənmiş məqaləm oldu tamam. Bu ideyaların 
tədqiqat perspektivi, inanıram ki, son dərəcə böyük. 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə