Microsoft Word lord talibzadeh doc



Yüklə 292,68 Kb.
Pdf görüntüsü
səhifə69/123
tarix26.09.2017
ölçüsü292,68 Kb.
#1492
1   ...   65   66   67   68   69   70   71   72   ...   123

 
208
bu sayaq: özündə bu funksiyanı yaşadır. Məclis 
ötürücü, astana, sərhəd olur məişətlə toplum, təbiətlə 
mədəniyyət, maddilə mənəvi arasında. 
     Məclis iştirakçısı həmişə astana adamıdır.  
     Məclis üçün real xronotop “astana xrotonopu”dur.      
     Məclis məişətin “gündəlik”  əməl, fakt və vaxt, 
hadisə zəncirində əməlsizlikdir, hadisəsizlikdir, real 
zaman axımında fasilədir, taym-aut variantıdır, 
münasibətlərin, mövqelərin sivil qaydada tənzimlənməsi 
aracıdır. 
     Müsəlman aləmində  fərdin sosial-ictimai statusu, 
toplumsal dəyəri  məclislə  və  məclisdə müəyyənləşir; 
belə ki, məclis ünsiyyət meyarıdır.  Şəxsiyyəti toplum 
üçün məclis “kəşf” eləyir, məclis aşkarlayır. 
     Məclis sınaqdır, tanıtımdır, “agahetmə” 
mərasiminin uyqarlıq modelidir. 
     Məclis müsəlmanın mədəniyyət və 
mərifət 
dünyasına, ruhsal dünyaya qeyri-rəsmi vəsiqəsidir. 
     Məclis metastrukturdur, yəni hər hansı bir 
struktur fövqündədir və istənilən mövzuya həsr olunmuş 
söhbəti haşiyələyir, çərçivə içinə salır, “astana”da 
yaşanan prosesə düzən verir. Məclis ünsiyyəti sanki 
şəbəkə formasında qurur. Başqa sözlə, məclis 
ünsiyyətdən 
şəbəkə timsalında hörülmüş virtual 
kompozisiya çərçivəsidir. 
     Məclis  məişət “gündəliyinin” ornamentidir,  yəni 
nəbati naxışıdır. 
     Məclis  ünsiyyət intizamı, ünsiyyət etiketi 
deməkdir. 
     Bu  sözün  heç  bir  dini  və qutsal mənası olmasa 
da
5
, “məclis” anlayışı islam dünyasının yüksək 
ünsiyyət mədəniyyəti üzərində  bərqərar olduğunu
gəlişdiyini eyhamlaşdırır. 
 
Ədəbiyyat:  
1
 Füzuli M. Seçilmiş əsərləri. - B.: Yazıçı, 1984. - s.44  
2
 Kratkiy psixoloqiçeskiy slovar. - M.: Politizdat, 1985. 
 - s.213-215. 


 
209
3
 Yenə orada. 

Bax: Smirnov A.V. Velikiy şeyx sufizma (opıt 
  paradiqmalnoqo analiza filosofii İbn Arabi). - M.: 
  Nauka, 1993. - s.187-192. 
5
 İslam: ensiklopediçeskiy slovar. - M.: Nauka, 1991. -  
  c.149.   
   
                                      1993-1995-ci illər 
                 
      
VIRTUAL MERAC TEATRI 
(aşiqlər ibadəti) 
                                                       
       Bir  gün  birisi  məndən xahiş elədi ki, 
Mövlanaya həsr olunmuş bir verilişdə  dönən 
dərvişlərin səma məclislərindən danışım. Etiraz 
eləmədim. Tədqiqatçı üçün hər deyəndə belə bir 
şans  ələ düşmür ki. Amma sonradan verilişə 
baxanda gördüm ki, naşılar mənim sözlərimi yun 
didən kimi elə didiblər ki, heç Həllac beləsini 
görməyib. Ol səbəbdəndir ki, əhli irfandan, bir 
də    tələbələrimdən xəcalət çəkdim və  təzədən 
“bismillah” söyləyib bu mövzuya bir daha dönməyi 
özümə borc bildim.  
       Bu  məqaləni eksklüziv olaraq AzTV-də 
“Qobustan” toplusunu hazırlamış qələm sahiblərinə 
ünvanlıyıram. Mövlana “Fihi-ma-fih” əsərində 
buyurur ki, “bunu anlayan anlasın, 
anlamayanın....” 
İstəyənlər fikrin gerisini 
özləri axtarıb tapa bilərlər.  
 
 
 
Mövləvi dərvişlərinin səma məclisləri 
 
              “Təsəvvüf intellekt və nəfəs üzərində 
                   nəzarətdir”. 
                Əbu Bəkr əş-Şibli 
                                                       
       Fırfıra, mövləvi şeyxlərinin təbirincə isə
dönən dərvişlərin səma məclisləri Ortacağ 


 
210
müsəlman mədəniyyətinin möcüzə ilə sərhədləşən, 
heyrətlə seyr edilən min bir nağıl gecəsindən 
biridir, bircəsidir. Səma məclislərinin Konya 
(Türkiyə)  şəhərində XIII yüzildən üzü bəri 
düzənlənməsinə baxmayaraq bu hadisə bütün islam 
dünyasına mənsubdur və 
ərəb, fars, türk 
mədəniyyətlərinin qəribə bir sintezini sərgiləyir. 
Dərvişlər müsəlman aləminin ən ifadəli, ən aktiv, 
ən kosmopolit gəzərgi fiqurlarıdır. 
İslam 
ölkələrinin inkişafı tarixi üçün dərvişlərin 
intellektual,  əməli və psixofiziki çabalarının 
önəmi son dərəcə böyük olub. Onların Yaxın və 
Orta Şərq mədəniyyəti şəbəkəsindəki qaydasız, da-
ğınıq maarifçı, mənəvi-əxlaqi, kulturoloji, 
duyğusal və ruhsal fəaliyyətinin cövhəri səma 
məclislərində konkret məkani obrazlarda, plastik 
formalarda güzgülənir.  
       Bəzi 
şərqşünaslar, xüsusilə 
Qərb 
tədqiqatçıları 
fırfıra 
dərvişlərin səma 
məclislərini  “ayin rəqsi”, “spiritik konsert”, 
“mistik balet” adlandırmaqla  Şərq mədəniyyətinin 
bu fenomenal təzahürünə Avropa incəsənəti 
tarixində adekvat forma bulmağa çalışmışlar. Özü 
də    məsələnin izahı,  şərhilə bağlı onların 
seçdikləri metodoloji aparat, problemə yanaşma 
yönü bu mütəxəssislərin elmi definisiyalarına tam 
bəraət qazandırır. Lakin bu müəyyənləşdirmələrin, 
təyinlərin hamısı birtərəflidir və 
səma 
məclislərinin hüsnünü, təbiətini, poeziyaya 
çevrilmiş plastikasının yaraşığını, cazibəsini 
ifadə etməyə qabil deyil. Ona görə Ortaçağ 
müsəlman mədəniyyətinin bu hadisəsini  dönən 
dərvişlərin səma məclisləri adlandırmaq daha 
məqsədəyönlüdür. Hərçənd türklərin özü bunu “səma 
törəni”, yəni səma mərasimi, səma ayini, səma 
ritualı  qismində qavrayırlar.  Şübhəsiz,  şərti 
şəkildə  qəbul ediləsi bir təyin. Amma razılaşaq 
ki, hər həftə  təkrarlanan lokal bir olaydan 
mərasim, ritual olmur. Digər tərəfdən isə “ayin”, 


Yüklə 292,68 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə